Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1267/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, modeli Mersedes Benz 24 (1 tipi sedan, ** XT *** dövlət nömrə nişanlı, AB N: 525842 nömrəli xx.xx.2010-ci il tarixli qeydiyyat şahadətnaməsi ilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış avtomobilin xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan üçün 5000 manat sığorta məbləğinin və xx.xx.2022-ci il tarixindən ödənildiyi günədək ödənilməsinin gecikdirilmiş hər günü üçün həmin məbləğin 0.1 faiz miqdarında cərimənin cavadehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ona məxsus, modeli Mersedes Benz 240, tipi sedan, ** XT *** dövlət nömrə nişanlı, AB N: 525842 nömrəli xx.xx.2010-ci il tarixli qeydiyyat şahadətnaməsi ilə mülkiyyət hüquqları dövlət qeydiyyatında alınmış avtomobilə xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə sığorta haqqı olaraq cavadeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla 2475.00 manat maliyyə vəsaitinin ayrılması təklif edilmişdir. Həmin təklif reallığı əks etdirmədiyi üçün təklifi qəbul etmədi. Belə ki, mütəxəssis tərəfindən avtomobiln sıradan çıxmış hissələrini, mexanizmləri nəzərdən keçirərək aşağıdakı göstərilən yararsız hala düşmüş hissələrini və həmin hissələrin bazar dəyəri, eləcə də təmir işləri aşağıdakı kimi müəyyən edilmişdir: 1) Arxa bufer-400 manat, 2)Arxa sol qanad- 400 manat, 3)Arxa sağ qanad-300 manat, 4)Arxa sol stop-300 manat, 5)Arxa sağ stop-300 manat, 6)Arxa sağ qanad altlığı-100 manat, 7) Arxa kapot-250 manat, 8) Arxa baqaj stopu- 80 manat, 9) Arxa kulşutel qazanı-300 manat, 10) Benzin bak- 360 manat, 11) Ehtiyat təkər və disk-210 manat,12) İki ədəd ehtiyat təkərin altında yerlədirilmiş datçiklər-140 manat,13) Arxa elektrik şnurları-250 manat, 14) Arxa bufer altı dəmir kəmərlər- 160 manat,15) Arxa hissənin işıqlandırılmasını təmin edən lampalar- 50 manat,16) Nömrə yerləşdirilən löhvə- 70 manat, 17)Baqaj daxili örtük dəst -220 manat, 18) Sürətlər qutusu- 800 manat, 19)Ehtiyat təkər vannası-250 manat, 20) baqaj zamoku-90 manat, 21) baqaj emblemi-30 manat, 22)baqaj kəpənəyi-50 manat, 23) Baqaj novçaları-70 manat, 2) Dəmir işlərinin görülməsi üçün zəhmət haqqı- 1500 manat, 25) Elektrik işlərinin görülməsi üçün zəhmət haqqı-200 manat, 26)Rəngsaz işləri -700 manat. Qeyd edilən hissələrin və təmir işlərinin dəyəri cəmi 7580 manat təşkil edir. Ancaq avtomobilə cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən ötəri baxış keçirilmiş, reallıqla uyğun olmayan, ziyanınn aradan qaldırılması üçün ona xx.xx.2022-ci il tarixli məktubla 2475.00 manat maliyyə vəsaitinin ayrılması təklif edilmişdir. Həmin məbləğin və əlavə olaraq 2525.00 manat maliyyə vəsaitini ərizəsinə əlavə edilmiş bank hesabına köçrülməsi xahişi ilə cavabdehə yazılı müraciəti cavabsız qalmışdır. Sonradan məhkəməyə ərizə təqdim edərək iddia tələbindəki “məbləğ” sözünün “ödəniş” sözü kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və onun iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiyini, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, İddiaçı məxsus olan "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət nömrə dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Bakı Sığorta ASC'' tərəfindən xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalanmış ** ZF *** nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən zərər vurulmuşdur. Zərərin məbləği tərəfimizdən 2475 manat müəyyən edilmişdir. Lakin iddiaçı dəymiş zərərin məbləğinin 7580 manat məbləğində olduğunu iddia edərək, dəymiş ziyan üçün 5000 manat xx.xx.2022-ci il tarixindən ödənilməsinin gecikdirildiyi hər gün üçün həmin məbləğin 0.1 faizi miqdarında cərimənin cavabdeh '"xxxx" ASC-dən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, avtomobilə dəymiş ziyan cavabdehin müəyyən etdiyi kimi 2475 manat deyil, 7580 manat təşkil edir və bununla bağlı bir hadisə nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərər üzrə xx.xx.2022-ci il tarixdə saat 22:04 radələrində X4 tərəfindən "Bakı Sığorta” ASC nin qaynar xətt nömrəsinə zəng edirlərək idarə etdiyi ‘‘Mitsubishi L200” markalı avtomobil ilə sığorta hadisəsinin törətdiyi barədə məlumat vermişdir. "xxxx" ASC nin nümayəndələri dərhal hadisə yerinə çıxış edərək hadisəni qeydə almış, ilkin araşdırmaya əsasən zərər çəkmiş “Mercedes Benz C240” markalı, ** XT *** nömrə nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün sonuncu avtomobil təmir müəssisəsinə yönləndirilmişdir. Mercedes Benz C240" markalı. ** XT *** nömrə nişanlı avtomobilə Z18 nömrə nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün sonuncu qəza hadisəsi nəticəsində“Mercedes Benz C240 markalı, ** XT *** nömrə nişanlı avtomobilə dəymiş zərər 2475 manat məbləğində müəyyən edilmiş və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, BS-C-22/1888 saylı məktub göndərilmişdir. Lakin iddiaçı cavabdeh tərəfindən müəyyən edilmiş məbləğlə razı olmadığını bildirmişdir. Belə olduğu təqdirdə "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya "Bakı Sığorta'* ASC-yə müqavilə əsasında xidmət göstərən müstəqil ekspertlər sırasından bir müstəqil ekspert seçilməsi xx.xx.2022-ci il tarixli məktubla iddiaçıdan xahiş edilmişdir. Lakin, iddiaçı bu təklifə münasibət bildirməmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə "Bakı Sığorta” ASC yə qarşı hazırkı iddia ərizəsinində qeyd edilən əsassız tələbləri irəli sürmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan avtomobilə dəymiş zərərin məbləği xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən 2475 manat məbləğində müəyyən edilsə də, iddiaçı bununla razılaşmamış və xx.xx.2022-ei il tarixli məktubla iddiaçıya 2475 manat pul vəsaitindən əlavə 2525 manat məbləğində vəsaitin ayrılmasını tələb etmişdir. Qanunvericiliyin müvafiq normalarına əsasən hesab edirik ki, iddia tələbi əsassızdır və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin məbləği qanunvericiliyə müvafiq qaydada hesablanmışdır. Buna görə də, iddia tələbinin əsassız olduğunu hesab edirlər. İddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakısığorta ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər Bakı Sığorta ASC tərəfindən 2475 manat məbləğində müəyyən edilmiş, bank hesab rekvizitləri təqdim olunduğu və müvafiq sənədlər imzalandığı halda sığorta ödənişi hesaba köçürüləcəkdir. İş materiallarında olan Az-Maş QTSC-nin 10 may 2022-ci il tarixli qüsur aktından görünür ki, 1) Arxa bufer-400 manat, 2)Arxa sol qanad- 400 manat, 3) Arxa sağ qanad-300 manat, 4) Arxa sol stop-300 manat, 5) Arxa sağ stop-300 manat, 6) Arxa sağ qanad altlığı- 100 manat, 7) Arxa kapot-250 manat, 8) Arxa baqaj stopu- 80 manat, 9) Arxa kulşutel qazanı-300 manat, 10) Benzin bak- 360 manat, 11) Ehtiyat təkər və disk-210 manat,12) İki ədədə ehtiyat təkərin altında yerlədirilmiş datçiklər-140 manat,13) Arxa elektrik şnurları- 250 manat, 14) Arxa bufer altı dəmir kəmərlər- 160 manat,15) Arxa hissənin işıqlandırılmasını təmin edən lampalar- 50 manat,16) Nömrə yerləşdirilən löhvə-70 manat, 17) Baqaj daxili örtük dəst -220 manat, 18) Sürətlər qutusu- 800 manat, 19) Ehtiyat təkər vannası-250 manat, 20) baqaj zamoku-90 manat, 21) baqaj emblemi-30 manat, 22) baqaj kəpənəyi-50 manat, 23) Baqaj novçaları-70 manat, 2) Dəmir işlərinin görülməsi üçün zəhmət haqqı- 1500 manat, 25) Elektrik işlərinin görülməsi üçün zəhmət haqqı-200 manat, 26) Rəngsaz işləri -700 manat. Qeyd edilən hissələrin və təmir işlərinin dəyəri cəmi 7580 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət nömrə dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Bakı Sığorta ASC'' tərəfindən xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalanmış ** ZF *** nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən zərər vurulmuşdur. Zərərin məbləği sığorta şirkəti tərəfindən 2475 manat müəyyən edilmiş və iddiaçıya bu məbləğ təklif edilmişdir. Lakin tərəflər sığorta ödənişinin məbləği ilə bağlı razılığa gəlməmiş və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunvericilikdə sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının idarə etdiyi avtomobillə cavabdeh təşkilat tərəfindən icbari sığorta müqaviləsi ilə sığortalanmış avtomobilin toqquşması, yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin izahatından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında dəymiş zərərin miqdarı barədə razılaşma əldə edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Az-Maş QTSC-nin 10 may 2022-ci il tarixli qüsur aktından görünür ki, iddiaçının avtomobilinə dəymiş zərər 7580 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında vəsatət verərək mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1267/2022 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4895 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan “Az-Maş” QTSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz C 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6200,00 manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4895 saylı, xx.xx.2022-ci il tarixli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin 6200 manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1, 56.1.2-ci maddələrinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi iddia tələbi həcmində təmin edilməli və 5000 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin dəbbə pulu ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, sığorta ödənişinin məbləği ilə bağlı tərəflər arasında mübahisənin mövcud olmasına görə iddiaçı tərəfindən sığorta ödənişinin qəbul edilməməsi sığorta ödənişinin sığorta şirkəti tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. (maddə 9) Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən (5000 manat üçün) hesablanmış 70 (yetmiş) dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5000 (beş min) manat məbləğində sığorta ödənişi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. 70 (yetmiş) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5000 (beş min) manat məbləğində sığorta ödənişi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 70 (yetmiş) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80 (səksən) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1267/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1267/2022
24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver