Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1274/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi – 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC-nin Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi – 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Ə.ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehə bağışlanması 4ə-02-602 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli müqavilənin və onun əsasında cavabdehin adına 0.24245 ha torpaq sahəsində yerləşən 2961,9 kv.m qeyri- yaşayış sahəsi ilə bağlı verilmiş xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMMC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMMC-nin Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi – 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün iddiaçı "xxxx" MMMC tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1274/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1274/2023
18.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver