Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1276/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Xalid oğlunun Cavabdeh qarşı borcun cavabdehə məxsus daşınmaz əmlakdakı payına yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xalid oğlu Cavabdeh qarşı borcun cavabdehə məxsus daşınmaz əmlakdakı payına yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, məhkəmədə Yusifova (Abdullayeva) Təyminə Şamil qızına qarşı “Borcun tutulması” tələbinə dair iddia qaldıraraq cavabdehdən 300.000 ABŞ dolları borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-818/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Xalid oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli kredit müqavilələrinə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Xalid oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh aralarındakı nikah xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında pozulanadək ər olmuş Maraqlı şəxs qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7168/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməmişdir. Borcun cavabdehdən tutulması ilə bağlı məhkəmə qətnaməsi icraya yönəldilsə də, bu günə qədər iddiaçıya heç bir vəsait ödənilməmişdir. Borclunun əmlak vəziyyətini araşdırarkən məlum olmuşdur ki, Cavabdeh paylı mülkiyyət hüququ ilə bir neçə daşınmaz əmlaka sahib olmuşdur. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-430/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə Maraqlı şəxs arasında birgə nikahları dövründə əldə etdikləri əmlakların bölgüsü aparılmışdır. Həmin məhkəmə qətnaməsi ilə digər əmlaklarla yanaşı həmçinin ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyriyaşayış sahələri də (faktiki olaraq bir obyektin ayrı-ayrı ölçüdə hissələridir) ər-arvad arasında bərabər şəkildə bölünmüşdür. Yuxarıda qeyd olunan əmlak qeyri-yaşayış sahəsidir və Cavabdeh həmin əmlakda olan ½ payının dəyəri cavabdehin ona olan pul borcunun ödənilməsinə yetərli olacağı qənaətindədir. Odur ki, Cavabdeh tələb olunmuşdur ki, paylı mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını üçüncü şəxsə və ya paylı mülkiyyət hüququnun digər sahibi olan Maraqlı şəxs satmaqla borcunu ödəsin. Cavabdeh isə bildirmişdir ki, Maraqlı şəxs onun sözündən əmlakdakı payını əldə etməklə bağlı təklifinə heç bir münasibət bildirməmişdir. Göründüyü kimi Cavabdeh iddiaçıya olan borcunun ödənilməsi maraqlı şəxslərin hərəkətsizlikləri səbəbindən yubanır. Cavabdehin paylı mülkiyyət üzrə öz əmlakını satmaqla ona olan borcunu ödəməsi üçün ağlabatan həddə kifayət qədər vaxtı olmuşdur. Lakin cavabdeh bunu etməmişdir. Bu isə ona ziyan vurmaqla nəticələnir. Belə olan halda İddiaçı Xalid oğlunun cavabdehə olan 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutma Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan ½ nisbətindəki payına əmlakın açıq hərracdan satılması yolu ilə yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun Cavabdeh olan 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan ½ nisbətindəki payına yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 295.000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat ekvivalentinin və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Xalid oğluna ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehdən 295.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qəbul edilən qətnamədə Maraqlı şəxs şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdir. İcra sənədi uzun müddət icrada olsa da, cavabdeh ona ½ pay hüququ üzrə məxsus olan əmlakın dəyərinin Maraqlı şəxs tərəfindən ödəniləcəyini və həmin pulun İddiaçı verəcəyini bildirsə də, məhkəmədənkənar bu məsələ öz həllini tapmamışdır. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsindən işə onun iştirakı olmadan, mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının nümayəndəsi və vəkilin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18 saylı evin ümumi sahəsi 290,9 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18/49 saylı evin ümumi sahəsi 159,78 kv.m. olan 4 otaqlı 23 saylı mənzili tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0,9246 ha torpaq sahəsində yerləşən 18 nömrəli binada, 41,1 kv.m. ümumi, 41,1 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0,9246 ha torpaq sahəsində yerləşən 18 nömrəli binanın 1-ci mərtəbəsində 29,6 kv.m. ümumi, 29,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 14 saylı evin yaşayış sahəsi 80,5 kv.m. olan 5 otaqlı 12,13,14 saylı mənzili tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 ilə Maraqlı şəxs birgə nikahı dövründə əldə edilmiş, Maraqlı şəxs adına rəsmiləşdirilmiş aşağıda sadalanan əmlaklar Maraqlı şəxs ilə X1 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakların ½ hissəsinə X1 mülkiyyət hüquqları müəyyən edilmişdir: 1.Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12,13,14 saylı mənzil (RX seriyalı ******* No-li Çıxarış), 2.Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159,78 kv.m. sahəli, 4 otaqlı 23 saylı mənzil (RX seriyalı ******* No-li Çıxarış), 3.Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi (RX seriyalı ******* No-li Çıxarış), 4.Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi (MH seriyalı ******* No-li Çıxarış), 5.Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahəsi (MH seriyalı ******* No-li Çıxarış), 6.Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 000313 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi (“Azəristilikenerjiquraşdırma” trestinin ATSC-nin yarımçıq tikili), 7.İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 000100 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m. torpaq sahəsi, 8.Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000376 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küç., 2392/99cu məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili),
9. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000106 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən 284,7 kv.m. sahəsi olan su anbarının yarımçıq tikilisi,
10. 2003 buraxılışlı, gümüşü metal rəngli, 1G6DM57N530159883 ban nömrəsi, “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil,
11. 2013 buraxılışlı, qara rəngli, WP1ZZZ92ZDLA12964 ban nömrəsi, “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil. Hazırki qətnamə X2 ilə Maraqlı şəxs yuxarıda sadalanan əmlakların ½ (50%) hissəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 1762/2020 saylı qərarına əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 10790/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı Xalid oğlu ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli “Kredit Müqavilələri”nə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub İddiaçı Xalid oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7168/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Sadıqov tərəfindən təsdiq edilmiş Maraqlı şəxs ərizəsində göstərilmişdir ki, Maraqlı şəxs İsmayılov X4 (Yusifova) Təyminə Şamil qızına qarşı pul tələbinin yönələcəyi ünvan 1 ünvanında yerləşən (290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m.) qeyri-yaşayış sahəsinin naturada bölgüsünə etiraz edir, ünvan 1 ünvanında yerləşən (290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m.) qeyri-yaşayış sahəsinin Abdullayeva (Yusifova) Təyminə Şamil qızına aid payının əvəzləşdirilməsi hesabına onun İddiaçı Xalid oğlu qarşısında olan borcunun onun tərəfindən ödənilməsindən imtina edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Xalid oğlu ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli “Kredit Müqavilələri”nə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub İddiaçı Xalid oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Maraqlı şəxs arasında birgə nikahları dövründə əldə edilmiş əmlakların bölgüsü aparılmış, digər əmlaklarla yanaşı həmçinin ünvan 1 ünvanında yerləşən 290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m. olan qeyriyaşayış sahələri də ər-arvad arasında bərabər şəkildə bölünmüşdür. Həmin qətnamədən şikayət verilsə də, qətnamə hazırda mübahisə predmeti olan daşınmaz əmlakın bölgüsünə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehin paylı mülkiyyət hüququ üzrə öz əmlakını satmaqla iddiaçıya olan borcunu ödəməsi üçün kifayət qədər vaxtı olmuşdur, lakin cavabdeh bunu etməmişdir. Bu isə iddiaçıya ziyan vurmaqla nəticələnir. Bu səbəbdən iddiaçı 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın cavabdehə paylı mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsinə yönəldilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsində qeyd edilmişdir ki, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən paylı mülkiyyətçinin başqa əmlakı kifayət etmədikdə, onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının belə tələb irəli sürməsi qanunvericiliyin tələblərinə uyğundur və onun belə tələblə çıxış etməsi əsaslı hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ümumi mülkiyyət və onun bir növü olan birgə mülkiyyət əşyanın bir vahidlik təşkil edən yeganəliyi və ona mülkiyyət hüququna malik olan subyektlərin çoxluğu deməkdir. Qanunvericilik həm birgə mülkiyyətdəki, həm də paylı mülkiyyətdəki paya mülkiyyətçilərin kreditorları tutmanın yönəldilməsini tələb edə bilər. Əgər əmlakdan payın naturada ayrılmasına digər mülkiyyətçilər etiraz edərlərsə, qanunvericilik bu halda mübahisənin həlli qaydasını da müəyyən edir. Belə ki, belə hallarda kreditor tələb edə bilər ki, borclu mülkiyyətçinin payı onun satın almaqda üstünlük hüquqları olan mülkiyyətçilərə bazar qiymətinə satılsın və əldə edilmiş vəsait hesabına borc ödənilsin. Əgər qalan mülkiyyətçilər payı satın almaqdan imtina edərlərsə, kreditor həmin payı hərracda satılmasını və öz tələbinin təmin edilməsini məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iclasında maraqlı şəxs, eyni zamanda daşınmaz əmlakın digər paylı mülkiyyətçisi olan Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçilərin paylarına uyğun ayrılmasına etiraz etməsi, eyni zamanda digər mülkiyyətçi Cavabdeh payının satın alınmasından imtina etməsi müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin ödənilməməsini, cavabdehin həmin pulun ödənilməsi üçün başqa əmlakının kifayət etməməsini, borclu mülkiyyətçi olan Cavabdeh payının onu satın almaqda üstünlük hüququ olan əmlakın digər mülkiyyətçisi Maraqlı şəxs tərəfindən satın alınmasından imtina edilməsini, eyni zamanda Maraqlı şəxs tərəfindən mübahisəli daşınmaz əmlakdakı payın naturada ayrılmasına etiraz edilməsini nəzərə alaraq hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilməli, İddiaçı Cavabdeh qarşı olan 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutma Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan ½ nisbətindəki payına yönəldilməli, həmin daşınmaz əmlak açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına 295.000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat ekvivalentində iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, dövlət rüsumunun tutulması barədə tələb əsaslı hesab edilməli və iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Xalid oğlunun Cavabdeh olan 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutma Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan ½ nisbətindəki payına yönəldilsin, həmin qeyri-yaşayış sahələri açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satışdan əldə olunacaq vəsait hesabına 295.000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat ekvivalentində pul məbləği İddiaçı Xalid oğluna ödənilsin. Cavabdeh İddiaçı Xalid oğlunun xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev