Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1313/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehin yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı cavabdehin yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC 21 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı ASC iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehin yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1313/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1313/2022
22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver