Məhkəmə qərarları › İş №e-2(009)-1318/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1318/2025

11.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1318/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 180000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 6,23 nömrəli evin 2 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Tərəqqi küçəsi 17, M 1, m 2) mənzilin boşaldılması və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh tərəf mülki iş üzrə aralarında barışıq sazişi bağlandığından həmin barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, bu saziş tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 6,23 nömrəli ev, mənzil 2 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə (bundan sonra mübahisəli mənzil) dair mübahisənin tənzimlənməsi və həmin mənzilin satılması qaydalarını əhatə edir. Tərəflər razılaşırlar ki, mübahisəli mənzil bazar qiymətinə və yaxud tərəflərin qarşılıqlı razılaşdığı qiymətə, yalnız tərəflərin qarşılıqlı yazılı razılığı ilə üçüncü şəxsə satıla, özgəninkiləşdirilə, girov qoyula bilər və satışdan əldə edilən vəsait tərəflər arasında bərabər nisbətdə (50% - 50%) bölüşdürüləcək. Eyni zamanda ikinci tərəf qarşılıqlı razılıq əsasında mənzilin real bazar dəyərinin ½ hissəsini birinci tərəfə ödəməklə də mübahisəni həll etmək hüququna malikdir. Birinci tərəfin öhdəlikləri: Barışıq sazişi imzalandıqdan sonra mənzilin və mənzildə olan əşyaların tamlığına toxunulmadan, mənzilə aid sənədləri, mənzilin açarlarını və kommunal xidmət kartlarını ikinci tərəfə təhvil verir. İkinci tərəfin öhdəlikləri: Barışıq sazişinə uyğun olaraq, mənzilin özgəninkiləşdirilməsinin məhdudlaşdırıldığı müddət başa çatdığı gündən başlayaraq üç gün ərzində mübahisəli məzilin satış elanı yerləşdirilir; Mənzilin satış dəyəri bazar qiymətlərinə uyğun olaraq yalnız hər iki tərəfin qarşılıqlı yazılı razılığı ilə müəyyən edilir. Mübahisəli mənzilin satılması yalnız notariat qaydasında və hər iki tərəfin birbaşa iştirakı ilə mümkündür. Birinci tərəfin iştirakı və yazılı razılığı olmadan mübahisəli mənzil satıla və ya hər hansı formada özgəninləşdirilə və ya girov qoyula bilməz; İkinci Tərəf mübahisəli mənzilin özgəninkiləşdirilməsinin məhdudlaşdırıldığı müddət başa çatdığı gündən başlayaraq, 1 (bir) il müddətində mənzilin satılmasını təmin edir və mənzilə görə əldə olunan vəsaitin (satışla bağlı çəkilən xərclər çıxıldıqdan sonra) ½ hissəsini İkinci tərəf pulu aldığı gün Birinci tərəfə ödəməlidir. (Satışla bağlı xərclərə notarial rüsumlar, dövlət rüsumları və vergilər, qiymətləndirmə xərcləri, əgər varsa, vasitəçi (rieltor) xidmət haqqı, bank köçürmə komissiyaları aiddir və bu xərcləri əvvəlcədən tərəflərin yazılı razılığı ilə aparılır və sənədlərlə təsdiq edilməlidir.) Mübahisəli mənzilin özgəninkiləşdirilməsinin məhdudlaşdırıldığı müddət başa çatdığı gündən başlayaraq 1 (bir) il müddətində mübahisəli mənzil satılmadığı halda, ikinci tərəf mənzilin dəyərinin ½ hissəsi kimi 90.000 (doxsan min) manat məbləğində pul vəsaitini birinci tərəfə ödəyir. Birinci tərəf Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan pul tələbinə dair e-2(009)-1318/2025 nömrəli mülki iş üzrə iddia tələblərindən tam olaraq imtina edir, həmin iş üzrə iddiadan imtina etdiyinə və icraata xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir; Tərəflər razılaşırlar ki, hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq olunur və barışıq sazişinin mənzilin satılması ilə bağlı hissədə şərtlərinə əməl edilmədiyi təqdirdə (yəni, hər iki tərəf süni maneələr yaradarsa) mənzilin real bazar dəyəri ilə açıq hərracda satılması üçün hazırkı barışıq sazişi icraya yönəldiləcəkdir. Mübahisəli mənzilin özgəninkiləşdirilməsinin məhdudlaşdırıldığı müddət başa çatdığı gündən başlayaraq 1 (bir) il müddətində mübahisəli mənzil satılmadığı halda, İkinci Tərəf mənzilin dəyərinin ½ hissəsi kimi 90.000 (doxsan min) manat məbləğində pul vəsaitini Birinci Tərəfə ödəmədiyi halda həmin pul vəsaitin məcburi qaydada ödənilməsi (İkinci Tərəfdən tutulması) üçün barışıq sazişi icraya yönəldiləcəkdir. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata həm ilkin, həm də qarşılıqlı iddia üzrə xitam verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: I. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin: 2.1. Bu saziş tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 6,23 nömrəli ev, mənzil 2 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə (bundan sonra mübahisəli mənzil) dair mübahisənin tənzimlənməsi və həmin mənzilin satılması qaydalarını əhatə edir. 2.2. Tərəflər razılaşırlar ki, mübahisəli mənzil bazar qiymətinə və yaxud tərəflərin qarşılıqlı razılaşdığı qiymətə, yalnız tərəflərin qarşılıqlı yazılı razılığı ilə üçüncü şəxsə satıla, özgəninkiləşdirilə, girov qoyula bilər və satışdan əldə edilən vəsait tərəflər arasında bərabər nisbətdə (50% - 50%) bölüşdürüləcək. Eyni zamanda ikinci tərəf qarşılıqlı razılıq əsasında mənzilin real bazar dəyərinin ½ hissəsini birinci tərəfə ödəməklə də mübahisəni həll etmək hüququna malikdir. 2.3. Birinci tərəfin öhdəlikləri: Barışıq sazişi imzalandıqdan sonra mənzilin və mənzildə olan əşyaların tamlığına toxunulmadan, mənzilə aid sənədləri, mənzilin açarlarını və kommunal xidmət kartlarını ikinci tərəfə təhvil verir. 2.4. İkinci tərəfin öhdəlikləri: - Barışıq sazişinə uyğun olaraq, mənzilin özgəninkiləşdirilməsinin məhdudlaşdırıldığı müddət başa çatdığı gündən başlayaraq üç gün ərzində mübahisəli məzilin satış elanı yerləşdirilir; - Mənzilin satış dəyəri bazar qiymətlərinə uyğun olaraq yalnız hər iki tərəfin qarşılıqlı yazılı razılığı ilə müəyyən edilir. - Mübahisəli mənzilin satılması yalnız notariat qaydasında və hər iki tərəfin birbaşa iştirakı ilə mümkündür. Birinci tərəfin iştirakı və yazılı razılığı olmadan mübahisəli mənzil satıla və ya hər hansı formada özgəninləşdirilə və ya girov qoyula bilməz; - İkinci Tərəf mübahisəli mənzilin özgəninkiləşdirilməsinin məhdudlaşdırıldığı müddət başa çatdığı gündən başlayaraq, 1 (bir) il müddətində mənzilin satılmasını təmin edir və mənzilə görə əldə olunan vəsaitin (satışla bağlı çəkilən xərclər çıxıldıqdan sonra) ½ hissəsini İkinci tərəf pulu aldığı gün Birinci tərəfə ödəməlidir. (Satışla bağlı xərclərə notarial rüsumlar, dövlət rüsumları və vergilər, qiymətləndirmə xərcləri, əgər varsa, vasitəçi (rieltor) xidmət haqqı, bank köçürmə komissiyaları aiddir və bu xərcləri əvvəlcədən tərəflərin yazılı razılığı ilə aparılır və sənədlərlə təsdiq edilməlidir.) - Mübahisəli mənzilin özgəninkiləşdirilməsinin məhdudlaşdırıldığı müddət başa çatdığı gündən başlayaraq 1 (bir) il müddətində mübahisəli mənzil satılmadığı halda, ikinci tərəf mənzilin dəyərinin ½ hissəsi kimi 90.000 (doxsan min) manat məbləğində pul vəsaitini birinci tərəfə ödəyir. 2.5. Birinci tərəf Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan pul tələbinə dair e- 2(009)-1318/2025 nömrəli mülki iş üzrə iddia tələblərindən tam olaraq imtina edir, həmin iş üzrə iddiadan imtina etdiyinə və icraata xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir; 2.6. Tərəflər razılaşırlar ki, hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq olunur və barışıq sazişinin mənzilin satılması ilə bağlı hissədə şərtlərinə əməl edilmədiyi təqdirdə (yəni, hər iki tərəf süni maneələr yaradarsa) mənzilin real bazar dəyəri ilə açıq hərracda satılması üçün hazırkı barışıq sazişi icraya yönəldiləcəkdir. 2.7. Mübahisəli mənzilin özgəninkiləşdirilməsinin məhdudlaşdırıldığı müddət başa çatdığı gündən başlayaraq 1 (bir) il müddətində mübahisəli mənzil satılmadığı halda, İkinci Tərəf mənzilin dəyərinin ½ hissəsi kimi 90.000 (doxsan min) manat məbləğində pul vəsaitini Birinci Tərəfə ödəmədiyi halda həmin pul vəsaitin məcburi qaydada ödənilməsi (İkinci Tərəfdən tutulması) üçün barışıq sazişi icraya yönəldiləcəkdir. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 3.4. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. II. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(009)-1318/2025 saylı mülki işin icraatına (ilkin və qarşılıqlı iddia üzrə) xitam verilsin. III. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. IV. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar