Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1321/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 369,60 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 399,60 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş Səbail rayon Məhkəməsinin icraatında olan iddia ərizəsinin surətindən və 2(009)-1154/2021 saylı, 06.05.2021-ci il tarixli məhkəmə bildirişindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı ******* saylı aktın əsassız olduğu üçün ləğv edilməsi və haqsız olaraq hesablanmış 369,06 manat borcun və sayğacın dəyərinin silinməsi tələbinə dair mülki işin baxılması 16.06.2021-ci il tarixə, saat 10:35-ə təyin edilmişdir və mülki iş hakim Şəhla Süleymanovanın icraatındadır. AR MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflərin iştirak etdiyi mülki işlər bir-birilə əlaqədar olduğundan bu işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və bu səbəbdən həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 45.4, 169.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş, məhkəmənin hakimi Şəhla Süleymanovanın icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı ******* saylı aktın əsassız olduğu üçün ləğv edilməsi və haqsız olaraq hesablanmış 369,06 manat borcun və sayğacın dəyərinin silinməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1321/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1321/2021
02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver