Məhkəmə qərarları › İş №e-2(009)-1325/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1325/2025

10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1325/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı - Cavabdeh MTK-ya qarşı «dolabın sökülməsinin cavabdehə qadağan edilməsi” tələbi barədə iddiası üzrə mülki işə 10 iyun 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «dolabın sökülməsinin cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilin giriş hissəsinin küçündə yerləşən dolabın sökülməsinin Cavabdeh MTK-a qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzil Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilən ********** nömrəli Çıxarışa əsasən ərizəçi İddiaçı məxsusdur. Mənzilin yerləşdiyi bina isə Cavabdeh MTK-nın idarəçiliyindədir. Həmin binada yerləşən İddiaçı məxsus mənzilin giriş qapısının sag tərəfində və divarın künc hissəsində, faktiki olaraq ümumi istifadədə olan və heç bir hərəkətə mane olmayan yerdə mənzil sahibi tərəfindən səliqəli şəkildə gediş-gəlişə mane olmamaq şərtilə estetik görünüşü olan dolab yığılmışdır. Həmin mənzilin giriş qapısının və onun ətrafının dizaynı və dolabın həmin dizaynı tamamlaması deməyə əsas verir ki, bu işlər yalnız gözəl görünüş və ümumi istifadə üçün edilmişdir (Evin giriş qapısının və dolabın fotoşəkilləri ərizəyə əlavə olunur). Göstəririk ki, həmin görünüşün yaradılması və dolabın yığdırılması üçün iddiaçı 1500 manat xərc çəkmişdir. Onun söküləcəyi halda iddiaçı əhəmiyyətli maddi və mənəvi ziyanla üzləşir. Ərizəyə əlavə edilən fotoşəkillərdən də görünür ki, dolabın yerləşdiyi yer divarın künc sahəsini əhatə edir və heç kimə, heç bir gediş-gəlişə maneəçilik törətmir. Əksinə estetik cəhətdən dəhlizə xoş görüntü verir. Eyni zamanda yığılmış həmin dolab ümumi istifadə üçün nəzərdə tutulub. Dolabın ümumi istifadə üçün nəzərdə tutulduğu MTK işçilərinin nəzərinə çatdırılıb. Qeyd edək ki, dolab bir aydan çoxdur ki quraşdırılıb. Onun yığılması üçün müxtəlif tikinti materialları alınaraq daşınıb və iki, üç gün həmin sahədə ustalar çalışaraq həmin dolabı divarda yığıblar. Bu zaman qonşulardan kimsə və MTK-nın özü buna etiraz etməyib. Susmaq və quraşdırmaya mane olmamaq isə mülki hüquqi cəhətdən razılıq sayılır. Dolabın söküləcəyi barədə “xəbərdalıq” yalnız həmin binada işləyən xadimə tərəfindən edilmişdir. Başqa heç bir sakindən bu barədə narazılıq edilməmişdir. Bundan sonra biz öz təşəbbüsümüzlə (xadimənin "xxxx" sonra) MTK-nın işçiləri ilə əlaqə saxlamış, dolabın heç kimə və heç nəyə maneçilik törətmədiyini və onun ümumi istifadəyə açıq olduğunu bildirmişik. Bundan sonra MTK işçiləri onun söküləcəyini bildirmişdir. Bu söhbətin ardınca tərəfimizdən müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-16(009)-72/2025 saylı Qərardadı ilə mübahisə mövcud olduğuna görə ərizə təmin edilmişdir. Həmin qərardaddan qarşı tərəf şikayət vermiş və şikayətdə göstərmişdir ki, dolabın quraşdırılması üçün binanın mənzil mülkiyyətçilərindən əvvəlcədən icazə alınmayıb. Daha sonra həmin şikayətə üç nəfərinin adından ərizə hazırlanaraq əlavə edilib. Ərizədən aydın görsənir ki, o tərtibatına görə hüquqşünas tərəfindən kompüterdə hazırlanıb və hər üç nəfər ora imza atıb. Şikayəti əsaslandırmaq üçün bu metoddan istifadəni yolverilməz sayırıq. Digər tərəfdən necə olur ki, artıq xeyli müddətdir qurulmuş dolaba görə xx.xx.2025-ci il tarixdə üç nəfər birləşib və MTK-nın inzibati ofisində gedib ərizəyə imza atıblar?! Bu tarix MTT-nin verildiyi xx.xx.2025-ci il tarixə təsadüf edir. Ərizə tarixinin ayın 18- nə (MMT haqqında ərizənin tarixindən əvvələ) salınması məqsədli olmuşdur. Digər tərəfdən 3 nəfərin bir ərizə ilə müraciət etməsi bina mülkiyyətçilərinin nə razılığı nə də etirazıdır. Ərizədə göstərilir ki, dolab ümumi görünüşü pozur və yanğın təhlükəsi yaradır. Hesab edirik ki, əksinə dolab və onu əhatə edən mənzilin qapısı və divara vurulmuş səliqəli bəzək görünüşü tamamlayır. Eyni zamanda dolab elektrik və ya qaz xəttinin keçdiyi yerdə yığılmayıb və heç bir təhlükə yaratmır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, giriş 11, M4, m3 (köhnə qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsi ev 11, mənzil 13) İddiaçı xüsusi mülkiyyətindədir. X1, X2 və X3 tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış ərizədə qeyd edilir ki, yaşadığımız ünvan 2 ünvanında yerləşən binada, bizim 4-cü mərtəbədəki qonşumuz (13 saylı mənzil) özünə aid olmayan ümumi yaşayış ərazini zəbt edərək, blokda şkaf yığdırıb. Bunun nəticəsi olaraq, blokun görünüşünü korlayıb. Bütün sakinlər belə şkaf yığdırsa blokun vəziyyəti bərbad olacaq, yanğın ehtimalı arta bilər və s. Qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirik bununla bağlı ölçü götürəsiniz və o şkafı ordan götüzdürəsiniz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, giriş 11, M4, m3 İddiaçı məxsusdur. İddiaçı tərəfindən ona məxsus mənzilin yerləşdiyi mərtəbədə dolab quraşdırıldığı işin mübahisəsiz halıdır. Belə ki, işin bu halı iş materiallarında olan dolabı əks etdirən fotoşəkillə yanaşı tərəflərin izahatları ilə də təsdiq olunur. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının “Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri”-nin 4.8-ci bəndinə əsasən lift hollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək, pilləkan qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkanın iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkanın iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qurmağa icazə verilir) saxlamaq qadağandır. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi, çoxmərtəbəli yaşayış binasında yaşayış sahəsinin mülkiyyətçisinə lift hollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək, pilləkan qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkanın iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkanın iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qurmağa icazə verilir) saxlamaq qadağan edilmişdir. Belə olan halda iddiaçı tərəfindən ona məxsus mənzilin yerləşdiyi mərtəbədə dolab quraşdırılması yolverilməzdir. Bu səbəbdən hazırki iddia əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin: 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar