Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-134/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı1 nümayəndəsi S.S.Səlimovanın, İddiaçı M.R.Qafarlının, Birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “X10 Kompleksi” MTK-nın nümayəndəsi S.N.Nərimanlının, Cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi və vəkili İ.M.İsmaylovun, iştirakları ilə Birgə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər “X10 Kompleksi” MTK-ya, Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh2nə qarşı mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillərlə təmin edilmələri, mənzillə təmin olunanadək kirayə haqqının və mənəvi ziyanın tutulması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Birgə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh “X10 Kompleksi” MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yaralı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, birgə iddiaçılar ünvan 1 ünvanında yerləşən: xx.xx.2019-cu il tarixli, ********** saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil İddiaçı6; xx.xx.2022-ci il tarixli, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 49 saylı mənzil İddiaçı5 Qüdrət oğluna; xx.xx.2005-ci il tarixli, ÖM 226512 saylı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil İddiaçı2; xx.xx.1994-cü il tarixli, 30/25392 saylı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 45 saylı mənzil İddiaçı3; 30/12107 saylı, xx.xx.1993-cü il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil İddiaçı1; xx.xx.2021-ci il tarixli, ********** saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 36 saylı mənzil İddiaçı4 – mülkiyyət hüququ əsasında məxsusdur. Hazırda cavabdeh “X10 Kompleksi” MTK tərəfindən birgə iddiaçılarla hər hansı razılıq əldə olunmadan birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binasının sökülməsinə başlanılmışdır. Cavabdehin birgə iddiaçılara pretenziyasında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamının icrası məqsədilə ünvan 2 ünvanında yerləşən istismar müddəti başa çatmış yaşayış binasının sakinlərinin köçürülərək sökülməsinin nəzərdə tutulduğu, yaşayış binasının qəzalı vəziyyətdə olduğu, təklif olunan məbləğə razılaşılmadığı təqdirdə mənzilin alınması üçün tədbirlər görüləcəyi bildirilmişdir. Birgə iddiaçıların cavabdehə cavab məktubunda Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 173 saylı sərəncamının və bu sərəncamla birgə iddiaçıların və Kooperativin üzərinə hansısa vəzifə qoyulmasının, binanın texniki cəhətdən yolverilməz vəziyyətdə olmasının qeyd edildiyi rəyin məlum olmadığı, binanın mülkiyyətçisinin Azərbaycan dövləti olduğu və həmin rəy əsaslı olarsa dövlətin zəruri qanuni tədbirləri həyata keçirə biləcəyi, birgə iddiaçıların mənzillərini satmaq fikirlərinin olmadığı və Azərbaycan Respublikasının qanunvericiliyində əmlakın Kooperativ tərəfindən birtərəfli qaydada məcburi alınmasına imkan verən heç bir əsasın olmadığı bildirilmişdir. Buna baxmayaraq iddia ərizəsinə əlavə olunan videomateriallardan göründüyü kimi, cavabdeh qəsdən hər vəchlə, bütün qanunsuz üsul və vasitələrdən istifadə edərək birgə iddiaçıların yaşamaq hüququnu məhdudlaşdırmağa, onların və ailə üzvlərinin mənzillərindən istifadə etmələrinə imkan verməməyə, kommunal xidmətləri dayandırmağa və dözülməz bir vəziyyət yaratmağa, özbaşınalıq və suiistifadə yolu ilə yüksək vəzifəli şəxslərin adından istifadə etməklə hədə-qorxu gəlməyə və təzyiq göstərməyə davam edir. Birgə iddiaçılara məxsus evlərin şüşə və qapıları sındırılır. Kənar və normal reputasiyaya malik olmayan şəxslərin binaya, mənzillərə soxulması və fəsadlar törətmələri təşkil olunur. Son bir həftədə binanın qaz, elektrik təchizatını kəsmiş, su təchizatını məhdudlaşdırmış, qəsdən mənzillərə su axıtmış, insanların, xüsusilə yaşlıların və azyaşlı uşaqların yaşamaq haqqını qeyri-insani bir şəkildə mümkünsüz etməyə yönələn hərəkətlərə yol vermişdir. Hazırki şəraitdə birgə iddiaçıların mənzillərində yaşamaları qeyri-mümkün olduğundan, onlar müxtəlif yerlərdə məskunlaşmağa məcbur olmuş, evlərindən didərgin salınmışlar. Kooperativ vandalizm nümayiş etdirərək birgə iddiaçılara təzyiq və hədə-qorxu göstərir. Birgə iddiaçıların təhlükəsiz şəraitdə yaşamaq, mülkiyyətindən maneəsiz istifadə etmək, mənzil toxunulmazlığı, şəxsi həyatın toxunulmazlığı kimi konstitusion hüquq və azadlıqları kobud şəkildə pozulur. Aidiyyatı orqanlara şifahi və yazılı şəkildə dəfələrlə müraciət edilsə də, effektiv tədbirlər görülmür, cavabdehin özbaşınalıqlarına son qoyulmur. Ona görə də birgə iddiaçılar mülkiyyət hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. ünvan 1 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yararlı vəziyyətdə bərpa olunması vəzifəsinitn cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxaılması zəruri əhəmiyyət kəsb edir. Göstərilənləri nəzərə alaraq birgə iddiaçılar ünvan 1 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yaralı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, 100 manat dövlət rüsumunun cavabdeh “X10 Kompleksi” MTK-dan tutularaq birgə iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və qeyrilərinin cavabdeh “X10 Kompleksi” MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yaralı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair mülki işin icraatına birgə iddiaçılardan İddiaçı3 və İddiaçı4 iddiadan imtina etməsi ilə əlaqədar onlara münasibətdə xitam verilmişdir. Birgə iddiaçılar İddiaçı6, İddiaçı5 Qüdrət oğlu, İddiaçı2, İddiaçı1 və X8 cavabdehlər “X10 Kompleksi” Mənzil Tikinti Kooperativinə, Bakı şəhər İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı AR MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil xx.xx.2016-cı il tarixli, seriya RX ******* saylı Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 məxsusdur. X8 hazırki iş üzrə cavabdehlərə qarşı birgə iddiaçılarla eyni mövqedən çıxış etdiyinə görə iş üzrə icraata tərəf qismində qoşulmaq barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə icraatın davam etdiyi dövrdə birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binasının söküntüsünün qadağan edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadlar çıxarılmışdır. Lakin adı çəkilən qərardadların icrası təmin edilməmiş, Kooperativ və ona havadarlıq edən cavabdehlər Cavabdeh2 və Bakı şəhər İcra Hakimiyyəti birgə iddiaçılarla razılaşdırmadan, binanın qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiq edilmədən, habelə birgə iddiaçıların mülkiyyət hüquqlarına xitam verilmədən onlara məxsus mənzillərin sökülməsi üçün əlbir olmaqla bütün qanunsuz üsul və vasitələrdən istifadə etmişlər. Beləliklə, birgə iddiaçılara məxsus mənzillərin yerləşdiyi yaşayış binası cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Cavabdeh2 və “X10 Kompleksi” Mənzil Tikinti Kooperativi tərəfindən sökülmüşdür. Halbuki, qeyd olunan yaşayış binasının sökülməsi üçün heç bir qanuni əsas, məhkəmə qərarı olmamış, birgə iddiaçıların mülkiyyət hüququna xitam verilməmiş, birgə iddiaçılarla razılaşma əldə olunmamışdır. Cavabdehlər birgə iddiaçılara məxsus mənzillərə mülkiyyətçilərin razılığı olmadan zorla daxil olaraq mənzilləri sökmüşlər. İddiaçılardan bir neçəsinə - İddiaçı5 Qüdrət oğluna, İddiaçı6 məxsus şəxsi əşyaların taleyi barədə ümumiyyətlə məlumatı yoxdur. Birgə iddiaçılar dörd aydan artıq müddətdir ki, mənzillərindən məhrum edilmiş, evsizeşiksiz qalmış, əlavə xərclərə düçar olmaqla şəxsi vəsaitləri hesabına müxtəlif yerlərdə məskunlaşmağa məcbur olmuşlar. Cavabdehlər tərəfindən hər vəchlə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək birgə iddiaçıların təhlükəsiz və sağlam şəraitdə yaşamaq, mülkiyyət hüququnun müdafiəsini tələb etmək imkanlarının qarşısı alınmış, mənzil toxunulmazlığı azadlıqları pozulmuş, şəxsi və ailə həyatlarına ciddi müdaxilə edilmişdir. Habelə birgə iddiaçılar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardımdan istifadə etməyə və nümayəndə - vəkilə xidmət haqqı ödəməklə əlavə xərclər çəkməyə məcbur olmuşlar. Cavabdehlər tərəfindən birgə iddiaçılara vurulan ziyan sadəcə maddi ziyanla məhdudlaşmamış, onların xeyli müddət kommunal təchizatlardan məhrum buraxılması, mənzillərinin pəncərə və qapılarının sındırılması, kənar şəxslərin yaşayış binasına buraxılması ilə sakinlərə ciddi narahatlıq törədilməsi, evlərə su axıdılması, onların şəxsi əşyalarını götürmələri üçün imkan belə vermədən mənzillərindən didərgin salınmaları, çoxsaylı məhkəmə proseslərinə cəlb edilmələri, hədə-qorxuya məruz qalmaları və nəhayət, mənzillərinin qanunsuz sökülməsi ilə ciddi mənəvi ziyan vurulmuşdur. Ona görə də, cavabdehlər birgə iddiaçılar qarşısında onlara vurulan maddi və mənəvi ziyana görə birgə məsuliyyət daşıyırlar. Birgə iddiaçılar onlara məxsus olan mənzillərin şəraitindən aşağı şəraitdə olmayan, mənzillərin faktiki sahəsinə 30% əlavə edilməklə təmirli mənzillə təmin edilməli və mənzillər onlara təhvil verilənədək kirayə haqqı ödənilməlidir. Nəzərə almaq lazımdır ki, birgə iddiaçılara məxsus mənzillər Bakı şəhərinin Bayıl adlanan ərazisində, coğrafi baxımdan əlverişli ərazidə yerləşməklə, birbaşa dəniz mənzərəli, yaxşı təmirli mənzillər olmuşdur. Birgə iddiaçılar ailə üzvləri ilə birlikdə uzun illər həmin mənzillərdə yaşamış, yaxın ərazilərdə fəaliyyət göstərmiş, qeyd olunan ərazidə mövcud olan mühitə uyğunlaşmışlar. Göstərilənləri nəzərə alaraq birgə iddiaçılar: - Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi" MTK tərəfindən İddiaçı6 Kooperativ tərəfindən Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 175 kv.m sahəsi olan, 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı6 məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi; xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı6 təhvil verilənədək aylıq 1500 manat kirayə haqqının, İddiaçı6 vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 168 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; -Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən, faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi” MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 158 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı5 Qüdrət oğluna məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı5 Qüdrət oğluna təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı5 Qüdrət oğluna vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi; -Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən, faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi” MTK tərəfindən İddiaçı2 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 155 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı2 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı2 təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı2 vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; -Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən faktiki sahəsi 119 kv.m olan, 47 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi” MTK tərəfindən İddiaçı1 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 155 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı1 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı1 təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı1 vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən faktiki sahəsi 160 kv.m. olan 20 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi” MTK tərəfindən X5 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla sahəsi 208 kv.m olan 4 otaqlı, təmirli mənzilin verilməsi, X5 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi X5 təhvil verilənədək aylıq 1500 manat kirayə haqqının, X5 vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 168 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi - haqqında qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində cinayətin əlamətlərinin mövcudluğu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 2022-ci ilin oktyabr ayından yaşadıqları binanın işıq, qaz xəttlərini kəsmiş, binaya girişi məhdudlaşdırmışlar. 2023-cü ilin fevral ayında isə bina tamamilə sökülmüş, onun avadanlıqları anbara yığılmış, yararsız vəziyyətə düşmüşdür. Mülkiyyətdə olan mənzillə bağlı MTKnın səlahiyyətli şəxsləri tərəfindən onlarla hər hansı bir danışıq aparılmamışdır. Onlarla yalnız makler danışmışdır, evi onlar almaq istəmişlər. Onlara bildirişlmişdir ki, sökülən binanın yerində yeni bina inşa edilməyəcək, orada park salınacaq. Orada yaşayan digər sakinləri də aldadıb evlərini almışlar. Onlar sökülmüş binanın yerində inşa ediləcək yeni binadan mənzillərin verilməsi tələb edirlər. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X8 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, hələ bir neçə il əvvəl qonşu binaların sökülməsi zamanı Arzu və Kərəm adlı makler şirkətin işçisi adından orada ofis açıb, sakinləri bina sökülməmişdən əvvəl dəvət edib evlərin alınmasını təklif etmiş və bildirmişlər ki, onların sökülən binasının yerində park salınacaq. O, qanunları bildiyi üçün əvvəlcədən bildirmişdir ki, uzun müddətdir həmin ərazidə yaşayır, söküləcək binanın yerində tikiləcək yeni binadan ona mənzil verilməklə öz evini sata bilər. O, müxtəlif orqanlara müraciət etmiş, 2 dəfə Bakı şəhər İcra Hakimiyyətinə dəvət olunmuş, məsələnin müsbət həll ediləcəyini desələr də, bu günədək hər hansı bir nəticə olmamış, şirkətin səlahiyyətli şəxsləri tərəfindən onunla hər hansı danışıq aparılmamışdır. O, mülkiyyətində olmuş və sökülmüş evə görə hər hansı kompensasiya istəmir, inşa olunacaq yeni binadan ev istəyir. Söküntü işləri başlayarkən qəsdən mənzilin üstündəki mənzildən onların mənzilinə su axıdılmış, əmlakları zədələnmiş, mənəvi iztirablar keçirmişlər. Məhkəmə iclasında izahatı alınmış birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birgə iddiaçıların nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçıların mənzillə təmin edilmə öhdəliyi cavabdeh qismində göstərdikləri həm MTK, həm də İcra Hakimiyyətləri üzərində qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən Şirkətin və Cavabdeh2 nümayəndəsinin hazırki tələbə dair cavabdehlik daşımaması barədə izahatları əsassızdır. “X10 Kompleksi” MTK torpağın faktiki istifadəçisidir, sərəncamla ona ayrılıb, icra qurumları isə bu işlərə nəzarət edən qurumlardır, ona görə də tələbə dair hər 3 Cavabdehlik daşımalıdırlar. Eyni zamanda müvafiq aktla da söküntünün Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi müəyyən edilir. Qanunsuz söküntü işləri ilə bağlı da hüquq-mühafizə orqanlarına xüsusi qərar çıxarılmaqla da məlumat verilməlidir. Mülkiyyətçilərin sökülmüş evlərinin real bazar qiymətlərini müəyyən edən müvafiq rəylər əldə etmişlər, həmin rəylər iddialarına müsbət qiymət verilməyəcəyi təqdirdə şikayətlə Avropa Məhkəməsinə müraciət olunduğu zaman şikayətə əlavə olunacaqdır. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “X10 Kompleksi” MTK-nın nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, binanın sökülməsi ilə şirkətin heç bir əlaqəsi yoxdur. Şirkət 47 nəfər mülkiyyətçiyə kompensasiya verməklə onların evlərini almışdır, hazırki iddiaçılar isə real olmayan fantastik qiymətlər təklif edərək evlərini sata biləcəklərini deyirlər. Qaldırılan iddianı əsassız hesab edir və onun rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, söküntü Cavabdeh2 tərəfindən həyata keçirməmişdir, hazırki tələb üzrə Cavabdeh2 cavabdehlik daşımır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamın surətindən görünür ki, “X10 Kompleksi” MMC-nin xx.xx.2014-cü il tarixli müraciətini nəzərə alaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X10 Kompleksi” MMC tərəfindən həll edilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin, ümumi sahəsi 101,30 kv.m. olan 35 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı6 mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X9 küçəsində yerləşən 2 saylı evin, ümumi sahəsi 69 kv.m. olan 49 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı5 Qüdrət oğlunun mülkiyyətindədir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 226512 nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin ümumi sahəsi 60 kv.m. olan 50 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı2 mülkiyyətindədir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Krasin (hazırki Q.Abbasov) küçəsində yerləşən 2 saylı evin 47 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X9 küçəsində yerləşən 2 saylı evin, ümumi sahəsi 95,8 kv.m. olan 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə X4 mülkiyyətindədir. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Cavabdeh2 başçısına, surəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi xx.xx.2022-ci il tarixli, xx/xx-06768 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, Agentliyin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanda yerşləşən 5 mərtəbəli yaşayış binasına keçirilmiş vizual texniki baxış zamanı texniki cəhətdən qəzalı vəziyyətə düşmüş həmin binanın istismar üçün təhlükəli vəziyyətdə olduğunu bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən 5 mərtəbə yaşayış binasının Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 173 saylı sərəncamı ilə rayonun Xanlar və Qurban Abbasov küçələrinin arasındakı 58-59 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “X10 Kompleksi” MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinə düşdüyünü nəzərə alaraq gələcəkdə baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədilə sözügedən ünvanla bağlı müvafiq qabaqlayıcı tədbirlərin görülməsini xahiş etmişdir. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ünvan 5 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında Aktın surətinə əsasən ünvan 3 ünvanda yerləşən zirzəmi, 5 mərtəbəli yaşayış binasına vizual baxış keçirilərkən məlum olmuşdur ki, Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmi, 5 mərtəbəli olub, 1935-ci ildə inşa edilmişdir. Bina relyefli ərazidə yerləşdiyindən zirzəmi mərtəbəsi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78.40 x 10.50 metrdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Çoxmənzilli yaşayış binasında hal-hazırda yalnız 10 mənzil istismar edilir. Baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yaşayış binası fiziki cəhətdən köhnəlmişdir; binanın arxa fasad divarında müxtəlif ölçülü çatlar yaranmışdır; arxa fasad divarında atmosfer sularının təsirindən suvaq qatları və horgu məhlulları aşınmışdır; binanın ön fasad hissəsində son zamanlarda təmir işləri aparıldığından çat və aşınmalar müşahidə edilmədi; zirzəmi mərtəbəsində torpaq təmasda olan divarlarda suvaq qaltları aşınmış, daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür, bəzi girişlərdə atmosfer sularının ümumi sahələrə sızması nəticəsində dəmir betondan olan çətir elementlərinin beton mühafizə qatları aşınmış armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; binanın arxa fasad divarında sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir; binanın arxa fasad hissəsində yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmış və sonradan inşa edilmiş əlavə sahələrə keçid yaradılmışdır; binanın ön fasad hissəsində bəzi mövcud eyvanlar müxtəlif inşaat materialları ilə tikilərək genişləndirilmişdir; binanın əksər mənzillərində mərtəbəarası örtükləri sökülmüşdür; əksər mənzillərin qapı və pəncərələri sökülmüşdür; yuxarıda qeyd olunmuş bu qüsurlar (əlavə sahələr və yenidənqurma işləri) binanın əlavə yüklənməsinə və binanın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 3 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İş materiallarına əlavə edilmiş iddia ərizələrin surətlərdən görünür ki, Bakı şəhəri Cavabdeh2 cavabdehlər “X10 Kompleksi” MTK-ya və İddiaçı5 Qüdrət oğluna,X5, İddiaçı1, İddiaçı2,İddiaçı6 qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, “X10 Kompleksi” MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna 255.000 manat, X5 336.000 manat, İddiaçı1 250.000 manat, İddiaçı2 250.000 manat, İddiaçı6 283.000 manat kompensasiya ödənilməklə, onların yaşadıqları mənzilləri üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi və həmin mənzillər boşaldılaraq “X10 Kompleksi” MTK-ya təhvil verilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağıl aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 20 saylı mənzili X5, 35 saylı mənzili İddiaçı6, 47 saylı mənzili İddiaçı1, 49 saylı mənzili İddiaçı5 Qüdrət oğluna, 50 saylı mənzili İddiaçı2 mülkiyyət hüququ əsasında məxsusdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyriyaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “X10 Kompleksi” MMC-nin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həmin cəmiyyət tərəfindən həll edilməlidir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyinə əsasən Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmi, 5 mərtəbəli olub, 1935-ci ildə inşa edilmişdir. Bina reylefli ərazidə yerləşdiyindən zirzəmi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78,40 – 10,50 metrdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Çoxmənzilli yaşayış binasında hal-hazırda yalnız 10 mənzil istismar edilir. ünvan 3 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İddiaçılar cavabdehlər “X10 Kompleksi” MTK-ya, Bakı şəhər İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı tələb irəli sürərək mənzillərin sökülməsi ilə əlaqədar mənzillərin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzillərin faktiki sahəsindən 30% artıq sahəsi mənzillərlə təmin edilmələri, mənzillə təmin olunanadək kirayə haqqının və mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə, sakinlərin mənzillərinə hüquqları və onların itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət haqqı və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin və dövlətin öhdəlikləri nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. AR Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 28.6-cı və 28.7-ci maddələrinə əsasən, qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Göründüyü kimi, qanunvericilikdə şəxsin mülkiyyət hüququ tanınmış və qanunla qoruma altına alınmışdır. Bununla belə, həmin hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mənzilin sahibinin oraya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması zəruridir. Hazırki işdə olan Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 20, 35, 47, 49, 50 saylı mənzillərinə dair iddiaçıların mülkiyyət hüququnun olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq çıxarışlarla təsdiqlənir. Həmin çıxarışlara əsasən, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 2 saylı evin 20 saylı mənzili X4, 35 saylı mənzili İddiaçı6, 47 saylı mənzili İddiaçı1, 49 saylı mənzili İddiaçı5 Qüdrət oğlunun, 50 saylı mənzili İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Odur ki, mübahisə predmetlərinin həmin şəxslərin iqtisadi marağında olan real əmlakı olması mübahisəsizdir. İşin digər faktiki hallarından görünür ki, dövlət (Cavabdeh2 şəxsində) mənzilin yerləşdiyi binanın sökülməsi barədə sərəncam vermiş və «X10 Kompleksi» MTK həmin sərəncamın icrası çərçivəsində müvafiq tədbirlər görür. Qeyd olunanlar müdaxilənin varlığını sübut edir. Bununla belə, mülkiyyət hüququna (o cümlədən adları çəkilən fiziki şəxslərin mülkiyyət haqqına) müdaxilənin mümkünlüyü Avropa Hüquqları Konvensiyasının İ saylı protokolunun 1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, eləcə də Mənzil Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normalarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların sakinlərinin köçürülməsi, dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququ açıqca təsbit olunmuşdur. Hazırkı işin hallarından görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli rəyinə əsasən ünvan 3 ünvanda yerləşən yaşayış binasının texniki cəhətdən qəzalı vəziyyətdə olması, istismar üçün təhlükəli olması müəyyən olunmuşdur. Cavabdeh2 Başçısının 15 aprel 2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “X10 Kompleksi” MMC-nin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həmin cəmiyyət tərəfindən həll edilməlidir. Göründüyü kimi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən qeyd edilən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması Cavabdeh2 sərəncamı ilə yuxarıda qeyd olunan qaydada tənzimlənmişdir. Yəni, belə binaların sakinlərinin müvafiq kompensasiya müqabilində çıxarılmaları səlahiyyətli dövlət orqanlarının aktında nəzərdə tutulmuşdur. Dövlət orqanlarının qəbul etdiyi bu aktlarda söküntünün və mülkiyyətçilərə məxsus bina və ərazinin yenidən qurulması üçün şirkətlərə verilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi ilə izah edilir. Həmin binaların qəzalı və şəhərsalma normalarına cavab verməyən vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin rəyi də mövcuddur. O da məlumdur ki, bu söküntü belə binalarda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına kömək edə biləcəyi nəzərə alındıqda, müdaxilənin cəmiyyətin maraqlarına xidmət etməsi (ictimai mənafe üçün olması) qənaətinə gəlmək mümkündür. Bu o deməkdir ki, baxılan işdə vətəndaşların mənzilləri üzərindəki mülkiyyət hüquqlarına müdaxilə qanuni məqsəd daşıyır. Bundan əlavə, işin hallarından görünür ki, mübahisəli binanın digər mülkiyyətçiləri ilə “X10 Kompleksi” MMC arasında kompensasiya ödənilməklə müvafiq alqı-satqı müqavilələri bağlanılmış, kompensasiya məbləği ilə razılaşmayan mülkiyyətçilər isə hazırki tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə fiziki şəxslərin mülkiyyət və digər hüquqlarına müdaxilənin haqq qazandırıla bilən olub-olmaması ilə bağlı bildirir ki, binanın məhdud işlək vəziyyətdə olması, bu vəziyyətdə dövlətin real tədbirlər görmək vəzifəsi, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması üçün real təminatların nəzərdə tutulması müdaxiləni həm zəruri, həm də mütənasib edir. Belə ki, faktiki vəziyyətdə bu müdaxilənin edilməməsi dövlətin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü bir sıra pozitiv öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Çünki, Azərbaycan Respublikası, Avropa Konvensiyasına qoşulmuş tərəf kimi yurisdiksiyası altında olan şəxslərin yaşamaq, mülkiyyət və s. hüquqlarının pozulmaması üçün zəruri olan bütün tədbirləri vaxtında və tam şəkildə görmək öhdəliyini öz üzərinə götürmüşdür. Hazırkı işdə faktiki vəziyyət ondan ibarətdir ki, sakinlərin həyat və sağlamlığı, əmlakı təhlükə altında olduğu üçün həmin bina sökülmüşdür. Çünki, onların yaşadığı bina uzunmüddətli istismar nəticəsində məhdud işlək vəziyyətdə olmuşdur. Belə olan halda cavabdeh tərəfindən sakinlərin həmin mənzillərdən çıxarılması ilk növbədə onların həyat və sağlamlığı, əmlakının salamatlığı, ikinci növbədə isə bu kimi halların baş verməməsi üçün dövlətin vaxtında lazımi tədbirlər görməsi üçün zəruri olmuşdur. Digər tərəfdən Avropa Məhkəməsi baxdığı bir çox işdə mülkiyyətə müdaxilənin zəruri (haqq qazandırılmalı və mütənasib) olduğunu təsbit etmək üçün cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməsi məsələsinə vurğu edir. Ədalətli tarazlığı pozan vəziyyət dedikdə, mülkiyyətçinin məruz qaldığı məhdudiyyət yükünün ağırlığı nəzərə alınır. Bununla belə, hesab edir ki, əgər həmin məhdudiyyətin müddətlərinin azaldılması və zərərin əvəzinin ödənilməsi halları varsa müdaxilə qanuni sayıla bilər (Sporronq və Lonnrot İsveçə qarşı iş, 1986). Beləliklə məhkəmə iddiaçıların mənzil üzərində mülkiyyət haqqı və ona müdaxilənin qanun əsasında həyata keçirilməsini, hazırki iddiaçılara münasibətdə Cavabdeh2 tərəfindən tikinti şirkəti üzərinə ədalətli kompensasiya verilməklə mülkiyyətçilərin mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia qaldırmasını, həmin iddia ərizələrinin məhkəmə icraatında olmasını nəzərə alaraq hesab edir ki, mənzillər üzərində mülkiyyət hüquqlarına ədalətli kompensasiya verilməklə xitam verilməli olduğundan, mülkiyyətçilərin sökülmüş binanın yerində inşa ediləcək binadan mülkiyyətlərində olmuş mənzilin faktiki sahəsindən 30% əlavə olmaqla yeni təmirli mənzillərlə təmin edilmələri, mənzillərlə təmin olunanadək müvafiq kirayə haqqlarının ödənilməsi barədə qaldırılmış tələblər əsaslı hesab edilə bilməz. Məhkəmə vurulmuş mənəvi ziyana görə iddiaçılara hər birinə 20.000 manat pulun tutulması hissələri üzrə qeyd edir ki, həmin hissələrdə də tələblər əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, mülkiyyətçilərin mülkiyyət hüquqlarına müdaxilə cəmiyyətin maraqlarına xidmət etməklə qanuni əsaslarla olduğundan, həmçinin iddiaçılar cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkmələrini göstərsələr də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, mənəvi ziyanın tutulması hissələrində tələb təmin edilməməlidir. Məhkəmə iddiaçıların cavabdehlərin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçılarının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməli və həmin hissədə də tələb təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı5 Qüdrət oğlunun, İddiaçı2 və X4 cavabdehlər “X10 Kompleksi” MTK-ya, Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh2nə qarşı Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən, faktiki sahəsi 135 kv.m olan 35 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi" MTK tərəfindən İddiaçı6 Kooperativ tərəfindən Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 175 kv.m sahəsi olan, 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı6 məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi; xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı6 təhvil verilənədək aylıq 1500 manat kirayə haqqının, İddiaçı6 vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 168 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; -Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən, faktiki sahəsi 121 kv.m olan 49 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi” MTK tərəfindən İddiaçı5 Qüdrət oğluna Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 158 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı5 Qüdrət oğluna məxsus əşyaların təhvil verilməsi və həmin əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı5 Qüdrət oğluna təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı5 Qüdrət oğluna vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi; -Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən, faktiki sahəsi 119 kv.m olan 50 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi” MTK tərəfindən İddiaçı2 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 155 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı2 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı2 təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı2 vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; -Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən faktiki sahəsi 119 kv.m olan, 47 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi” MTK tərəfindən İddiaçı1 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 155 kv.m sahəsi olan 3 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı1 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi İddiaçı1 təhvil verilənədək aylıq 1200 manat kirayə haqqının, İddiaçı1 vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 165 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - Bakı şəhəri, Q.Abbasov küçəsi ev 2 ünvanında yerləşən faktiki sahəsi 160 kv.m. olan 20 saylı mənzilin sökülməsinə görə cavabdeh “X10 Kompleksi” MTK tərəfindən X5 Kooperativ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 173 nömrəli sərəncamına əsasən həmin ünvanda inşa olunacaq yaşayış binasında yerləşən, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla sahəsi 208 kv.m olan 4 otaqlı, təmirli mənzilin verilməsi, X5 məxsus əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablanmaqla yaşayış sahəsi X5 təhvil verilənədək aylıq 1500 manat kirayə haqqının, X5 vurulmuş mənəvi ziyana görə 20.000 manat kompensasiyanın, 168 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev İş № 2(009)-134/2023 MƏHKƏMƏ İCLASİNİN QƏRARDADİ Səbail rayon Məhkəməsi 16 iyun 2023-cü il tarixdə Bakı şəhərində Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və qeyrilərinin cavabdeh “X10 Kompleksi” MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yaralı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və qeyrilərinin cavabdeh “X10 Kompleksi” MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yaralı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birgə iddiaçılardan İddiaçı3 və İddiaçı4 ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə mübahisəni aralarında həll etdiklərini, bu səbəbdən qaldırdıqları iddia tələblərinə baxılmasına zərurətin qalmadığını, qaldırdıqları iddiadan imtina etdiklərini bildirərək, onlara münasibətdə işə xitam verilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, ərizələr təmin edilməli, mülki işin icraatına iddiaçılar İddiaçı3 və İddiaçı4 münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi hüquq və azadlıqların və ya qanuni mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə mülki işin başlanılması üçün əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün, həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçının iddiadan imtina etməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. İddianın verilməsi kimi iddiadan imtina da iddiaçının hüququdur. İddiaçı iddiadan imtina etməklə irəli sürdüyü tələbin məhkəmədə müdafiəsi hüququndan da imtina edir. Məhz bu səbəbdən qanunvericilik iddiadan imtinanın məhkəmə tərəfindən qəbul olunmasını həmin iddiaya əsasən başlanılmış mülki işin icraatına xitam verilməsini prosessual hüquqi əsası kimi müəyyən edir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə birgə iddiaçılardan İddiaçı3 və İddiaçı4 iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən qəbul edilməli və işin icraatına onlara münasibətdə xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.4 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və qeyrilərinin cavabdeh “X10 Kompleksi” MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən yaşayış binasının və onun mənzillərinin sökülməsinin, iddiaçıların mənzillərdən istifadə və sahiblik hüququnu həyata keçirmələrinə maneələr yaratmağın qadağan olunması, binanın dağıdılmış hissələrinin əvvəlki yaralı vəziyyətdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair mülki işin icraatına birgə iddiaçılardan İddiaçı3 və İddiaçı4 iddiadan imtina etməsi ilə əlaqədar onlara münasibətdə xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-134/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-134/2023
16.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver