Məhkəmə qərarları › İş №e-2(009)-135/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-135/2025

16.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-135/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Rafı̇ q oğlunun (3-cü şəxs qismində X13 işə cəlb olunmaqla) cavabdehlər "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rafı̇ q oğlu cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X4 və X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC (36 ay x 3000 manat olmaqla + 18.000 işıq komunalı üzrə) 126.000 (yüz iyirmi altı min) manat və “Avandsis Enerji" MMC ( 36 ay x 2200 manat +18.000 işıq komunalı üzrə) 97.200 (doxsan yeddi min iki yüz) manat pul vəsaiti (ümumilikdə 223.200 manat) və ödənilən dövlət rüsumunun cavabdehlərə mütənasib şəkildə onlardan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X7 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv.m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-nə icarəyə verilmişdir. Eyni zamanda, X7 ilə “Avandsis Enerji" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyriyaşayış sahəsinin X8 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində "xxxx" MMC-nə icarəyə verilmişdir. Eyni zamanda hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına Cavabdeh2 MMC (36 ay x 3000 manat olmaqla) 108.000 (yüz səkkiz min) manat və Cavabdeh1 MMC (36 ay x 2200 manat) 79.200 (yetmiş doqquz min iki yüz ) manat ümumilikdə 187.200 (yüz səksən yeddi min iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. 21 oktyabr 2024-cü il tarixdə iddiaçı 3-cü şəxs qismində X13 cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı pul tələbinədair iddiaya dəqiqləşmə ərizəsi ünvanlayaraq, ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv/m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-ə icarəyə verilmişdir. Eyni zamanda, X7 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m- 2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-ə icarəyə verilmişdir. Eyni zamanada hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 (bir min) manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəasit ödəmişdir. Müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də, hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına Cavabdeh2 MMC (36 ay x 3000 manat olmaqla) 108.000 (yüz səkkiz min) manat və Cavabdeh1 MMC (36 ay x 2200 manat) 79.200 (yetmiş doqquz min iki yüz) manat ümumilikdə 187.200 (yüz səksən yeddi min iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məlumat üçün bildirir ki, 2017-ci ilin aprel ayının 4-dən 20 sentyabr 2019-cu ilə qədər direktor müavini, 2019-cu ilin 20 sentyabrından 07 sentyabr 2023-cü ilə qədər direktor vəzifəsini icra etmişdir. Həmin direktorluq vəzifəsi faktiki olaraq onun tərəfindən 01 oktyabr 2022-ci il tarixinədək davam etmiş, onun icra etdiyi direktorluq vəzifəsi formal xarakter daşımışdır. Onun icra etdiyi direktor vəzifəsi 2022-ci ilin oktyabr ayının 1-dən sonrakı dövrlər üzrə formal xarakter daşımışdır. Belə ki, hər iki şirkətin faktiki sahibi, lakin rəsmiyyətdə Cavabdeh1 MMC-nin təsisçisi sayılan X1 şikayətindən 1 il sonra İddiaçı ittiham elan edilərək, 28 iyul 2022-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən həbs edilmişdir. Bütün bunlar İddiaçı Həsənov Süleymanovdan onun öz şəxsi vəsaitləri hesabına ödədiyi pul vəsaitlərini geri tələb etdikdən sonra Həsən Süleymanov tərəfindən bu öhdəliklərdən yayınmaq məqsədilə ona qarşı qərəzli şikayətlə prokurorluğa müraciət olunmuşdur. İddiaçı hər iki şirkətin həm işıq kommunalı üzrə kommunal ödənişlərini (36000 manat), həm də xx.xx.2018-ci il tarixdən 03 iyun 2019-cu il tarixinə qədər Cavabdeh2 MMC-yə aylıq 3000 manat, Cavabdeh1 MMC-yə isə 2200 olmaqla, daha sonra 03 iyun 2019-cu il tarixindən 1 oktyabr 2022-ci il tarixinə qədər Cavabdeh2 MMC üçün 4000 manat, Cavabdeh1 MMC-yə isə 7000 manat olmaqla, ümumilikdə Cavabdeh2 MMC üçün 135000, Cavabdeh1 MMC üçün 208800 manat, bütünlükdə cəmi 379800 manat məbləğində pul vəsaitini öz şəxsi vəsaiti hesabına ödəmiş, həmin vəsaiti şirkətin təsisçilərindən tələb etsə də, onlar vədlərinə əməl etməmişlər. Şirkət iddiaçının şəxsi vəsaitləri hesabına varlanaraq, öhdəliklərdən boyun qaçırmışlar. Cavabdeh2 MMC (36 ay x 3000 manat olmaqla + 18.000 işıq komunalı üzrə) 126.000 (yüz iyirmi altı min) manat və Cavabdeh1 MMC (36 ay x 2200 manat +18.000 işıq komunalı üzrə) 97.200 (doxsan yeddi min iki yüz) manat pul vəsaiti (ümumilikdə 223.200 manat) və ödənilən dövlət rüsumunun cavabdehlərə mütənasib şəkildə onlardan tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə “20 iyul 2024-cü il” tarixli ərizə ünvanlayaraq, İddiaçı hər iki cavabdeh şirkət tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrlər üzrə vurulmuş maddi zərərin, yəni Cavabdeh2 MMC-dən 153.000 (yüz əlli üç min) manatın və dövlət rüsumu olaraq ödənilmiş 270 manat pul vəsaitinin, eyni zamanda digər Cavabdeh1 MMC-dən 226.800 (iki yüz iyirmi altı min səkkiz yüz) manatın və ödənilən 450 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, iddiaçıya məxsus pul vəsaitlərinin mənimsənilməsində əlbir olmuş təsisçilər və həmin vaxt hər iki şirkətin baş mühasibi X3 barəsində xüsusi qərardad çıxarılmaqla, aidiyyəti prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv.m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-ə icarəyə verilmişdir. Eyni zamanda, X7 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m- 2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-nə icarəyə verilmişdir. Eyni zamanada hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəasit ödəmişdir. Bildirir ki, müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də, hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına Cavabdeh2 MMC (36 ay x 3000 manat olmaqla) 108.000 (yüz səkkiz min) manat və Cavabdeh1 MMC (36 ay x 2200 manat) 79.200 (yetmiş doqquz min iki yüz) manat ümumilikdə 187.200 (yüz səksən yeddi min iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məlumat üçün bildirir ki, 2017-ci ilin aprel ayının 4-dən 20 sentyabr 2019-cu ilə qədər direktor müavini, 2019-cu ilin 20 sentyabrından 07 sentyabr 2023-cü ilə qədər direktor vəzifəsini icra etmişdir. Həmin direktorluq vəzifəsi faktiki olaraq onun tərəfindən 01 oktyabr 2022-ci il tarixinədək davam etmiş, onun icra etdiyi direktorluq vəzifəsi formal xarakter daşımışdır. Onun icra etdiyi direktor vəzifəsi 2022-ci ilin oktyabr ayının 1-dən sonrakı dövlər üzrə formal xarakter daşımışdır. Belə ki, hər iki şirkətin faktiki sahibi, lakin rəsmiyyətdə Cavabdeh1 MMC-nin təsisçisi sayılan X1 şikayətindən 1 il sonra İddiaçı ittiham elan edilərək, 28 iyul 2022-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən həbs edilmişdir. Bütün bunlar İddiaçı Həsənov Süleymanovdan onun öz şəxsi vəsaitləri hesabına ödədiyi pul vəsaitlərini geri tələb etdikdən sonra Həsən Süleymanov tərəfindən bu öhdəliklərdən yayınmaq məqsədilə ona qarşı qərəzli şikayətlə prokurorluğa müraciət olunmuşdur. İddiaçı hər iki şirkətin həm işıq kommunalı üzrə kommunal ödənişlərini (36000 manat), həm də xx.xx.2018-ci il tarixdən 03 iyun 2019-cu il tarixinə qədər Cavabdeh2 MMC-yə aylıq 3000 manat, Cavabdeh1 MMC-yə isə 2200 olmaqla, daha sonra 03 iyun 2019-cu il tarixindən 1 oktyabr 2022-ci il tarixinə qədər Cavabdeh2 MMC üçün 4000 manat, Cavabdeh1 MMC-yə isə 7000 manat olmaqla, ümumilikdə Cavabdeh2 MMC üçün 135000, Cavabdeh1 MMC üçün 208800 manat, bütünlükdə cəmi 379800 manat məbləğində pul vəsaitini öz şəxsi vəsaiti hesabına ödəmiş, həmin vəsaiti şirkətin təsisçilərindən tələb etsə də, onlar vədlərinə əməl etməmişlər. Şirkət iddiaçının şəxsi vəsaitləri hesabına varlanaraq, öhdəliklərdən boyun qaçırmışlar. 06 yanvar 2025-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı hər iki cavabdeh şirkət tərəfindən (xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrlər üzrə) vurulmuş maddi zərərin, yəni cavabdeh "xxxx" MMC-dən (icarə haqqı olaraq ödənilmiş 139.000 (yüz otuz doqquz min) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 270 manatın) 157.270 manat pul vəsaitinin, eyni zamanda digər Cavabdeh1 MMC-dən (icarə haqqı olaraq ödənilmiş 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 450 manatın) 234.250 (iki yüz otuz dörd min iki yüz əlli) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, iddiaçıya məxsus pul vəsaitlərinin mənimsənilməsində əlbir olmuş hər iki şirkətin təsisçiləri və həmin vaxt hər iki şirkətin baş mühasibi X3 barəsində xüsusi qərardad çıxarılmaqla, aidiyyəti prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv.m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-ə icarəyə verilmişdir. Eyni zamanda, X7 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m- 2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-ə icarəyə verilmişdir. Eyni zamanada hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 (bir min) manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Daha sonra cavabdeh şirkətlərlə icarəyə verən arasında bağlanmış, xx.xx.2019-cu il tarixli “icarə müqaviləsinə əlavə” üzrə hazırki cavabdeh şirkətlərin icarəyə verənə qarşı icarə haqqı olaraq “Safenerji“ MMC tərəfindən 4000 manat, "xxxx" MMC tərəfindən is aylıq 7000 manat olmaqla icarə haqqı ödənilməsi öhdəliyi götürmüşdür. Hansı ki, həmin icarə haqları hazırki iddiaçı tərəfindən icarəyə verənə öş şəxsi vəsaitləri hesabına ödənilmişdir. Bundan əlavə iddiaçı tərəfindən qeyd edilən dövrlər üzrə işıq kommunal haqqları da (36.000 manat) ödənilmişdir. Bildirir ki, müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi, yəni cavabdeh şirkətlər tərəfindən ona vurulan maddi zərər İddiaçı qaytarılmamışdır. Müvafiq icarə müqavilələri və ona xx.xx.2019- cu il tarixli əlavə əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına hər iki şirkətin həm işıq kommunalı üzrə kommunal ödənişləri olan 36000 (otuz altı min ) manatı, həm də xx.xx.2018-ci il tarixdən 03 iyun 2019-cu il tarixinə qədər Cavabdeh2 MMC- yə aylıq 3000 manat (9 ay x 3000 manat), Cavabdeh1 MMC-yə isə 2200 olmaqla (9 ay x 2200 manat), daha sonra 03 iyun 2019-cu il tarixindən 03 oktyabr 2021-ci il tarixinə qədər Cavabdeh2 MMC üçün 4000 manat (28 ay x 4000 manat), Cavabdeh1 MMC-yə isə 7000 manat (28 ay x 7000 manat) olmaqla, ümumilikdə Cavabdeh2 MMC üçün 139.000 (yüz otuz doqquz min) manat, Cavabdeh1 MMC üçün 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, bütünlükdə cəmi 354.800 ( üç yüz əlli dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti maddi zərəri vurmuş hər iki şirkətdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. İddiaçı təərfındən dəfələrlə həmin vəsaitlər tələb edilsə də, cavabdeh şirkətin təsisçiləri və onlarla əlbir olmuş baş mühasib Mahmud Allahverdiyev vədlərinə əməl etməmiş və vəsaitləri qaytarmaqdan boyun qaçırmışlar. Məlumat üçün bildirir ki, hazırki iddiaçı tərəfindən cavabdeh şirkətlərə 2021-ci il ərəfəsində ödənilmiş 156.000 manatın geri qaytarılması cavabdeh şirkətlər tərəfindən eyni qaydada boyun qaçırılaraq ödənilməmiş, daha sonra hazırki iddiaçının onlara qarşı pul tələbinin Bakı Apellyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin qəran üzrə onun xeyrinə təmin edilərək, hazırki cavabdeh şirkətdən tutularaq ona geri qaytarılmışdır. Hazırki cavabdeh şirkətlər iddiaçıya maddi zərər vuraraq, iddiaçının şəxsi vəsaitləri hesabına varlanaraq, öhdəliklərdən boyun qaçırmışlar. xx.xx.2005-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı hər iki cavabdeh şirkət tərəfindən (xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrlər üzrə) vurulmuş maddi zərərin, yəni Cavabdeh2 MMC-dən (icarə haqqı olaraq ödənilmiş 139.000 (yüz otuz doqquz min) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 270 manatın) 157.270 manat pul vəsaitinin, eyni zamanda digər Cavabdeh1 MMC-dən (icarə haqqı olaraq ödənilmiş 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 450 manatın) 234.250 (iki yüz otuz dörd min iki yüz əlli) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, iddiaçıya məxsus pul vəsaitlərinin mənimsənilməsində əlbir olmuş hər iki şirkətin təsisçiləri və həmin vaxt hər iki şirkətin baş mühasibi X3 barəsində xüsusi qərardad çıxarılmaqla, aidiyyəti prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv.m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-ə icarəyə verilmişdir. Eyni zamanda, X7 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m- 2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X8 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-yə icarəyə verilmişdir. Eyni zamanada hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 (bir min) manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Daha sonra cavabdeh şirkətlərlə icarəyə verən arasında bağlanmış, xx.xx.2019-cu il tarixi “icarə müqaviləsinə əlavə” üzrə hazırki cavabdeh şirkətlərin icarəyə verənə qarşı icarə haqqı olaraq “Safenerji“ MMC tərəfindən 4000 manat, "xxxx" MMC tərəfindən is aylıq 7000 manat olmaqla icarə haqqı ödənilməsi öhdəliyi götürmüşdür. Hansı ki, həmin icarə haqları hazırki iddiaçı tərəfindən icarəyə verənə öş şəxsi vəsaitləri hesabına ödənilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən qeyd edilən dövrlər üzrə işıq kommunal haqqları da (36.000 manat) ödənilmişdir. Bildirir ki, müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi, yəni cavabdeh şirkətlər tərəfindən ona vurulan maddi zərər İddiaçı qaytarılmamışdır. Mücafiq icarə müqavilələri və ona xx.xx.2019- cu il tarixli əlavə əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına hər iki şirkətin həm işıq kommunalı üzrə kommunal ödənişləri olan 36000 (otuz altı min) manatı, həm də xx.xx.2018-ci il tarixdən 03 iyun 2019-cu il tarixinə qədər Cavabdeh2 MMC-yə aylıq 3000 manat (9 ay x 3000 manat), Cavabdeh1 MMC-yə isə 2200 olmaqla (9 ay x 2200 manat), daha sonra 03 iyun 2019-cu il tarixindən 03 oktyabr 2021-ci il tarixinə qədər Cavabdeh2 MMC üçün 4000 manat (28 ay x 4000 manat), Cavabdeh1 MMC-yə isə 7000 manat (28 ay x 7000 manat) olmaqla, ümumilikdə Cavabdeh2 MMC üçün 139.000 (yüz otuz doqquz min) manat, Cavabdeh1 MMC üçün 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, bütünlükdə cəmi 354.800 ( üç yüz əlli dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti maddi zərəri vurmuş hər iki şirkətdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. İddiaçı təərfindən dəfələrlə həmin vəsaitlər tələb edilsə də, cavabdeh şirkətin təsisçiləri və onlarla əlbir olmuş baş mühasib Mahmud Allahverdiyev vədlərinə əməl etməmiş və vəsaitləri qaytaracaqlarına söz versələr də, sonradan onun həbsinə nail olaraq, onun vəsaitlərinin geri qaytarılmasından boyun qaçırmışlar. Məlumat üçün bildirir ki, hazırki iddiaçı tərəfindən cavabdeh şirkətlərə 2021-ci il ərəfəsində ödənilmiş 156.000 manatın geri qaytarılması cavabdeh şirkətlər tərəfindən eyni qaydada boyun qaçırılaraq ödənilməmiş, daha sonra hazırki iddiaçının onlara qarşı pul tələbinin Bakı Apellyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin qərarı üzrə onun xeyrinə təmin edilərək, hazırki cavabdeh şirkət "xxxx" MMC-dən tutularaq ona geri qaytarılmışdır. Hansı ki, şirkətlər həmin pul vəsaititnin də iddiaçının vəsaitləri deyil, onların vəsaitləri hesabına ödənildiyinə istinad edərək həmin vəsaitin geri qaytaraılmasından boyun qaçırmışdılar. Lakin yuxarı məhkəmə instansiyalarının qərarları bir daha hazırki cavabdeh şirkətin öhdəliklərindən boyun qaçırdığını və həmin vəsaitləri geri qaytarmaqla mükəlləf olduğunu, cavabdeh şirkətin banklara olan borclarının hazırki İddiaçı tərəfindən iddiaçının şəxsi vəsaitləri hesabına ödənldiyini təsdiq edərək qərar elan edilmiş və hazırda icra mərhələsi çərçivəsində icra edilmiş, cavabdeh şirkətdən pul vəsaitləri alınaraq hazırki İddiaçı geri qaytarılmışdır. Hazırki cavabdeh şirkətlər iddiaçıya maddi zərər vuraraq, öz öhdəliklərinin icrasının öz vəsaitləri hesabına həyata keçirmiş iddiaçıya məxsus vəsaitləri geri qyatarmaqdan boyun qaçırmışlar. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı Rafı̇ q oğlunun nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək, iddia tələbinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndə və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun əsassız olduğundan, həm də iddia müddətinin keçməsi ilə bağlı təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəf, iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, o, hər iki şirkətin icarə haqlarını və kommunal xidmətlər haqqını guya ki, 2018-2021-ci illər üzrə öz şəxsi vəsaiti hesabına ödəmişdir. Lakin iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı hüsab edir ki, ödənişlərin əvəzi iddiaçıya qaytarılmamışdır. Ona görə də, iddiaçı hesab edir ki, cavabdehlər əsassız varlanmış və ona görə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci (əsassız varlanma) maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci (əsassız varlanma) maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş edir, lakin iddiaçı nəzərə almır ki, o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən də 2 illik iddia müddətini ötürmüşdür. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə də AR MM-nin 1095-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi iddia tələbinin rədd olunmasına əsas verir. Hesab edir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə əsassızdır və rədd olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, X7 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ümumi sahəsi 7423,1 kvm. olan qeyri yaşayış sahəsindən X8 məxsus 600 kv.m hissəsi aylıq 3.000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-yə icarəyə verilmişdir. Eyni zamanda X7 ilə Cavabdeh1 MMC-arasında arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3 M-2120 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin Z.Nəzərova məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-yə icarəyə verilmişdir. İddiaçı qeyd edir ki, eyni zamanda hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Guya ki, müqavilələr üzrə aylıq icarə və kommunal xidmətlər haqqının ödənişlərini hər iki şirkət adlından İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də, iddiaçı hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 36 ay x 3000 manat olmaqla 108.000 manat, Cavabdeh1 MMC 36 ay x 2200 manat 79.200 manat ümumilikdə 187.200 manat, 18.000 manat+18000 manat işıq kommunal pulu hesablanmaqla cəmi 223.200 manat pulun və dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 MMC-dən 153.000 manat və 270 manat dövlət rüsumu, Cavabdeh1 MMC-dən isə 226.800 manat və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini yenidən dəqiqləşdirərək, Cavabdeh2 MMC-yə qarşı 139.000 və 18.000 manat, cəmi 157.270 manat pulun, 270 manat dövlət rüsumu, digər Cavabdeh1 MMC-yə qarşı 215.800 manat, 18.000 manat, cəmi 234.250 manat pulun və 450 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir). Məhkəmənin nəzərinə çatdırır ki, iddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyildir, iddiaçının istinad etdiyi halları sübut edən hər hansı bir sənəd yoxdur. İddiaçının öz şəxsi vəsaiti hesabına icarə haqqı və kommunal xidmətlər haqqını ödəməsi barədə iş materialrında hər hansı bir sübut yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, hər iki şirkət yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsində icarəyə götürdüyü sahəni 2021-ci ilin dekabr ayına kimi istifadə etmişdir, sonra cavabdehlər həmin qeyri-yaşayış sahəsini boşaltmış və icarədara təhvil vermişdir, iddiaçının özü xx.xx.2021-ci ildən heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh2 MMC-nin xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövrdə apardığı mal-material və pul vəsaitlərinin dövriyyəsinin düzgünlüyünü müəyyən etmək üçün audit yoxlaması aparılmış və xx.xx.2021-ci il tarixli rəy qəbul edimişdir. Həmin rəylə müəyyən olunmuşdur ki, cəmiyyətin fəaliyyəti zamanı yaranan 362.459,54 manat pul vasaiti direktor İddiaçı tərəfindən mənimsənilmişdir,ona görə də, onun barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Əksinə cavabdehlərdə sübutlar vardır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən 2020-ci il də daxil olmaqla hər iki MMC-nin adından icarə haqqı və kommunallar üçün pul vəsaitini kassadan imza edərək əlbə-əl götürmüşdür. Onlar məhkəməyə ödəniş tələbi formalarını təqdim etmişlər. Həmin formalarda pulları kassadan götürən İddiaçı imzası və soyadı, adı vardır. Həmin sənədlərdən görünür ki, həmin pullar iddiaçıya verilmişdir, iddiaçı da həmin pulları icarəyə verənə vermişdir. İddiaçı bildirir ki, icarə və kommunal haqlarını guya ki, öz şəxsi vəsaiti hesabına ödəmişdir. Birincisi, işdə buna dair heç bir sübut yoxdur, ikincisi həmin vəsaitin mənbəyi yoxdur, üçüncüsü əgər iddiaçı icarə və kommunal xidmətlər haqqını öz şəxsi vəsaiti hesabına icarəyə verənə ödəmişdirsə, onda niyə görə sonra gəlib pulunu tələb etməmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, guya ki, öz vəsaiti hesabına ödədiyi pulu hər iki MMC-nin təsisçilərindən tələb etmişdir. Tələb etmişdirsə, onda buna dair sübut hardadır? Bu heç bir məntiqə uyğun gəlmir. İddiaçı öz şəxsi vəsaiti hesabına guya ki, pul ödəsəydi onda sonra gəlib həmin ayda, sonrakı aylarda pulunu tələb edə bilərdi, niyə tələb etməyib? Kim öz şəxsi vəşaiti hesabına başqasının yerinə 2 il ərzində pul ödəyə bilər ki?. İddiaçı Nəsimi rayon məhkəməsinə müraciət edərək, ona verilməyən əmək haqqının qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dediyinə görə bir neçə ildə əmək haqqı almadığı halda hansı pulla icarə və kommunal xidmət haqlarını öz şəxsi vəsaiti hesabına ödəmişdir? Bütün bunlar heç bir məntiqə uyğun gəlmir. İddiaçının bildirdikləri tam yalandır, sübutu yoxdur. İddiaçı hər dəfə iddia ərizəsində bir rəqəm yazır, rəqəmləri şişirdir, bu rəqəmləri hardan alır, onlar başa düşə bilmir. Şəxsi vəsatindən pul verən şəxs pulu verdikdən sonra gəlib pulunu dərhal hər iki MMC-dən tələb edər, alar, daha 5 il gözləməz, onun dediyinə görə əgər MMC pulu ona vermirdisə, onda, ikinci aydan niyə icarə və kommunal xidmətlər haqqını ödəyirdi? Necə ola bilər ki, iddiaçı 2 il ərzində öz şəxsi vəsaiti hesabına icarə və komunal xidmətlər haqqını guya ki, ödəmişdir? İş materiallarından görünür ki, MMC-lər fəaliyyətdə olmuş və MMC-lərin kifayət qədər pulu da var idi ki, qeyri-yaşayış sahəsinin icarə haqlarını ödəsin, kiminsə MMC-lərin yerinə icarə haqqı ödəməsinə ehtiyac da yoxdur. Həmçinin o, guya ki, şəxsi vəsaiti hesabına ödədiyi pulun geri qaytarılması barədə hər iki MMC-yə nə şifahi, nə də ki, yazılı qaydada müraciət etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əsassız vəsatətlər təqdim edir, əsassız olaraq işin baxılma vaxtının uzadılmasını tələb edir, işin predmetinə aid olmayan sənədləri iş materiallarına əlavə edir, işin həcmini böyüdür, işə aid olmayan sorğuların verilməsini məhkəmədən tələb edir, beləliklə də verdiyi iddia tələbinin əsassız və qanuna zidd olduğunu, iddia müddətinin keçdiyini bilə-bilə yenə də əsassız sorğuların verilməsini, digər sənədlərin alınmasını, işin vaxtının uzadılmasını xahiş edir. Halbuki iddiaçı istinad etdiyi halları məhkəmə iclasında bu günə qədər sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, hər iki icarə müqaviləsi üzrə icarə və kommunal xidmətlər haqqı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə İddiaçı deyil, təsisçi Həsən Süleymanova verilmişdir. Həmin dövrdə iddiaçı artıq 01 oktyabrdan işə gəlmirdi, (iddia ərizəsində özü də bunu təsdiq edir), ona görə də 2021-ci il üzrə icarə haqları Həsən Süleymanova verilmişdir. Buna dair sübutu məhkəməyə təqdim etmişlər. Onlar təsisçi Həsən Süleymanova 2021-ci ildə verilən icarə haqlarının sənədini məhkəməyə ona görə təqdim etmişlər ki, iddiaçıya və məhkəməyə aydın olsun ki, iddiaçıya sənədlə yalnız 2018-2020-ci illər üzrə icarə və kommunal haqlarının pulu verilmişdir, 2021-ci il üzrə icarə və kommunal xərclərin pulu H.Süleymanova verilmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili həmin sənədləri oxumadan elə bilmişdir ki, 2021-ci ilin noyabr və dekabr aylarının icarə və kommunal xidmətlər haqqını İddiaçı verilmişdir. Ona görə də, həmin sənədləri oxumadan tələm-tələsik məhkəməyə vəsatət göndərərək guya həmin sənədlərin saxtalaşdırıldığını, İddiaçı xx.xx.2021-ci ildən işə gəlmədiyini, həmin ildə icarə haqqını götürmədiyini bildirir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Cavabdeh2 MMC-yə qarşı 139.000 və 18.000 manat, cəmi 157.270 manat pulun, 270 manat dövlət rüsumunun, digər Cavabdeh1 MMC-yə qarşı 215.800 manat, 18.000 manat, cəmi 234.250 manat pulun və 450 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə iddia tələbinin əsassız olduğundan, həmçinin 2 il (əsassız varlanmaya görə) iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC-yə və 3-cü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, Cavabdeh2 MMC- nin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 MMC-nin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyaya cavab məktubundan görünür ki, Cavabdeh1 MMC-nin icarə və kommunal xərcləri Şirkətin vəsaitləri ilə ödənilmiş, İddiaçı Cavabdeh1 MMC-nin Kommersiya müdiri olaraq, öz vəzifə borcları çərçivəsində Şirkəti təmsil edərək, onun imzaları sözügedən ödəniş sənədlərində qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh2 MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyaya cavab məktubundan görünür ki, Cavabdeh2 MMC-nin icarə və kommunal xərcləri Şirkətin vəsaitləri ilə ödənilmiş, İddiaçı Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olaraq, öz vəzifə borcları çərçivəsində Şirkəti təmsil edərək, onun imzaları sözügedən ödəniş sənədlərində qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda X13 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən X13 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ünvanında yerləşən ümumi sahəsi 7423,1 kv.m. olan qeyri-yaşayış sahəsinin ona məxsus 600 kv.m hissəsini aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-yə icarəyə vermişdir. Cavabdeh2 MMC-nin adından müqaviləni İddiaçı imzalamışdır. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda X13 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən X13 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 7423,1 kv.m. olan qeyri-yaşayış sahəsinin ona məxsus 500 kv.m hissəsini aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-yə icarəyə vermişdir. Cavabdeh1 MMC-nin adından müqaviləni X14 imzalamışdır. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi haqqında 02 saylı, xx.xx.2023cü il tarixli əmrin surətindən görünür ki, Cavabdeh2 MMC-nin “ofis” bölməsində “Direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70.”ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri X15 və Uçotun Təşkili Baş idarəsinin 4281/1627 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, uçot-baza məlumatlarına əsasən Cavabdeh2 MMCnin fəaliyyətinin xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdə aktivləşməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda X13 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Razılaşmadan görünür ki, icarəyə götürən Cavabdeh1 MMC icarəyə verən X8 aylıq 7000 manat icarə haqqı ödəyir. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda X13 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Razılaşmadan görünür ki, icarəyə götürən Cavabdeh2 MMC icarəyə verən X8 aylıq 4000 manat icarə haqqı ödəyir. İş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MMC-nin auditoru Razi Əliyevin Cavabdeh1 MMC və Cavabdeh2 MMC-də apardığı auditlər Azərbaycan Respublikasında Auditor Xidmətinin Keyfiyyətinə Kənar X17”na və X2 uyğun aparılmadığına görə keyfiyyətsiz hesab edilmiş və bu barədə 2023-cü il 20 sentyabr tarixində cavab məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh2 MMC-nin rəhbəri qeydiyyata alındığı tarixdən xx.xx.2017-ci il tarixədək X11, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı, xx.xx.2023-cü il tarixdən hazıradək X9r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən bildirilir ki, İddiaçı xx.xx.2017-ci il tarixli təsisçi qərarı ilə Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli qərarla direktor vəzifəsindən azad edilmi.dir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır və həmin tarixdən hazıradək İddiaçı "xxxx" MMC-nin təsisçisidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 02 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, mülki iddiaçı Cavabdeh2 MMCnin mülki iddiası qismən təmin edilərək, 329.606 manat maddi ziyan və 660 manat dövlət rüsumu mülki cavabdeh İddiaçı tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi, mülki iddiaçı Cavabdeh1 MMCnin mülki iddiası qismən təmin edilərək, 329.017 manat maddi ziyan və 660 manat dövlət rüsumu mülki cavabdeh İddiaçı tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi hökm edilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2018-ci il tarixdə icarə haqqı olaraq 5500 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2018-ci il tarixdə icarə və kommunal haqqı olaraq 11500 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2019-cu il tarixdə icarə və kommunal haqqı olaraq 37300 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2019-cu il tarixdə icarə və kommunal haqqı olaraq 36400 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2019-cu il tarixdə icarə və kommunal haqqı olaraq 38200 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2019-cu il tarixdə icarə və kommunal haqqı olaraq 34800 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, 01.2020-ci il tarixdə icarə haqqı olaraq 3500 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2020-ci il tarixdə icarə haqqı olaraq 3500 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2020-ci il tarixdə icarə və kommunal haqqı olaraq 33730 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2020-ci il tarixdə icarə və kommunal haqqı olaraq 22950 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2020-ci il tarixdə icarə və kommunal haqqı olaraq 25790 manat sifarişçi İddiaçı verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2021-ci il tarixdə icarə haqqı olaraq 23050 manat sifarişçi Həsən Süleymanova verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2021-ci il tarixdə icarə haqqı olaraq 23280 manat sifarişçi Həsən Süleymanova verilmişdir. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, su pulu olaraq 150 manat sifarişçi İddiaçı verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Mülki qanunvericiliyin müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini tərəflərin qarşılıqlı olaraq yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün, məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: -birincisi, cavabdehin əmlak əldə etməsi; -ikincisi, həmin əmlakın iddiaçının əmlakı hesabına əldə olunması; -üçüncüsü, bu əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsas hesab olunur. Məhkəmə bildirir ki, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları, cavabdehlər tərəfindən ona maddi zərər vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbi üzrə iddiaçının söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən, eləcə də, iddia müddətini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin cavabdehləri hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Rafı̇ q oğlunun (3-cü şəxs qismində X13 işə cəlb olunmaqla) cavabdehlər "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar