Məhkəmə qərarları › İş №e-2(009)-1370/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1370/2024

04.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1370/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə 04 iyul 2024-cü il tarixdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 498 manat pul və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mən Bərdə şəhər sakiniyəm. Ailəmin təlabatlarını ödəmək üçün Bərdə şəhər ərazisində Çinqouz adlanan yerdə ərzaq mağazam var. Uzun zamandırki həmin ərzaq mağazasını işlədirəm. Bəzi zamanlarda isə ərzaqlardan nisyə istəyən olsa verirdim. Ən son isə uzun zamanlardırki tanıdığım bir şəxsin tanışlığı ilə Bərdə şəhər 20 yanvar küçəsi ərazisində 3 nömrəli məktəbin qarşısında mağaza işlədən hazırki iş üzrə Cavabdeh adlı şəxsə nisyə mal vermişəm. Elnarə adlı şəxs 2023-cü ilin sentyabr ayında məndən 1487 manat dəyərində ərzaqlar götürdü. Götürmüş olduğu pulu isə hiss-hissə 2 ay ərzində verəcəyini bildirmişdir. Lakin bir müddətdəsn sonra Elnarənin mənə heç bir pul vermədiyini gördüyüm zaman Elnarənin mağazasına gedərək oradan Elnarəyə vermiş olduğum malların bir qismini yəni 230 manat dəyərində ərzaqları yığaraq öz mağazama gətirdin. Bununla Elnarənin mənə 1257 manat borcu qalmışdır. Elnarəylə əlaqə saxladığım zaman tez bir zamanda pulu verəcəyini bildirsədə lakin sentyabr ayından noyabr ayının sonuna qədər Elnarə mənə 1257 manat puldan cəmi 759 manat ödəyibdir. Hazırda Elnarə adlı şəxsin mənə 498 manat borcu qalmışdır. Dəfələrlə tələb və xahiş etməyimə baxmayaraq verməkdən imtina edir. Bunun üçündə mən bununla bağlı Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim. Bərdə rayon Polis şöbəsində şikayət ərizəmə baxılmamış və mülki iş üzrə məhkəməyə müraciət etməyimi məsləhət Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: gördülər. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 498 manat pulun verilməsini tələb etməyimə baxmayaraq , hər səfərində cavabdeh verməkdən imtina edir. Cavabdeh mənə qarşı dələduzluq etmişlər. Məndə məcbur qalıb məhkəməyə müraciət etməli oldum. İddiaçı ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini göstərmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh Bərdə rayon Polis Şöbəsinə vermiş olduğu xx.xx.2024-cü il tarixli izahatında o göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Bərdə şəhərində Telman adlı şəxsdən 1468 manat dəyərində ərzaq nisyə götürmüşdür. Həmin məbləğ 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayına qədər hissə-hissə qaytarılacaq. Hissə-hissə 1420 manat ödənilmişdir. Yekun olaraq 48 manat borcu qalmışdır. 03 iyul 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında Telman 1487 manat dəyərində ərzağı cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında vermişdir. Ərzaqları onun iştirakı ilə ona məxsus yük avtomobilində daşımışdırlar. Onda olan məlumata görə cavabdehin iddiaçıya 498 manat civarında borcu qalmışdır. AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 409.9-cu maddəsinə əsasən əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə ödənilməli olan məbləğə münasibətdə qeyd edir ki, cavabdeh polis şöbəsinə vermiş olduğu izahatında iddiaçının ərizəsində göstərdiklərini təsdiq etmiş, lakin iddiaçıya olan borcunun 48 manat məbləğində təşkil etdiyini göstərmişdir. Cavabdeh iddiaçıya olan borcundan polis şöbəsinə verdiyi izahatında göstərdiyi kimi 1420 manat məbləğində ödəniş etdiyini təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliyin tələbinə əsasən, tərəflər istinad etdiyi halları sübut etmək öhdəliyi daşıyırlar. Hazırki halda iddiaçıya olan borcun ödənildiyini sübut etmək öhdəliyini cavabdeh daşıdığından və o da öz növbəsində bunu təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının tələbi tam təmin edilməli və 498 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 498 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar