Məhkəmə qərarları › İş №e-2(009)-1376/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1376/2022

07.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1376/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.08.1983-cü ildən 30.08.1993cü ilədək Ağdam Mərkəzi Rayon Xəstəxanasının, cərahiyyə şöbəsində həkim-cərrah vəzifəsində işlədiyi, 10 il 30 gün əmək stajının olması faktı müəyyən edilməsini xahiş etmişdir. Hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəsinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizəçi İddiaçı ərizəsində maraqlı şəxsi göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. Bununla yanaşı, İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etsə də, məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə deyil iddia icraatı qaydasında müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar