Məhkəmə qərarları › İş №e-2(009)-1377/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1377/2025

10.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1377/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh2 MMC-nin nümayəndəsi-vəkili Vəkil4 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və DƏDRX X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və DƏDRX X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə tələblərə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə ayrı-ayrılıqda cavabdehlər Cavabdeh1 (45 saylı mənzil), Cavabdeh4 (46 saylı mənzil) və Cavabdeh5 (48 saylı mənzil) arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, Cavabdeh1 adına ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025 tarixdə verilmiş **********30-05301-093021 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 45 saylı mənzildən, Cavabdeh4 46 saylı mənzildən və Cavabdeh5 48 saylı mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması, 45 saylı mənzilin Cavabdeh1 tərəfindən, 46 saylı mənzilin Cavabdeh4 tərəfindən və 48 saylı mənzilin Cavabdeh5 tərəfin dən boşaldılaraq iddiaçıya təhvil verilməsi, yaşayış sahələrindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh2, habelə Cavabdeh1 (45 saylı mənzil), Cavabdeh4 (46 saylı mənzil) və Cavabdeh5 (48 saylı mənzil) tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və iddiaçının müvafiq yaşayış sahələrinə buraxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə İddiaçı dayısı X7 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nizami küçəsi 96, 706- cı məhəllədə yerləşən “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfdən hər birinin ümumi sahəsi 202 kv.m. olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kv.m. olan 1 mənzil (3 ədəd 4 otaqlı, cəmi 652 kv.m) payçı X3 ayrılmış, mənzillərin ümumi dəqiqləşdirilmiş sahəsinin binanın tikinti işləri tam sona çatdıqdan sonra təyin edilərək payçı ilə son qarşılıqlı hesablaşmanın aparılmalı olduğu razılaşdırılmışdır. İddiaçı öncə202 kv.m, 248 kv.m və 202 kv.m sahədən ibarət 3 ədəd mənzillər dayısı X6muş, xx.xx.2010-cu il tarixdə F.Məlikov rəsmi ərizə ilə müraciət edərək, ona ayrılmış 3 ədəd mənzillərin bacısı oğlu İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş, 15 fevral 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli 2 ədəd müqavilə əsasında X6muş 3 ədəd mənzillər birləşdirilərək 202 kv.m və 453 kv.m sahələrdən ibarət 2 ədəd mənzil kimi İddiaçı adına rəsmiləşdirilmişdir. Belə ki, Bakı şəhəri, Nizami küçəsi 96-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər alqı-satqı edilmiş, eyni zamanda MMC tərəfindən xx.xx.2011- ci il tarixli A/009 və A/010 nömrəli maliyyə arayışları verilərək müvafiq mənzillərin tam dəyərinin kooperativin kassasına ödənilməsi və MTKnə heç bir borcun olmaması göstərilmişdir. Mənzillər 2012- 2014-cü illər ərzində natamam təmir olunmuş, daha sonra şəxsi işləri ilə əlaqədar İddiaçı ölkə hüdudlarından kənarda olmasından istifadə edən Cavabdeh2 MMC 2019-cu ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ilə müraciət edərək müqavilələrin ləğv olunmasını xahiş etmiş, məhkəmənin qiyabi qətnaməsi ilə iddia təmin olunsa da, sonradan tərəfimizdən verilmiş ərizə əsasında qiyabi qətnamə ləğv olunmuşdur. 2019-2023-cü illər ərzində İddiaçı və Cavabdeh2 MMC arasında davam etmiş məhkəmə çəkişmələrinin gedişatında müvafiq məhkəmə qərardadları ilə əmlak üzərində məhdudiyyətlər qoyulmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2371/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən «Dolçasaray Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 202 kv.m olan və həmin mərtəbədə yerləşən ümumi sahəsi 453 kv.m (4 otaqlı) olan mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-226/2021 nömrəli 06 may 2021-ci il tarixli Qərardadıilə İddiaçı məxsus 15 fevral 2011-ci il tarixdə bağlanmış 003/11 və 004/11 nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərin (Bakı şəhəri, Nizami küçəsi 96-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər) üzərinə həbs qoyulması, həmin mənzillər üzərində hər hansı hərəkətləri etmək, mənzillərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mülkiyyət hüququ üzrə rəsmiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4149/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2371/2021 saylı iş üzrə 13 aprel 2021-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-226/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarixli qətnamələri ləğv edilməklə bir icraatda birləşdirilmiş mülki işlər üzrə yeni qətnamə qəbul olunması, Cavabdeh2 MMC-nin İddiaçı qarşı “müqavilələrin ləğv edilməsi” barədə ilkin iddia tələbinin təmin edilməməsi, İddiaçı Cavabdeh2 MMC-nə qarşı “əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 15 fevral 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli müqavilələr üzrə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsindəki ümumi sahəsi 202 kv.m. və 453 kv.m. olan mənzillər Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməs,i İddiaçı Cavabdeh2 MMC-nə qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin icra edilməsi” tələbinin təmin olunması, Cavabdeh2 MTK ilə 15 fevral 2011-ci il tarixdə bağlanmış 003/11 və 004/11 nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərə dair hər hansı borcun olmaması ilə bağlı Kooperativ sədrinin (yaxud kooperativin hüquqi varisi olan MMC-nin rəhbərinin) şəxsi imzası və möhürü ilə təsdiq olunmuş arayışın İddiaçı verilməsi, müqavilələr üzrə mənzil-tikinti kooperativi binasında yaşayış sahələrinin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının çıxarılması vəzifəsi Cavabdeh2 MMC-nə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-269/2023 nömrəli 07 fevral 2023-cü il tarixli Qərarı ilə iddiaçı Cavabdeh2 MMCnin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2022-ci il tarixli, 2(103)- 4149/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda sadalanan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2371/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 226/2021 nömrəli 06 may 2021-ci il tarixli Qərardadı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4149/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədləri Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun icraatında olsa da, icra məmuru Cavabdeh2 MMC vəƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər İdarəsininməsul şəxslərinin birgə səyləri nəticəsində əmlakların üzərinə nə həbs qoyulmuş, nə də ki, əmlakların İddiaçı təhvil verilməsi təşkil edilmişdir. İcra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə aktlarını heçə sayan DƏDRX və icra qurumu mənzillərin saxtakarlıq yolu ilə özgəninkiləşdirilməsini təşkil etmişlər. Belə ki, İddiaçı məxsus 2 mənzildən biri bölünərək 3 ayrı-ayrı mənzil kimi qanunsuz yollarla Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 adına rəsmiləşdirilmiş, icra məmurunun hərəkətlərindən şikayətə məhkəmələrdə baxıldığı müddət ərzində isə Cavabdeh1 adına reyestrdən xx.xx.2025-ci il tarixli ********** nömrəli çıxarış artıq verilmiş, Cavabdeh4 və Cavabdeh5 adına da hazırki iddianın verildiyi tarixədək müvafiq çıxarışın verilməsi üçün MMC tərəfindən sənədlərin təqdim edilməsi təşkil olunsa da, MTT ilə bağlı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadının icrası nəticəsində həmin mənzillər üzrə çıxarışların verilməsi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-119/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən aparılan yerli baxış nəticəsində məlum olmuşdur ki, sözügedən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində 4 ədəd mənzil mövcuddur. İş materiallarında olan alqı-satqı müqavilələrinə əsasən ümumi sahəsi 248 kv.m olan 46 saylı mənzil Cavabdeh4, ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzil Cavabdeh5, ümumi sahəsi 205 kv.m olan 45 saylı mənzil Cavabdeh1, ümumi sahəsi 224,70 kv.m olan 47 saylı mənzil X2 məxsusdur. X4 yeni qaydalarla 14-cü mərtəbədə yerləşən 3 saylı mənzilə (köhnə qaydalarla 47 saylı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: mənzil) xx.xx.2025- ci il tarixdə, Cavabdeh1 isə xx.xx.2025-ci il tarixdə 45 saylı mənzilə olan mülkiyyət hüquqlarını təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə etmişdirlər. Cavabdeh4 etirazında qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadı İddiaçı Səbail rayon icra şöbəsinin icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərardadından vermiş olduğu şikayət təmin edilməmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən binada 4 mənzil olmaqla artıq başqa şəxslərin mülkiyyətində və istifadəsindədir. Bu isə orada yaşayan şəxslər tərəfindən həmin mənzillərdə təmir işlərinin aparılması və nəticədə mənzillərin ölçülərinin dəyişmə ehtimalını istisna etmir. Göründüyü kimi yuxarıda qeyd olunan hallar cəmlikdə Cavabdeh4 ümumi sahəsi 248 kv.m olan 46 saylı mənzilin vicdanlı alıcısı olduğunu, Cavabdeh4 ilə Cavabdeh2 MMC arasında ümumi sahəsi 248 kv.m olan 46 saylı mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarlı olduğunu sübut edir. O, ümumi sahəsi 248 kv.m olan 46 saylı mənzili Cavabdeh2 MMC-dən əldə edərkən əmlakın mülkiyyətçisinin Cavabdeh2 MMC olduğunu bilmişdir. Onun həmin mənzilin başqa şəxsin mülkiyyətində olması barədə məlumatı digər yollarla əldə etmək imkanı ola bilməzdi. O, həmin mənzilin alqı-satqısına 480.000 manat pul ödəmiş və əmlakı əldə etdikdən sonra təmir etdirmişdir. Bütün bu hallar onun vicdanlı alıcı olmasını sübut edir. Cavabdeh2 MMC etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizsində göstərir ki, 2019-2023-cü illər ərzində İddiaçı və Cavabdeh2 MMC arasında davam etmiş məhkəmə çəkişmələrinin gedişatında müvafiq məhkəmə qərardadları ilə əmlak üzərində məhdudiyyətlər qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2371/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən «Dolçasaray Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 202 kv.m olan və həmin mərtəbədə yerləşən ümumi sahəsi 453 kv.m (4 otaqlı) olan mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. İddiaçının bu dəlilinin heç bir hüquqi əsası yoxdur. İş materiallarında olan Cavabdeh1 (45 saylı mənzil), Cavabdeh4 (46 saylı mənzil) və Cavabdeh5 (48 saylı mənzil) arasında bağlanmış müqavilələrdən görünür ki, həmin müqavilələr Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2371/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından əvvəl bağlanılmışdır. Belə ki, Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən «Dolçasaray Rezidens» adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 46 saylı mənzilə dair Cavabdeh4 ilə A11 saylı müqavilə xx.xx.2020-ci ildə, Cavabdeh5 (48 saylı mənzil) ilə A29 saylı müqavilə xx.xx.2020-ci ildə və Cavabdeh1 (45 saylı mənzil) ilə A-02 saylı müqavilə xx.xx.2021-ci ildə bağlanılmışdır. Yəni, iddiaçının tələb irəli sürdüyü bütün mənzillər ilə bağlı müqavilələr 2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2371/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından əvvəl bağlanılmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 4149/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanılmış 15 fevral 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli müqavilələr üzrə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsindəki ümumi sahəsi 202 kv.m və 453 kv.m olan mənzillər Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun 24 iyul 2023-cı il tarixli qərarı ilə qeyd edilən qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun 06 iyun 2024-cü il tarixli qərarı ilə “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. Tələbkar İddiaçı tərəfindən Cavabdeh2 MMC ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündür mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 202 kv.metr və 453 kv.metr mənzillərə dair 05 iyul 2010-cu il tarixli M-14(2) saylı və 28 oktyabr 2010-cu il tarixli M14 saylı və15 fevral 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli müqavilələr üzrə tələb irəli sürülür. Həqiqətdə isə, Cavabdeh2 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündür mərtəbəli binanın 14-cü mərtəbəsində ümumiyyətlə sahəsi 202 kv.metr və 453 kv.metr mənzillər mövcud deyildir. Bu fakt dövlət orqanları tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündür mərtəbəli binanın 14-cü mərtəbəsinin eskiz layihəsi ilə də təsdiq edilir. Belə ki, dövlət tərəfindən təsdiq olunmuş layihədə və fakt üzrə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündür mərtəbəli binanın 14-cü mərtəbəsində sahəsi 202 kv.metr və 453 kv.metr mənzillər mövcud deyildir. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündür mərtəbəli binanın 14-cü mərtəbəsinin təsdiq olunmuş layihəsində və fakt üzrə 4 ədəd mənzil var. Bunlar ümumi sahəsi, 196,87 kv.m olan 4 otaqlı mənzil, ümumi sahəsi, 196,87 kv.m olan digər 4 otaqlı mənzil, ümumi sahəsi, 242,23 kv.m olan 4 otaqlı mənzil və ümumi sahəsi, 241,15 kv.m olan digər 4 otaqlı mənzil. Bütün bu mənzillərin isə qanuni sahibləri vardır. Həmin qanuni sahiblər (vicdanlı alıcılar) hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4149/2022 saylı qətnaməsinin icrası ilə bağlı iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli rəyə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində faktiki olaraq ümumi sahəsi 202 kv.m və 453 kv.m olan mənzillər mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi əsasında verilmiş icra sənədi Səbail rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icraata qəbul edilərək icraata başlanılmış, lakin mübahisəli ünvana baxış keçirilərkən icra sənədinin icrasının mümkün olmaması qənaitinə gələrək icra məmuru xx.xx.2024-cü il tarixdə icra 3 sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarın qəbul edilmə əsası kimi icra məmuru təyin etdiyi ekspertiza əsasında verilmiş rəyə istinad edərək mübahisəli binanın 14-cü mərtəbəsində məhkəmə qətnaməsi ilə İddiaçı təhvil verilməli olan 202 kv.m və 453 kv.m mənzillərin mövcud olmamasını göstərmişdir. İcra məmurunun qərarından hazırkı iş üzrə İddiaçı tərəfindən məhkəməyə şikayət verilmişdir. Həmin şikayət üzrə həm Sabail rayon məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsində bir neçə dəfə məhkəmə baxışları olmuşdur. Nəticə etibarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-119/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarından verilmiş şikayət təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən hazırkı iddia tələbi (əqdin etibarsızlığı) üzrə iddia müddəti də ötürülmüşdü. Belə ki, İddiaçı (nümayəndəsi vasitəsi ilə) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh2 MMC ilə ayrıayrılıqda cavabdehlər Cavabdeh1 (45 saylı mənzil), Cavabdeh4 (46 saylı mənzil) və Cavabdeh5 (48 saylı mənzil) arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı tərəf qeyd olunan mənzillərin başqa şəxslərə məxsus olması haqqında artıq 2021-c ildən məlumatlı idi. Belə ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin e-2(009)-226/2021 saylı iş üzrə qəbul etmiş olduğu xx.xx.2021-ci il tarixli qətnamənin təsviri hissəsində qeyd olunur ki, məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-c il tarixli 2 müqavilə əsasında həmin hündürmərtəbəli binadan ümumi sahəsi 453 kv.m və 202 kv.m mənzillər almışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-in vəkili X1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Cavabdeh2 MMC ilə iddiaçı arasında 2011-ci il tarixdə belə müqavilə bağlanmamışdır. 2010-cu ildə Cavabdeh2 MMC ilə İddiaçı arasında əvəzli müqavilə olub. xx.xx.2020-ci il tarixində məhkəmə qətnaməsi əsasında həmin müqavilələr ləğv olunub və mənzillər artıq başqa şəxslərə satılıb. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəf mənzillərin başqa şəxslərə məxsus olması haqqında artıq 2021-c ildə məlumatlı olmuşdur. hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 hər biri öz mənzilinə görə müəyyən edilmiş pul vəsaitini tam ödəmişlər, həmin pul vəsaitlərin ödənilməsini təsdiq edən ödəniş qəbzləri vardır, həmin mənzillər onlara məxsusdur və onlar həmin mənzillərin vicdanlı alıcılarıdır. Cavabdeh5 etirazında qeyd etmişdir ki, Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzilə dair A-29 saylı, xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh5 Cavabdeh2 MMC-nə 340 000 manat məbləğində pul ödəmiş (maliyyə arayışı təqdim olunur), mənzil Cavabdeh5 təhvil verildikdən sonra isə o, həmin mənzildə təmir işləri aparmış və hazırda ona sahiblik edərək ondan istifadə edir. Bu isə həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-119/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş və təsdiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadında göstərilən halları məhkəmənin diqqətinə çatdırmağı vacib hesab edirik. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(103)- 4149/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanılmış 15 fevral 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli müqavilələr üzrə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsindəki ümumi sahəsi 202 kv.m və 453 kv.m olan mənzillərin Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun 24 iyul 2023-cı il tarixli qərarı ilə qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun əraziyə baxış keçirmiş, həmin mənzillərin mülkiyyətçilərinin başqa şəxslər olduğunu görmüş, bu səbəbdən də 06 iyun 2024-cü il tarixli qərarı ilə “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. Tələbkar İddiaçı icra məmurunun qərarını bir neçə dəfə məhkəmədə mübahisləndirsədə nəticədə şikayəti təmin olunmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-119/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən Səbail rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardadda məhkəmə belə nəticəyə gəlmişdir ki İddiaçı tərəfindən Səbail rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayət məhz binadakı mənzillərin artıq başqa şəxlərin mülkiyyətində və istifadəsində olması əsası ilə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini isə onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən aparılan yoxlanış zamanı məlum olmuşdur ki, iş materiallarında olan alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzil Cavabdeh5 məxsusdur. Məhkəmə mövqeyini əsaslandırarkən həmçinin qeyd etmişdir ki, işin araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən binada 4 mənzil mövcud olmaqla artıq başqa şəxslərin mülkiyyətində və istifadəsindədir. Bu isə orada yaşayan şəxslər tərəfindən həmin mənzillərdə təmir işlərinin aparılması və nəticədə mənzillərin ölçülərinin dəyişmə ehtimalını istisna etmir. Bu halları əsas götürdükdən sonra kollegiya hesab etmişdir ki, şikayət qismən təmin edilməli, İddiaçı tərəfindən Səbail rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayət məhz binadakı mənzillərin artıq başqa şəxlərin mülkiyyətində və istifadəsində olması əsası ilə təmin edilməməlidir. Göründüyü kimi yuxarıda qeyd olunan hallar cəmlikdə Cavabdeh5 ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzilin vicdanlı alıcısı olduğunu, Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzilə dair A-29 saylı, xx.xx.2020-ci il tarixli müqavilənin etibarlı olduğunu sübut edir. Həmçinin, məhkəmənin nəzərinə çatdırırıq ki, Cavabdeh5 ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzili Cavabdeh2 MMCdən əldə edərkən əmlakın mülkiyyətçisinin Cavabdeh2 MMC olduğunu bilmişdir. O, həmin mənzilin başqa şəxsin mülkiyyətində olması barədə məlumatı digər yollarla da nə əldə edə bilərdi, nə də buna imkanı olmamışdır. Çünki, həmin mənzil Cavabdeh2 MMC-nə məxsus olmuşdur. Bundan başqa, Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında bağlanan mənzil alqı satqı müqaviləsinə nəzər saldıqda əldə olunan əmlakın ümumi sahəsinin ərizəçi İddiaçı göstərdiyi kimi 202 kv.m, 248 kv.m, 453 kv.m deyil, 208 kv.m olduğunu görmüş oluruq. Eyni zamanda hətta hesab etsək ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzilə dair alqı satqı müqaviləsi bağlanmışdır, iddia ərizəsində həmin mənzili itirməsi, ondan oğurlanması, onun iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmasını, onu əldə edən şəxsin əvəzsiz şəkildə əldə etməsini nə göstərməmiş, nə də bunu sübut edəcək hər hansı bir sənəd əlavə etməmişdir. Əksinə Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanarkən onun sahəsi 208 kv.m olmuş, həmin əmlaka Cavabdeh2 MMC sahiblik etmiş, onun istifadəsində olmuş, ona məxsus olmuşdur, həmin əmlaka görə Cavabdeh2 MMC-nə 340 000 manat məbləğində pul ödəmişdir. Bundan əlavə Cavabdeh5 həmin əmlakı əldə etdikdən sonra orada təmir işləri aparmışdır. Bütün bu hallar Cavabdeh5 ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzilin vicdanlı alıcısı olduğunu sübut edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi-vəkili etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili digər cavabdehlərin etirazlarının məzmununa uyğun izahat verərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdehlər DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 8(103)-119/2025 saylı qərardadının surətindən görünür ki, İddiaçı tərəfindən Səbail rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarından verilmiş şikayət təmin edilməmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh4 arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh4 Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 248 kv.m olan 46 saylı mənzilin alqı-satqısı barədə razılığa gəlirlər. 07 sentyabr 2020-ci il tarixli Maliyyə arayışında qeyd edilir ki, Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 248 kv.m olan 46 saylı mənzilin 480.000 manat təşkil edən pay dəyərini Cavabdeh4 tam olaraq MMC-yə ödəmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh5 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh5 ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzilin alqı-satqısı barədə razılığa gəlirlər. 21 dekabr 2020-ci il tarixli Maliyyə arayışında qeyd edilir ki, ünvan 2 ünvan) yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 208 kv.m olan 48 saylı mənzilin 340.000 manat təşkil edən pay dəyərini Cavabdeh4 tam olaraq MMC-yə ödəmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2021-ci il tarixli Müqaviləyə əsasən Cavabdeh1 ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m olan 45 saylı mənzilin alqı-satqısı barədə razılığa gəlirlər. 21 dekabr 2020-ci il tarixli Maliyyə arayışında qeyd edilir ki, ünvan 2 ünvan) yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m olan 45 saylı mənzilin 350.000 manat təşkil edən pay dəyərini Cavabdeh4 tam olaraq MMC-yə ödəmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami küçəsi, 706-cı məhəllə, mənzil 45 xx.xx.2025-ci il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4149/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 15 fevral 2011-ci il tarixli 003/11 və 004/11 nömrəli müqavilələr üzrə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsindəki ümumi sahəsi 202 kv.m və 453 kv.m olan mənzillər Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməlidir. İcra sənədi üzrə icraata başlandıqdan sonra icra məmuru tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən icra sənədi həmin icra sənədində göstərilən mənzillərin mövcud olmadığı səbəbindən icra edilə bilmir. Bundan sonra icra məmurunun qərarı ilə mütəxəssis dəvət edilmiş və mütəxəssis rəyində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə inşa edilmiş 1 girişli, zirzəmili, 19 mərtəbəli (+texniki mərtəbə) binanın 14-cü mərtəbəsində faktiki olaraq ümumi sahəsi 202 kv.m və 453 kv.m olan mənzillər mövcud deyildir və bu səbəbdən icra məmuru icra sənədini icrası mümkün olmaması səbəbindən geri qaytarmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 Cavabdeh2 MMC ilə bağladıqları alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsindəki 45, 46 və 48 saylı mənzilləri dəyərini ödəməklə əldə etmişdirlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərin yuxarıda qeyd olunan mənzillərinin ona məxsus olduğunu, bu barədə məhkəmə aktı olduğunu və bu səbəbdən cavabdehlərin həmin məzillərə dair müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. AR Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də qanun pozuntusu ilə bağlanmış hər bir əqd, bunun nəticəsində mənafeyi pozulan şəxsin tələbi ilə etibarsız sayılır. AR Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. İddiaçı tərəfindən Səbail rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarından verilmiş şikayət üzrə Səbail rayon Məhkəməsinin 8(009)-62/2025 saylı qərardadında əks olunur ki, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə inşa edilmiş 1 girişli, zirzəmili, 19 mərtəbəli (+texniki mərtəbə) binanın 14-cü mərtəbəsində faktiki olaraq ümumi sahəsi 202 kv.m və 453 kv.m olan mənzillər mövcud deyil. E72769/2021-16-15-001 nömrəli İcra işinin materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki,Yasamal rayon Məhkəməsinin 2(004)-2371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra olunaraq Cavabdeh2 MMC-yə məxsus Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 202 kv.m olan və həmin mərtəbədə yerləşən ümumi sahəsi 453 kv.m (4 otaqlı) olan mənzillərin üzərinə qeydiyyatdan keçməyən əmlaklar bazasında qadağa qoyulmuşdur. E110503/2021-16-15-004 nömrəli İcra işinin materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Səbail rayon Məhkəməsinin e-2(009)-226/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə İddiaçı məxsus xx.xx.2011-ci il tarixdə bağlanmış 003/11 və 004/11 nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərin (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 706-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər) üzərinə həbs qoyulması qət edilmişdir. İcra vərəqəsində qeyd olunan mənzillərin ünvanları dəqiqliklə göstərilmədiyindən icra vərəqəsinin icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiyinin əksinə olaraq, əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmənin Bakı şəhəri, Nizami küçəsi 96, 706-cı məhəllədə yerləşən “Dolçasaray Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 202 kv.m olan və həmin mərtəbədə yerləşən ümumi sahəsi 453 kv.m (4 otaqlı) olan mənzillərin üzərinə qadağa qoyulması ilə bağlı qərarı həmin mənzillərin ünvanları dəqiqlikdə göstərilmədiyindən icra edilə bilməmişdir. Bu səbəbdən də MMC ilə hazırki iş üzrə cavabdehlər arasında bağlanmış müqavilələr üzrə əldə edilən mənzillərin üzərində alqı-satqı həyata keçirilən zaman heç bir yüklülük və məhdudiyyət olmamışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli əmlaklara dair alqı-satqı müqavilələri təsdiq edilərkən həmin mənzillər Cavabdeh2 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmuş, həmin mənzillərin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı alqı-satqı müqavilələri imzalanarkən mübahisəli mənzillər üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Mülki Məcəllənin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli əmlaklar üzrə alqı-satqı müqaviləsi bağlanan zaman qanunun bütün tələblərinə riayət edilmişdir, evi əldə edənlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 bağladığı əqdin legitimsizliyinə dair şübhələri olmamış, həmçinin hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmamışdır. Eyni zamanda onlar mübahisəli mənzilləri əldə edərkən həmin əmlak yüklü (girov və ya ipoteka ilə) olmamışdır. Məhkəmə habelə qeyd edir ki, alıcılar tərəfindən mənzillər əldə edilərkən mənzillərin reyestrdə Cavabdeh2 MMC-nin adına qeydiyyatda olması cavabdehlərin satıcıya tam etibar etməsinə səbəb olmuşdur. Belə ki, cavabdehlər mənzili əldə edərkən alqı-satqıdan əvvəl bütün lazımi ehtiyatlılığı göstərərək mənzillərin həqiqətən MMC-yə məxus olduğu barədə rəsmi reyestr orqanından maraqlanmış və bundan sonra müqavilələri bağlamışlar. Başqa sözlə, Cavabdeh2 MMC satıcı qismində özünə məxsus əmlakları satışa çıxarmış, cavabdehlər isə alıcı qismində rəsmi reyestrdə satıcının əmlakları kimi qeydiyyata alınmış mənzilləri dəyərini ödəmək yolu ilə əldə etmişdirlər. Hazırkı halda da alıcılar əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh2 MMC-nin adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə onunla alqı-satqı müqavilələri bağlamışlar. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olubolmamasına dair müvafiq arayış alınıb və sair. Bu səbəbdən mübahisəli mənzillər üzrə sözügedən alqı-satqı müqavilələri bağlanılan zaman qanunun bütün tələblərinə riayət olunduğundan, həmçinin mənzilləri əldə edənlər bağladığı əqdin legitimsizliyinə dair və hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmadığından, onlar əmlakı vicdanlı əldə edən kimi hesab edilməlidir. Mülki qanunvericiliyə görə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun tənzimlənir. Əmlakı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda əldə edən əmlakın mülkiyyətçisi olur. Vicdanlılıq faktı əmlak verilənə qədər mövcud olmalıdır. Beləliklə, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2- ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə eyni zamanda Cavabdeh2 MMC-nin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürmüşdür. Belə ki, işdə olan Səbail rayon Məhkəməsinin 2(009)-226/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 MMC-nin vəkili izahatında bildirmişdir ki, İddiaçı ilə MMC arasında bağlanmış müqavilələr məhkəmə qətnaməsi əsasında ləğv olunub və həmin mənzillər başqa şəxslərə satılıb. Qətnamədən eyni zamanda görünür ki, həmin iclasda İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirak etmişdir. Buradan belə nəticəyə gəlinir ki, iddiaçı hazırda mübahisələndirilən müqavilələr barəsində ən geci 2021-ci il tarixdə artıq məlumatlı olmuş və əqdin etibarsızlığının mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürməklə bu hüququnu itirmişdir. Bu səbəbdən hazırki iddia həm də müddətin ötürülməsi ilə məhkəməyə müraciət edildiyindən əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar