Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1389/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 166353 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin məbləğin 695 gün üçün illik 5 faizi olan 15837 ABŞ dollarının, cəmi 182190 ABŞ dollarının və 600 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh2 uşaqlıq dostu olub. O, dayısı Cavabdeh3 yanında mebel xam materiallarının alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin iyul ayında mebel materiallarının Türkiyə, Rusiya və Belarusdan gətirib Azərbaycanda satışı işini təklif etdi. O da razılaşdı. Razılaşmaya əsasən işin maliyyə tərəfini o, mallar Azərbaycan Respublikasına daxil olandan sonra isə alqı-satqısını Fəxrin həyata keçirməli idi. Əldə edilmiş qazanc isə yarıbayarı aralarında bölünməli idi. Danışdıqları şərtə uyğun olaraq o, 2022-ci ilin iyul ayının 15-də Cavabdeh2 200000 (iki yüz min) ABŞ dolları pul verdi. O da pulu təhvil alıb dayısı, Cavabdeh3 verib. Cavabdeh2 03 avqust 2022-ci ildə pulun Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə Türkiyə və Rusiyaya göndərilməsinə dair qəbzləri telefon vasitəsi ilə iddiaçıya göndərdi. 10 avqust 2022-ci il tarixdə isə dostu Hikmət Məmmədov vasitəsi ilə nəqliyyat, gömrük və vergi rüsumlarının ödənilməsi üçün Cavabdeh2 64000 (altmış dörd min) dollar pul göndərdi. Bundan sonra Cavabdeh2 malların rüsumlarının ödənilməsi barədə gömrük bəyannamələrini və vergi rüsumlarını göstərən sənədləri elektron poçt vasitəsi ilə iddiaçıya göndərib. Cavabdeh2 malları gömrükdən çıxarıb Dərnəgül prospektində yerləşən “Konnekt” deyilən sahədə yerləşən anbara boşaltdırıb. O da öz növbəsində tanışı X1 ora göndərdi ki, mallara baxsın. O, da yoxlayıb və hər şeyin yerində olduğunu bildirib. Aralarındakı danışığa əsasən bütün bu prosses 2 ay ərzində həyata keçirilməli idi. İlk ayda mallar Azərbaycana idxal edilməli, digər ayda isə həmin malların alqı-satqısı aparılmalı idi. Müddət bitəndən sonra Cavabdeh2 tanışıları vasitəsilə qazanc adı altında ona cəmi 34000 (otuz dörd min) manat pul verib. Həmin vaxt xaricdə olduğu üçün telefon vasitəsi ilə cavabdehlə əlaqə saxladı və ödədiyi 264000 (iki yüz altmış dörd min) ABŞ dolları vəsaitinin nəyə görə qaytarılmadığını soruşdu. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayındı. 6 Noyabr 2022-ci ildə cavabdeh başqa şəxsə 57000 (əlli yeddi min) manat borcu olduğunu, ondan 200000 ABŞ dolları məbləğində pulunun 57000 (əlli yeddi min) manat hissəsini ona borc kimi hesablamağı xahiş edib. O da razılaşmışdır. Ümumilikdə o, cavabdehə 200000 (iki yüz min) ABŞ dollar və 64000 (altmış dörd min) ABŞ dollar nağd pul vermişdir. Bundan əlavə, mal satışından ona çatacaq vəsaitdən cavabdeh 57000 (əlli yeddi min) manat borc olaraq götürüb. Cavabdeh isə onun ödədiyi 264 000 ABŞ dollarını bir hissəsini qaytarıb. Belə ki, Cavabdeh2 116000 manat nagd şəkildə və 50000 manatlıq Hyundai Sonata markalı **-MZ-*** qeydiyyat nişanlı avtomobil vermişdir. Bu günə kimi cavabdeh ona verdiyi 264000 (iki yüz altmış dörd min) ABŞ dolları vəsaitin yalnız Azərbaycan manatı ilə 116000 manat hissəsini nağd pul olaraq qaytarıb, 1 ədəd Hyundai Sonata markalı minik avtomobilini də 50000 manat qiymətləndirərək borcun bir hissəsinin əvəzi olaraq verib. Ümumilikdə cavabdeh ona ziyanının 97647 ABŞ dolları (166000 manat) hissəsini qaytarıb. Hazırda cavabdehin ona olan borcu 166353 ABŞ dolları təşkil edir. Qeyd olunanlarla bağlı Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis idarəsinə müraciət etmişdir. Cavabdeh polisə verdiyi izahatında ona 280000 (iki yüz səksən min) manat borcu olduğunu etiraf edib. Bundan başqa izahatında göstərib ki, iddiaçının ona verdiyi pulları dayısı Cavabdeh1 verib sonuncu da, həmin pulları diretoru oldugu Landshaft MMC-nin balansına köçürüb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Cavanşir Ağamirzəyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunan qərardan görünür ki, aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, İddiaçı onun bacısının həyat yoldaşıdır. O özü təxminən 15 ildən çoxdur kl, Dərnəgül bazarında mebel materialları satışı ilə məşğul olur. “Londshaft-Az" MMCnln direktoru dayısı Cavabdeh1dur. Həmin MMC xarici ölkə ərazilərindən xammal gətirməklə məşğuldur. 2022-ci yay aylarında yeznəsi Sərraf söhbət zamanı işsiz olduğunu, əlində pulunun olmasını bildirmiş və təklif etmişdir ki, pul qoysun, onun üçün xarici ölkə ərazilərindən mebel xammalları gətirilsin. Belə ki, onun vasitəsi ilə mebel materialları gətirərək satıb pul qazanmaq istədiyini demişdir. O buna razılıq vermiş və məqsədi və niyyəti Sərrafa köməklik etmək olmuşdur. Bu iş təklifindən əvvəl də onunla şərikli olaraq Bakı şəhəri ərazisində İzmir küçəsində “Sünbül” adlı restoranı icarə əsasında işlətmişlər. Eyni zamanda dəfələrlə Sərraf ona pul verib mebel materialları alaraq, satıb qazanc əldə etmişdir. Heç vaxt aralarında anlaşılmazlıq olmamış və bir-birlərindən narazılıqları olmamışdır. Sərraf xarici ölkə ərazisindən mebel materialları gətirmək üçün ona iki dəfə olmaqla ümumilikdə 448800 manat pul vermişdir. Həmin pullarla dayısının rəhbəri olduğu MMC-nin vasitəsi ilə Rusiya Federasiyasından və Türkiyə Respublikasından onun üçün özünün sifariş etdiyi mebel materiallarını gətirmişdir. Belə ki, pulların böyük bir qismi "xxxx" MMC-nin hesabına köçürülmüşdür ki, həmin hesabla malların Azərbaycana gəlməsi gerçəkləşmiş, qalan pullar isə mallar gəldikdən sonra, gömrük və digər xərclərə (bank, yol pulu, tir, vaqon pulları, loqistik xərclər və s.) sərf edilmişdir. Sərrafdan alınan pullar hamısı təyinatı üzrə xərclənmiş və mallar Azərbaycana daxil olmuşdur. Malların pulunun ödənilərək Azərbaycana gəlməsinə qədər olan proseslər və çəkilən xərclər barədə Sərrafa məlumat vermiş, Sərraf həmin ərəfələrdə, həmçinin mallar Azərbaycana gələn zaman Almaniya dövlətində olduğundan ona elektron poçt ünvanı (emall) vasitəsi ilə məlumat vermiş və Sərraf Azərbaycanda olmadığı üçün vaqonlarla və tırlarla gələn mebel materialları MMC-nin anbarına yığılmışdır. Tırlar Türkiyə Respublikasından eyni vaxtda, vaqonlar isə Rusiya Federasiyasından ayrı-ayrı vaxtlarda gəlmişdir. Onu da qeyd etmişdir ki, mebel materialları Azərbaycana gəldikdən sonra Sərrafın işlərini görən, həm də dostu olan Rəşad adlı şəxs gələrək gələn mallarla anbarda tanış olmuş, görmüş, eyni zamanda hər şeyin qaydasında olduğunu Sərrafa bildirmişdir. Sonradan Sərraf Azərbaycana gələrək onun üçün gətirilən mebel materiallarını satmaq istəmiş, lakin bu işdə səriştəsi olmadığı üçün ondan xahiş etmişdir ki, malların satılması işində də ona köməklik etsin. Çünki uzun illərdir bu işlə məşğul olur və satış mağazalarının sahibləri onu tanıyır. Yenə də, Sərrafa etiraz etməmiş və mebel materiallarının satışında da köməklik göstərmək iştəmişdir. Buna görə də, tanıdığı mebel materialları satışı mağazalarının sahibləri ilə danışaraq gələn mebel materiallarının bir hissəsini nisyə vermişdir ki, satıb pulunu ödəsinlər. Onlar da, mebel materialları satıldıqca pulunu ona ödəmiş və ona verilən pulları Sərrafa vermişdir. Belə ki, ilkin mərhələdə müəyyən məbləğlər olmaqla 80080 manat pulu Sərrafa nağd şəkildə ödədikdən sonra 300011 manat dəyərində mebel materialı qalmışdır. Onu da bildirmişdir ki, həmin ərəfələrdə mebel materiallarının satışı zəifləmiş, belə ki, qiymət fərqi yaranaraq mebel materiallarının dəyəri ucuzlaşmışdır ki, bu da, Rusiya Ukrayna arasında olan müharibənin təsirindən yaranmışdır. Bu səbəbdən də Sərrafa məsləhət görmüşdür ki, mebel materiallarını tələsib ucuz qiymətə satmaq lazım deyi. Ona görə də, mebel materialları, yəni yuxarıda qeyd etdiyi məbləğdə olan materiallar MMC-nin anbarında qalmışdır. Sonra Sərrafın özündən razılıq alaraq iş şektorunda birgə iş gördüyü şəxslərə öz şəxsi borcunu ödəmək üçün 106939 manat mebel materialları vermişdir. Belə ki, mebel materiallarının dəyərinin ucuzlaşması və satışı gecikdiyi üçün onların anbarda qalmasındansa, onların bir hissəsini borcun əvəzinə ödəməyi düşünmüş və bu barədə Sərrafdan razılıq alaraq borcun əvəzinə vermişdir. Sərraf da etiraz etməmişdir. Həmin vaxt mebel materialları istədiyi qiymətə satılmadığından bu təklifi Sərrafın özünə də sərf etmiş, çünki satış qiyməti ilə hesablayaraq Sərrafdan həmin malları borcunun əvəzinə vermək məqsədi ilə götürmüş və pulunu da Sərrafa özü tərəfindən ödəniləcəyini bildirmişdir. Bununla da, anbarda 253972 manat dəyərində material qalmış, Sərraf ölkəyə qayıtdıqdan təxminən 1 ay sonra Ramin adlı dostu ilə mebel materiallarının satışı mağazasını açmaq istədiyini deyərək, qalan mebel materiallarını ona təhvil verməsini istəmişdir. Beləliklə, Sərraf anbara gələrək 253972 manat dəyərində mebel materiallarını götürüb, Keşlə qəsəbəsində yerləşən öz icarə götürdüyü anbarına aparmışdır. Aralarında yalnız 106939 manat məbləğ borc qalmışdır ki, həmin məbləği də, borc olaraq Sərrafın öz razılığı ilə şəxsi borclarına verdiyi materialların pulu idi. Həmin borcu ödəyəcəyi vaxtla bağlı aralannda konkret razılaşma olmamışdır, çünki qeyd etdiyi kimi, uşaqlıqdan münasibətləri yaxşı olduğundan, həmçinin yaxın qohum olduqları üçün eyni zamanda dəfələrlə birgə iş gördüklərindən bu məbləği ödəməklə bağlı Sərraf ona hər hansı bir vaxt və ya şərt qoymamışdır. Buna görə də, düşünmüşdür ki, qazandıqca və əlinə pul düşdükcə hissə-hissə Sərrafa olan borcunu ödəyəcəkdir. Beləliklə, Sərraf mebel materiallarını anbarına apardıqdan sonra müəyyən qədər satış etdiyini, lakin materialların çox hissəsinin qaldığını bildirmiş və ondan xahiş etmişdir ki, satışının təşkil edilməsində ona köməklik etsin. O etiraz etmədiyi üçün Sərraf öz anbarına apardığı malları yenidən maşınlara yükləyib, onun dediyi mağazalara aparmışdır. Belə ki, iki mağaza sahibi ilə danışaraq, Sərrafın anbarında qalan malları təhvil vermişdir ki, satıb pulunu ödəsinlər. Mağazanın biri Maştağa qəsəbəsində yerləşir, sahibi Arzu adlı şəxsdir, digəri isə Keşlə qəsəbəsində yerləşir, sahibi Mübariz adlı şəxsdir. Arzu adlı şəxsə verdiyi mebel materiallarından hələ ki, satılıb pulu ödənilməyib, necə vermişdilərsə, elə də qalıb. Mübarizə verdiyi mebel materiallarından isə satılıb ona hissə-hissə ümumilikdə 72000 manat pul verilmişdir. Sərrafın icarə götürdüyü anbardan götürülüb digər mağazalara mebel materiallarını verdikdən sonra ümumilikdə Sərrafa 22000 manat nağd şəkildə pul, 50000 manat dəyərində isə "Hyunday Sonata" markalı avtomobil verilmişdir. Yəni Mübarizin verdiyi pullar tam dəyəri ilə birlikdə Sərrafa ödənilmişdir. Bildirmişdir ki, hazırda Sərrafın təxminən 90000-100000 manat dəyərində mebel materialları qalmışdır ki, onu da istədiyi vaxt götürə bilər və ya gözləməlidir ki, satış qiyməti normal vəziyyətə gəldikdə satılıb pulu ödənilsin. Sərraf iddia edir kl, hazırda ona 280000 manat borcu vardır, çünki Sərrafa ümumilikdə, təxminən avtomobillə birlikdə 170000 manata yaxın pul ödəmişdir. Buna görə də, iş başlayan vaxt Sərrafın ona verdiyi 448800 manatdan qaytarılan 170000 manat pulu çıxır və ona 280000 manat borclu olduğunu bildirir. Buna görə də, Sərrafla razılaşaraq, ona hazırda 280000 manat borclu olduğunu bildirmişdir. Lakin onu da qeyd etmişdir ki, Sərrafa 280000 manat borcu olsa da, Sərraf materialların bazar dəyərinin ucuzlaşmasını, satıs zamanı dəyərindən ucuz satılaraq yaranmış ziyanı, eləcə də, cəkilən bəzi xərcləri, məsələn icarə haqqı və s. nəzərə almır. Bunları nəzərə aldığı halda Sərrafa cəmi 205235 manat borcunun olmasını bildirmişdir. Buna baxmayaraq, onunla xərcləri çıxmadan Sərrafın dediyi 280000 manat məbləğl özünə borc olaraq qəbul etmiş və ona ümumilikdə 280000 manat borclu olduğunu bildirmişdir. Qeyd etmişdir ki, dəfələrlə iş birlikləri olan vaxtlarda da, indi də, Sərrafı heç vaxt aldatmamış, ona qarşı hər hansı bir başqa niyyəti olmamışdır. Sadəcə olaraq niyyəti yalnız ona köməklik etmək və onun xahişi ilə pul qazandırmaq olmuşdur. Əgər sonuncu mebel materiallarının satışı ilə bağlı gördüyü işdə qazanc əldə edə bilməmişdirsə, bu onun günahı və ya səhvi ucbatından olmamışdır, bazarda olan vəzlyyətlə, yəni malın dəyərinin aşağı düşməsi ilə əlaqədar olmuşdur. Onu da bildirmişdir ki, Sərrafın sifariş verdiyi mallar MMC vasitəsi ilə sifariş edildiyindən və Sərrafın öz yeri olmadığından həmin mallar uzun müddət, yəni 5 ay MMC-nin anbarında qalmışdır. Buna görə də, MMC anbarın icarə haqqı olaraq ayda 2185 manat olmaqla ümumilikdə 10925 manat icarə pulu ödəmişdir. Onu da qeyd etmişdir ki, Cavabdeh3 onun doğma dayısıdır, onun bu işlə heç bir əlaqəsi olmamışdır, sadəcə olaraq Sərraf qohum olduğundan gəlib Cavabdeh3la söhbət etmişdir. Dayısı Natiq də Fəxrinlə yaxın qohum olduğunu, aralarında heç vaxt narazılıq olmadığını və bundan sonra da olmayacağını bildirib, real vəziyyəti soruşaraq Sərrafa izah etmişdir ki, narahat olmasın, mebel materialları satıldıqca pulunu götürəcəkdir. Bildirmişdir ki, MMC-nin direktoru dayısı Natiq deyil, digər dayısı Cavabdeh1dur. Sərrafın ərizəsində göstərilənlərin bir çox hissəsinin həqiqətə uyğun olmadığını qeyd etmiş, belə ki, ona bazarda satılmayan, ölçüləri və rəngləri ilə satışı olmayan anbarlarda qalmış mebel materialları verilməmişdir. Bu barədə dedikləri həqiqətə uyğun deyildir. Bunu materialları satdıqları mağaza sahibləri də təsdiq edə bilərlər. Ona verilən mebel materialları onun sifariş etdiyi materiallardır və hazırda da həmin materiallann təxminən 100000 manata yaxın hissəsi anbarda qalır, harada istəyir yoxlada bilər və gəlib apara bilər, qalan məbləği isə hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün ödəyə bilmir. Lakin Sərrafın özü də bilir kl, hər zaman işləyərək pul qazanmış və əlinə düşdükcə hissə-hissə ona olan borcunu ödəyəcəkdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı uşaqlıq dostu, eyni zamanda qohumu olan Cavabdeh2 mebel materiallarının Türkiyə, Rusiya və Belarusdan gətirib Azərbaycanda satışı işini təklif etmiş, tərəflər razılaşmışlar ki, işin maliyyə tərəfini iddiaçı, mallar Azərbaycan Respublikasına daxil olandan sonra isə alqı-satqısını Fəxrin həyata keçirməli, əldə edilmiş qazanc isə yarıbayarı aralarında bölünməli idi. Danışdıqları şərtə uyğun olaraq iddiaçı 2022-ci ilin iyul ayının 15-də Cavabdeh2 200000 (iki yüz min) ABŞ dolları pul vermiş, 10 avqust 2022-ci il tarixdə isə, iddiaçı dostu Hikmət Məmmədov vasitəsi ilə nəqliyyat, gömrük və vergi rüsumlarının ödənilməsi üçün Cavabdeh2 64000 (altmış dörd min) ABŞ dolları pul göndərmişdir. Cavabdeh2 malları gömrükdən çıxarıb Dərnəgül prospektində yerləşən “Konnekt” deyilən sahədə yerləşən anbara boşaltdırıb. Aralarındakı danışığa əsasən bütün bu prosses 2 ay ərzində həyata keçirilməli idi. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Cavabdeh2 iddiaçının ödədiyi 264 000 ABŞ dolları vəsaitin yalnız Azərbaycan manatı ilə 116000 manat hissəsini nağd pul olaraq qaytarıb, 1 ədəd Hyundai Sonata markalı minik avtomobilini də 50000 manat qiymətləndirərək borcun bir hissəsinin əvəzi olaraq verib. Ümumilikdə Cavabdeh2 iddiaçıya ziyanının 97647 ABŞ dolları (166000 manat) hissəsini qaytarıb. Hazırda cavabdehin ona olan borcu 166353 ABŞ dolları təşkil edir. Cavabdeh2 Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis idarəsinə verdiyi izahatında iddiaçıya 280000 (iki yüz səksən min) manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 166.353 (yüz altmış altı min üç yüz əlli üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti borc tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 166.353 ABŞ dollar məbləğin illik 5 faizi olan 15837 ABŞ dollarının alınması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı öhdəliyin borclunun təqsiri nəticəsində icra edilmədiyini təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 166.353 (yüz altmış altı min üç yüz əlli üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti və ödənilmiş 600 (altı yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1389/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1389/2024
02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver