Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1437/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçıların nümayənədəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı əmlaklara dair qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı onların mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara dair Cavabdeh MMC tərəfindən verilmiş qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair iddia əriəzsi ilə məhkəməyə müraciət etmişdir . Məhkəmə iclasında iddiaçıların nümayənədəsi və vəkili Nümayəndə1 ekspertin əmlaklara baxmadan rəy verilməsinin mümkün olmaması barədə mövqeyini əsaslı hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC -nin etibarnamə əsasında nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 həyat yoldaşı və İddiaçı2 atası Vilyam Hacıyev AR CM-nin 179.3.2, 308.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cinayət işinin istintaqı müddətində təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə mülkiyyət hüququ üzrə məxsus olan daşınar və daşınmaz (hazırki iddianın predmetini də təşkil edən əmlaklar da daxil olmaqla) əmlakların üzərinə həbs qoyulmuş, təqsirləndirilən şəxs barəsində qəbul edilən hökmlə həmin əmlaklar xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmuşdur. Məhkəmə araşdırılması zamanı eyni zamanda müəyyən edilmişdir ki, cinayət işinin istintaqı müddətində üzərinə həbs qoyulmuş əmlakalar Cavabdeh MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilmiş və müvafiq rəylər tərtib olunmuşdur. İddiaçılar həmin rəydə müəyyən edilən qiymətlərin real olmama səbəbi ilə rəylərin ləğv edilməsi barədə tələb irəli sürmüşlər. Məhkəmə qaldırılmış tələblə bağlı aşağıdakıları qeyd edir. AR Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. AR Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququq geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçıların əmlakları üzərinə həbs cinayət təqibi həyata keçirilən dövürdə qoyulmuş və qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, cinayət təqibi həyata keçirilən dövrdə mübahisələndirmə olmaqdıqda üzərinə həbs qoyulan əmlakların hüquqi müqəddəratı barədə hökmdə (məhkəmənin yekun qərarında) qoymətləndirmə aparılmalıdır ki, bundan sonra bu məsələnin mülki icraat qaydasında mübahisələndirməyə yol verilmir. Belə ki, AR CPM-nin 346.1-ci maddəsində məhkəmənin cinayət mühakimə qaydasında məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll edilməli məsələlərə cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı və hansı əmlakın xüsusi müsadirə edilməli olduğu göstərilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların mülkiyyətində olmuş və üzərinə ibtidai istintaq müddətində həbs qoyulmuş əmlaklar - həmin əmlakların qiymətləndirilmələrinə dair mütəxəssislər tərəfindən verilmiş rəylərdə müəyyən edilən hallar da nəzərə alınmaqla dövlət nəfinə müsadirə olunmuşdur. Göründüyü kimi iddiaçıların hazırki iddiada irəli sürdükləri dəlillər cinayət mühakimə icraatında müzakirə predmeti olmuş və onlara hüquqi qiymət verilmişdir. Odur ki, onların təkrarən mülki mühakimə icraatında mübahisləndirilməsinə yol verilmir. Eyni zamanda məhkəmə qeyd ki, iddiaçıların cinayət mühakimə icraatında qəbul edilən qərardadan müvafiq olaraq şikayət vermək hüquqları vardır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü tarixli Qərarında da izah olunmuşdur ki, … hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olan ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılamalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçılara hökmün onların hüquq və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsindən şikayət vermək hüquqları izah edilməlidir. AR MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.1, 170.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı əmlaklara dair qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. İddiaçılara izah olunsun ki, hökmün onların hüquq və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsindən şikayət verə bilərlər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1437/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1437/2024
25.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver