Məhkəmə qərarları › İş №e-2(009)-1439/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1439/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1439/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, Maraqlı şəxs icra məmurunun hərəkətindən şikayət ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Maraqlı şəxs şikayət ərizəsi ilə məhkə\məyə müraciət edərək, Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab olunaraq, ünvan 1 ünvanında yerləşən 69,9 kv.m. ümumi, 58,2 kv..m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satılmasına dair 26.04.2022-ci il tarixli təklifin və "xxxx" MMC-nin 197/22 saylı, 06.05.2022-ci ilo tarixli bildirişin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən qətnamənin icrası qaydasında icra məmurunun hərəkətindən şikayət olunduğu halda, məhkəməyə iddia icraatı qaydasında müraciət olunmuşdur, halbuki həmin mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Maraqlı şəxs icra məmurunun hərəkətindən şikayət ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılsın. Maraqlı şəxs izah olunsun ki, o, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar