Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1440/2023 24.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçıların hər birinə 7206.66 manat olmaqla cəmi 21620 manat pulun tutularaq İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsi; Cavabdeh1 iddiaçıların hər birinə 5600 manat olmaqla cəmi 16800 manat pulun tutularaq İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsi; Cavabdeh3 iddiaçıların hər birinə 3090.19 ABŞ dolları olmaqla cəmi 9270.59 ABŞ dolları pulun ödəniş gününə olan məzənnə ilə tutularaq İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 1000 manat pulun tutularaq iddiaçı X7 ödənilməsi; vəkillə bağlanan müqavilə xərci olan 363 manat və məhkəmədə iddianın qaldırılması üçün tərəflərindən ödənilmiş 255.54 manat, cəmi 618.54 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada alınaraq iddiaçılar X11, İddiaçı2 və İddiaçı1 bərabər həcmdə - hər birinə 205.18 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışlar ki, 2021-ci il dekabr ayında İddiaçı3 dostu İddiaçı2 dəvəti ilə onun icarə əsasında işlətdiyi Yasamal rayonu, H.Zərdabi 81 ünvanında yerləşən şirniyyat evinə getmişdir. Orda İddiaçı2 onu iki nəfər, Cavabdeh3 (tel: ***-***-**- **) və Cavabdeh2 (tel: ***-***-**-**, ***-***-**-**) adlı şəxslərlə tanış edərək həmin şəxslərin ona təklif etdikləri onlayn biznesə sərmayə yatırıb qazanc əldə etmək imkanlarının olması barədə ona məlumat verdi və həmin şəxslərdən görüləcək işin detalları barədə ona məlumat vermələrini istədi. Həmin adamlar Arif və Tuqay ona yeni bir sayt yaratdıqlarını (tfaze.com) bildirdilər və qarşılarındakı notbukda həmin saytı açaraq orada türk rəssamları tərəfindən çəkilmiş fotoşəkillərin (rəsmlərin) satışının həyata keçirdiklərini bildirdilər. Həmin sayt üzərindən artıq bir sifariş reallaşdırdıqlarını qeyd etdilər, lakin ilk sifarişi maliyyələşdirən Fuad İbrahimov adlı şəxsin (hər ikisinin əvvəllər işlətdikləri marvell marketinq şirkətinin sahibi) onlara şəkillərdən əldə edilmiş gəlirlərdən az faiz verdiyini əsas gətirərək onunla iş birliyinə son verdiklərini bildirdilər və yeni sərmayəçi axtarışında olduqlarını dedilər. Kompüterdə yeni sifarişin olduğunu göstərdikdən sonra həmin sifarişi Türkiyədən pulunu ödəyib X12 adlı alıcıya çatdıraraq qoyulan vəsaitin iki qatından artıq məbləğ əldə etmək imkanının olduğunu vurğuladılar. Məsələnin real olduğunu zənn edərək İddiaçı2, o və digər dostları İddiaçı1la birgə bu işin maliyyələşdirilməsi üçün ilkin mərhələ olaraq Cavabdeh2 Cavabdeh3 da iştirakı və Elvin Qəniyevin, Elvin Alməmmədovun, Xaliq Mahmudovun şahidliyi ilə 4700 manat pul verdilər. Saytın (tfaze.com) qurucusu Cavabdeh2 bildirdi ki, qoyduqları pulla Türkiyədən onlayn sifarişlə guya Amerikalı alıcı Susan Burns adlı şəxsin tfaze.com saytı üzərindən ona sifariş verdiyi türk rəssamlarının 4 ədəd şəklini sifariş edəcək və sifariş 7-10 gün ərzində Türkiyədən Amerikaya yola düşən kimi sifarişçinin paypall (ödəniş platforması) üzərindən göndərdiyi pul vəsaiti Cavabdeh2 atasına məxsus Gürcüstan Respublikasından alınmış TBC bankının kart hesabına köçəcək. Cavabdeh2 bildirdi ki, yerli banklar bu kimi onlayn ticarət əməliyyatlarını dəstəkləmədiyi üçün vəsaitin məhz Gürcüstanin TBC bank kartına köçə biləcəyi mümkündür. Onlar pulları verdikdən 10 gün sonra Cavabdeh3 və Cavabdeh2la işin gedişatını müzakirə etmək üçün yenidən eyni məkanda görüşdülər (Arif, Tuqay, Fuad, Atabəy və o). Görüş zamanı Cavabdeh2 kompüterdə sifarişin uğurla X10 adlı alıcıya çatdığını göstərdi və saytın balansında qazanc kimi 11000 ABŞ dolları ümumi məbləğin olduğunu əks etdirən saytın balansını göstərdi və həmin şəxs tərəfindən (Susan Burns) yeni bir sifarişin daxil olduğunu bildirdi. Həmin sifarişin maya dəyərinin 18600 ABŞ dolları və əlavə karqo pulunun ödənilməsi üçün əlavə vəsaitin tələb olunduğunu bildirərək Fuad, Atabəy və ona balansda olan 11000 dollar pulun üzərinə yenidən 7600 ABŞ dolları və əlavə karqo pulunun ödənilməsini istədi. Onlar isə “uğurla” başa çatmış pulun qazancının nağdlaşdrılmasını istədikdə Cavabdeh2 bildirdi ki, pulun köçdüyü atasi Cavabdeh1 (***- ***-**-**) məxsus olan TBC bank kartın çipi işləmədiyi üçün hal-hazırda pulun nağdlasdırılması mümkün olmadığına görə vəsaiti götürmək mümkün deyil. Bu məsələnin həlli üçün Cavabdeh3 2-3 gündən sonra Gürcüstana gedərək öz adına yeni bir TBC bank hesabının açacağını vurğuladı. Şifahi razilaşmadan sonra Cavabdeh3 Gürcüstana getdi və onlar ikinci sifarişin təsdiqlənməsi üçün 7600 ABŞ dollarının ekvivalenti kimi 12920 manat pulu və 4000 manat karqo pulunu toplayaraq Cavabdeh2 verdilər (12920 manat pulu Cavabdeh2 Leo bank da olan kart hesabına, 4000 manat isə nağd, karqo pulunu 2 gün sonra Cavabdeh2 nağd şəkildə İddiaçı2 Babək prospekti 61 c ünvanında yerləşən iş yerində, Vüqar Hüseynlinin, Rəşad Məhərrəmovun və Elvin Qəniyevin şahidliyi ilə kafedə verdilər). Məbləği hərəyə 5640 manat olmaqla bərabər şəkildə ödəmişlər. Hətta həmin məbləğin düzəlməsi üçün Elvin Qəniyevdən 2000 manat pul istəsələr də, o, imkanı çatmadığı üçün onlara kömək edə bilmədi. Bu hadisədən təxminən 7-10 gün keçdikdən sonra artıq Cavabdeh3 Gürcüstanda bank hesabı açaraq Azərbaycana qayıtmışdı. Cavabdeh2 bildirdi ki, əgər pulu onlar qoyursa və işi o görürsə, o zaman Cavabdeh3 əlavə pul ödəməmək üçün onu bu məsələdən kənarlaşdırmaq lazimdı. Onlar da onun qərarına etiraz etməyərək, Cavabdeh3 qeyd-şərtsiz heç bir danışıq olmadan məsələdən kənarlaşdırılması üçün razılaşdılar. Növbəti sifarişin hamısını Cavabdeh2 artıq özü sayt üzərindən etdiyindən Cavabdeh3 bildirməməyi təklif etdi və onlar da razılaşdılar. Növbəti sifarişin isə maya dəyəri 38000 dollar olduğundan onların buna imkanları çatmadığını qeyd etsələr də, Cavabdeh2 bildirdi ki, o guya atası Cavabdeh1 kart hesabında bu iş üçün 16800 manat götürərək ümumi məbləğin üzərinə əlavə edəcək özünə bildirmədən, amma onlar da, həmin məbləği qısa müddət ərzində toplayıb ona qaytararlar. Hhəmin pulu, yəni 16800 manatı 1 ay ərzində hissə-hissə qaytarmaq üçün razılaşdılar və Cavabdeh2 bildirdi ki, həmin pulları topladıqca onun atası Cavabdeh1 TBC bank kartına göndərsinlər. Həmin məbləği isə razılaşdıqları kimi onun atası Cavabdeh1 TBC bank Georgia kart hesabına (ümumilikdə 2022-ci ilin fevral mart ayları ərzində ona, yəni X8 məxsus Rabitəbank kartmane vasitəsilə 16800 manat pulu kartdan karta köçürmə vasitəsi ilə ödədilər. Onlar yenə də narahat idi və səbəb kimi isə Cavabdeh3 bu işlərdən kənarlaşdırılmasının vacib olduğunu vurğuladılar və əldə ediləcək qazancın köçəcəyi (Cavabdeh2 20 gün ərzində köçəcəyini bildirmişdir) bank kartının artıq Cavabdeh2 atası Cavabdeh1 deyil, Cavabdeh3 adına olmasının onları narahat etdiyini qeyd etdilər. Cavabdeh2 isə onlara bildirdi ki, əgər Cavabdeh3 güvənmirlərsə, o zaman pul sahibi kimi onların üçündən birinin adına Gürcüstanda bank kartı açsınlar və 3-cü sifarişi təsdiq etdikdən sonra Cavabdeh3 adına olan bank kartını saytın hesabından çıxarsın və onların açdığı bank kartını əlavə etsin. Bu məqsədlə o, yəni İddiaçı3 xx.xx.2022-cı il tarixdə Gürcüstana getdi, oradan TBC banka məxsus kart hesabı açsa da, Cavabdeh2 ona zəng vuraraq bildirdi ki, əldə edəcəkləri vəsaitin Paypall beynəlxalq ödəmə sistemi vasitəsi ilə köçürüldüyü üçün İddiaçı3 adına açılmış TBC bank kartını həmin ödəmə sisteminə əlavə edib hesabı aktivləşdirmək bir həftə vaxt alacaq, onun üçün pulu 3-cü sifarişin təsdiqlənməsi üçün hazırda Paypall ödəmə sistemində qeydiyyatdan keçirdiyi Cavabdeh3 TBC bank kartina göndərmək lazımdır. O da, yəni İddiaçı3 Gürcüstanın Tbilisi şəhərində onlardan tələb olunan 9270.59 dollar pulun 8300 dollarının 6900 dollar hissəsini Bankın kassasında, 1400 dollar hissəsini isə ödəmə terminalı vasitəsilə Cavabdeh3 TBC bank kartına köçürdü. Yerdə qalan 970.59 dollar pulu isə İddiaçı1 həmin vaxt Bakıda özünün Unibank kartından Westen Union ödəmə sistemi vasitəsilə Cavabdeh3 TBC bank kartına göndərmişdir. Ümumilikdə 9270.59 dollar Cavabdeh3 TBC bank Georgia bank hesabına köçürdülər (ödəniş qəbzləri əlavə edilir). Burada qeyd olunan ödədikləri məbləği də üç nəfər arasında bölərək ödəmişlər. Əlavə olaraq qeyd edir ki, Samir X3 Respublikasında 3 gün müddətində qalmış və qaldığı müddətdə 1000 manat xərc çəkmişdir (bilet 200 dollar (340 azn), 240 manat otel və s. xərclər). 3-cü sifariş təsdiqləndikdən sonra vəsaitin maksimum 10 gün ərzində hesaba köçəcəyini Cavabdeh2 bildirdi. Təxminən 2022-ci ilin mart ayının ortalarında vəsaitin köçəcəyini vurğulasa da, günlər ötdükcə artıq aralarında narazılıqlar başladı. Mart ayının sonları Cavabdeh2 vəsaitin köçdüyünü onlara bildirdi (Bu müddət ərzində onlar artıq Cavabdeh1 TBC Bank kartına ona məxsus Rabitəbank kartı vasitəsilə 16800 manat pulu tam olaraq ödəmişdilər) və sayt üzərindən pulun balansda olduğunu göstərdi (əslində isə balansdakı pulun proqram vasitəsi ilə düzəlmiş saxta məbləğ olduğu daha sonra onlara məlum olmuşdur) və məbləğ böyük olduğu üçün birbaşa bank kartına köçürmə etmək mümkün olmadığını əsas gətirərək bir neçə gün gözləmələrini istədi və məsələni yaxın günlərdə həll edəcəyini bildirdi. Artıq bir müdddətdən sonra Cavabdeh2 onları aldatması şübhələri yarandığı üçün təxminən 2 aydan çox müddətdə heç bir əlaqələri olmayan Cavabdeh3 zəng vurdular və Nərimanov ərazisindəki Tesla çay evində görüşdülər, məsələni ona danışdıqda Cavabdeh3 bildirdi ki, bəs Cavabdeh2 dələduzdur və onların qoyduqları vəsaitlərin bir qismini qanunsuz qumar oyunları, xarici bet saytlarda uduzub (bu faktı daha sonra Cavabdeh2 atası Cavabdeh1 da təsdiq etdi). Ariflə görüşüb Tuqayın onları aldatdığını bildikdən dərhal sonra Cavabdeh3 İddiaçı2, İddiaçı1 və o, Cavabdeh2 yaşadığı binanın qarşısına gedərək tanımadıqları blokdan çıxan bir nəfər kişi xeylağından Cavabdeh2 hansı mənzildə yaşadığını soruşduq və cavabında 10-cu mərtəbədə liftdən çıxanda sağ qapıda qaldığını öyrəndilər. Həmin mərtəbəyə qalxaraq Cavabdeh2 qapılarının arxasında olduqlarını və onun çölə çıxmasını tələb etdilər. Cavabdeh2 çölə çıxaraq onlardan atasının bayram olduğu üçün evdə olduğunu (sonuncu çərşənbə günü) binanın həyətinə düşməyələrini xahiş etdi. Onlar Tuqayla binanın həyətinə düşüb maşına əyləşdilər. Maşında Tuqaya onun onları aldatdığını dedilər və ona verdikləri pulu ondan tələb etməyə başladılar. O isə xeyli həyəcanlı olduğu üçün onlara bildirdi ki, atasına zəng vursun, düşsün binanın həyətinə, onlar onunla danışsınlar, o, atasına zəng vurdu, atası Cavabdeh1 3-4 dəqiqədən sonra binanın qarşısına düşdü və İddiaçı3 məsələni tam ətraflı ona danışdı, daha sonra Cavabdeh1 onun telefon nömrəsini götürdü və bildirdi ki, gedib evə oğlu ilə danışsın, aydinlaşdırıb sabah günorta 13-14 radələrində onlarla əlaqə saxlayacaq. Onlar da həmin yerdən uzaqlaşdılar. Səhəri gün Cavabdeh1 dediyi vaxtda İddiaçı3 zəng vurdu və axsam saat 18:30 üçün İddiaçı2 istifadəsində olan Yasamal rayonu, H.Zərdabi 81 ünvanında olan şirniyyat dükanında görüş təyin etdilər. Görüş vaxtı Cavabdeh1la təxminən 1 saatdan artıq müddətdə söhbət etdilər (söhbətin səs və video görüntüləri də mövcuddur). Söhbətlərinin sonunda Cavabdeh1 dəymiş zərəri, yəni 54000 manat pulu qaytaracağını bildirdi və razılaşdılar ki, növbəti aydan etibarən hər ayın 15-i 18000 manat verməklə (üç ay ərzində hər ayin 15-i 18000 manat) ümumi borcu bağlayacaq. Lakin Cavabdeh1 söz versə də, növbəti ayın 15-i onlar onunla əlaqə saxlamağa çalışsalar da, nömrəsinə zəng çatmadı. Belə qənaətə gəldilər ki, onun da, pulu qaytarmaq fikri yoxdur. Ertəsi gün Cavabdeh1 Cavabdeh2la yaşadıqları eyni ünvana getdilər. Cavabdeh1 onlara bildirdi ki, oğlu Cavabdeh2 ona bildirmədən Türkiyəyə gedib. Buna görə də, artıq onun bu məsələ ilə bağlı yaranmış borcu ödəmək fikri yoxdur. Borcu oğlu Cavabdeh2 tələb etmələrini bildirdi. Bununla da, Cavabdeh1 da bu məsələdə oğlu Cavabdeh2la əlbir olduğu qənaətinə gəldilər. Yuxarıda göstərilənləri əsas götürərək iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, onun şirniyyat mağazası var. Arif onun mağazasının reklam işləri ilə məşğul olurdu. 2021-ci ilin dekabr ayında Arif Tuqayla ona yaxınlaşdı ki, onlar onlayn biznesə sərmayə yatırıb qazanc əldə edə bilərlər və buna görə də, onlara investor lazımdır. O da dostları olan digər iddiaçılar Samiri və Fuadı öz mağazasına dəvət etdi və Arif və Tuqayla onları tanış etdi və onlar öz təklifləri ilə Samiri və Fuadı da tanış etdilər. Arif Tuqayı onlara da təriflədi. O və Samir, Fuad bu işlə razı oldular və onlar pulu üçü bir yerdə verirdilər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər tərəfindən iddiaçılara məxsus pul vəsaiti etibardan sui-istifadə etməklə ələ keçirilmişdir. AR MPM-nin müddəalarına əsasən məhkəmə proses iştirakçılarının əməllərində cinayət əlamətlərini aşkar edərsə bu barədə qərardad çıxararaq prokurora xəbər verir. Qeyd edir ki, cavabdehlər tərəfindən təkcə iddiaçılar deyil, digər şəxslər də zərər çəkmişdir. Onların dairəsini müəyyən etmək, cinayət əməllərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini cavabdehə münasibətdə qəbul etməyərək, cavabdehə münasibətdə iddianın rədd edilməsini xahiş etmiş və izah etmişdir ki, iddia ərizəsində qeyd edilən Cavabdeh3 adına açılmış TBC bank hesabı formal olaraq onun adına açılmış, əsl istifadəçisi və hesabı idarə edən Cavabdeh2 olmuşdur. Cavabdeh3 qeyd olunan məbləğin onun hesabına ödənilməsi barədə ümumiyyətlə məlumatı yox idi, belə ki, iddiaçıların da ərizədə qeyd etdikləri kimi, onu işdən uzaqlaşdırmaq niyyətləri olmuşdur. Cavabdeh2 onlara Arifin adına olan hesabın saytda aktiv olmasını səbəb gətirərək, məbləği o hesaba göndərməyi bildirmişdir. İddia edilən məbləğ 9270 ABŞ dolları hesaba daxil olduqdan sonra qısa vaxt kəsiyində müxtəlif vaxtlar onun hesabından Cavabdeh2 atası Cavabdeh1 hesabına göndərilmişdir. Bundan başqa, iddia ərizəsində iddiaçılar vurğulayırlar ki, Cavabdeh1 ilə görüşləri olub və o onlara dəymiş 54000 manat pulu onlara ödəməyi öhdəsinə götürərək, hər ayın 15-i 18000 manat verməklə (üç ay ərzində hər ayın 15-i 18 000 manat) borcu ödəyəcəyini öhdəsinə götürüb. Yəni qeyd edilən məbləğ 9270 ABŞ dolların onda olmasını etiraf edib ki, etiraza əlavə edilən çıxarışlarda da məbləğin onun hesabına göndərilməsi öz əksini tapır. Yuxarıda qeyd edilən dəlillərə əsaslanaraq, bildirir ki, iddia tələbi üzrə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi, ümumiyyətlə əsassızdır, onun özü də Cavabdeh2 tərəfindən aldadılmışdır. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh3 qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun işlədiyi kafedə Tuqay, Arif, Atabəy, Fuad, Samir tez-tez gəlib gedirdilər. Atabəy, Fuad, Samir onun dostlarıdır. Ara-sıra gəlirdilər onun işlədiyi yerə. Atabəy də onunla bir yerdə işləyirdi, ona görə orada görüşürdülər. O onlara çay verəndə eşidirdi ki, aralarında nə isə alqı-satqı söhbəti gedirdi. Tuqay və Arif pulu sayıb verirdilər digərlərinə, dəqiq sayı bilməsə də təxmini 4000-5000 idi. Bir dəfə onlar pul axtarırdılar, ondan soruşdular, onda pul olmadığına görə, iş yoldaşı Elvindən 200 manat istədilər, onda da pul olmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, su daşıyan şirkətdə işləyirdi. Ariflə Marvel marketinq şirkətindən tanış idi. Təxminən 2021-ci ilin dekabrında Arif ona zəng etdi ki, onun və dostu Tuqayın biznes təklifi var və Arif Tuqayla birlikdə onun yanına gəldi və bildirdi ki, sərfəli bir iş var, belə ki, onlar bir sayt yaradıblar, onlayın türk rəssamlarının şəkillərini Türkiyədən alıb Amerikaya satacaqlar. Buna görə sərmayə qoyan axtarırlar. Ona görə də, o bu təklifə razılaşıb şəriklərlə birlikdə ilk əvvəl 10000 dollar pul verdilər. Alış-veriş Tuqayın saytında olurdu. Arif Tuqayla şərik idi və Arifə onlar pul verirdilər. Arifin gəliri 25% idi. Onlar razılaşarkən Ariflə Tuqay 50%, onlar da 50% şərik idilər. Əvvəl onlara pul qaytarırdılar, sonuncu dəfə 30000 dollar verdikdən sonra 60000 dollar istədilər, lakin həmin məbləği o və şərikləri vermədilər. Bundan sonra araşdırmağa başladılar. Onları ofisə şağırıb, kompüteri açdırdılar və məlum oldu ki, kompüterdə Arifgilin göstərdikləri çeklər saxtadır. 30000 dollardan təxminən 24000 dolları geri ala bildilər. Bundan sonra polisə şikayət etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Azərpoçtda loqistika şöbəsində mütəxəssis işləyir. İddiaçılar onun dostlarıdır. Onun yanında Tuqay və Arif gəlib iddiaçılardan pul götürdülər, pulu Tuqay qəbul etdi. İddiaçılar bir paçka pul verdilər Tuqaya, ancaq nə qədər verildiyini bilmirdi. Ona da Atabəy belə bir işin olduğunu təklif etdi, lakin o bu işə razı olmadı. Məhkəmə işə baxb, tərəflərin izahatını, şahid ifadələrini dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Rabitəbankın xx.xx.2022-ci il tarixli hesabdan çıxarışından görünür ki, xx.xx.2022-xx.xx.2022 il tarixlərdə X8 məxsus Rabitəbank hesabından kartmane vasitəsilə 16800 (on altı min səkkiz yüz) manat pulu kartdan karta köçürmə vasitəsi ilə ödənilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh2 Leobank kart hesaına 2.736 manat, 2600.00 manat, 2000 manat, 1700.00 manat, 1900 manat və 2000 manat məbləğində köçürmələr olmuşdur. İş materiallarında olan TBC bankın qəbzlərindən görünür ki, Cavabdeh3 hesabına 6.900.00 ABŞ dolları və 1400,00 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PŞ-nin təhqiqatçısı polis kapitanı H.Abdullayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vət. X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qəbul edilmiş qərar barədə maraqlı tərəfə məlumat verilməklə qərardan şikayət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalət mühakiməsi səmərəli olmalı, prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlənməlidir ki, nəticədə konstitusion əhəmiyyətə malik dəyərlərə xələl gətirilməsin və şəxsin qanunvericiliyin müddəasından irəli gələn qanuni hüququ pozulmasın. Qeyd edilən tələb həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 2021-ci ilin dekabr ayında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçılara internet vasitəsilə sayt yaradaraq türk rəssamlarının rəsm əsərlərini alıb onların satışını həyata keçirdiklərini, həmin sayt üzərindən artıq bir sifariş reallaşdırdıqlarını, lakin ilk sifarişi maliyyələşdirən şəxsin onlara şəkillərdən əldə edilmiş gəlirlərdən az faiz verdiyi üçün onunla iş birliyinə son verdiklərini, özləri ilə gətirdikləri notbukda artıq onlara yeni sifarişin gəldiyini iddiaçılara göstərərək, həmin sifarişi Türkiyədən pulunu ödəyib X12 adlı alıcıya çatdıraraq qoyulan vəsaitin iki qatından artıq məbləğ əldə etmək imkanı olduğu üçün yeni sərmayəçi axtarışında olduqlarını bildirmiş və iddiaçılara həmin onlayın biznesə sərmayə yatırıb qazanc əldə etməyi təklif etmişlər. İddiaçılar cavabdehlərin həmin təklifinin real oluğunu hesab edərək, birlikdə Cavabdeh2 4700 manat pul vermişlər. Saytın (tfaze.com) qurucusu Cavabdeh2 bildirmişdir ki, qoyduqları pulla Türkiyədən onlayn sifarişlə guya Amerikalı alıcı Susan Burns adlı şəxsin tfaze.com saytı üzərindən ona sifariş verdiyi türk rəssamlarının 4 ədəd şəklini sifariş edəcək və sifariş 7-10 gün ərzində Türkiyədən Amerikaya yola düşən kimi sifarişçinin paypall (ödəniş platforması) üzərindən göndərdiyi pul vəsaiti Cavabdeh2 atasına məxsus Gürcüstan Respublikasından alınmış TBC bankının kart hesabına köçəcək. Cavabdeh2 onlara bildirmişdir ki, yerli banklar bu kimi onlayn ticarət əməliyyatlarını dəstəkləmədiyi üçün vəsaitin məhz Gürcüstanin TBC bank kartına köçə biləcəyi mümkündür. İddiaçılar pulları verdikdən 10 gün sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh2la yenidən görüşmüş və Cavabdeh2 kompüterdə sifarişin uğurla X10 adlı alıcıya çatdığını, qazanc kimi 11000 ABŞ dolları ümumi məbləğin olduğunu əks etdirən saytın balansını iddiaçılara göstərmiş və həmin şəxs tərəfindən (Susan Burns) yeni bir sifarişin daxil olduğunu, həmin sifarişin maya dəyərinin 18600 ABŞ dolları və əlavə karqo pulunun ödənilməsi üçün əlavə vəsaitin tələb olunduğunu bildirərək, iddiaçılara balansda olan 11000 dollar pulun üzərinə yenidən 7600 ABŞ dolları və əlavə karqo pulunun ödənilməsinin lazım olduğunu demişdir. İddiaçılar pulun qazancının nağdlaşdrılmasını istədikdə Cavabdeh2 bildirmişdir ki, pulun köçdüyü atasi Cavabdeh1 məxsus olan TBC bank kartın çipi işləmədiyi üçün hal-hazırda pulun nağdlasdırılması mümkün olmadığına görə vəsaiti götürmək mümkün deyil. Bu məsələnin həlli üçün Cavabdeh3 2-3 gündən sonra Gürcüstana gedərək öz adına yeni bir TBC bank hesabının açacağını bildirmişdir. Bundan sonra Cavabdeh3 Gürcüstana getmişdir. İddiaçılar ikinci sifarişin təsdiqlənməsi üçün 7600 ABŞ dollarının ekvivalenti kimi 12920 manat pulu və 4000 manat karqo pulunu toplayaraq, 12920 manat pulu Cavabdeh2 Leo bankda olan kart hesabına köçürmüş, 4000 manat karqo pulunu isə nağd şəkildə 2 gün sonra Cavabdeh2 vermişlər. Bu hadisədən təxminən 7-10 gün keçdikdən sonra artıq Cavabdeh3 Gürcüstanda bank hesabı açaraq Azərbaycana qayıtmışdır. Növbəti sifarişin hamısını Cavabdeh2 artıq özü sayt üzərindən etdiyindən Cavabdeh3 bildirməməyi təklif etmişdir. Növbəti sifarişin maya dəyəri 38000 dollar olduğundan iddiaçılar buna imkanları çatmadığını qeyd etsələr də, Cavabdeh2 bildirmişdir ki, o guya atası Cavabdeh1 kart hesabında ona bildirmədən bu iş üçün 16800 manat götürərək ümumi məbləğin üzərinə əlavə edəcək, amma onlar da, həmin məbləği qısa müddət ərzində toplayıb ona qaytaracaqlar. İddiaçılar 16800 manatı 1 ay ərzində hissə-hissə qaytarmaq üçün razılaşmış və Cavabdeh2 bildirmişdir ki, həmin pulları topladıqca onun atası Cavabdeh1 TBC bank kartına göndərsinlər. İddiaçılar 2022-ci ilin fevral mart ayları ərzində İddiaçı3 məxsus Rabitəbank kartmane vasitəsilə 16800 manat pulu kartdan karta köçürmə vasitəsi ilə Cavabdeh2 atası Cavabdeh1 TBC bank Georgia kart hesabına ödəmişlər. Cavabdeh2 qazancın 20 gün ərzində köçəcəyini bildirmişdir. İddiaçılar əldə ediləcək qazancın köçəcəyi bank kartının artıq Cavabdeh2 atası Cavabdeh1 deyil, Cavabdeh3 adına olmasının onları narahat etdiyini Cavabdeh2 bildirmiş, o da, Cavabdeh3 güvənmədikləri təqdirdə onların üçündən birinin adına Gürcüstanda bank kartı açmalarını və 3-cü sifarişi təsdiq etdikdən sonra Cavabdeh3 adına olan bank kartını saytın hesabından çıxarmasını və onların açdığı bank kartını əlavə etməsini təklif etmişdir. Bu məqsədlə İddiaçı3 xx.xx.2022-cı il tarixdə Gürcüstana getmiş, oradan TBC banka məxsus kart hesabı açmışdır. Lakin Cavabdeh2 ona zəng vuraraq, əldə edəcəkləri vəsaitin Paypall beynəlxalq ödəmə sistemi vasitəsi ilə köçürüldüyü üçün İddiaçı3 adına açılmış TBC bank kartını həmin ödəmə sisteminə əlavə edib hesabı aktivləşdirmək bir həftə vaxt alacağından, pulu 3-cü sifarişin təsdiqlənməsi üçün hazırda Paypall ödəmə sistemində qeydiyyatdan keçirdiyi Cavabdeh3 TBC bank kartina göndərmək lazım olduğunu bildirmişdir. İddiaçı3 Gürcüstanın Tbilisi şəhərində onlardan tələb olunan 9270.59 dollar pulun 8300 dollarının 6900 dollar hissəsini Bankın kassasında, 1400 dollar hissəsini isə ödəmə terminalı vasitəsilə Cavabdeh3 TBC bank kartına köçürmüşdür. Yerdə qalan 970.59 dollar pulu isə İddiaçı1 həmin vaxt Bakıda özünün Unibank kartından Westen Union ödəmə sistemi vasitəsilə Cavabdeh3 TBC bank kartına göndərmişdir. Ümumilikdə iddiaçılar 9270.59 dollar vəsaiti Cavabdeh3 TBC bank Georgia bank hesabına köçürmüşlər. Samir X3 Respublikasında 3 gün müddətində qalmış və qaldığı müddətdə 1000 manat xərc çəkmişdir (bilet 200 dollar (340 azn), 240 manat otel və s. xərclər). Cavabdeh2 3-cü sifariş təsdiqləndikdən sonra vəsaitin maksimum 10 gün ərzində, təxminən 2022-ci ilin mart ayının ortalarında hesaba köçəcəyini iddiaçılara bildirsə də, iddiaçılara hər hansı məbləğ geri qaytarılmamışdır. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, iddiaçılar Cavabdeh3la görüşərək, məsələni ona danışdıqda, Cavabdeh3 Cavabdeh2 dələduz olmasını, iddiaçıların qoyduqları vəsaitlərin bir qismini qanunsuz qumar oyunları, xarici bet saytlarda uduzduğunu bildirmişdir. Sonra iddiaçılar Cavabdeh2 atası Cavabdeh1la İddiaçı2 istifadəsində olan Yasamal rayonu, H.Zərdabi 81 ünvanında olan şirniyyat dükanında görüşərkən Cavabdeh1 dəymiş zərəri, yəni 54000 manat pulu qaytaracağını, üç ay ərzində hər ayin 15-i 18000 manat ödəməklə ümumi borcu bağlayacağını bildirmişdir. Lakin növbəti ayın 15-i iddiaçılar borcun ödənmədiyini gördükdə Cavabdeh1 Cavabdeh2la yaşadıqları ünvana getmiş, Cavabdeh1 oğlu Cavabdeh2 ondan xəbərsiz Türkiyəyə getdiyini və buna görə də, artıq onun bu məsələ ilə bağlı yaranmış borcu ödəmək fikri olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçılar tərəfindən təqdim olunmuş video görüntüyə baxış keçirilmiş və həmin videogörüntüdə Cavabdeh1 iddiaçılara borcu ödəyəcəyi barədə söz verdiyi öz təsdiqini tapmışdır. Cavabdeh3 özünün də Cavabdeh2 tərəfindən aldadıldığına görə onun cavabdeh kimi işə cəlb edilməsinin və ona qarşı tələb irəli sürülməsinin heç bir əsası olmadığına dair cavabdehin nümayəndə və vəkilinin etirazını məhkəmə inandırıcı hesab etmir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PŞ-nin təhqiqatçısı polis kapitanı H.Abdullayevin vət.X2 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından və eləcə də, məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsindən görünür ki, 2021-ci ilin dekabrında Cavabdeh3 dostu Tuqay X1 yanına gətirərək, sərfəli bir iş olduğunu, Arifin Tuqayla şərikli bir sayt yaratdıqlarını, türk rəssamlarının şəkillərini Türkiyədən alıb Amerikaya satacaqlarını, buna görə sərmayə qoyan axtardıqlarını bildirmiş, Mehrəli Cəfərli də bu təklifə razılaşıb şəriklərlə birlikdə onlara əvvəlcə 10000 dollar pul vermiş, əvvəl Tuqaygil onlara pul qaytarmış, sonuncu dəfə Mehrəli 30000 dollar verdikdən sonra onlar Mehrəlidən 60000 dollar istəmiş, lakin həmin məbləği Mehrəli və şərikləri verməmiş və bundan sonra Tuqayla Arifi ofisə şağırıb, kompüteri açdırmış, kompüterdə Arifgilin göstərdikləri çeklərin saxta olduğu bilmişlər. M.Cəfərlinin verdiyi 30000 dollardan təxminən 24000 dollarını Arifgil M.Cəfərliyə geri qaytarmış, qalan məbləğ geri qaytarılmadığı üçün M.Cəfərli polisə şikayət etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər tərəfindən iddiaçılara maddi zərər vurulmuşdur və ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 21620 (iyirmi bir min altı yüz iyirmi) manat tutularaq hər birinə 7206,66 (yeddi min iki yüz altı manat altmış altı qəpik) manat olmaqla iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilsin. Cavabdeh1 16800 (on altı min səkkiz yüz) manat tutularaq hər birinə 5600 (beş min altı yüz) manat olmaqla iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9270,59 (doqquz min iki yüz yetmiş ABŞ dolları əlli doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq hər birinə 3090,19 (üç min doxsan ABŞ dolları on doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) olmaqla iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilsin. Cavabdehlər Cavabdeh2, X9 və Cavabdeh3 müştərək qaydada 1000 (min) manat pul tutularaq İddiaçı3 ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada vəkilə ödənilmiş 363 (üç yüz altmış üç) manat və ödənilmiş 255,54 (iki yüz əlli beş manat əlli dörd qəpik) manat, cəmi 618,54 (altı yüz on səkkiz manat əlli dörd qəpik) manat tutularaq hər birinə 205,18 (iki yüz beş manat on səkkiz qəpik) manat olmaqla iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1440/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1440/2023
24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver