Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1472/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçın Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Cavabdeh ASC-dəki bank hesabında olan 19.062 (on doqquz min altmış iki qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh ASC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, X10 Bakı şəhəri, Sabunçu rayon Hərbi Komissarlığının 08 dekabr 2007-ci il tarixli 1069 nömrəli arayışına əsasən 19 dekabr 1993cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhid oğlunun atası Gürcüstan Respublikasının Bolnisi rayonunun Mamxuti kəndində yaşayan, Gürcüstan Respublikası vətəndaşı X8 01 yanvar 2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmişdir. Həmin təqaüd xx.xx.2021-ci il tarixədək X7 Cavabdeh ASC-dəki bank hesabına köçürülmüşdür. Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Serverlərinin İnkişaf Agentliyinin l5 iyun 2021-ci il tarixli, 01/115048 saylı məktubuna əsasən X7 xx.xx.2015-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Tərəflərindən 05 iyul 2021-ci il tarixli, **********0 saylı məktubla “Bank Respublika" ASC-nin Bakıxanov filialına müraciət edilərək, X7 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq onun kart hesabına (h/hAZ13BRES********************) Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş təqaüdün tam məbləğinin (19062 manat) geri qaytarılması xahiş edilmişdir. Tərəflərindən 27 yanvar 2022-ci il tarixli, **********5 saylı məktubla Cavabdeh ASC-yə yenidən müraciət edilərək, X4 hesabına köçürülmüş təqaüdün tam məbləğinin (19062 manat) dövlət büdcəsinə geri qaytarılması xahiş edilmiş, Cavabdeh ASC tərəfindən 10 mart 2022-ci il tarixli, 1062 saylı məktubla pul vəsaiti vəfat etmiş şəxsin hesabında olduğu üçün pul vəsaiti üzərində sərəncam vermək hüququnun vəfat etmiş şəxsin vərəsələrinə aid olduğu bildirilmiş, həmin pul vəsaitinin dövlət büdcəsinə geri qaytarılmasından yenidən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, vətəndaşın təaqüd almaq hüququna onun ölümü ilə xitam verilir. X2 Respublikasının vətəndaşı olmuş, xx.xx.2015-ci il tarixdə vəfat etməsi barədə məlumat verilməmiş, onun bank hesabına 19062 manat pul vəsaiti xx.xx.2021-ci il tarixədək əsassız olaraq köçürülmüşdür. Mülki Məcəllənin 1133, 1151-ci maddələrinin tələblərinə uyğun olaraq X7 bank hesabına xx.xx.2015-ci il tarixdən sonra (öldükdən sonra) köçürülən pul vəsaiti (19062 manat) miras əmlakına daxil deyildir. Bu səbəbdən pul vəsaiti üzərində sərəncam vermək hüququnun vəfat etmiş şəxsin vərəsələrinə keçməsinin qanuni əsası yoxdur. Göründüyü kimi, Cavabdeh ASC-nin Fonda məxsus pul vəsaitini geri qaytarmaqdan imtina etməsi barədə hərəkətləri qanuni deyildir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü” dövlət büdcəsinin hesabına maliyyələşdiyini nəzərə alaraq bildirir ki, X7 bank hesabına əsassız olaraq köçürülmüş pul vəsaiti (19062 manat) dövlət büdcəsinə aiddir. X7 bank hesabına əsassız olaraq köçürülmüş pul vəsaiti miras əmlaka aid edilmədiyindən, heç bir qanuni əsas olmadan Cavabdeh ASC-nin pul vəsaitinin qaytarılmasından imtina etməsi və hal-hazırda həmin pulun bankın sərəncamında olması qanuna ziddir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh ASC-nin sərəncamında olan 19062 manat məbləğində pul vəsaiti Fonda geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, qeyd olunan iddia tələbi Səbail rayon məhkəməsinin icraatına götürələrkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Hesab edir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun müvafiq iddia tələbinə kommersiya məhkəməsində baxılmalıdır. AR MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. AR MPM-nin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bundan əlavə bildirmək istəyir ki, iddiaçı Dövlət Sosial Müdafiə X1 hesabında olan pul vəsaitinin qaytarılmasını bankdan tələb etmək hüququ yoxdur. Belə ki, pul vəsaiti vəfat etmiş şəxsin hesabında olduğu üçün onun üzərində sərəncam vermək hüququ vəfat etmiş şəxsin vərəsələrinə aiddir. Bu halda Dövlət Sosial Müdafiə Fondu S.M.Əliyevin hesabında olan pul vəsaitinin qaytarılmasını əsassız varlanma iddiası ilə vərəsələrdən tələb etməlidir. AR MM-nin 964.1-ci maddəsinə əsasən, hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Həmçinin bildirmək istəyir ki, iddiaçı Dövlət Sosial Müdafiə X3 vəfat etdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onun bank hesabına fond tərəfindən 19062 manat pul vəsaitinin köçürüldüyünü iddia etsə də, bunu təsdiq edən hər hansı bir maliyyə sənədini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda X7 Cavabdeh ASC-də olan AZ13BRES******************** saylı hesabında olan qalıq vəsait 18662.31 AZN təşkil edir. Bunun təsdiqi kimi iddiada göstərilən tarixi periodu da əhatə edən hesabdakı mədaxil və məxaric əməliyyatlarına dair çıxarışı etiraza əlavə edir. Yuxarıda qeyd edilənləri və Mülki Prosessual Məcəllənin 154-cü maddəsini nəzərə alaraq, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh ASC-yə qarşı “X7 Cavabdeh ASC-dəki bank hesabında olan 19062.00 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılması barədə” iddia ərizəsinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsiı izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan Gürcüstanın Ədliyyə Nazirliyi Dövlət servislərinin inkişaf agentliyinin Azərbaycan Respublikasının Sosial Müdafiə Fonduna ünvanlanmış 01/115048 saylı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Dövlət servislərinin inkişaf agentliyinin elektron göstəricilər bazasında DSİA Bolnisi vətəndaşların reyestr xidməti tərəfindən xx.xx.2015-ci ildə qeydə alınan xx.xx.2015-ci ildə vəfat etmiş Sayat Əliyevin (d/t: xx.xx.1936-cı il) ölüm haqqında akt **********6 nömrəli qeydi görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi, vət.X8 01 yanvar 2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmiş, təqaüd xx.xx.2021-ci il tarixədək X7 adına olan Cavabdeh ASC-dəki bank hesabına köçürülmüşdür. X9 xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən Fond S.Əliyevin kart hesabına xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək köçürdüyü 19062 manat təqaüd məbləğinin bank tərəfindən büdcəyə geri qaytarılmasını mübahisələndirir, bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Cavabdehin düzgün müəyyən olunmaması irəli sürülmüş tələbin sübut olunmamasını təsdiq edir, hazırki iş üzrə cavabdeh isə iddiaçının hüquqularının və qanunla qorunan maraqlarının pozucusu deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun mərhun S.M.Əliyevin hesabında olan pul vəsaitinin qaytarılmasını bankdan tələb etmək hüququ yoxdur. Belə ki, pul vəsaiti vəfat etmiş şəxsin hesabında olduğu üçün onun üzərində sərəncam vermək hüququ vəfat etmiş şəxsin vərəsələrinə aiddir. Bu halda Dövlət Sosial Müdafiə Fondu S.M.Əliyevin hesabında olan pul vəsaitinin qaytarılmasını əsassız varlanma iddiası ilə vərəsələrdən tələb etməlidir. Yuxarıda şərh olunanlardan görünür ki, iddiaçı mübahisələndirdiyi məbləğin ona qaytarılması tələbinə dair iddianı həmin tələbə cavab verməli olmayan cavabdehə qarşı irəli sürmüşdür və müvafiq olaraq, cavabdeh iddiaçının hüququnu pozmuş şəxs kimi tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir, ona görə də, onun təmin edilməməsinə gətirib çıxarır. Məhkəmə qeyd edir ki, iddiaçı irəli sürsüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçın Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1472/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1472/2023
18.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver