Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1495/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs1, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə Ərizəçi İddiaçı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, və Maraqlı şəxs1 arasında əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə işəgötürən İddiaçı və satış üzrə təmsilçi Maraqlı şəxs1 aparılmış qarşılıqlı əməliyyatlar zamanı Maraqlı şəxs1 əmək müqaviləsi üzrə 18050 manat məbləğində borcu olması məlum olmuş və buna dair üzləşdirmə aktı tərtib olunmuşdur. Mediasiya prosesindən əvvəl Maraqlı şəxs1 tərəfindən 6000 manat məbləğində ödəniş edilmişdir və hazırkı borc 12050 manat təşkil edir. O, Mediasiya prosesinin tətbiqi üçün xx.xx.2022-ci il tarixində Bakı şəhər 2 saylı Mediasiya Şurasına yazılı qaydada müraciət etmişdir. İş üzrə təyin olunmuş mediator X1 vasitəçiliyi ilə mübahisə tərəfləri arasında ilkin mediasiya sessiyası təşkil olunmuş və xx.xx.2022-ci il tarixli, MŞB/2-00338 saylı Barışıq sazişi imzalanmışdır. Barışıq şərtlərinə əsasən, 2.1.1. Maraqlı şəxs1 etiraf edir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 12050 manat məbləğində işəgötürənə zərər vurub və həmin zərərin əvəzini bu sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürür; 2.1.2. Maraqlı şəxs1 Sazişin 2.1.1-ci maddəsində göstərilən məbləğin 500 manat həcmində olan hissəsini xx.xx.2022-ci il tarixində, 500 manat həcmində olan hissəsini xx.xx.2022-ci il tarixində və 11050 manat həcmində qalan hissəsini isə 2022-ci ilin may ayı ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş üzrə Maraqlı şəxs1 tərəfindən barışıq sazişinin icrasına riayət olunmamış və borc öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin Maraqlı şəxs1 ona olan 12050 manat məbləğində zərərin ödənilməsinə dair öhdəliyin yerinə yetirilməsinə ünvan 1 ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü Maraqlı şəxs2 (şəxsiyyət vəsiqəsi FİN:xxxxxxx) xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən zamin durmuşdur. Odur ki, Maraqlı şəxs1 İddiaçı qarşısında olan öhdəliyini yerinə yetirmədiyi üçün məhkəmə tərəfindən bu sazişin təsdiq olunması və icraya yönləndirilməsi zərurəti vardır. Göstərilənləri nəzərə alaraq ərizəçi İddiaçı və Maraqlı şəxs1 arasında mövcud olan əmək mübahisəsi üzrə bağlanılmış xx.xx.2022-ci il tarixli, MŞB/2-00338 saylı Barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Maraqlı şəxs1 öz izahatında göstərmişdir ki, əmlakları Həsənə vermişdir, Həsən söz vermişdir ki, barışıq sazişində nəzərdə tutulan müddətlər ərzində pulu ona verəcək və o, həmin pulları Almas xanıma verməli idi. Lakin Həsən həmin vaxta pulu ona vermədiyi üçün o, barışıq sazişinin şərtinə riayət edə bilməmişdir və onun həmin pulu verməyə imkanı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə xxxxxxx000300 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Maraqlı şəxs1 işəgötürən fiziki şəxs İddiaçı ətirlərin və kosmetika mallarının (sabun da daxil olmaqla) topdan satışının satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz növü əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 250 manat təşkil etmişdir. İş üzrə “Şəxs” qismində İddiaçı (etibarnamə əsasında çıxış edən Vəkil) ilə “Zamin” qismində Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Zamin Qafarzadə X2 Almas Ləzgi qızı ilə borclu Maraqlı şəxs1 arasında əmək münasibətlərindən yaranan 12.050 manat məbləğində zərərin ödənilməsinə dair öhdəliyinə əsasən zərərin ödənilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə “Birinci tərəf” qismində İddiaçı (etibarnamə əsasında çıxış edən Vəkil) ilə “İkinci tərəf” qismində Maraqlı şəxs1 arasında, mediator X1 iştirakı ilə, bağlanılmış xx.xx.2022-ci il tarixli MŞB/2- 00338 nömrəli barışıq sazişinin surətindən görünür ki, İkinci tərəf (Maraqlı şəxs1) etiraf etmişdir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 12.050 (on iki min əlli) manat məbləğində Birinci tərəfə (İddiaçı) maddi zərər vurmuş və həmin zərərin əvəzini bu Sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürmüş (maddə 2.1.1), İkinci tərəf (Maraqlı şəxs1) Sazişin 2.1.1-ci maddəsində göstərilən məbləğin 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 mart tarixində, 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 aprel tarixində və 11050 (on bir min əlli) manat məbləğini 2022-ci ilin may ayında ödəməyi öz öhdəsinə götürmüşdür (maddə 2.1.2). Barışıq sazişinin 2.7-ci maddəsinə əsasən aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır: Maraqlı şəxs1 İddiaçı olan 12.050 (on iki min əlli) manat həcmində maddi zərərin ödənilməsinə dair öhdəliyinin yerinə yetirilməsinə ünvan 1 ünvanında yaşayan, xx.xx.1991-ci il Maraqlı şəxs2 (şəxsiyyət vəsiqəsi FİN:xxxxxxx) 30 mart 2022ci il tarixli Zaminlik müqaviləsinə əsasən zamin durmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi ilə Maraqlı şəxs1 arasında əmək müqaviləsi bağlanılmışdır. Maraqlı şəxs1 əmək müqaviləsi üzrə 18050 manat məbləğində borcu olması müəyyən olunmuşdur. Mediasiya prosesindən əvvəl Maraqlı şəxs1 6000 manat məbləğində ödəniş etmiş və hazırkı borc 12050 manat təşkil etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs1 etiraf etmişdir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 12.050 (on iki min əlli) manat məbləğində İddiaçı maddi zərər vurmuş və həmin zərərin əvəzini bu Sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürmüş (maddə 2.1.1), Maraqlı şəxs1 Sazişin 2.1.1ci maddəsində göstərilən məbləğin 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 mart tarixində, 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 aprel tarixində və 11050 (on bir min əlli) manat məbləğini 2022-ci ilin may ayında ödəməyi öz öhdəsinə götürmüşdür (maddə 2.1.2). Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Maraqlı şəxs1 tərəfindən barışıq sazişinin icrasına riayət olunmamış və borc öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2022-ci il tarixdə bağlanılmış barışıq sazişinin şərtləri Maraqlı şəxs1 tərəfindən könüllü qaydada icra edilmədiyi üçün və maraqlı şəxs onun icrasından imtina etdiyi üçün ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/2-00338 nömrəli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı (nümayəndə Vəkil) ilə Maraqlı şəxs1 arasında, mediator X1 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2022-ci il tarixli MŞB/2-00338 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “2.1.1.İkinci tərəf (Maraqlı şəxs1) etiraf edir ki, o, əmək vəzifələrini yerinə yetirdiyi zaman 12.050 (on iki min əlli) manat məbləğində Birinci tərəfə (İddiaçı) maddi zərər vurub və həmin zərərin əvəzini bu Sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürür; 2.1.2. İkinci tərəf (Maraqlı şəxs1) Sazişin 2.1.1-ci maddəsində göstərilən məbləğin 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 mart tarixində, 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 aprel tarixində və 11050 (on bir min əlli) manat məbləğini 2022-ci ilin may ayında ödəməyi öz öhdəsinə götürür”. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1495/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1495/2022
30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver