Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1535/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Cinarə Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla Cavabdeh qarşı öhdəliyin icrası tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qaz sayğacına 654,50 manat məbləğində borc pulun, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat ofisində bağlanan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə və xx.xx.2022-ci. il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115.4 kv.m. olan mənzil onun mülkiyyətindədir. Həmin müqavilənin 11-ci bəndində əsasən satıcı Cavabdeh sözügedən daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2022-ci il tarixinədək (müqavilənin bağlanma tarixindən 1 ay müddətində) alıcı İddiaçı oğunun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 10-cu bəndinə əsasən isə Alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. O, müqavilə şərtlərinə uyğun olaraq mənzili təmir etdikdən sonra 2023-cü il may ayında ünvan 2 ünvanında yerləşən mənzilə faktiki olaraq köçsə də, Cavabdeh müqavilənin 10-cu bəndinə zidd olaraq qaz xidməti ilə bağlı ödənişi bugünədək ödəməmişdir. X1 çıxarışa əsasən 01/20xx-xx/2023-cü il tarixləri arasında 684,50 manat borcu qalmışdır. Bundan əlavə, o, hər qaz ödənişi həyata keçirdiyi zaman ödənişin 50%-i borc məbləğindən silinir və beləliklə bugünədək ondan 30,00 manat borc məbləğində pul silinmişdir. Hal-hazırda cavabdehin faktiki olaraq 654.50 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Qeyd olunan məsələ ilə bağlı cavabdehin qardaşı X2 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq borcun ödənilməsini tələb etsə də, danışıqları heç bir nəticə verməmiş və hətta son telefon danışıqları olan xx.xx.2023-cü il tarixdə Mənsumov Pərvin borcu ödəməyəcəklərini qəti səkildə bildirmişdir. Yuxanda qeyd olunan hallarla bağlı o, öz hüquqlarını müdafiə etmək məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat ofisində bağlanan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 115.4 kv/m olan mənzili İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd olunan müqavilənin 10-cu maddəsinə əsasən “Alıcı”nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “Satıcı”nın üzərinə düşür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışından görünür ki, ünvan 1 ünvan xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, Cavabdeh 2022-ci ilin iyul ayına 684,50 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə doğulmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərildiyi kimi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 04 iyul 2022-ci il tarixdə notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin müqavilə qanunla müəyyən olunmuş qaydada daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının təqdim etdiyi məlumatlara əsasən alqı-satqı müqaviləsi bağlanan anda mübahisəli mülk üzrə təbii qazdan istifadəyə görə 2961,95 manat borc mövcud olmuşdur. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında evə dair ilkin müqavilə bağlanan zaman həmin fərdi yaşayış evi üzrə qazdan istifadəyə görə 684,50 manat məbləğində borc mövcud olmuşdur. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, mübahisəli mülkün alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən həmin əmlak ödənilməli olan borcla yüklü olmuşdur. Məhkəmə iclasında iddiaçı mübahisəli əmlak əldə olunan dövrdə yuxarıda göstərilən borcun ödənilməsini təsdiq edən sübutu təqdim etməmişdir. Bundan əlavə, iddiaçı faktiki olaraq inkar etməmişdir ki, o, mübahisəli mülkə köçdükdən sonra qazdan istifadəyə görə borcun olduğunu aşkar etmişdir. Bununla əlaqadar olaraq, iddiaçının kommunal xidmətlərə görə borcun ödənilməsi vəzifəsinin əmlakın satıcısının üzərinə düşməsi barədə alqı-satqı müqaviləsinin 10-cu bəndinə istinad etməsi mülki qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.2-ci maddəsinə əsasən satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572-ci maddəsinin tələblərinin satıcı tərəfindən yerinə yetirilməsi barədə sübutların olmaması onu təsdiq edir ki, satılmış əmlakın bütün xərcləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.2-ci maddəsinə əsasən alıcıya keçir. Yuxarıda şərh olunan halları müəyyən edərək və məhkəmə hesab edir ki, borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiaçının tələbi əsassızdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı reqres qaydasında iddia verməklə öz maraqlarını müdafiə etmək hüququ vardır ki, o, həmin hüququ 3-cü şəxs qarşısında öz öhdəliklərini tam icra etdikdən sonra həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla Cavabdeh qarşı öhdəliyin icrası tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1535/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1535/2023
16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver