Məhkəmə qərarları › İş №e-2(009)-1539/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1539/2025

04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1539/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin (ləğv prosesidə olan) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin (ləğv prosesidə olan) Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də (Ləğv prosesindədir) xx.xx.2024-cü il tarixli, PBA ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” üzrə sığortalanmış “Kia Sorento” markalı, 77RM829 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində idarə edilən zaman X1 tərəfindən idarə edilən “Tayota Corolla” markalı, 90HU199 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan, TP ******* saylı və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan müəyyən olunur ki, hadisənin baş verməsində hər iki sürücü təqsirkar bilinərək barələrində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Kia Sorento” markalı, 77RM829 nömrəli avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən "xxxx" qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş ASC-nin zərər aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sorento” markalı, 77RM829 nömrəli avtomobilə 580 manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş ASC-nin ZBT1203/24 nömrəli sığorta aktından və xx.xx.2024-cü il tarixli, AZ241116014 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sorento” markalı, 77RM829 nömrəli avtomobilə dəymiş zərərlə bağlı 580 (beş yüz səksən) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 3-13- 55/2-37770 nömrəli və eyni tarixli №3- 13-55/2-37776 nömrəli məktublardan müəyyən edilmişdir ki, “Tayota Corolla” markalı, 90HU199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati protokola xitam verilmiş, “Kia Sorento” markalı, 77RM829 nömrəli avtomobilin sürücüsü Cavabdeh barəsində tərtib edilmiş İXP ******* saylı inzibati protokol isə qüvvədə saxlanılmışdır. İlkin materiallara əsasən hadisə nəticəsində 77RM829 nömrəli avtomobilin sürücüsü Cavabdeh zərər çəkmiş şəxs qismində iştiak etmiş və ASC tərəfindən onun avtomobilə dəymiş zərər məbləği tam olaraq ödənildiyi halda hadisəni qeydə alan orqan tərəfindən aparılmış araşdırma nəticəsində 77RM829 nömrəli avtomobilin sürücüsü Cavabdeh hadisənin baş verməsində yeganə təqsirkar şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli, BS-S-25/0274 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehə mübahisənin nizama salınması üçün ASC tərəfindən pretenziya məktubu göndərilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir.Göstərilənlərə əsasən Cavabdeh 580 (beş yüz səksən) manat sığorta ödənişi, 30.00 manat dövlət rüsumu və 01.00 manat xidmət haqqının, cəmi 611 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətinə əsasən Cavabdeh məxsus «Kia Sorento» markalı ** RM *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmış, sığorta məbləği 5000 manat müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş zərərin hesablanma aktına əsasən “Kia Sorento” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri, ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 580 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş AZ241116014 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta aktına əsasən 580 manat məbləğində pul vəsaitini Cavabdeh sığorta ödənişini ödənilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də (Ləğv prosesindədir (bundan sonra "ASC")) xx.xx.2024-cü il tarixli, PBA ********** saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Kia Sorento" markalı, 77RM829 dövlət qeydiyyat nişanlı avtomobil tərəfinizdən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində idarə edilən zaman ondan arxada eyni istiqamətdə hərəkət edən və X1 tərəfindən idarə edilən "Tayota Corolla" markalı, 90HU199 dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə "Kia Sorento" markalı, 77RM829 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Xətai RPİ DYPŞ-nin polis mayoru X2 tərəfindən araşdırma aparılmış və hadisənin baş verməsində hər iki sürücü təqsirkar bilinərək barələrində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. "İcbari Sığorta Bürosu" nun elektron informasiya sisteminə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə materiallardan göründüyü kimi "Kia Sorento" markalı, 77RM829 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində TP ******* saylı, "Tayota Corolla" markalı, 90HU199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində isə TPР ******* saylı hər ikisi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Qeyd edilən hadisə nəticəsində "Kia Sorento" markalı, 77RM829 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ASC tərəfindən 580 (beş yüz səksən) manat məbləğində qiymətləndirilmiş vƏ xx.xx.2024-cü il tarixli, № AZ24116014 nömrəli ödəniş tapşırığına əsasən həmin məbləğ tam olaraq Sizin "xxxx" ASC-nin Neftçilər filialında olan hesabınıza ödənilmişdir. Qəbul edilmiş TP ******* saylı qərarın ləğv edilməsi ilə bağlı müraciətimizə cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli, № 3-13-55/2-37770 nömrəli məktubdan müəyyən edilmişdir ki X1 barəsində qəbul edlmiş protokol ləğv edilmiş, Siz barənizdə qəbul edlmiş protokol isə qüvvədə saxlanılmışdır. Belə olan halda xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin yeqanə təqsirkarı Siz olursunuz və xx.xx.2024-cü il tarixli, № AZ24116014 nömrəli ödəniş tapşırığına əsasən tərəfimizdən Sizə ödənilmiş 580 (beş yüz səksən) manat məbləğində vəsait ASC-yə geri ödənilməlidir. Odur ki, 5 gün müddətində 580 (beş yüz səksən) manat məbləğində sığorta ödənişini ASC-yə ödəməyiniz xahiş olunur, əks təqdirdə ASC tərəfindən haqqınızda müvafiq məhkəmə orqanına 580 (beş yüz səksən) manat məbləğində pulun ödənilməsi tələbi ilə müraciət olunacaq və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi müştərək qaydada onun üzərinizə düşəcəyi qeyd edilmişdir.Yuxarıda qeyd olunanlara əsasən və subroqasiya hüquqlarını olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 580 manat zərər məbləğini məktubu aldıqdan sonra 5 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh məxsus olan “Kia Sorento” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC-də sığortalanmışdır. Sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığortalı “Kia Sorento” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomaşına xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Kia Sorento” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən baş yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə ilə əlaqədar hər iki nəqliyyta vasitəsinin sürücüsü inzibati məsuliyyətə cəlb edilmiş və tərtib edilmiş ziyan aktına əsasən həmin ziyan məbləği 580 manat məbləğində müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı sığorta təşkilatı tərəfindən “Kia Sorento” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan yetirildiyinə görə Cavabdeh 580 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 3-13-55/2-37770 nömrəli və eyni tarixli №3- 13-55/2-37776 nömrəli məktublardan müəyyən edilmişdir ki, “Tayota Corolla” markalı, 90HU199 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati protokola xitam verilmiş, “Kia Sorento” markalı, 77RM829 nömrəli avtomobilin sürücüsü Cavabdeh barəsində tərtib edilmiş İXP ******* saylı inzibati protokol isə qüvvədə saxlanılmışdır. İlkin materiallara əsasən hadisə nəticəsində 77RM829 nömrəli avtomobilin sürücüsü Cavabdeh zərər çəkmiş şəxs qismində iştiak etmiş və ASC tərəfindən onun avtomobilə dəymiş zərər məbləği tam olaraq ödənildiyi halda hadisəni qeydə alan orqan tərəfindən aparılmış araşdırma nəticəsində 77RM829 nömrəli avtomobilin sürücüsü Cavabdeh hadisənin baş verməsində yeganə təqsirkar şəxs qismində tanınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Kia Sorento” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yeganə təqsirkar şəxs qismində tanındığından ona ödənilmiş 580 manat məbləğində sığorta ödənişi geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçı ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdehin baş vermiş hadisədə təqsirli olması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, iddiaçı tərəfindən isə sığorta ödəişi kimi cavabdehə 580 manat məbləğində əsassız pul ödənildiyindən, cavabdeh həmin pul vəsaitini əldə etməklə əsassız varlandığından iddiaçı hazırki tələblə ona qarşı iddia qaldırmaqda tam haqlı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 52-1.1-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. 29 iyun 2022-ci il tarixliAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25/2 saylı qərarına əsasən yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir. AR Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adimülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 14.2.7-cimaddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına daxil edilmişdir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. AR Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsi isə sığortaçının subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilməyini nəzərdə tutur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilən Məcəllənin 1092.1-cimaddəsinə əsasən varlanmış şəxs əldə etdikləriniməhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən Məcəllənin 1095-cimaddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki ilsonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. AR Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin (Ləğv prosesində olan) xeyrinə 580 manat, 1 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 611 (altı yüz bir) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar