Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1560/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, Ərizəçi İddiaçı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 noyabr 1989-cu ildə X1 ilə X2 arasında Azərbaycan SSR Kommunal Təssərufat Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid xx.xx.1961-ci il tarixli Pasport verilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, ərizədən aydın olur ki, tələbin əsasını “fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” təşkil etməklə ərizəçi ərizəyə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, yəni xüsusi icraat qaydasında işə baxılmasını xahiş edir. Hakim hesab edir ki, hazırkı tələbə faktın təsdiq edilməsi - xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxıla bilər. Bundan başqa qeyd edir ki, iddia icraatı qaydasında məhkəməyə müraciət edildiyi halda tələbin kimə qarşı yönəlməsi, yəni cavabdeh ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda, ərizəçi İddiaçı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçi İddiaçı qaytarılmalı və hazırkı tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçi İddiaçı qaytarılsın. Ərizəçiyə izah olunsun ki, hazırkı tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət etmək üçün ərizəçi İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1560/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1560/2025
18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver