Məhkəmə qərarları › İş №e-2(009)-1582/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1582/2025

16.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1582/2025 16.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı istifadə hüquqlarının müəyyən edilməsi, mənzildən istifadəsi üçün maneələrin aradan qaldırılması və mənzildən istifadəsinə mane olan qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəmir qapının sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən mənzili aralarında olan razılaşma əsasında 40.000 manat pul məbləği ödəməklə almışdır. O, həmin mənzili aldıqdan sonra əlavə olaraq mənzili təmir etmək məqsədi ilə 10.000 manat pul məbləğində xərc qoymuşdur. Maraqlı şəxs ünvan 2 ünvanında yerləşən mənzil onun faktiki mülkiyyətində olmuşdur. Sözü gedən ünvanda yerləşən 31 kv.m.sahədən ibarət olan mənzil 2000-ci il tarixdə zəlzələ nəticəsində uçmuşdur. Maraqlı şəxs ünvanda yerləşən mənzilin dağıntı halında uçmuş vəziyyətdə olduğunu görmüş, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzili tikmək üçün icazə istəmişdir. Həmin qurumunu əməkdaşları əraziyə baxış keçirmiş və bildirmişlər ki, buna zəlzələ vaxtı uçduğu üçün mənzil fondundan çıxarılmışdır, amma tikintiyə bir şərtlə icazə veriləcəkdir ki, tikinti öz vəsaiti hesabına aparılmışdır. Bundan sonra, Maraqlı şəxs həmin uçmuş mənzilin yerində 2008-2013-cü illərdə hesabına 2 mənzil 2 otaqdan ibarət 48 kv.m.sahəsi olan mənzil inşa edilmişdir. Uçmuş mənzilin qonşuluğunda isə ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzil inşa etmişdir. Hal-hazırda həmin mənzilin dəyəri 63.000 manat qiymətləndirilir. Cavabdeh qanunsuz olaraq ümumi istifadədə olan əmlalara məhdudiyyət qoymuş, dəymiş qapını pilləkənlərin üstündə quraşdıraraq onu qəsdən mənzilə buraxmır. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-74/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8333/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1978/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8333/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək Bakı Apellyasiya Məhkəməsinə yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3310/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Cavabdehlər Nəcəfova Mehriban Həsən qızının kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-964/2024 saylüı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən ünvanda yerləşən mənzili müəyyən etmək üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində ********* saylı cinayət işi üzrə ekspertiza təyin edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş kompleks mühəndis məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4281 və 10/4031 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 ünvanında yerləşən baxış zamanı təqdim olunmuş 36,3 kv.m.olan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 58.000 manat məbləğində müəyyən olunur. Əlavə olaraq qeyd edir ki, Səbail MKİS-nin 45 saylı MİS tərəfindən verilmiş arayışla, cinayət işində olan şahid ifadələri və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh sığınacaq kimi yerləşdirdiyi 31,0 kv.m. yaşayış sahəsi olan ünvan 4 ünvan 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində uçmuş, orada yaşayış mümkün olmadığından sökülmüşdür. Bundan sonra Səbail rayon İstintaq Şöbəsinin və 45 saylı MİS-nin nümayəndələri tərəfindən verilmiş şifahi razılığa əsasən Maraqlı şəxs öz vəsaiti hesabına 2013-cü il tarixdə həmin sökülmüş mənzilin yerində ümumi sahəsi 77.3 kv.m. olan hər biri iki otaqlı, ümumi sahəsi 41 kv.m. və 36.3 kv.m. olmaqla iki mənzil inşa etmişdir. Yəni, Cavabdeh sığınacaq kimi yerləşdirdiyi 31,1 kv.m.yaşayış sahəsi olan Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 12 ünvanında yerləşən 31/32 saylı mənzil 2000-ci il tarixdən etibarən mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi cavabdeh X2 ünvan 5 ünvanında yerləşən mənzilə xx.xx.2022-ci il tarixdə köçürmüşdür. Onun ünvan 1 ünvanında yaşamağa qoymur. xx.xx.2025-ci il tarixdə ümumi istifadədə olan pilləkəndə dəmir qapı qoyaraq onun və digər şəxslərin mənzillərə girişinə çıxışına maneə yaratmışdır. Bununla bağlı o, Cavabdeh qapını açmağı və rahat şəkildə faktiki yaşadığı mənzilə daxil olmaq o israrla açarı verməyəcəyini söyləmişdir. Hətta, mənzilə köçdükdən sonra Cavabdeh durmadan onun qapısını döyərək “sən yaşadığın mənzildən çıxmalısan, ora mənə aid olan mənzildir” sözləri ilə onu hədələmiş, ünvan 5 mənzilə xx.xx.2024-cü il tarixdə köçən zaman onun qapısının açarını belə zədələnmişdir. O, hal-hazırda mənzilinə giriş-çıxış edə bilmir, mənzilə olan ümumistifadə hüququnu Cavabdeh dəmir qapı qoyaraq istifadəsini məhdudlaşdırır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda ona məxsus ev əşyaları və gündəlik istifadəsində olan geyim əşyaları və s.əşyalar faktiki yaşadığı mənzildə qalmışdır. Halhazırda onun yaşamağa mənzil yoxdur. Cavabdeh tərəfindən ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 31 ünvanında yerləşən mənzilin ümumi istifadədə olan pilləkəninə qoyulmuş dəmir qapının Cavabdeh tərəfindən öz hesabına sökülməsi və pilləkənin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hal-hazırda qeyd edilən dəmir qapı götürülsə də onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m.olan mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi, Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzildən istifadəsi üçün maneələrin aradan qaldırılması və Cavabdeh onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzildən istifadəsi üçün qanunsuz hərəkətlərinə son qoyulmasına dair mübahisə hal-hazırda davam etməkdədir. Ona görə də o, iddia ərizəsinə dəqiqləşdirmə vermək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi, Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzildən istifadəsi üçün maneələrin aradan qaldırılması və Cavabdeh onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzildən istifadəsinə mane olan qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, yaşadığı evi 40.000 manat verərək almışdır. Cavabdehlə mənzili ayrıdır. İcra məmuru cavabdehin mənzilindən orada yaşayan sakinləri çıxararkən o, icra məmuruna deməmişdir ki, “Sevil ona 2 otaqlı ev verəcək, ona görə də müvəqqəti burda yaşasın”. Cavabdeh hazırda mənzildə yaşamır, lakin mənzildə yaşadığı müddətdə ona maneçilik törətmişdir. Cavabdeh ona bildirmişdir ki, mənzilə daxil olmaq üçün özünə başqa yerdən yol açsın. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 dəqiqləşdirilmiş iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir ki, F.Qurbanov küçəsi, 31 ünvanda 2 mənzil var. 2000-ci ildə zəlzələ nəticəsində ev uçduğu üçün sökülərək yenisi inşa edilmiş və inşa edilmiş 2 mənzil yaranmışdır. İddiaçının aldığı mənzil cavabdehin köçdüyü mənzil deyil. Ev hüquqi statusuna görə özbaşına tikilidir, iddiaçı həmin mənzildən faktiki istifadə edir. Cavabdehin iddiaçının mənzildən istifadəyə maneəsini onunla əsaslandırırlar ki, pilləkənin çıxışına qapı qoyulmuş, sonra sökülmüşdür. Eyni zamanda istifadə ilə əlaqədar başqa maneələr də törətmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir, yəni cavabdeh öz mənzilinə köçürülmüşdür. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının belə tələblə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının yaşadığı otaqlar da nümayəndəsi olduğu cavabdehə məxsusdur. Cavabdeh icra sənədi üzrə akta imza atmamışdır, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından məlumatsızdırlar. Ümumiyyətlə iddiaçı tərəfindən yaşadığı mənzilin liter nömrəsinin 31A olması barədə sübutu da məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, iddiaçı özünə aid olmayan mənzillə bağlı tələb irəli sürdüyü üçün onun iddiası əsassızdır və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli 410 saylı sərəncamın surətindən görünür ki, Cavabdeh 1993-cü ildən 4 nəfər ailə üzvü ilə F.Qurbanov küçəsi, 12 No-li evin 31/32 No-li mənzilində yaşayır. O, göstərilən sığınıcağa Səbail rayon İHB-nin 23.12.93-cü il tarixli 5535 No-li sərəncamı ilə pasport qeydiyyatına alınmışdır. Cavabdeh yaşadığı mənzilinə daimi order verilməsinin xahiş edir. Səbail rayon İHB-nin mənzil məsələlərinə dair komissiyasının xx.xx.1998-ci il tarixli (pr.No 09) rəyi təsdiq edilməsi və Cavabdeh 4 nəfər ailə üzvü ilə yaşadığı F.Qurbanov küç.,12 No-li evin y/sahəsi 31,0 kv.m. olan 2 otaqlı 31/32 No-li mənzilinə orderin yazılması qərara alınmışdır. İş üzrə Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 047907 saylı daimi orderin surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 410 saylı sərəncamına əsasən Bakı şəhəri, F.Qurbanov küçəsində yerləşən 12 saylı evin, ümumi sahəsi 31,0 kv.m. olan 2 otaqlı mənzili Cavabdeh Müseyib qızına 4 nəfər ailə üzvü ilə yaşamaq üçün verilmişdir. İş materiallarında əlavə edilmiş və ********* saylı cinayət işi üzrə təyin edilmiş 10/4031-9/4281 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, -1-ci sual üzrə: tikililərin nə vaxt inşa olunmasının müəyyən olunmasına dair metod və metodika olmadığına görə Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 ünvanında yerləşən və baxış zamanı təqdim olunmuş mənzillərin nə vaxt inşa olunmasını müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, taxta pilləkənlə qalxdıqda sol tərəfdə yerləşən mənzilə daxil olduqda mənzilin mətbəx-dəhliz, sanitar qovşaq, iki yaşayış otağı və balkondan ibarət olduğu müəyyən olundu. Mənzilin tərkibində olan otaqların sahəsi cəmi 41 kv.m. Taxta pilləkənlə qalxdıqda üzbəüz yerləşən mənzilə daxil olduqda mənzilin mənbəx-dəhliz, sanitar qovşaq və iki yaşayış otağından ibarət olduğu müəyyən olundu. Mənzilin tərkibində olan otaqların sahəsi 36,3 kv.m. Baxış zamanı təqdim olunmuş mənzillərin ümumi sahəsinin cəmi 77,3 kv.m.-dir (41+36,3). -2-ci sual üzrə: rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq qeyd olunur ki, 2000-ci il tarixədək ünvan 6 ünvanda yerləşən mənzilin sxem cizgiləri ilə baxış zamanı təqdim olunmuş mənzillərin hazırkı sxem cizgilərinin eynilik təşkil etməyi müəyyən edildi. - 4-cü sual üzrə: mərkəzə təqdim olunan 45 saylı MKİS-nin rəisi F.Abdurəhimovun imzası və qurumun möhürü ilə təsdiq olunmuş 1537 nömrəli arayışdan (forma-2) görünür ki, 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində F.Qurbanov küçəsindəki 12 saylı 2 mərtəbəli evdə yerləşən 2 otaqlı 31 kv.m. yaşayış sahəsi olan 31,32 saylı mənzil uçmuşdur. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığından baxış zamanı təqdim olunmuş mənzillərin 2000-ci il tarixdə baş vermiş zəlzələ zamanı sökülmüş ünvan 6 ünvanda yerləşən mənzilin yerində tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır. - 3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, 12 ünvanında yerləşən baxış zamanı təqdim olunmuş, sahəsi 41 kv.m.olan mənzilin hazırkı orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 65600,0 manat məbləğində , 36,3 kv.m. olan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 58.000 manat məbləğində müəyyən olunur. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin İstintq Şöbəsinin baş müstəntiqi polis mayoru Cavid Məmmədov tərəfindən qəbul edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv edilməsi və iş üzrə icraata xilam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddələri ilə istisntaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, əməlində cinayət tərkibi olmadığından Cavabdeh Müseyib qızının xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərara və barəsində polisin nəzarəti altına vermə növündə seçilmiş qətimkan tədbirinə xitam verilməsi, zərurət aradan qalxdığından İddiaçı və Nəcəfova Mehriban Həsən qızının cinayət prosesində zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən borclu Maraqlı şəxs, surəti Cavabdeh və qeyrilərinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Maraqlı şəxs ünvan 8 ünvanında yerləşən 2 otaqlı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Cavabdehlər X9, X7, X10, X5, Nəcəfova Mehriban Həsən qızı, X6 həmin mənzildən çıxarılmalıdırlar. İddiaçı Cavabdeh Müseyib qızı həmin mənzilə köçürülməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədində qeyd olunan tələbin təmin edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 12.30-da ünvan 8 ünvanında məcburi icra tədbirləri həyata keçiriləcəkdir. Borclular Maraqlı şəxs, X8, X10, X5, Nəcəfova Mehriban Həsən qızı, X1 icra yerində iştirak etməsi tələb olunur. Tələbkar Cavabdeh Müseyib qızından icra yerində iştirak etməsi xahiş olunur. Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən, 45 saylı Mənzil-Kommunal İstismar Sahəsindən və Bakı şəhəri Təcili və X4 Stansiyasından icra yerində nümayəndələrinin iştirakının təmin edilməsi xahiş olunur. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3310/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5204/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarında göstərilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-74/2021 saylı qətnaməsi ilə Cavabdeh Maraqlı şəxs qarşı mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi tələbinə dair ilkin iddianın rədd edilməsi, Maraqlı şəxs Cavabdeh Müseyib qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5204/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh Müseyib qızı tərəfindəni verilmişt apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-74/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh Maraqlı şəxs ünvan 8 ünvanında yerləşən 2 otaqlı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Maraqlı şəxs, X7, X10, X5, Nəcəfova Mehriban Həsən qızı, X3 həmin mənzildən çıxarılmaları, iddiaçı Cavabdeh Müseyib qızının həmin mənzilə köçürülməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-337/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh Müseyib qızından 30.000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun 180 manat hissəsinin tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil Maraqlı şəxs faktiki sahibliyində olmuşdur. Həmin mənzil 2000-ci il tarixdə zəlzələ nəticəsində uçmuş, Maraqlı şəxs öz vəsaiti hesabına 2013-cü il tarixdə həmin sökülmüş mənzilin yerində ümumi sahəsi 77.3 kv.m. olan hər biri iki otaqlı, ümumi sahəsi 41 kv.m. və 36.3 kv.m. olmaqla iki mənzil inşa etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili şifahi razılaşma əsasında Maraqlı şəxs 40.000 manata almış və həmin mənzili təmir etdirmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh ünvan 9 ünvanında yerləşən 2 otaqlı mənzilə xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbindən göürünr ki, cavabdeh onun ünvan 1 ünvanında yaşamağa qoymur. Bu səbəbdən iddiaçı onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi, Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzildən istifadəsi üçün maneələrin aradan qaldırılması və Cavabdeh onun ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzildən istifadəsinə mane olan qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və öz hüquqi statusuna görə özbaşına tikili hesab edilir. Məhkəmə ilk növbədə iddiaçının mübahisəli evə istifadə hüquqlarının müəyyən edilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən: “...Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, iddiaçının mübahisəli evə istifadə hüquqlarının müəyyən edilməsi yolverilməzdir. Yəni iddiaçının mübahisəli evə istifadə hüquqlarının yaranması üçün həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunur. Beləliklə iddiaçının mübahisəli evə istifadə hüquqlarının tanınması üçün hər hansı hüquqi əsas olmadığı üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçının mübahisəli mənzildən istifadəsi üçün maneələrin aradan qaldırılması və mənzildən istifadəsinə mane olan qanunsuz hərəkətlərinə son qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Mübahisəli ev özbaşına tikili olsa da, mülki dövriyyədə yol verilməyən əşyalar kateqoriyasına aid olmadığı üçün, iddiaçının həmin evdən istifadə ilə bağlı pozulmuş hesab etdiyi hüquqların müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ var. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsiən əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə qeyd edir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili olsa da, iddiaçı həmin evdən istifadə ilə əlaqədar pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda da haqlı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir». Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi – “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” norma göstərişi xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrumetməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə hazırki halda cavabdehin iddiaçının yaşadığı ev üzərində hər hansı bir hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin köçürüldüyü sahə hazırkı mübahisə predmeti olan sahədən kənarda yerləşir), onun iddiaçıya qarşı törətdiyi məhrumetməni qanunsuz hesab edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli ünvanda yerləşən evdən istifadə ilə əlaqədar mövcud hüququn məhdudlaşdırılması iddiaçının Konstitusiya ilə qorunan yaşayış hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzildən istifadəsinə cavabdeh tərəfindən olan qanunsuz hərəkətlərə son qoyulması barədə tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzildən istifadəsi üçün yaratdığı maneələr aradan qaldırılsın və Cavabdeh İddiaçı ünvan 1 ünvanında 2 otaqdan ibarət sahəsi 41 kv.m. olan mənzildən istifadəsinə mane olan qanunsuz hərəkətlərinə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar