Məhkəmə qərarları › İş №e-2(009)-159/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-159/2023

04.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-159/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı – Əmlak məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “əmlak payının artırılması” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Əmlak məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər X3, Cavabdeh1 qarşı “əmlak payının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edərək ünvan 1 ünvanında yerləşən, 3 saylı kitab mağazasının istifadəsində olmuş ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsində onun və cavabdehlərin paylarının yenidən müəyyən edilməsi, onun payının 36.354 kv.m, cavabdeh X1 payının 6.723 kv.m və cavabdeh X2 payının 6.723 kv.m olaraq müəyyən olunması və həmin məlumatların eyni qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ərizə göndərərək mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı – Əmlak məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “əmlak payının artırılması” tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar