Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1592/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi C.F.Məmmədovun iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq 1419-06966 saylı əmrlə iki ay sınaq müddəti olmaqla “ASAN xidmət”lə və Elektron İdarəetmə Departamentinin Elektron Xidmətlər İdarəsinin “ASAN xidmət” və “KOB” evləri ilə iş şöbəsində Asan xidməti üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixli, K/24- 00623 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmçinin xitam əmri ilə xx.xx.2023-xx.xx.2024-cü iş ilinə görə ödənilmiş məzuniyyət haqqının 23 təqvim gününə düşən məzuniyyət günlərinin məbləği cavabdehdən geri tələb edilmişdir. Səhmdar Cəmiyyətin xx.xx.2024cü il tarixli, K/24-00158 saylı məzuniyyət əmrinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 təqvim günü müddətini əhatə edən məzuniyyət dövrü üçün 898,15 manat məzuniyyət haqqı hesablanaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh ödənilmişdir. Belə ki, müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək əmək müqaviləsinə xitam verilmiş Cavabdeh Səhmdar Cəmiyyət qarşısında məzuniyyətin işlənməmiş 23 gününə görə ödəməli olduğu 688,62 manat borc məbləği yaranmışdır. Cavabdeh ilə əmək müqaviləsinə xitam verildikdən sonra dəfələrlə telefon əlaqəsi saxlanılaraq, həmçinin Səhmdar Cəmiyyətin Baş İdarəsinə dəvət edilərək, işlənməmiş günlərə görə ödənilmiş məbləği geri qaytarılmalı olduğu barədə məlumatlandırılsa da, o, bu məbləği geri qaytarmayacağını açıq-aşkar bildirmişdir. Belə olan halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2023-xx.xx.2024cü iş ilinə görə işlənməmiş məzuniyyət haqqının 23 təqvim gününə düşən məzuniyyət günlərinə görə 688,62 manat məbləğində pulun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 1419-06966 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən 2 ay sınaq müddəti ilə “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin Elektron Xidmətlər İdarəsinin “Asan Xidmət” və “KOB” evləri ilə iş şöbəsində Asan xidmət üzrə mütəxəssis vəzifəsinə təyin edilməsi, əmək haqqının 715 manat, əmək haqqına əlavə 100 manat ödənilməsi əmr edilmişdir. Əmrin əsası kimi ərizə və əmək müqaviləsi göstərilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli K/24-00158 nömrəli əmrin surətindən görünür ki, ASAN Xidmətlə İş Departamentinin ASAN Xidmət, KOB Evləri və Elektron Müraciətlər ilə İş İdarəsinin ASAN Xidmət və KOB Evləri ilə iş şöbəsinin Asan xidmət üzrə mütəxəssis Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən xx.xx.2023/2024-cü məzniyyət ili üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 gün müddətinə əmək məzuniyyətinin verilməsi, işə başlama xx.xx.2024-cü il tarixinin olması əmr verilmişdir. Əmrin əsası kimi şəxsi ərizəsi göstərilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli K/24-00623 nömrəli əmrin surətindən görünür ki, ASAN Xidmətlə İş Departamentinin ASAN Xidmət, KOB Evləri və Elektron Müraciətlər ilə İş İdarəsinin ASAN Xidmət və KOB Evləri ilə İş şöbəsinin Asan xidmət üzrə mütəxəssisi Cavabdeh əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasəq xitam verilməsi, AR ƏM-nin 144-cü maddəsinin 4-cü hissəsinə əsasən xx.xx.2023-xx.xx.2024-cü iş ilinə görə ödənilmiş məzuniyyət haqqının 23 təqvim gününə düşən məzuniyyət günlərinin məbləği işçidən tutulması əmr edilmişdir. Əmrin əsası kimi şəxsi ərizə göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-yə əmək müqaviləsi ilə aylıq 715 manat əmək haqqı və 100 manat əmək haqqına əlavə ilə “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin Elektron Xidmətlər İdarəsinin “Asan Xidmət” və “KOB” evləri ilə iş şöbəsində Asan xidmət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən cavabdehə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 gün müddətinə əmək məzuniyyəti verilmiş, məzuniyyət haqqı hesablanaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh ödənilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh əmək məzuniyyətindən qayıtdıqdan sonra ərizə ilə iddiaçı təşkilata müraciət edərək öz xahişi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli əmri ilə cavabdehin öz xahişi ilə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi və Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü hissəsinə əsasən xx.xx.2023-xx.xx.2024-cü iş ilinə görə ödənilmiş məzuniyyət haqqının 23 təqvim gününə düşən məzuniyyət günlərinin məbləği cavabdehdən tutulması da əmr edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məzuniyyət əmrinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 30 təqvim günü müddətini əhatə edən məzuniyyət dövrü üçün 898.15 manat məzuniyyət haqqı hesablanaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh ödənilmişdir. Belə ki, müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək əmək müqaviləsinə xitam verilmiş Cavabdeh "xxxx" ASC qarşısında məzuniyyətin işlənməmiş 23 gününə görə ödəməli olduğu 688,62 manat borc məbləği yaranmışdır. Cavabdeh ilə əmək müqaviləsinə xitam verildikdən sonra dəfələrlə telefon əlaqəsi saxlanılaraq, həmçinin "xxxx" ASC-nin Baş İdarəsinə dəvət edilərək, işlənməmiş günlərə görə ödənilmiş məbləği geri qaytarılmalı olduğu barədə məlumatlandırılsa da, cavabdeh bu məbləği geri qaytarmayacağını açıq-aşkar bildirmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü iş ilinə görə işlənməmiş məzuniyyət haqqının 23 təqvim gününə düşən məzuniyyət günlərinə görə 688,62 manat məbləğində pulun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü iş ilinə görə işlənməmiş məzuniyyət haqqının 23 təqvim gününə düşən məzuniyyət günlərinə görə artıq məbləğdə pul verildiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin 4-cü hissəsinə əsasən müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Göstərilən Məcəllənin 175-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu tələb edilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında "xxxx" ASC tərəfindən cavabdehə məzuniyyətin işlənməmiş 23 gününə görə 688,62 manat məbləğində pulun ödənilməsi müəyyən edildiyindən və qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından Cavabdeh "xxxx" ASC qarşısında məzuniyyətin işlənməmiş 23 gününə görə ödəməli olduğu 688,62 manat borc məbləği yarandığından, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-xx.xx.2024-cü iş ilinə görə işlənməmiş məzuniyyət haqqının 23 təqvim gününə düşən məzuniyyət günlərinə görə 688,62 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-xx.xx.2024-cü iş ilinə görə işlənməmiş məzuniyyət haqqının 23 təqvim gününə düşən məzuniyyət günlərinə görə 688,62 (altı yüz səksən səkkiz manat, altmış iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1592/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1592/2024
08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver