Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-161/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 noyabr 2024cü il tarixdə, Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 5795 manat pulun, 300 manat ekspertiza xərcinin və 78 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" X2tinin direktoru Cavabdehilə xx.xx.2022-ci ildə təmir xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamışdım. Həmin müqavilənin şərtlərinə görə "xxxx" X2tinin direktoru Cavabdehmənə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 103, mənzil 74-ü təmir etməli idi. Təmirin qiymə=ni 13880 manata razılaşmışdıq. Mən İS GROUP COMPANY" X2=nin direktoru Cavabdeh xx.xx.2022-ci ildə 2800manat, xx.xx.2022-ci ildə 2800manat, xx.xx.2022-ci ildə 4200manatvə xx.xx.2023-cü ildə isə 2620 manat olmaqla cəmi 12420 manat pul ödəmişəm. Lakin o, mənzildə tam təmir işləri aparmamış və apardığı işləri də yararsız vəziyyətdə və keyfiyyətsiz şəkildə etmişdir. Aramızda olan müqaviləyə görə mən ona 13880 manat pul ödəməli idim və o, mənzildə müqavilədə qeyd olunan şəkildə təmir işləri aparmalı idi. Lakin o, müqavilənin şərtlərinə əməl etməmişdir. Mən ona cəmi 12420 manat pul ödəmişəm. Onun isə evdə gördüyü təmir işlərinin dəyəri 6625 manat təşkil edir. Hesab edirəm ki, cavabdehə ödədiyim 12420 manat puldan 6625 manat çıxmaq şər= ilə qalan 5795 manat pul cavabdehdən alınıb mənə verilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirəm. Həmçinin dövlət rüsumu kimi 78manatvə ekspertizaxərci üçün ödədiyim 300manat pul dacavadehə aid olunmalıdır. İddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 oktyabr 2022-ci il tarixli müqavilənin (surətinin) 2.1-ci və 3.1-ci bəndlərindən görünür ki,İcraçı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 103 nömrəli evin 74 nömrəli mənzilində müqavilənin 1.1 bəndinə göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini, Sifarişçi isə müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün İcraçıya smeta dəyərinə uyğun olaraq hər bir işin vahidi müəyyənləşdirilməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan Təhvil-Təslim Aktına uyğun olaraq hesablanmaqla 13,880 manat məbləğində ödəniş etməyi öhdəsinə götürür. 22 oktyabr 2022-ci il, 09 yanvar 2023-cü il, 30 noyabr 2022-ci il, 04 noyabr 2022-ci tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə ümumilikdə 12,420 manat məbləğində pul verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh İcraçı qismində iddiaçının sifarişi əsasında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 103 nömrəli evin 74 nömrəli mənzilini tam keyfiyyətlə təmir edib Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində 13,880 manat İcraçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 12,420 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən mənzilin təmirini başa çatdırmadığını və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr2024-cü il tarixli rəyində qeyd edilir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 103 nömrəli evin 74 nömrəli mənzilində yerinə yetirilmiş tikinti-təmir işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiyməti 14,390 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində cavabdehə 12,420 manat ödəniş etdiyini, lakin cavabdeh tərəfindən mənzildə görülmüş işlərinin dəyərinin 6625 manat təşkil etdiyini bildirir və bu səbəbdən onun tərəfindən ödənilmiş puldan 5795 manat pulun ona geri qaytarılmasını xahiş edir. Lakin işdə olan ekspert rəyindən görünür ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, rəydən görünür ki, mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 14,390 manat təşkil edir. Bu rəqəm isə iddiaçının cavabdehə ödəmiş olduğu məbləğdən də artıqdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ödəmiş olduğu pul müqabilində cavabdehin iddiaçı qarşısında müqavilə üzrə yerinə yetirmiş olmadığı hər hansı bir öhdəlik yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi təmin olunmadığından, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-161/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-161/2024
27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver