Məhkəmə qərarları › İş №e-2(009)-1616/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1616/2024

22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1616/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Maraqlı şəxs QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC Maraqlı şəxs QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetləri olan X1 məxsus Şəki şəhəri 20 Yanvar küçəsi döngə 6, ev 12 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və Nigar firmasına (hazırki İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri X3 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkşi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası, likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satışının təşkil edilməsi barədə "xxxx" MMC-nin həyata kerçirdiyi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. - 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 20-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən görünür ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı1 (VÖEN:**********) əsas fəaliyyət növü otellərin fəaliyyətidir. İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı2 MMC (VÖEN:**********) əsas fəaliyyət növü yanacaq doldurma məntəqələrinin fəaliyyətidir. İddiaçı1 İddiaçı2 MMC-nin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)- 17/2023-010 saylı, 06 mart 2023-cü il tarixli icra sənədi ilə Maraqlı şəxs QSC-nin xeyrinə yüklü olan, X1 məxsus Şəki şəhəri 20 Yanvar küçəsi döngə 6, ev 12 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65000 manat olmaqla və Nigar firmasına (hazırki İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri X3 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkşi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası, likvid dəyəri 250000 manat olmaqla açıq hərracda satılması nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetlərinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Qeyd edilən sifariş məktubu borclu tərəfə çatdırılmamışdır. Halbuki, həmin sifariş məktubu borclu tərəfə çatdırılmış olsaydı tərəfimizdən buna etiraz ediləcəkdir və hərracın "xxxx" MMC-də deyil daha ixtisaslı başqa bir hərrac təşkilatına göndərilməsi tələb ediləcəkdir. Məhz buna görə də ayrıca ərizə ilə icra məmurunun hərəkətləri və sifariş məktubunun etibarsızlığı tələb edilməsi nəzərdə tutulub. "xxxx" MMC ilk hərracı xx.xx.2024-ci il tarixində, təkrar hərrac isə xx.xx.2024-cü il tarixində keçirmişdir. Hər iki hərrac barədə məlumat borclu tərəfə bildirilməmiş və onların iştirakı təmin edilməmişdir. Sonuncu hərracdan bir neçə ay sonra, tələbkar Maraqlı şəxs QSC-nin nümayəndəsi (işçisi) Şəki şəhəri Mirzə FətəliAxundov prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının yeni reyestrdən çıxarışını borclu tərəfə göstərərək həmin binanın tələbkarın balansına keçdiyini və tələbkarın mülkiyyəti kimi qeydə alındığını bildirərək qısa müddətə obyekti boşatmağı tələb etmişdir. Baxmayaraq ki, məhkəmə qərarlarında evin və obyektin satışdan sonra boşaldılraq təhvil verilməsi nəzərdə tutulmamış, sadəcə tələbkar tərəf qanunsuz olaraq bunu tələb etmişdir. Bundan sonra borclu tərəf öz hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və Şəki rayon İcra və Probasiya şöbəsindən müvafiq sənədlərin surətlərini əldə edərək məhkəməyə müraciət etmişdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd edilən icra sənədi üzrə aparılmış icra tədbirləri zamanı və ondan sonrakı hərrac zamanı müxtəlif pozuntular baş vermişdir. Belə ki, iş üzrə ilk əvvəl Şəki Kommersiya Məhkəməsinin icra vərəqəsi əsasında ipoteka predmetlərinin hərracda satılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Hərracın keçirilməsinə müəyyən müddət qalmış Şəki Kommersiya Məhkəməsinin qərarından borclu tərəf apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Buna görə Şəki rayon İcra və Probasiya şöbəsi məktubla hərracın keçirilməsinin dayandırılmasını və sənədlərin geri qaytarılmasını tələb etsə də cavabdeh hərracı keçirərək alıcı olmadı üçün ipoteka predmetini tələbkara təklif etmişdir. Tələbkar bankda həmin ipoteka predmetini əldə edərək hüquqlarını qeydə aldırmışdırlar. Lakin sonrakı Şəki Apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixli, 2- 2(107)426/2022 saylı qərardadı ilə icrada dönüş etmiş həmin çıxarış, hərrac nəticələri ləğv edilmiş və əvvəlki vəziyyətinə qaytarılmışdır. Bundan sonra bütün məhkəmə instansiyalarından məhkəmə prosesləri yekunlaşdıqdan sonra borclu tərəf ödənişlərin edilməsi və icra tədbirlərinin dayandırılması istiqamətində tələbkar bankın rəhbərləri ilə danışıqlara başlamışdır. Tələbkar tərəf onun başını danışıqlara qataraq gizli şəkildə hərracı təşkil etmiş və yenidən ipoteka predmetini balansına keçirməyə nail olmuşdur. Hərracın sifarişi barədə icra məmuru tərəfindən, hərrac keçirilərkən hərracın yeri və vaxtı barədə Hərrac təşkilatı tərəfindən tərəflər məlumatlandırılmalıdır. Yekun protokol və digər sənədlər bu günə kimi Şəki rayon İcra və probasiya şöbəsinə təqdim edilməmiş və onlar tərəfindən təsdiqlənməmişdir. Məhz buna görə də bu və ya digər prosedurlara riayət edilməsi hərracın nəticlərinin etibarsızlığına səbəb olur. İddia tələbinin mahiyyətini və iş üzrə tərəflərin tərkibini nəzərə alaraq hesab edir ki, hazırki işə ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ilə bağlı aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Maraqlı şəxs QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçılara geri qaytarılmalı və həmin iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Maraqlı şəxs QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə geri qaytarılsın. İddiaçılara izah olunsun ki, həmin iddia tələbi ilə onun Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət etmək üçün İddiaçı1 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin kassasiya şikayətinin formasına dair 3 saylı Əlavəsinə uyğun olaraq; order əlavə edilməklə vəkil tərəfindən tərtib edilmiş şikayətlə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar