Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1618/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı cavabdeh Bakı şəhəri, Səbail rayon İcra Şöbəsi və Əmlak Məsələləri Dövlət Xidməti “X5” X9 qarşı “icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması və hərracın keçirilməsinin ləğv edilməsi barədə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri, Səbail rayon İcra Şöbəsi və Əmlak Məsələləri Dövlət Xidməti “X5” X9 qarşı “icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması və hərracın keçirilməsinin ləğv edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı məxsus ½ pay hissəsinin həbsdən azad edilməsi və həmin hissədə payın “X5” X11ndə keçirilən hərracda satışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqişəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ½ pay hissədə İddiaçı mülkiyyət hüquqları, ½ hissədə X1 mülkiyyət hüquqları qeydə alınmışdır. Bildirirəm ki, qeyriyaşayış binası üzərində ½ pay hissədə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində **********20-06301 nömrə ilə xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bildirir ki, qeyri-yaşayış binası üzərində ½ pay hissədə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində **********20-06301 nömrə ilə xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Qeyd etmək istəyirəm ki, xx.xx.2021-ci il tarixində ünvan 2 ünvanı üzrə hüquqi qeydiyyata alınan “X12” Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə bağlanmış İcarə müqaviləsinə əsasən qeyri yaşayış hissəsinin İddiaçı aid pay hissəsi MMC-yə icarəyə verilmişdir. “X12” Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən rəsmi məlumata əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ½ pay hissəsinə digər mülkiyyətçi X1 payının ½ hissəsi ilə birlikdə tutma yönəldilmiş və bununla da 5 il müddətinə bağlanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ½ pay hissəsi üzərində məhdudiyyətin qoyulub-qoyulmaması barədə vəkil sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ½ hissəsinin üzərində məhdudiyyət qeydə alınmayıb, lakin digər payçı X2 məxsus ½ hissəsinin üzərində Dövlət Təhlükəsizlik Xidmətinin 7/380 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən qoyulmuş qadağa aşkar edilmişdir. Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən aldığımız məlumata əsasən Bakı şəhər Səbail rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə X4 məxsus əmlakların, o cümlədən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur Ərizəyə əlavə edilən çıxarışdan açıq göründüyü kimi, qeyri-yaşayış binasının üzərində ½ pay hissədə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində **********20- 06301 nömrə ilə xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Səbail rayonu İcra şöbəsinin Əmlak Məsələləri Dövlət Xidməti “X5” X9 ünvanladığı 12 dekabr 2023-cü il tarixli 150909/23-16-25 nömrəli sifariş məktubu əsasında “X5” X11 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını 29 iyul 2024- cü il tarixində saat 11:00-da hərraca çıxarmışdır. Bakı şəhəri Səbail rayonu İcra şöbəsi Bakı şəhər Səbail rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə tam payda həbs qoyulduğunu və qeyriyaşayış binasını hərraca çıxardığını bildirmişdir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə səhvən həbs qoyulmuş və İddiaçı əmlakın ona aid ½ pay hissəsinin həbsdən azad edilməsi və qeyri-yaşayış binasının iddiaçıya aid ½ hissəsinin açıq hərraca çıxarılmasının ləğv edilməsi barədə müraciət etmək hüququna malikdirlər. İddiaçı Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı aid ½ hissədə payının həbsdən azad edilməsini və Əmlak Məsələləri Dövlət Xidməti “X5” X11ndə keçirilən hərracın ləğv edilməsini xahiş etsə də, mümkün olmamışdır və bu səbəbdən mübahisənin həllinin mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. X6 müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və ərizədə Bakı Kommersiya Məhkəməsində iddia ərizəsi qaldırılanadək ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyri-yaşayış binasının ona aid ½ pay hissəsi üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi, ipoteka qoyulması, açıq hərracdan satışa çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasının cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, tələbi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun pozulması ilə bağlıdır və tərəflər arasında kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələb və ya hüquqi şəxsin fəaliyyətindən irəli gələn mübahisə mövcud deyildir. Buna görə də hesab edir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə deyil, ümumi məhkəməyə müraciət etməlidir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1571/2022 saylı icra vərəqəsindən görünür ki, Səbaıl rayonu, Abbasqulu Abbaszadə küçəsi 103 ünvanında yerləşən qeyriyaşayış binası... xüsusi müsadirə tətbiq ediilsin və Azərbaycan Respublikasının dövlət nəfinə alınsın. Hökm 06 iyun 2023-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1571/2022 saylı icra vərəqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 18972,2 kv.m. qeyri- yaşayış binasına xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması nəzərdə tutulduğundan, qeyd olunan daşınmaz əmlak üzərində X3 və İddiaçı mülkiyyət hüquqlarına daşınmaz əmlakın dövlət reyestrində (**********20-06301 reyestr nömrəsi) xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi müsadirə edilməli və Azərbaycan Respublikasının dövlət nəfinə alınmalıdır. "xxxx" MMC-nin 0388/23 saylı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının dəyəri 24.703.000 manat təşkil edir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2024-cü il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1571/2022 saylı cinayət işi üzrə icra sənədində göstərilmiş tələblər aydın olmadığından icra sənədinin verilməsi üçün əsas olmuş icra sənədi sayılan sənədin izah olunması, hüquq və qanuni maraqlarına toxunulan şəxs İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarının pozulmasının qarşının alınması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış müraciətə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual qanunverciliyinin tələblərinə əsasən ərizənizdə göstərilən məsələlərə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid edilməmişdir. Əlavə olaraq, İddiaçı məhkəmə hökmü ilə maraqlarına toxunulan şəxs qismində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 24 fevral 2022-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 1(101)-1571/2022 nömrəli hökmündən apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan apellyasiya şikayətinin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı hökmündən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, “cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqeni, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərini, eləcə də ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə müsadirə edilməsini, hökm qanuni qüvvəyə minməklə icraya yönəldilməsini nəzərə alaraq hesab edir ki, hazırda iddianın əmlakın həbsdən azad edilməsinə dair hissəsinə mülki məhkəmə icraatı qaydasında deyil, Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada–cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə baxılıb qiymət verilə bilər. İş materiallarından görünür ki, iddiaçı həmin hökmü qeyd edilən hissədə mübahisələndirmişdir. Bununla yanaşı, iddiaçı ona məxsus ½ pay hissəsinin həbsdən azad edilməsi tələbi ilə yanaşı, həmçinin həmin hissədə payın “X5” X11ndə keçirilən hərracda satışının ləğv edilməsi tələbini də irəli sürmüşdür. Lakin, iddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin əsasını Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən xüsusi müsadirə olunmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı məxsus ½ pay hissəsinin həbsdən azad edilməsi təşkil edir, iddia ümumilikdə məhz əmlakın səhvən müsadirə edilməsinə dair dəlillərlə əsaslandırılmışdır. Belə olan halda, hesab edir ki, hərracın keçirilməsinin ləğvinə dair tələb əmlakın həbsdən azad edilməsi tələbindən törəmə tələbdir və hökmə cinayət mühakimə icraatı qaydasında yuxarı instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə baxılıb qiymət verilmədikcə mülki məhkəmə icraatı qaydasında həmin hissədə də tələbə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. (İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilmişdir.) Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri, Səbail rayon İcra Şöbəsi və Əmlak Məsələləri Dövlət Xidməti “X5” X9 qarşı “icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması və hərracın keçirilməsinin ləğv edilməsi barədə” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 266, 267ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri, Səbail rayon İcra Şöbəsi və Əmlak Məsələləri Dövlət Xidməti “X5” X9 qarşı “icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması və hərracın keçirilməsinin ləğv edilməsi barədə” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1618/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1618/2024
24.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver