Məhkəmə qərarları › İş №e-2(009)-1621/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1621/2022

29.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1621/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada bölünməsi, mümkün olmadıqda kompensasiyanın ödənilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada bölünməsi, mümkün olmadıqda kompensasiyanın ödənilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X1 və onun paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin paylara mütənasib surətdə naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehlərdən iddiaçının xeyrinə ******* manat məbləğində pulun kompensasiya şəklində tutulmaqla qeyri-yaşayış sahəsinin 6/8 hissəsinin cavabdehlərin mülkiyyətinə verilməsi, bu da mümkün olmadıqda qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və əldə olunan pul məbləğinin iddiaçı və cavabdehlər arasında paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə notariat qaydasında təsdiq edilmiş Barışıq Sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında notariat qaydasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddiaçı və cavabdehlər tərəfindən imzalanmış ərizə təqdim edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Tərəflər arasında notariat qaydasında bağlanmış xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi:

1. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına və əldə olunan vəsaitlərin barışıq sazişinin 2-ci bəndində, bu mümkün olmadıqda isə 4-cü bəndində göstərilən qaydada bölüşdürülməsinə razıdırlar.

2. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasından əldə ediləcək məbləğin 67 % (altmış yeddi faiz) hissəsi İddiaçı, 20.5 % (iyirmi tam onda beş faiz) hissəsi Cavabdeh1, 12.5% (on iki tam onda beş faiz) hissəsi Cavabdeh2 veriləcəkdir.

3. Tərəflər öhdələrinə götürürlər ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi hərəkətləri icra edəcəklər.

4. Tərəflərdən hər hansı birinin bu sazişin 3-cü bəndində nəzərdə tutulan hərəkətləri etməkdən birbaşa və ya dolayısıyla imtina etdiyi təqdirdə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi açıq hərracdan satılacaq və bu halda satışdan əldə ediləcək məbləğin 6/8 (səkkizdə altı) hissəsi İddiaçı, 1/8 (səkkizdə bir) hissəsi Cavabdeh1, 1/8 (səkkizdə bir) hissəsi isə Cavabdeh2 veriləcəkdir.

5. Tərəflərdən hər hansı biri hazırkı barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan açıq hərracın keçirilməsindən imtina etdikdə və ya buna digər formada maneə yaratdıqda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və əldə olunan vəsaitin bu barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan qaydada bölüşdürülməsi barədə icra vərəqəsi veriləcəkdir.

6. Tərəflər təsdiq edir ki, hazırkı barışıq sazişinin icra edilməsi ilə tərəflərdən birinin istənilən digər tərəfə və ya tərəflərə qarşı heç bir iddiası, tələbi qalmır və gələcəkdə də bununla bağlı heç bir tələbi, iddiası olmayacaqdır.

7. Tərəflərə Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 262.4-cü maddələrinin tələbləri məlumdur.

8. Hazırkı barışıq sazişi 5 (beş) əsl nüsxədə tərtib olunmuşdur, nüsxələrdən biri sazişi təsdiq edən notariusda, biri Bakı şəhəri Səbail Rayon Məhkəməsində qalan nüsxələr hərəsinə bir nüsxə olmaqla tərəflərdə qalır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, tərəflərin ərizəsini, notariat qaydasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığı və bu Sazişin tərəflərin mənafeyinə uyğun olması qənaətinə gələrək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İ. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında notariat qaydasında bağlanmış xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:

1. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına və əldə olunan vəsaitlərin barışıq sazişinin 2-ci bəndində, bu mümkün olmadıqda isə 4-cü bəndində göstərilən qaydada bölüşdürülməsinə razıdırlar.

2. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasından əldə ediləcək məbləğin 67 % (altmış yeddi faiz) hissəsi İddiaçı, 20.5 % (iyirmi tam onda beş faiz) hissəsi Cavabdeh1, 12.5% (on iki tam onda beş faiz) hissəsi Cavabdeh2 veriləcəkdir.

3. Tərəflər öhdələrinə götürürlər ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi hərəkətləri icra edəcəklər.

4. Tərəflərdən hər hansı birinin bu sazişin 3-cü bəndində nəzərdə tutulan hərəkətləri etməkdən birbaşa və ya dolayısıyla imtina etdiyi təqdirdə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi açıq hərracdan satılacaq və bu halda satışdan əldə ediləcək məbləğin 6/8 (səkkizdə altı) hissəsi İddiaçı, 1/8 (səkkizdə bir) hissəsi Cavabdeh1, 1/8 (səkkizdə bir) hissəsi isə Cavabdeh2 veriləcəkdir.

5. Tərəflərdən hər hansı biri hazırkı barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan açıq hərracın keçirilməsindən imtina etdikdə və ya buna digər formada maneə yaratdıqda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və əldə olunan vəsaitin bu barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan qaydada bölüşdürülməsi barədə icra vərəqəsi veriləcəkdir.

6. Tərəflər təsdiq edir ki, hazırkı barışıq sazişinin icra edilməsi ilə tərəflərdən birinin istənilən digər tərəfə və ya tərəflərə qarşı heç bir iddiası, tələbi qalmır və gələcəkdə də bununla bağlı heç bir tələbi, iddiası olmayacaqdır.

7. Tərəflərə Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 262.4-cü maddələrinin tələbləri məlumdur.

8. Hazırkı barışıq sazişi 5 (beş) əsl nüsxədə tərtib olunmuşdur, nüsxələrdən biri sazişi təsdiq edən notariusda, biri Bakı şəhəri Səbail Rayon Məhkəməsində qalan nüsxələr hərəsinə bir nüsxə olmaqla tərəflərdə qalır.

İİ. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada bölünməsi, mümkün olmadıqda kompensasiyanın ödənilməsi, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılması” tələbinə dair 2(009)-1621/2022 saylı mülki işin icraatına xitam verilsin.

İİİ. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar