Məhkəmə qərarları › İş №e-2(009)-1625/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1625/2024

26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1625/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, verilmiş iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun deyil. Belə ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh2 ASC-ni göstərsə də, iddia ərizəsində ona qarşı hər hansı iddia tələbi irəli sürülməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, elektron məhkəmə informasiya sisteminə daxil olmuş iddia ərizəsində tərəflər bölməsində cavabdeh qismində yalnız Cavabdeh2 ASC-ni göstəriləsə də, ərizənin mətn hissəsində cavabdeh qismində həm Cavabdeh2 ASC-ni, həm də Astara rayon Notariat ofisini göstərmiş, tələbində isə yalnız Astara rayonu notariat ofisi tərəfindən vermiş - ondan və qeyrilərindən cavabdeh "xxxx" ASC xeyrinə 12YASEV166738101 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi 68618,65 manat tutmanın, ipoteka edilmiş ünvan 1 ünvanında olan 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli icra qeydini etibarsız hesab edilməsini xahiş etmişdir. Yəni iddiaçının tələbi yalnız Astara rayon Notariat ofisinə qarşı yönəlmişdir. Hakim qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 ASC-yə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilmədiyindən hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 149.2.3, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair verdiyi iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar