Məhkəmə qərarları › İş №e-2(009)-163/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-163/2025

24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-163/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hası̇ m oğlu cavabdeh "xxxx" Sığorta Şı̇ rkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə **********059 saylı şəhadətnamə əsasında sığortalanmış **-GM-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı minik avtomobilinə sığorta hadisə nəticəsində dəymiş zərərə görə sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Atəşgah Sığorta Şirkəti arasında xx.xx.2023-xx.xx.2024-cü il üçün bağlanmış sığorta müqaviləsinə əsasən istifadəsində olan **-GM-*** Dövlətqeydiyyat nişanlı “Chevrolet Cruze” minik avtomobili “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə **********059 saylı Şəhdətnamə əsasında sığortalanmışdır. İddiaçı, xx.xx.2023-cü il tarixdə, Lahıc-Dəmirçi yolunda “Chevrolet Cruze” minik markalı ** GM *** nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, nəqliyyatvasitəsi idarəçilikdən çıxaraq beton maneəyə çırpılmışdır. Avtomibildən çıxarkən avtomobilin alışdığını görmüşdür. Yoldan keçənlərdən kimsə Yanğından Mühafizə Xidmətinə zəng etdikdən qısa müddətdə yanğın yerinə gələrək yanğını söndürməyə başlamışlar. Yanğın hadisəsi ilə əlaqədar xx.xx.2013-cü il tarixdə X5 AKT, nəqliyyathadisəsinin sxemi, xx.xx.2023-cü il tarixdə X7 Protokolu, xx.xx.2023-cü il tarixdəisə Yanğın haqqında akt tərtib edilmişdir. Eyni zamanda AR DİN-nin İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 102 Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. İsmayıllı RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən 1MK-1/1615 nömrəli məlumat araşdırılması üçün xx.xx.2023-cü il tarixdə X4 İdarəsinə göndərilsə də, sonradan toplanmış material araşdırılması üçün İsmayıllı RPŞ-nə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli, 1MK-1/1615 nömrəli material əsasında xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən İddiaçı əməlində cinayət tərkibi müəyyən edilməmiş,barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti İsmayıllı RPŞ-nin DYPB-nə göndərilmişdir. Qeyd edilən qərar hazırda qanuni qüvvədədir, ləğv edilməmişdir. xx.xx.2024-cü il tarixdə İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən arayış tərtib olunaraq aidiyyəti üzrə Cavabdeh sığorta şikətinə göndərilmişdir. Sığorta şirkəti tərəfindən uzun müddət araşdırmalar aparılmış, danışıqlar və görüşlər keçirilmiş, müxtəlif vədlər verilsə də, sonda hesab etmişlər ki, sığorta hadisəsi olmamışdır. Müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixdə ilkin olaraqbildirilmişdir ki, yanğının baş vermə səbəbləri müəyyən edilməmişdir. Daha sonra bildirilir ki, iş üzrəavtomobildə yanğının başlanaması səbəbini təsdiq edən heç bir sübut olmadığından hadisə sığorta hadisəsi deyildir. xx.xx.2023-cü il tarixli, **********059 saylı şəhadətnaməyə əsasən sığorta məbləği 13000 manat müəyyən edildiyi halda cavabdeh bunu ödəməkdən birtərəfli olaraq imtina edir. Halbuki özləridə hadisə yerində araşdırma aparmış, hadisənin səbəbləri barədə məlumatlıdırlar. Buna görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, iddianın məzmununua uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 17.49 radələrində, İddiaçı nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın barədə FHN-nə məlumat vermiş, DYMH xx.xx.2023-cü il tarixdə X5 Akt, Sxem və şəkillərdən ibarət tərtib edilmiş sənədlər tədqiqat materiallarına əlavə edilməsi üçün X8 DYNİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə, axşam, saat 17.49 radələrində, İddiaçı nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın barədə FHN-nə məlumat vermiş, buna dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli Məlumata əsasən növbədə olan xidmət bölməsi hadisə yerinə getmişdir. Hadisədən bir gün sonra izahatlar alınmış, xx.xx.2023-cü il tarixli X7 protokolu tərtib edilmiş, xx.xx.2023-cü il tarixli Yanğın haqqında AKT tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə, eyni zamanda iddiaçı 102 xidmətinə hadisə barədə məlumat vermiş, daxil olan məlumat İsmayıllı RPŞ TB tərəfindən xx.xx.2023-cü il tarixli məlumatın aidiyyəti üzrə göndəriməsi barədə Qərar qəbul edilərək, xx.xx.2023-cü il tarixdə X8 DYNİ-nə daxil olmuşdur. Toplanmış material yenidən araşdırılması üçün İsmayıllı RPŞ TB-nə geri qaytarılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin balanmasmm rədd olunması barədə Qərar qəbul edilmişdir. Təqdim edilən ilkin etiraz ərizəsinə dair bildirir ki, etirazın məzmunundan və xx.xx.2023-cü il tarixli cavabdehin tərtib etdiyi Raportdan görünür ki, cavabdeh təşkilat hadisə yerində olmuş, heç bir araşdırma aparmamış, hadisədən məlumatlı olduğu halda hadisənin araşdırılması üçün heç bir hərəkət etməmiş, əksinə hadisənin araşdırılmasının nəticəsini gözləmişdir. Cavabdeh daha sonra bildirir ki, yanğının baş vermə səbəbi müəyyən edilməmişdir və AR MM-nin 924-cü maddəsinə istinad etmişdir. Bununla əlaqədar bildirir ki, iddiaçı sığortalı olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lazımi qaydada vaxtında aidiyyəti səlahiyyətli orqanlara hadisə barədə məlumatlar vermişdir. Hətta sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2024-cü il tarixli Arayış İsmayıllı RPŞ tərəfindən cavabdehə göndərilmiş, cavabdeh hərəkətsizlik edərək etirazını bildirməmiş, cavabdehdən heç bir sənəd tələb etməmiş, hadisəni araşdıran İsmayıllı RPŞ və X8 DYNİ-dən heç bir sənəd tələb etməmişdir. Əksinə cavabdehin əraziyə ezam olunan nümayəndələri iddiaçıdan dərhal nəqliyyat vasitəsini ərazidən götürməyi tələb etmişlər, bu barədə heç bir açıqlama verməmişlər, əvəzində isə iddiaçı cavabdehin nümayəndələrinin tələblərini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh iddiaya etirazının hüquqi əsasları olaraq AR MM-nin 924-cü maddəsinə istinad edir. Qeyd edilən maddənin 924.1-ci maddəsinin iddiaçıya ümumiyyətlə aidiyyəti müəyyən edilməmişdir. Belə ki, sığortalıdan tələb etmək hüququ sığortaçıya aiddir və bu hüquqan istifadə etməyə iddiaçı mane olmamışdır. Bu günədək də bu hüququndan iddiaçıya münasibətdə cavabdeh istifadə etməmişdir. Yalnız sığorta pulunun tələbinə dair müraciətə hadisədən 8 ay sonra, xx.xx.2024-cü il tarixdə cavabında olaraq bidlirmişdir ki, yanğının başlanması səbəbi barədə sübut yoxdur. Qeyd edilən məktub iddiaçıya təqdim edilməmiş, nümayəndə olaraq şəxsən yaxınlaşaraq avqust ayında imtina məktubu əlbəəl olaraq sığorta ofisindən əldə edilmişdir. AR MM-924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Bu günədək iddiaçıya qarşı belə bir tələb irəli sürülməmişdir. Əksinə hadisədən 7 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə guya iddiaçıya yazılı cavab yazılmış, qeyd edilən cavab da iddiaçıya təqdim edilməmişdir. Sual olur, hadisədən yeddi ay sonra iddiaçı yanğının baş vermə səbəbini necə müəyyən edə bilərdi. Sığortaçı tərəfindən müstəqil ekspert təyin edilməmiş, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs təyin edilməmiş, sığortaçının özü tərəfindən isə iddiaçıdan hər hansı tələb olmamışdır. Araşdırmanın nəticələrindən cavaabdeh heş bir şikayət verməmiş, İsmayıllı RPİ-nin araşdırmasının nəticəsi ilə razılaşmış, hər hansı qəsd, qərəzli hərəkət müəyyən edilməmişdir. İddiaçının sığorta hadisəsinin baş verməsində təqsiri olmadığı halda, cavabdeh iddiaçıdan iddiaçıya aid olmayan tələb irəli sürür. Bunun əksinə elə cavabdehin istinad etdiyi AR MM 942-ci maddəsinin 2-ci bəndində sığorta şitrkətinin kimdən nəyi tələb etməsi və sorğularına kimlərin cavab vermək vəzifəsinin olması müəyyən edilmişdir ki, bunun iddiaçıya heç bir aidiyyəti yoxdur. Bundan başqa, etirazda cavabdeh iddiaçıdan şübhələnir, yəni hadisənin qəsdən edilməsində ittiham edir, ancaq keçən müddət ərzində heç bir addım atmır, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət vermir, bu barədə xx.xx.2024-cü il tarixdə məktub alır, yenə də hərəkətsizlik edir. Səlahiyyətli orqan tərəfindən arayışın tərtib edilməməsinə görə cavabdehin sığorta ödənişi etməsindən imtina etməsi qanunsuz və əsassızdır. Bundan başqa, hadisənin qəsdən törədilməsindən şübhələnən cavabdeh hesab edir ki, qeydiyyat nömrəsi zədələnməmiş, yerə atılmışdır. Ancaq nədənsə yerə düşdüyü qənaətinə gəlmir. Yerə atıldığı qənaətinə gəlir. Raportda buna dair qeyd belə eləmir. Daha sonra şübhənin əsası budur ki, kamera və radar olmayan yerdə hadisə baş verib. Cavabdeh hesab edir ki, sığorta şirkəti yaranandan kamera və radar sistemləri mövcud olub, bütün hadisələri də kamera və radar sistemi ilə qiymətləndirirlər. Kamera və radar sistem olmayana qədər sığorta olmayıb, işləyə bilməyiblər. Cavabdehin məhkəmə gedişində fikirləşib özünü müdafiə üçün təqdim etdiyi şübhələri İsmayıllı RPİ-nin qərarı ilə məhkəmədən 8 ay əvvəl rədd edilərək, cinayət işinin başlanmasından imtina edilmişdir. Cavabdeh tərəfin məhkəmə gedişi zamanı nəqliyyat vasitəsini qiymətləndirmədiyi yadına düşərək, istəsələr belə, sığorta məbləğini verə bilməyəcəkləri qənaətinə gəlmişdir. Birinicisi, heç kəs cavabdehə nəqliyyat vasitəsini qiymətləndirməyi qadağan etməmişdir. İkincisi, hadisə yerində olan nümayəndələr raport tərtib edərək, nəqliyyat vasitəsinin zədəsi barədə kifayət qədər aydın formada qeydlərini aparmış, hadisə yerindən foto şəkillər çəkilmişdir ki, bu, sığortanın servis xidməti tərəfindən nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanı müəyyən etmək üçün kifayət etmişdir, lakin cavabdeh bunda maraqlı olmamış, hadisə baş verdikdən sonra yanğın hadisəsinin səbəbinin cavabını gözlədiklərini bəhanə edərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Halbuki xx.xx.2024-cü il tarixli İsmayllı RPİ-nin məktubundan sonra artıq yanğın nəticəsi barədə Arayış tərtib edilərək, cavabdehə təqdim edilmişdir. Cavabdeh sığorta hadisəsi ilə bağlı hərəkətsizlik edərək, xx.xx.2024-cü il tarixdə, guya bildirir ki, hələ sığorta işi dayandırılmışdır. Sual olur, qiymətləndirmə keçirməyə kim mane olurdu cavabdehə. İddiaçı müraciət etməsə idi, məhkəməyə cavabdehin nəqliyyat vasitəsini qytmətləndirməsi yada düşəsi deyildi. AR MM 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Lakin etməmişdir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Lakin etməmişdir. 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Təqdim edilmiş, buna dair raport tərtib edilmişdir. 925.5.2. Sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetriməmişdir. 935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz. Göründüyü kimi nəqliyyat vasitəsinin olmaması, mövcud olmaması cavadeh üçün bəhanə hesab edilə bilməz. Cavabdehin bəhanədən ibarət etirazlarının əsassız olduğunu nəzərə alaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC-də “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə **********059 saylı şəhadətnaməsi əsasında sığortalanmış “Chevrolet Cruze” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə İsmayıllı (Lahıc)-Dəmirçi yolunda zərər dəyməsi barədə məlumat verilmişdir. Hadisənin araşdırılması zamanı sığorta hadisəsinin təsdiqi üçün MM-nin 924.2-ci maddəsinin tələblərinə uyğun olaraq sığortaçının səlahiyyətli orqana verdiyi sorğuya cavab olaraq AR İsmayıllı Rayon Polis Şöbəsindən daxil olan 2-4732/24 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilən sənədlərdən (İsmayıllı RPŞ-nin 24 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından, 22 noyabr 2023-cü il tarixli Yanğın aktından) görünür ki, yanğının baş vermə səbəbi müəyyən olunmamışdır. Belə ki, iş üzrə 12 noyabr 2023-cü il tarixli X5 aktda yanğının səbəbi göstərilməmiş, 22 noyabr 2023-cü il tarixli yanğın haqqında aktda isə yanğının baş vermə səbəbi kimi göstərilmişdir ki, “avtomobil sahibinin səmimi etirafından, verdiyi ərizə və izahata əsasən qəza nəticəsində qısa qapanmadan baş verməsi güman edilir”. Baxılan halda, yanğının baş vermə səbəbinin müəyyən edilməsi üçün ekspertiza keçirilmədiyinə görə hadisənin sığorta hadisəsi kimi tanınması mümkün hesab edilmir. AR Mülki Məcəlləsinin 924.1-ci maddəsinə əsasən, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Qeyd olunanlar sığortalıya bildirilərək onun nəzərinə çatdırılmışdır ki, hadisənin sığorta hadisəsi kimi tanınması üçün hadisənin baş vermə səbəbini təsdiq edən, səlahiyyətli orqan tərəfindən tərtib olunan rəyin sığorta şirkətinə təqdim olunması zəruridir. Göründüyü kimi nəqliyyat vasitəsində başlamış yanğının hansı səbəbdən (qısa qapanma,nasazlıq və.s) baş verdiyi müəyyən edilmədiyinə və naməlum səbəbdən yandığına görə qəsdən yandırmasını düşünməyə əsaslı şübhələr yaranmışdır: 1. Nəqliyyat vasitəsinin bütün hissələri tamamilə yansa da, dövlət qeydiyyat nömrəsinin əks olunduğu lövhə yanğından heç bir zərər görməmiş, ümumiyyətlə hadisə zamanı nəqliyyat vasitəsinin üzərində olmamış, hadisə baş verən ərazidə yerə atılmış vəziyyətdə tapılmışdır. 2. Yanğın hadisənin radar və kameralar olmayan, nəqliyyat vasitələrinin daha az hərəkət etdiyi yolda yanması və.s. Göründüyü kimi qeyd olunan halın, yəni yanğının sığorta hadisə kimi tanınmasına maneələr yaranmış, bu da nəticədə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas yaratmışdır. Buna görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, yanğın baş verdikdən sonra hadisə yerinə getmiş sığorta əməkdaşı tərəfindən hadisə barədə tərtib edilmiş raportda da yanğının səbəbinin araşdırıldığı qeyd olunmuşdur. Lakin aydın olur ki, yanğının baş vermə səbəbinin müəyyən olunmasında bu günə qədər sığortalı özü də maraqlı olmamışdır. Tərəflərindən sığortalıya dəfələrlə şifahi şəkildə bildirilməsinə, 26 iyun 2024-cü il tarixli məktubla hadisənin sığorta hadisəsi kimi tanınması və sığorta ödənişinin hesablanıb verilməsi üçün yanğının baş vermə səbəbi müəyyən olunmasının vacib olduğu bildirilməsinə baxmayaraq, sığortalı tərərfindən bu istiqamətdə heç bir addım atılmamışdır. Hadisənin sığorta hadisəsi olduğu təsdiq edildikdən sonra sığortaçı tərəfindən nəqliyyat vasitəsi tam məhv olduğuna görə qalıqları qiymətləndirilməli və həmin qalıqlara münasibətdə sığortaçının öz seçimi əsasında sığorta ödənişi vermək hüququ yaranırdı. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”-nın 33.2.2-ci maddəsinə əsasən, avtomobilin tam məhv olması, yaxud oğurlanması və ya qaçırılması halında Sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi həyata keçirilir. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq, həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. Sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsini həyata keçirmək. Baxılan halda sığortalı şəxs nəqliyyat vasitəsini satmaqla həm yanğının baş vermə səbəbinin mütəxəssislər tərəfindən müəyyən edilməsinə mane olmuş, həm də sığortaçını hadisənin sığorta hadisəsi kimi təsdiq ediləcəyi halda qalıq dəyərinin müəyyən olunması və qalıqlara münasibətdə hüquqlarından istifadə etmək və sığorta ödənişini müəyyənləşdirmək hüququndan məhrum etmişdir. İddiaçı Hası̇ m oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, o məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakının olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan İsmayıllı RPŞ-nin TB-nin RPİ-nin TŞ-nin təhqiqatçısı Q.Aslanlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış MK-1/1615 nömrəli material üzrə İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədliyinə görə barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti İddiaçı Haşim oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün İsmayıllı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində, ona məxsus “Chevrolet Cruze” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı (Lahıc)-Dəmirçi avtomobil yolunun 12-ci kilometrliyində föngə hissədə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq idarə etdiyi avtomobili yolun kənarında olan beton maneəyə vermuş, nəticədə avtomobilin mühərrik hissəsində alışma başlamış və avtomobil tamamilə yanmışdır. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, Q-AP-2024 0459 nömrəli məktubdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, yanğın nəticəsində onun idarə etdiyi avtomobil yanaraq tam məhv olmuşdur. Sığorta hadisəsinin təsdiqi üçün MM-nin 924.2-ci maddəsinin tələblərinə uyğun olaraq sığortaçının səlahiyyətli orqana verdiyi sorğuya cavab olaraq AR ismayıllı Rayon Polis Şöbəsi tərəfindən daxil olan 2-4732/24 saylı xx.xx.2024-cü il tarixli məktuba əlavə edilən sənədlərdən (İsmayıllı RPŞ-nin 24 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından, 22 noyabr 2023-cü il tarixli yanğın aktından) görünür ki, yanğının baş vermə səbəbi müəyyən olunmamışdır. İş üzrə yanğın aktında qeyd olunur ki, “avtomobil sahibinin səmimi etirafından, verdiyi ərizə və izahata əsasən qəza nəticəsində qısa qapanmadan baş verməsi güman edilir". Baxılan halda, iş üzrə avtomobildə yanğının başlanması səbəbini təsdiq edən heç bir sübut olmadığına görə hadisənin sığorta hadisəsi kimi tanınması mümkün hesab edilmir. AR Mülki Məcəlləsinin 924.1-ci maddəsinə əsasən, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin :aş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi -çün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Qeyd olunanları onun nəzərinə çatdıraraq bildirilir ki, hadisənin sığorta hadisəsi kimi tanınması üçün hadisənin baş vermə səbəbini təsdiq edən, səlahiyyətli orqan tərəfindən tərtib olunan arayışın sığorta şirkətinə təqdim olunması zəruridir. Beləliklə, yuxarıda qeyd olunan sənəd sığorta şirkətinə təqdim edilənədək 193804 saylı vəsatət üzrə sığorta işinin araşdırılması dayandırılmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi barədə məlumatdan görünür ki, İddiaçı ilə cavabdeh Atəşgah Sığorta Şirkəti arasında xx.xx.2023-xx.xx.2024-cü il üçün bağlanmış sığorta müqaviləsinə əsasən istifadəsində olan **-GM-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik avtomobili “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə **********059 saylı Şəhdətnamə əsasında 13000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan X2 Yanğın Nəzarəti İdarəsinin inspektoru Bəhruz Səmədov tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli Yanğın haqqında Aktdan görünür ki, xx.xx.2013-cü il tarixdə İsmayıllı rayon Lahıc-Dəmirçi yolunun 12-ci km-də İddiaçı Haşim oğluna məxsus “Chevrolet Cruze” markalı dövlət qeydiyyat nişanı **-GM-*** olan minik avtomobilində baş vermiş yanğın nəticəsində avtomobil tamamilə yanaraq məhv olmuşdur. Yanğın nəticəsində vətəndaşa 13500 manat maddi ziyan dəymişdir. İş materiallarında olan 87 nömrəli YMB-nin 3-cü YN rəisi köməkçisi Asəf Səfərəliyev tərəfindən AR FHN X3 Xidməti İsmayıllı rayon DYMH-nin rəisi İlkin Cəfərova ünvanlanmış xx.xx.2023-cü il tarixli Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə xidmətin növbədə olarkən, saat 17:49 radələrində, bölmənin telefonuna zəng vurularaq bildirildi ki, Lahıc-Dəmirçi yolunda İddiaçı məxsus **-GM-*** qeydiyyat nömrəli “Chevrolet Cruze” avtomobili yanır. Onlar dərhal 17:50-də xidmətin çıxışda olan əsas yanğın avtomobili Kamaz (43265) və 7 nəfər şəxs heyətilə yanğın yerinə yollandılar. 18:08 radəsində yanğın yerinə çatdılar. Bu zamanda avtomobil bütövlükdə açıq alovla yanırdı. Dərhal döyüş açılışı açılaraq 2 ədəd “B” lüləsi verildi. Yanğın nəzarətə alınaraq 18:10 radəsində məhdudlaşdırıldı. 18:14 radəsində yanğın tam söndürülərək ləğv edildi. Yanğın zamanı avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Yanğın baş vermə səbəbi araşdırılır. Bədbəxt hadisə və ya xəsarət alan yoxdur. Ərazini təhlükəsiz vəziyyətə gətirərək 19:00 raədəsində dislokasiya yerinə qayıtdılar. İş materiallarında olan AR FHN X4 Xidmətinin xx.xx.2023-cü il tarixli X7 Protokolundan görünür ki, 12 noyabr 2013-cü il tarixdə, təxminən 17:25 radələrində İsmayıllı rayon Lahıc-Dəmirçi yolunda İddiaçı Haşim oğluna məxsus “Chevrolet Cruze” markalı dövlət qeydiyyat nişanı **-GM-*** olan minik avtomobilində yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi İsmayıllı rayon Lahıc-Dəmirçi yolunda Dəmirçi istiqamətində hərəkət edən zaman baş vermişdir. Hadisə baş verən ərazi rayon mərkəzindən 35 km aralıda İsmayıllı rayonunun şimal-şərq istiqamətində Lahıc qəsəbəsi ərazisində yerləşir. Hadisə yerinin müayinəsi zamanı aşkar olundu ki, **-GM-*** nömrəli minik nəqliyyat vasitəsihərəkətdə olarkən yolun şərq hissəsində beton maneəyə çırpılmış vəziyyətdə tamamilə yanmış vəziyyətdə qalmışdır. Müayinə zamanı avtomobilin sol ön hissəsində əzinti izləri aşkar olundu. Yanğının ilk baş vermə yeri, onun onun yayılma istiqamətlərini müəyyən etmək məqsədilə X7 keçirən zaman aşkar olundu ki, yanğın ilk dəfə minik avtomobilinin mühərrik hissəsində baş vermişdir. Alov minik avtomobilinin kabinasına genişlənərək yanaraq tamamilə məhv etmişdir. İş materiallarında olan “X1” MMC-nin 12 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, 2013-cü il buraxılışlı, “Chevrolet Cruze” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə baş vermiş yanğın hadisəsindən öncə istismar üçün yararlılıq vəziyyətinə uyğun təqribi dəyəri 10923,00 (on min doqquz yüz iyirmi üç) manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx.xx.2023cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 17:49 radələrində, İddiaçı nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın barədə FHN-nə məlumat vermiş, DYMH xx.xx.2023-cü il tarixdə X5 Akt, Sxem və şəkillərdən ibarət tərtib edilmiş sənədlər tədqiqat materiallarına əlavə edilməsi üçün X8 DYNİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə, axşam, saat 17.49 radələrində, İddiaçı nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın barədə FHN-nə məlumat vermiş, buna dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli Məlumata əsasən növbədə olan xidmət bölməsi hadisə yerinə getmişdir. Hadisədən bir gün sonra izahatlar alınmış, xx.xx.2023-cü il tarixli X7 protokolu tərtib edilmiş, xx.xx.2023-cü il tarixli Yanğın haqqında AKT tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə, eyni zamanda iddiaçı 102 xidmətinə hadisə barədə məlumat vermiş, daxil olan məlumat İsmayıllı RPŞ TB tərəfindən xx.xx.2023-cü il tarixli məlumatın aidiyyəti üzrə göndəriməsi barədə Qərar qəbul edilərək, xx.xx.2023-cü il tarixdə X8 DYNİ-nə daxil olmuşdur. Toplanmış material yenidən araşdırılması üçün İsmayıllı RPŞ TB-nə geri qaytarılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin balanmasmm rədd olunması barədə Qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli cavabdehin tərtib etdiyi Raportdan görünür ki, cavabdeh təşkilat hadisə yerində olmuş, heç bir araşdırma aparmamış, hadisədən məlumatlı olduğu halda hadisənin araşdırılması üçün heç bir hərəkət etməmiş, əksinə hadisənin araşdırılmasının nəticəsini gözləmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirməklə məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və əlavədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alınmalı olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi təmin edilməli və Cavabdeh Sığorta Şirkəti ASC-dən dəymiş zərərə görə 10923 manat tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Sığorta Şirkəti ASC-dən iddiaçının xeyrinə 10923 manat maddi ziyan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən İddiaçı Haşim oğlunun xeyrinə 10923 (on min doqquz yüz iyirmi üç) manat məbləğində sığorta ödənişi tutulsun. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq “X1” MMC-nin aşağıdakı hesabına köçürülsün: VÖEN:**********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod: 513489, M/h AZ80NABZ********************, SWİFT: BRESAZ22. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar