Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1635/2025 24.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «işgüzar nüfuzun qorunması və qanuni fəaliyyətinə müdaxilənin qarşısının alınmasın» tələbinə dair iddia ərizəsi iddiaçı Cavabdeh X7 qarşı «cavabdehin yaratdığı normadan artıq səs küyün qarşısının alınması üçün səs-izolyasiya materiallarından istifadə etməklə ortaq divarın üzlənməsinin həyata keçirilməsi və s.» qarşılıqlı iddia ərizəsi üzrə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «işgüzar nüfuzun qorunması və qanuni fəaliyyətinə müdaxilənin qarşısının alınmasın» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzilində aparılmış müvafiq səs-küyün ölçülməsi sınağından sonra və ona əsasən, «Latino Pub» KAfesində izolyasiya işləri aparılması tarixindən sonra cavabdehin etdiyi şikayətlərin əsassız və qanunsuz sayılması, qanunvericiliyin pozulması baş verdiyini əks etdirən, məişət səs-küyün yoxlanılmasına dair yeni akt əldə etmədən cavabdehin bu qəbildən şikayətlər verməsindən çəkinməsi, cavabdehin verdiyi şikayətlər nəticəsində günlük dövriyyənin azalmasına səbəb olan və iddiaçıya zərər vurulduğuna görə əldən çıxmış faydaya görə 1500 manat zərərin cavabdehdən tutularaq iddiaçıay ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Mir-X1 Hafiz Azər oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yaratdığı normadan artıq səs küyün qarşısının alınması üçün səs-izolyasiya materiallarından istifadə etməklə ortaq divarıq izlənməsinin həyata keçirilməsi, istirahət hüququnun pozulması və sağlamlıqlarına dəyən zərərin, o cümlədən mənəvi zərərin əvəzi olaraq 10000 (on min manat) manat pul vəsaiti X5 tutularaq Cavabdeh ödənilməsi, mənzilin qarşısında yerləşən mətbəx kimi istifadə olunan qanunsuz tikilinin sökülməsi, saat 24:00-dək qanunvericiliklə müəyyən olunmuş normadan artıq səsin, saat 24:00-dan 07:00-dək isə hər hansı fəaliyyətinin cavabdehə qadağan edilməsi, hazırki məhkəmə mübahisəsi ilə əlaqədar bütün məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki,müvəkkili icarə müqaviləsinə xitam verdiyinə və cavabdeh ilə qonşuluğu paylaşdığı daşınmaz obyektdən çıxdığına görə, hazırda baxılan mübahisəni davam etdirməkdə maraqlı deyil. AR MPMnin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, X8 icarə müqaviləsinə xitam verdiyi üçün, hazırki mərhələdə hər hansı bir narahatçılıq yoxdur. Odur ki, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin, həmçinin ödəniş dövlət rüsumunun geri qaytarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin nümayəndəsi və vəkilləri iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «işgüzar nüfuzun qorunması və qanuni fəaliyyətinə müdaxilənin qarşısının alınması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) ona geri qaytarılsın. Qarşılıqlı iddiaçı Cavabdeh X7 qarşı «cavabdehin yaratdığı normadan artıq səs küyün qarşısının alınması üçün səs-izolyasiya materiallarından istifadə etməklə ortaq divarın üzlənməsinin həyata keçirilməsi və s.» qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün cavabdeh X8 tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1635/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1635/2025
24.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver