Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1673/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatda xidmət etdiyi zaman onun yaşadığı yer şəraitsiz və nəmişlik ərazi olduğundan xəstəlik qazanmış, bu səbəbdən maddi və mənəvi ziyan çəkmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin aşağıdakı əsaslara görə icraata qəbulundan imtina edilməlidir. Hakim qeyd edir ki, iddiaçının tələbi cavabdehin hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti inzibati orqandır. Hakim qeyd edir ki, iddiaçının inzibati orqanın hərəkətləri ilə bağlı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqədar tələbinə ixtisaslaşdırılmış məhkəmədə - inzibati məhkəmədə baxılmalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 5.1-ci bəndinə əsasən İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. X1 7.1-ci bəndinə əsasən inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır AR İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hakim izah edir ki, iddiaçı inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı müvafiq inzibati məhkəməsinə müraciət edə bilər. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, və 153.2.1, 153.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı müvafiq inzibati məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən “X2” vasitəsilə Səbail rayon məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş dövlət rüsumu – 105 (yüz beş) manat (qəbz nömrəsi **********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1673/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1673/2025
04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver