Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1674/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, X1 iştirakları ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və məlumatların təkzib olunması tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MTK-ya qarşı məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış binası inşa etmişdir. Həmin binanın sahə mülkiyyətçiləri tərəfindən “ünvan 5ştərək Cəmiyyəti (MMMC) təsis edilmişdir. Hazırkı cavabdehlər qeyd edilən MMMC-nin idarə heyətinin üzvləri olaraq ünvan 1 ünvanında yerləşən yaşayış binasının blokların giriş hissələrində, eləcə də mənzillərin giriş qapılarında elan yerləşdirmiş və elanda yalan olduğunu bilə-bilə MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumat yaymışlar. Belə ki, həmin elanın 6-cı bəndində MTK barəsində qeyd etmişlər: “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...”. İddiaçı Bakı şəhəri Səbail rayon prokuroru cənab Natiq Əsədova 028/23 nömrəli, xx.xx.2023-cü il tarixli sorğu ilə müraciət edərək, İddiaçı MTK-ya qarşı hər hansı cinayət işinin başlanılmasına dair məlumatın verilməsi xahiş edilmişdir. Bakı şəhəri Səbail rayon prokurorunun müavini cənab Ədalət Aslanovun 04/23-25 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı MTK-ya qarşı rayon prokurorluğunda cinayət işinin istintaqı və ya material üzrə araşdırılma aparılmamışdır. Göründüyü kimi, cavabdehlər MTK barəsində yaydıqları məlumatlar həqiqətə uyğun deyildir. Cavabdehlər bu yalan məlumatı yaymaqla cəmiyyət və yaxud ayrı-ayrı qruplar və ya şəxslər arasında MTK barəsində mənfi rəy yaratmışlar. AR Ali Məhkəmənin Plenumunun xx.xx.1999-cu il tarixli 4 saylı Qərarına əsasən məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. İddiaçının işgüzar nüfuzunun qorunması, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. Hesab edirlər ki, işgüzar nüfuz hər bir təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Qeyd edilənlərə rəğmən MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərəri 50.000 manat məbləğində qiymətləndirərək hesab edirlər ki, iddia təmin edilməlidir. Bundan əlavə, iddiaçı məhkəmədə mülki hüquqların müdafiə edilməsi və pozulması hüququnu bərpa etmək üçün vəkilin göstərdiyi yardıma görə 270 manat xərc çəkmişdir və hesab edirlər ki, qeyd edilən xərcin və eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində 50.000 manat məbləğində vurulmuş zərərin, eləcə də vəkil xərcinin 270 manat və 240 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MTK AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində 50.000 manat məbləğində vurulmuş zərərin, eləcə də 270 manat vəkil xərcinin və 240 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsi, ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış binasının bütün bloklarının giriş hissələrində, eləcə də bütün mənzillərin giriş qapılarında elan yerləşdirərək aşağıdakı qaydada təkzib etmək bütün cavabdehlərin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: ““ünvan 5ştərək cəmiyyəti olaraq İddiaçı MTK barədə cinayət işinin başlanması barədə bundan əvvəl yerləşdirdiyimiz məlumatları təkzib edirik”. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MTK-ya qarşı məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016c il 25 fevral tarixli 86 nömrəli qərarına əsasən qeyd edilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qərara alınmışdır. Bu qərara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən qəzalı vəziyyətdə bina sökülərək onun yerində İddiaçı (MTK) tərəfindən çoxmənzilli yaşayış binası inşa edilmiş və 2019-cu ildə istismara verilmişdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ xeyli müddət əvvəl mənzil-tikinti kooperativinin üzvlərinə keçməsinə baxmayaraq, MTK mənzil qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq özünü ləğv etməmiş və MMMC-yə çevrilməmişdir. Hətta barəsində binada mövcud olaraq yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimənin tətbiq edilmə riski belə MTK-nı mənzil qanunvericiliyinin tələblərinə riayət etməsinə məcbur edə bilməmişdir. Sözügedən binanın idarə edən MTK-nın idarəetmə ilə bağlı lazımi keyfiyyətlərə malik olmaması, binanın problemlərinə biganəliyi, sakinlərin iradlarına laqeyd yanaşılması, sakinlərlə kobud rəftar edilməsi, fəaliyyətinin şəffaflığının olmaması və sair bu kimi neqativ məqamlar öz nəticəsini tez bir zamanda göstərmiş, binada mövcud olan problemlər öz həllini tapmaq əvəzinə daha da dərinləşmiş və nəticədə sakinlərin böyük bir hissəsinin haqlı narazılığına səbəb olmuşdur. Binada olan vəziyyət mənzil mülkiyyətçilərinin ümumi maraqlarına zidd olduğundan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarından istifadə edilməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) təsis edilməsi barədə qərar qəbul edilmiş və bunun nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMMC qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır (qeydiyyat No1123-MM10- 0284). Dövlət qeydiyyatına alındıqdan sonra "xxxx" MMMC İddiaçı MTK-ya məktubla müraciət edərək xx.xx.2023-cü il tarixədək təhvil-təslim prosesinə başladılmasını xahiş etsə də, bu müraciət cavabsız qalmış, keçirilmiş görüşlər zamanı isə MTK sədri idarəçiliyi MMMC-yə təhvil vermək niyyətində olmadığını bildirmişdir. Mənzil mülkiyyətçiləri tərəfindən MMMC-nin təsis edilməsindən sonra MTK MMMC-nin üzvlərinə, xüsusən də cəmiyyətin sədrinə və onun kimi aktiv iştirakçılarına qarşı faktiki olaraq müharibə elan etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq binanı idarə etməli olan MMMC-nin elan lövhəsinə vurulan elanları çox operativ şəkildə qopardılır (ehtimal edirlər ki, MTK-nın nümayəndələri tərəfindən qopardılır). MMMC-nin İdarə Heyətinin üzvlərinə qarşı qarayaxma kompaniyası aparılır, onların iş yerlərinə müxtəlif şikayətlər yazılır, sakinlərdən fərqlifərqli adla imza toplamaqla həmin imzalardan cəmiyyətə qarşı şikayətlərdə istifadə edilir və cəmiyyətin fəaliyyət göstərməsinə mümkün olan bütün vasitələrlə maneə olurlar. MTK-nın ona və cəmiyyətin digər aktiv üzvlərinə qarşı verdiyi “işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi də onlara qarşı aparılan böhtan kampaniyasının tərkib hissəsidir. Aydın məsələdir ki, MTK-nın məqsədi MMMC-nin aktiv iştirakçılarına problemlər yaratmaqla onları məsələlərdən kənarlaşdırmaq, istənilən yolla binanın idarəçiliyini özlərində saxlamaqdır. Mənzil mülkiyyətçiləri ilə MTK arasında olan problemlər mətbuatda da geniş işıqlandırılmışdır. Bunların bir neçəsinə keçid linkləri aşağıdakılardır: https://youtu.be/gW5189jpDjE, https://oxu.az/society/650100. xx.xx.2023-cü il tarixli 042/23 saylı iddia ərizəsində iddia tələbinin əsası kimi təqdim etdiyi elanın “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb” ifadəsi ilə bağlı MTK X14, Cavabdeh1, Cavabdeh3 Söhrab oğlu, Həşimov Emil, Cavabdeh2, X15 və Tutayuk Fuadın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında şikayət vermişdir. Səbail rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 302.1.3-cü, 302.1.6-cı, 302.1.7-ci, 302.2.3-cü maddələrini və MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsasın olmamasını qeyd edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlərin İddiaçı Mənzil Tikinti Kooperativə geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli 1(009)-226/2023 saylı qərar qəbul edilmişdir. MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq şikayəti vermiş şəxsin şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması anlamına gəlir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(009)-226/2023 saylı qərarı preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşgüzar nüfuz – şəxsin (fiziki və ya hüquqi) təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiyyətlərinə cəmiyyət (kollektiv, təşkilatlar) tərəfindən verilən qiymətdir. İşgüzar nüfuzun müdafiəsi təşkilatın cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşğların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İşgüzar nüfuz təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Göründüyü kimi mənzil-tikinti kooperativləri biznes qurumumları kimi nəzərdən keçirilməməli, onlar üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi həyata keçirib, həmin binanı qısa müddətdə idarə edib ləğv edilməlidir. Hesab edirlər ki, mənzil qanunvericiliyinin tələblərinə əməl etməyən MTK-lara münasibətdə "xxxx" anlayışının tətbiq edilməsi düzgün deyil və MTK-nın hazırki mövcudluğu belə qanunsuz olduğundan onun hər hansı işgüzar nüfuzundan söhbət gedə bilməz. MTK tərəfindən onların Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında verdiyi əsassız şikayət, MTK tərəfindən AR Daxili İşlər Nazirliyinə, surəti isə Bakı şəhər Baş Polis İdarəsinə, Bakı şəhər Səbail rayon Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinə ünvanladığı əsassız, şər və böhtanlarla dolu xx.xx.2023-cü il tarixli 036/23 nömrəli şikayət ərizəsi (ərizədə MTK onu və cəmiyyətin digər aktiv üzvlərini dəstə adlandırır, onları ictimai asayışın pozan və normal həyat fəaliyyətinə təhlükə yaradan şəxslər kimi qələmə verir, sakinlərin rahatçılığını pozmaqda, sakinləri piket və mitinq keçirməyə çağıraraq onları ayağa qaldırmağa və xırda xuliqanlıq etməyə sövq etməkdə ittiham edir) onların şərəf və ləyaqətləri ləkələyən yalan məlumatlardır. MTK-nın qanunazidd davranışları nəticəsində o, mənəvi sarsıntı, iztirab və qorxu hissi yaşamış və bu sarsıntılar hazırda da onun normal həyat və iş fəaliyyətinə mənfi təsir göstərməkdədir.Şəxsin öz mənzil hüquqlarını bilməsi və bu hüquqların həyata keçirilməsini tələb etməsi MTK tərəfindən ona neqativ damğanın vurulması üçün əsas deyil. Onların istədikləri yalnız və yalnız MTK tərəfindən qanunvericiliyin, xüsusən də mənzil qanunvericiliyinin tələblərinə əməl edilməsinə nail olmaqdır. O, MTK-nın qeyri-qanuni hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 3000 manat həcmində qiymətləndirir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və ya işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 manat məbləğində vəsaitin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016c il 25 fevral tarixli 86 nömrəli qərarına əsasən qeyd edilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qərara alınmışdır. Bu qərara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən qəzalı vəziyyətdə bina sökülərək onun yerində İddiaçı (MTK) tərəfindən çoxmənzilli yaşayış binası inşa edilmiş və 2019-cu ildə istismara verilmişdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ xeyli müddət əvvəl mənzil-tikinti kooperativinin üzvlərinə keçməsinə baxmayaraq, MTK mənzil qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq özünü ləğv etməmiş və MMMC-yə çevrilməmişdir. Hətta barəsində binada mövcud olaraq yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimənin tətbiq edilmə riski belə MTK-nı mənzil qanunvericiliyinin tələblərinə riayət etməsinə məcbur edə bilməmişdir. Sözügedən binanın idarə edən MTK-nın idarəetmə ilə bağlı lazımi keyfiyyətlərə malik olmaması, binanın problemlərinə biganəliyi, sakinlərin iradlarına laqeyid yanaşılması, sakinlərlə kobud rəftar edilməsi, fəaliyyətinin şəffaflığının olmaması və sair bu kimi neqativ məqamlar öz nəticəsini tez bir zamanda göstərmiş, binada mövcud olan problemlər öz həllini tapmaq əvəzinə daha da dərinləşmiş və nəticədə sakinlərin böyük bir hissəsinin haqlı narazılığına səbəb olmuşdur. Binada olan vəziyyət mənzil mülkiyyətçilərinin ümumi maraqlarına zidd olduğundan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarından istifadə edilməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) təsis edilməsi barədə qərar qəbul edilmiş və bunun nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMMC qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır (qeydiyyat No1123-MM10- 0284). Dövlət qeydiyyatına alındıqdan sonra "xxxx" MMMC İddiaçı MTK-ya məktubla müraciət edərək xx.xx.2023-cü il tarixədək təhvil-təslim prosesinə başladılmasını xahiş etsə də, bu müraciət cavabsız qalmış, keçirilmiş görüşlər zamanı isə MTK sədri idarəçiliyi MMMC-yə təhvil vermək niyyətində olmadığını bildirmişdir. Mənzil mülkiyyətçiləri tərəfindən MMMC-nin təsis edilməsindən sonra MTK MMMC-nin üzvlərinə, xüsusən də cəmiyyətin sədrinə və onun kimi aktiv iştirakçılarına qarşı faktiki olaraq müharibə elan etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq binanı idarə etməli olan MMMC-nin elan lövhəsinə vurulan elanları çox operativ şəkildə qopardılır (ehtimal edirlər ki, MTK-nın nümayəndələri tərəfindən qopardılır). MMMC-nin İdarə Heyətinin üzvlərinə qarşı qarayaxma kompaniyası aparılır, onların iş yerlərinə müxtəlif şikayətlər yazılır, sakinlərdən fərqlifərqli adla imza toplamaqla həmin imzalardan cəmiyyətə qarşı şikayətlərdə istifadə edilir və cəmiyyətin fəaliyyət göstərməsinə mümkün olan bütün vasitələrlə maneə olurlar. MTK-nın ona və cəmiyyətin digər aktiv üzvlərinə qarşı verdiyi “işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi də onlara qarşı aparılan böhtan kampaniyasının tərkib hissəsidir. Aydın məsələdir ki, MTK-nın məqsədi MMMC-nin aktiv iştirakçılarına problemlər yaratmaqla onları məsələlərdən kənarlaşdırmaq, istənilən yolla binanın idarəçiliyini özlərində saxlamaqdır. Mənzil mülkiyyətçiləri ilə MTK arasında olan problemlər mətbuatda da geniş işıqlandırılmışdır. Bunların bir neçəsinə keçid linkləri aşağıdakılardır: https://youtu.be/gW5189jpDjE, https://oxu.az/society/650100. xx.xx.2023-cü il tarixli 042/23 saylı iddia ərizəsində iddia tələbinin əsası kimi təqdim etdiyi elanın “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb” ifadəsi ilə bağlı MTK X14, Cavabdeh1, Cavabdeh3 Söhrab oğlu, Həşimov Emil, Cavabdeh2, X15 və Tutayuk Fuadın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında şikayət vermişdir. Səbail rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 302.1.3-cü, 302.1.6-cı, 302.1.7-ci, 302.2.3-cü maddələrini və MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsasın olmamasını qeyd edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlərin İddiaçı Mənzil Tikinti Kooperativə geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli 1(009)-226/2023 saylı qərar qəbul edilmişdir. MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq şikayəti vermiş şəxsin şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması anlamına gəlir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(009)-226/2023 saylı qərarı preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşgüzar nüfuz – şəxsin (fiziki və ya hüquqi) təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiyyətlərinə cəmiyyət (kollektiv, təşkilatlar) tərəfindən verilən qiymətdir. İşgüzar nüfuzun müdafiəsi təşkilatın cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İşgüzar nüfuz təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Göründüyü kimi mənzil-tikinti kooperativləri biznes qurumumları kimi nəzərdən keçirilməməli, onlar üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi həyata keçirib, həmin binanı qısa müddətdə idarə edib ləğv edilməlidir. Hesab edirlər ki, mənzil qanunvericiliyinin tələblərinə əməl etməyən MTK-lara münasibətdə "xxxx" anlayışının tətbiq edilməsi düzgün deyil və MTK-nın hazırki mövcudluğu belə qanunsuz olduğundan onun hər hansı işgüzar nüfuzundan söhbət gedə bilməz. MTK tərəfindən onların Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında verdiyi əsassız şikayət, MTK tərəfindən AR Daxili İşlər Nazirliyinə, surəti isə Bakı şəhər Baş Polis İdarəsinə, Bakı şəhər Səbail rayon Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinə ünvanladığı əsassız, şər və böhtanlarla dolu xx.xx.2023-cü il tarixli 036/23 nömrəli şikayət ərizəsi (ərizədə MTK onu və cəmiyyətin digər aktiv üzvlərini dəstə adlandırır, onları ictimai asayışın pozan və normal həyat fəaliyyətinə təhlükə yaradan şəxslər kimi qələmə verir, sakinlərin rahatçılığını pozmaqda, sakinləri piket və mitinq keçirməyə çağıraraq onları ayağa qaldırmağa və xırda xuliqanlıq etməyə sövq etməkdə ittiham edir) onların şərəf və ləyaqətləri ləkələyən yalan məlumatlardır. MTK-nın qanunazidd davranışları nəticəsində o, mənəvi sarsıntı, iztirab və qorxu hissi yaşamış və bu sarsıntılar hazırda da onun normal həyat və iş fəaliyyətinə mənfi təsir göstərməkdədir.Şəxsin öz mənzil hüquqlarını bilməsi və bu hüquqların həyata keçirilməsini tələb etməsi MTK tərəfindən ona neqativ damğanın vurulması üçün əsas deyil. Onların istədikləri yalnız və yalnız MTK tərəfindən qanunvericiliyin, xüsusən də mənzil qanunvericiliyinin tələblərinə əməl edilməsinə nail olmaqdır. O, MTK-nın qeyri-qanuni hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 3000 manat həcmində qiymətləndirir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və ya işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 manat məbləğində vəsaitin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016c il 25 fevral tarixli 86 nömrəli qərarına əsasən qeyd edilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qərara alınmışdır. Bu qərara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən qəzalı vəziyyətdə bina sökülərək onun yerində MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən çoxmənzilli yaşayış binası inşa edilmiş və 2019-cu ildə istismara verilmişdir. Binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ xeyli müddət əvvəl mənzil-tikinti kooperativinin üzvlərinə keçməsinə baxmayaraq, MTK mənzil qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq özünü ləğv etməmiş və MMMC-yə çevrilməmişdir. Hətta barəsində binada mövcud olaraq yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimənin tətbiq edilmə riski belə MTK-nı mənzil qanunvericiliyinin tələblərinə riayət etməsinə məcbur edə bilməmişdir. Sözügedən binanın idarə edən MTK-nın idarəetmə ilə bağlı lazımi keyfiyyətlərə malik olmaması, binanın problemlərinə biganəliyi, sakinlərin iradlarına laqeyid yanaşılması, sakinlərlə kobud rəftar edilməsi, fəaliyyətinin şəffaflığının olmaması və sair bu kimi neqativ məqamlar öz nəticəsini tez bir zamanda göstərmiş, binada mövcud olan problemlər öz həllini tapmaq əvəzinə daha da dərinləşmiş və nəticədə sakinlərin böyük bir hissəsinin haqlı narazılığına səbəb olmuşdur. Binada olan vəziyyət mənzil mülkiyyətçilərinin ümumi maraqlarına zidd olduğundan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarından istifadə edilməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) təsis edilməsi barədə qərar qəbul edilmiş və bunun nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMMC qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır (qeydiyyat No1123-MM10-0284). Dövlət qeydiyyatına alındıqdan sonra "xxxx" MMMC İddiaçı MTK-ya məktubla müraciət edərək xx.xx.2023-cü il tarixədək təhvil-təslim prosesinə başladılmasını xahiş etsə də, bu müraciət cavabsız qalmış, keçirilmiş görüşlər zamanı isə MTK sədri idarəçiliyi MMMC-yə təhvil vermək niyyətində olmadığını bildirmişdir. Mənzil mülkiyyətçiləri tərəfindən MMMC-nin təsis edilməsindən sonra MTK MMMC-nin üzvlərinə, xüsusən də cəmiyyətin sədrinə və onun kimi aktiv iştirakçılarına qarşı faktiki olaraq müharibə elan etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq binanı idarə etməli olan MMMCnin elan lövhəsinə vurulan elanları çox operativ şəkildə qopardılır (ehtimal edirlər ki, MTK-nın nümayəndələri tərəfindən qopardılır). MMMC-nin İdarə Heyətinin üzvlərinə qarşı qarayaxma kompaniyası aparılır, onların iş yerlərinə müxtəlif şikayətlər yazılır, sakinlərdən fərqli-fərqli adla imza toplamaqla həmin imzalardan cəmiyyətə qarşı şikayətlərdə istifadə edilir və cəmiyyətin fəaliyyət göstərməsinə mümkün olan bütün vasitələrlə maneə olurlar. MTK-nın ona və cəmiyyətin digər aktiv üzvlərinə qarşı verdiyi “işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi də onlara qarşı aparılan böhtan kampaniyasının tərkib hissəsidir. Aydın məsələdir ki, MTK-nın məqsədi MMMC-nin aktiv iştirakçılarına problemlər yaratmaqla onları məsələlərdən kənarlaşdırmaq, istənilən yolla binanın idarəçiliyini özlərində saxlamaqdır. Mənzil mülkiyyətçiləri ilə MTK arasında olan problemlər mətbuatda da geniş işıqlandırılmışdır. Bunların bir neçəsinə keçid linkləri aşağıdakılardır: https://youtu.be/gW5189jpDjE, https://oxu.az/society/650100. xx.xx.2023-cü il tarixli 042/23 saylı iddia ərizəsində iddia tələbinin əsası kimi təqdim etdiyi elanın “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb” ifadəsi ilə bağlı MTK X14, Cavabdeh1, Cavabdeh3 Söhrab oğlu, Həşimov Emil, Cavabdeh2, X15 və Tutayuk Fuadın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında şikayət vermişdir. Səbail rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 302.1.3-cü, 302.1.6-cı, 302.1.7-ci, 302.2.3-cü maddələrini və MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsasın olmamasını qeyd edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlərin İddiaçı Mənzil Tikinti Kooperativə geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli 1(009)-226/2023 saylı qərar qəbul edilmişdir. MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq şikayəti vermiş şəxsin şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması anlamına gəlir. Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(009)-226/2023 saylı qərarı preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşgüzar nüfuz – şəxsin (fiziki və ya hüquqi) təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiyyətlərinə cəmiyyət (kollektiv, təşkilatlar) tərəfindən verilən qiymətdir. İşgüzar nüfuzun müdafiəsi təşkilatın cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşğların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İşgüzar nüfuz təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Göründüyü kimi mənzil-tikinti kooperativləri biznes qurumumları kimi nəzərdən keçirilməməli, onlar üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi həyata keçirib, həmin binanı qısa müddətdə idarə edib ləğv edilməlidir. Hesab edirlər ki, mənzil qanunvericiliyinin tələblərinə əməl etməyən MTK-lara münasibətdə "xxxx" anlayışının tətbiq edilməsi düzgün deyil və MTK-nın hazırki mövcudluğu belə qanunsuz olduğundan onun hər hansı işgüzar nüfuzundan söhbət gedə bilməz. MTK tərəfindən onların Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında verdiyi əsassız şikayət, MTK tərəfindən AR Daxili İşlər Nazirliyinə, surəti isə Bakı şəhər Baş Polis İdarəsinə, Bakı şəhər Səbail rayon Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinə ünvanladığı əsassız, şər və böhtanlarla dolu xx.xx.2023-cü il tarixli 036/23 nömrəli şikayət ərizəsi (ərizədə MTK onu və cəmiyyətin digər aktiv üzvlərini dəstə adlandırır, onları ictimai asayışın pozan və normal həyat fəaliyyətinə təhlükə yaradan şəxslər kimi qələmə verir, sakinlərin rahatçılığını pozmaqda, sakinləri piket və mitinq keçirməyə çağıraraq onları ayağa qaldırmağa və xırda xuliqanlıq etməyə sövq etməkdə ittiham edir) onların şərəf və ləyaqətləri ləkələyən yalan məlumatlardır. MTK-nın qanunazidd davranışları nəticəsində o, mənəvi sarsıntı, iztirab və qorxu hissi yaşamış və bu sarsıntılar hazırda da onun normal həyat və iş fəaliyyətinə mənfi təsir göstərməkdədir.Şəxsin öz mənzil hüquqlarını bilməsi və bu hüquqların həyata keçirilməsini tələb etməsi MTK tərəfindən ona neqativ damğanın vurulması üçün əsas deyil. Onların istədikləri yalnız və yalnız MTK tərəfindən qanunvericiliyin, xüsusən də mənzil qanunvericiliyinin tələblərinə əməl edilməsinə nail olmaqdır. O, MTK-nın qeyri-qanuni hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 3000 manat həcmində qiymətləndirir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və ya işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 manat məbləğində vəsaitin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddiaları isə qəbul etməyərək və qarşılıqlı iddialara dair yazılı etiraz məhkəməyə təqdim edərək etirazda göstərilənləri nəzərə alaraq onların rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan qarşılıqlı iddialara yazılı etirazda göstərilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar iddia ərizəsində binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin əlli faizindən çoxuna mülkiyyət hüququ xeyli müddət əvvəl MTK üzvlərinə keçməsinə baxmayaraq MTK mənzil qanunvericiliyinin tələblərin kobud şəkildə pozaraq özünün ləğv etmədiyini və MMMC-yə çevrilmədiyini, guya MTK-nın idarəetmə ilə bağlı lazımi keyfiyyətə malik olmamasını, sakinlərin böyük bir hissəsinin narazılıqlarının olmasını, eləcə də binanın "xxxx" MMC-yə təhvil vermək niyyətində olmadıqlarını qeyd etməklə məhkəmədə yalnış fikirlərin formalaşdırılmasına cəhd edirlər. Qeyd edilən halların qarşılıqlı iddia tələbi ilə heç bir əlaqəsi yoxdur və hazırki işin mübahisəsi predmetinə aid deyildir. Çünki adı çəkilən "xxxx"MMMCnin "xxxx" MTK-ya qarşı “əmlak, çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırma” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində icraata başlanılmış və bu hallara həmin məhkəmədə hüquqi qiymət veriləcəkdir. Lakin hazırki məhkəmədə MTK barədə mənfi mövqeyin sərgilənməsinə zəmin yaratmamaq üçün aşağıdakı faktları məhkəmənin diqqətinə çatdırdığı zəruri hesab edirlər. Əvvəlla, "xxxx" MMMC dövlət qeydiyyatına alındıqdan sonra Cəmiyyətin İdarə Heyətinin sədri Rəşad Əhmədovun imzası ilə binanın təhvil verilməsi barədə məktub daxil olmuşdur. Bununla yanaşı, binanın 116 nəfərdən ibarət sakinlərinin imzası ilə MTK-ya xx.xx.2023-cü il tarixli kollektiv müraciət daxil olmuşdur. Həmin müraciətdə sakinlər bildirmişlər ki, "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı keçirilməsi nəzərdə tutulan sahə mülkiyyətçilərinin ümumi yığıncağı faktiki olaraq keçirilməmiş, idarə heyətinin sədri Rəşad Əhmədov 3 aya yaxın müddətdə qapı-qapı gəzərək formal olaraq imza toplamaqla məşğul olmuş, həmin şəxsin seçilməsində onların heç bir razılığı olmamış və bütün bunları nəzərə alaraq binanın "xxxx" MMMC-yə idarə edilməsi üçün təhvil verilməsinə qətiyyətlə etiraz etdiklərini və binanın təhvil verilməsini təxirə salınmasını və yaşayış binasına kommunal xidmətlərin göstərilməsini davam etdirilməsini xahiş etmişlər. Qeyd edilənlər "xxxx" MMMC-nin qeyri-sağlam durumda olduğuna dəlalət edir, eləcə də onu güman etməyə əsas verir ki, həmin Cəmiyyətin idarə heyətində cəmləşmiş şəxslər, o cümlədən hazırkı iş üzrə ilkin iddia üzrə cavabdehlər öz maraqlarını sakinlərin rifahından üstün tuturlar. İkincisi, MMMC-nin idarə heyətinin üzvlərinə qarşı MTK tərəfindən qarayaxma kampaniyasının aparılması və Cəmiyyətin fəaliyyətin göstərilməsinə maneə olunması ilə bağlı qarşılıqlı iddiaçıların dəlilləri cəfəngiyat fikirdən başqa bir şey deyildir və hər hansı sübutla təsdiq olunmur. Sakinlərin kollektiv müraciətdən göründüyü kimi, idarə heyətinin üzvləri onların iradəsinə zidd olaraq seçilmişlər. Üçüncüsü, qarşılıqlı iddiaçıların iş yerlərinə müxtəlif şikayətlərin, həmin şəxslər tərəfindən binanın blokların giriş hissələrində, eləcə də mənzillərin giriş qapılarında elan yerləşdirərək elanda yalan olduğunu bilə-bilə MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumat yaydığı üçün olmuşdur. Dördüncüsü, MTK tərəfindən Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında şikayətin verilməsi, daha sonra şikayətin geri götürülməsi və bununla əlaqədar həmin məhkəmə tərəfindən müvafiq qərarın qəbul edilməsi və bu halları AR CPM-nin 302.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq şikayəti vermiş şəxsin şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması anlamına gəlməsi dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyə zəruri qeyd edir. Belə ki, AR CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. MTK Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında verdiyi şikayətin geri götürməsi təqsirləndirilən şəxslə barışması anlamına gəlməsi ağlabatan deyil. Çünki şikayəti vermiş şəxs təqsirləndirilən şəxslə barışmadan da şikayəti geri götürə bilər. Hazırkı iş üzrə də MTK ilə həmin şəxslər arasında mübahisənin mövcudluğu tərəflər arasında barışığın olmasını istisna edir. Beləliklə, hesab edir ki, məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbi üçün hər hansı əsasın mövcudluğu iş materialları ilə müəyyən edilmir və qarşılıqlı iddia üzrə iddiaçıların irəli sürdüyü bu tələb əsaslı hesab edilə bilməz və bu tələblər təmin edilməməlidir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini, ilkin iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmçinin izahatında göstərmişdir ki, həqiqətən o, "xxxx" MMMC-nin tərtib etdiyi və iddiaçı tərəfindən mübahisələndirilən müraciəti zərfin içərisində bina sakinlərinin bəzilərinə şəxsən, daha çox hissəsinə isə qapılarına qoymaqla paylamışdır. Lakin onun həmin müraciətin mətnindən məlumatı olmamışdır. Belə ki, zərf içərisinə onlar çoxlu sayda məlumat xarakterli məktublar yerləşdirib sakinlərə vermişlər, hətta hədiyyə də vermişlər. Məlumatın məzmununu oxumamış və ondan məlumatı olmamışdır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 öz qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini, ilkin iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmçinin izahatında göstərmişdir ki, onlar MMMC adından məlumat xarakterli elanları sakinlərə zərf içərisində təqdim etmişlər. Onun da mübahisələndirilən məlumatın mətnindən xəbəri olmamışdır. Əsasən zərflər sakinləri narahat etməmək üçün qapılarına qoyulmuşdur. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 öz qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini, ilkin iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmçinin izahatında göstərmişdir ki, onun da məlumatın mətnindən xəbəri olmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, bir binanın sakinləridirlər. O, 4 ildir ki, orada yaşayır. Cavabdehlər tərəfindən təşkil edilən cəmiyyət sakinləri narahat edir, onlar MTK-dan razıdırlar, qapıları döyüb nəyə isə qol çəkdirmək istəyirdilər, o, iradını bildirmiş, ona görə ona heç nə verməmişlər. Yəni o, cavabdehlərdən zərf almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, onun evi sökülmüş, əvəzində cavabdehlərin də yaşadığı binada ev verilmiş, sakinlərin xəbəri olmadan yeni Cəmiyyət yaradıblar, şəxsən ona zərf içərisində heç nə verilməmiş, lakin sakinlərdən eşitmişdir ki, MTK pul oğurlayır, onun barəsində cinayət işi qaldırılıb. İş üzrə “ünvan 5ştərək Cəmiyyəti tərəfindən sakinlərə edilmiş müraciətdən görünür ki, “Sakinlərin nəzərinə! Hörmətli sakinlər, ilk öncə sevindirici xəbəri diqqətinizə çatdırmaq istəyirik. MTK, binamızın idarə olunması və şəffaflığın təmin edilməsi ilə bağlı tələblərimizə məhəl qoymayaraq hüquqlarımızı pozmasına baxmayaraq, yumruq kimi birləşib “ünvan 5ştərək Cəmiyyətini xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasına nail olduq. Birgə uğurumuz məqsədi ilə hər birinizi İdarə Heyəti adından təbrik edirik və minnətdarlığımızı bildiririk. Bundan sonra binamızda şəffaf idarəetmə qurulacaq və hər bir sakin ödədiyi kommunal ödənişin hara və nə üçün xərcləndiyi haqqında məlumat əldə edə biləcəkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.2023-cü il tarixindən etibarən aylıq kommunal xidmət haqlarını "xxxx" MMMC yəni cəmiyyətimizə ödəməyinizi xahiş edirik. Yığım üzrə məsul şəxs:Cavabdeh3, əlaqə nömrəsi ***-***-**-**. Hörmətlə, "xxxx" MMMC-nin idarə heyyəti. Bakı şəhəri, Səbail rayonu, Badamdar, Tofiq Məmmədov küçəsi, 21,23”. İş üzrə “ünvan 5ştərək Cəmiyyəti tərəfindən tərtib edilmiş müraciətdən görünür ki, “MTK RƏHBƏRLİYİ "xxxx" MMMC-NİN FƏALİYYƏTİNƏ NİYƏ BU QƏDƏR MANEƏ YARATMAĞA ÇALİŞİR VƏ MARAQLARİ NƏLƏRDƏN İBARƏTDİR? 1.Şəffaflığı təmin etməməklə hər birimizin hüquqlarını pozurlar və heç bir hüquqi əsası olmadan qeyri qanuni yığdıqları pulları bizdən gizlədirlər. 2.Binamızda olan qeyri yaşayış sahələrinin kommunal xərclərini, bizim hesabımıza ödəyirlər. 3.Binamızın fasadında yanğına səbəb olacaq qeyri-qanuni olaraq özbaşına quraşdırdıqları tüstüsovuran qurğunun quraşdırılmasına şərait yaradıb mənzilləri yanğın təhlükəsi ilə üzbə üz qoyduqlarını bilirlər və Səbail-11 MMMC idarə heyəti tərəfindən adeksat tədbirlər görüləcəyini bilirlər. 4.Binamıza məxsus zirzəmi sahəsini qeyri qanuni zəbt ediblər. Səbail-11 MMMC idarə heyətinin buna qarşı hüquqi tədbir görülməsi ilə bağlı atacağı addımlardan narahatdırlar. 5.Binanın parkinqindən istifadə etmədiyimiz təqdirdə kommunal (işıq, su, təmizlik və s.) xərcləri bizdən yığılan pullarla ödənilir. 6.Binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb və bundan sonuna çıxacağımızı bilirlər. Aşağıda yazılanlar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin sadəcə bir çıxarışıdır. Maddə 109. Mənzil-tikinti kooperativləri 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sona bir ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Bizdə qanunlarımızın bizə verdiyi imkanlardan istifadə edərək öz birliyimizi yaratmışıq və binamızın şəffaf idarə olunması istiqamətində lazımi tədbirlər görəcəyik. Buna görə də sizlərə zəng edərək Səbail-11 MMMC haqqında səsləndirdikləri fikirlərə aldanmayın. Gəlin, bizimlə görüşün dəqiqləşdirin əmin olun və daha sonra addım atın. Binamızda xaos yaratmaq istəyənlərə şans tanımayın. Çünki bu yalnız onların işinə yarayır. Bina bizim ümumi əmlakımızdır. Az 1008, Bakı şəhəri, Səbail rayonu, Badamdar, Tofiq Məmmədov küçəsi, 21,23”. İş üzrə Səbail rayon Məhkəməsinin 1(009)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X9, Cavabdeh1, Cavabdeh3, Haşimov Emilin, Cavabdeh2, X11 və Tutayuk Fuadın Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair İddiaçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlər İddiaçınə geri qaytarılmışdır. İş üzrə İddiaçı MTK tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Polis İdarəsinə, Bakı şəhər Səbail rayon Polis İdarəsinə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə ünvanlanmış 036/23, xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin surətindən görünür ki, ictimai asayışın qorunmasında vətəndaş cəmiyyətinin iştirakçılarının iştirakının qanunçuluq, insan və vətəndaş hüquq azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyiqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsas tutaraq irəlidə qeyd edəcəkləri şəxslər tərəfindən ictimai asayışın pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər barədə məlumatları təqdim etmək istəyirlər. Belə ki, İddiaçı (MTK) ünvan 1 ünvanında yerləşən yaşayış binası inşa etmişdir. Adı çəkilən MTK-nın sədri Rauf Əsədullayev 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bildirmək istəyir ki, bina sakinlərinin 120 və daha çox sakin MTK rəhbərliyi və Sədrindən razı olduqları halda, 7-8 nəfərdən ibarət (dəstə) digər sakinlərin rahatçılıqlarını pozub, onları təhdid edib onlara qoşulmağa, qapı-qapı gəzib piket və miting keçirəcəyi vaxtı və zamanı yazılmış bildirişləri paylayaraq (digər sakinlərin adından saxta imzalarla) sakinləri ayağa qaldırmağa və xırda xuliqanlıq etməyə sövq edirlər. Həmin 7-8 nəfərdən ibarət şəxslərdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, özünü (ümumi nəzarət idarəsinin əməkdaşı) kimi qələmə verən Fuad Tutayuq, "xxxx" mobil operator şirkətinin əməkdaşı Rəşad Əhmədov və digər şəxslər öz vəzifə səlahiyyətlərinlən istifadə edərək hüquqa zidd davranışları ilə yalan informasiyalar yayaraq, onların qanunsuz hərəkətlərinə qoşulmağa məcbur edərək bina sakinlərinin narazılıqlarına səbəb olmuşlar. Bundan başqa, bina sakinlərinin razılığı olmamağına baxmayaraq kommunal xidmət haqlarının özlərinin şəxsi bank kartlarına ödənilməsini təkid edirlər. Ərizədə qeyd etdiyi bütün hallar binanın təhlükəsizlik kamera görüntülərində öz əksini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq həmin 7-8 nəfərdən ibarət şəxsləri qanunsuz hərəkətlərinə hüquqi qiymət verərək qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Prokurorluğu tərəfindən İddiaçı MTK-nın sədri Rauf Əsədullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı MTK-yə qarşı rayon prokurorluğunda cinayət işinin istintaqı və ya material üzrə araşdırma aparılmamışdır. İş üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı MTK-nın sədri X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı MTK-nın xx.xx.2023-cü il tarixli, 030/23 nömrəli məktuba baxılmış, məktubda qeyd olunan xüsusatla əlaqədar hazırda Baş İdarənin struktur qurumlarında istintaq aparılmır. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X7 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə İddiaçı MTK-nın sədri Rauf Əsədullayev tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, surəti "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin surətindən görünür ki, o,X4 rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, 3 və 5 ünvanında yerləşən yaşayış binasının sədri (komendantı) 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2715 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bina sakinlərinin 120 və daha çox sakin MTK rəhbərliyi və Sədrindən razı olduqları halda 7-8 nəfərdən ibarət (dəstə) başda şirkətin əməkdaş olmaqla digər sakinlərin rahatçılıqlarını pozub, onları təhdid edib onlara qoşulmağa, qapıqapı gəzib piket və mitinq keçirəcəyi vaxtı və zamanı yazılmış bildirişləri paylayaraq (digər sakinlərin adından saxta imzalarla) sakinləri ayağa qaldırmağa və xırda xuliqanlıq etməyə sövq edirlər. Həmin 7-8 nəfərdən ibarət şəxslərdən biri və həmin dəstəyə başçılıq edən şirkətin (qoçuluq edən) əməkdaşı X12r. Başda Rəşad Əhmədov olmaqla öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hüquqa zidd davranışları ilə yalan iformasiyalar yayıb, onların qanunsuz hərəkətlərinə qoşulmağa məcbur edərək bina sakinlərinin narazılıqlarına səbəb olmuşdur. Bundan başqa bina sakinlərinin razılığı olmamağına baxmayaraq kommunal xidmət haqlarının özlərinin şəxsi bank kartlarına ödənilməsini təkid edirlər. X20 "xxxx" MMC-nə məxsus (** PX ***) dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə adı çəkilən binaya giriş hissəsini bağlayaraq sakinlərin mənzillərinə keçməsinə maneə yaradıb əhalinin böyük etirazına səbəb olmuşdur. Əhalinin böyük narazılığından sonra onlar həmin şəxs barəsində hüquq mühafizə orqanlarına müraciət edib onların köməyi ilə həmin özbaşınalığa son qoyub problemi aradan qaldırmağa nail olmuşlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq sakinlər və öz adından X9 qanunsuz hərəkətlərinə hüquqi qiymət verərək həmin şəxs barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş etmişdir. İş üzrə "xxxx" MMMC-nin 115 nəfər sahə mülkiyyətçiləri tərəfindən İddiaçı MTK-nın sədri Rauf Əsədullayevə ünvanlanmış kollektiv müraciətin surətindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş İdarəsi tərəfindən verilmiş Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən 1123-MM10-0284 dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMMC dövlət qeydiyyatına alınmışdır. Həmin Çıxarışda MMMC-nin qanuni təmsilçisi vətəndaş X14 qeyd edilmişdir. Tam məsuliyyətlə bildirmək istəyirlər ki, əvvəla MMMC-nin təsis edilməsi ilə bağlı keçirilməsi nəzərdə tutulan sahə mülkiyyətçilərinin ümumi yığıncağı faktiki olaraq keçirilməmişdir. Belə ki, yığıncaq keçirilmədən X14 3 aya yaxın müddətdə qapı-qapı gəzələk formal olaraq imza toplamaqla məşğul olmuşdur. Bildirirlər ki, MMMC-nin təsis edilməsi zamanı MMMC-nin qanuni təmsilçisi X2 onların heç bir razılığı olmamışdır. Onlar yalnız MMMC-nin yaradılmasına razılıqları bildirmişlər, lakin X9 MMMC-nin sədri seçilməsinə onların razılıqları olmamış, ümumiyyətlə ümumi yığıncağın gündəliyində həmin şəxsin sədr seçilməsi ilə bağlı heç bir məlumatları olmamışdır. Bu barədə məlumatı reyestrdən çıxarışda aşkar etmişlər. Məlumat olaraq qeyd etmək istəyirlər ki, "xxxx" MMMC-yə X3 məsələsini məhkəmə qaydasında mübahisələndirmək istiqamətində tərəflərindən qanuni tədbirlərə başlanılmışdır. Bununla əlaqədar olaraq yaşayış binasının "xxxx" MMMC-yə idarə edilməsi üçün təhvil verilməsinə qətiyyətlə etiraz edirlər və mübahisə öz həllini tapana qədər yaşayış binasının "xxxx" MMMC-yə təhvil verilməsini təxirə salınması və yaşayış binasına kommunal xidmətlərin göstərilməsini davam etdirilməsi israrla xahiş etmişlər. İş üzrə "xxxx" MMMC-nin İdarə Heyətinin sədri Rəşad Əhmədov tərəfindən İddiaçı MTK-nın sədri Rauf Əsədullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 001/23 nömrəli məktubun surətindən görünür ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov 3,5 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçiləri binanın idarə edilməsi üsulunu seçərək, daşınmaz əmlak kompleksini birgə idarə etmək, onun ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə “ünvan 5ştərək cəmiyyətini təsis etmiş və həmin cəmiyyət xx.xx.2023-cü il tarixdə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. Nəzərinə çatdırırlar ki, xx.xx.2023-cü il tarixdən etibarən yuxarıda qeyd edilən ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsinin “ünvan 5ştərək cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq ilkin mərhələdə daşınmaz əmlak kompleksinə və texniki qurğulara aid sənədlərin “ünvan 5ştərək cəmiyyətinə təqdim edilməsini və müvafiq təhvil-təslim prosesinin başlanılması ilə bağlı tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə verilmiş ilkin iddia tələbləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 saylı xx.xx.1999-cu il tarixli qərarının 3-cü maddəsinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MTK tərəfindən ünvan 6 ünvanında yerləşən "xxxx" yaşayış binası inşa edilmişdir. Həmin binanın sahə mülkiyyətçiləri tərəfindən “ünvan 5ştərək Cəmiyyəti təsis edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər "xxxx" MMMC-nin üzvləri olaraq ünvan 6 ünvanında yerləşən "xxxx" yaşayış binasının sakinlərinə MMMC tərəfindən tərtib edilmiş müraciətləri zərf içərisində yerləşdirməklə təqdim etmiş və həmin müraciətin 6-cı bəndində İddiaçı MTK barəsində qeyd edilən “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyriqanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” kimi məlumatları yaymışlar. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı MTK-ya qarşı Səbail rayon Prokurorluğunda cinayət işinin istintaqı və ya material üzrə araşdırma aparılmamışdır. Məhkəmə qeyd edir ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında "xxxx" yaşayış binasının sakinlərinə ilkin iddia üzrə cavabdehlər tərəfindən paylanılan zərflər içərisində olan məlumatda İddiaçı MTK barəsində qeyd olunan məlumatın - “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...”, həqiqətə uyğun olmaması, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilməli olması müəyyən edildiyindən, ilkin iddia həmin məlumatın təkzib olunması hissəsində əsaslı hesab edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar iddialar üzrə sübutemə vəzifəsi cavabdehlərin üzərinə düşdüyündən, cavabdehlər tərəfindən isə müraciətdə yayılan məlumatların həqiqiliyi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmin məlumatlar yayılarkən heç bir konkret və sübut edilmiş fakta istinad edilmədiyindən, əksinə məhkəməyə iddiaçı tərəfindən belə məlumatın mövcudluğunu təkzib edən sübutlar təqdim edildiyindən, məhkəmə hesab edir ki, həmin məlumat iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumat kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehlərin yayılmış və zərfə qoyulmuş məlumatın mətnindən xəbərsiz olmaları və həmin məlumatın onlar tərəfindən tərtib olunmaması barədə dəlilləri üzrə qeyd edir ki, cavabdehlər "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin üzvləri olduğundan, onların bu dəlilləri əsaslı hesab edilə bilməz və məntiqsizdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində «Təkzib» başlığı altında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq İddiaçı MTK barədə cinayət işinin başlanması barədə bundan əvvəl yerləşdirdiyimiz məlumatları təkzib edirik» kimi məlumatın binanın blokların giriş hissəsində, eləcə də bütün mənzillərin giriş qapılarında yerləşdirilməsini xahiş etsə də, məhkəmə iclasında həmin məlumatın zərfə yerləşdirərək bina sakinlərinə şəxsən təqdim olunması qaydasında yayılması müəyyən edildiyindən, təkzib barədə tərtib ediləcək məlumat da həmin qaydada, yəni zərfə qoyularaq sakinlərə təqdim edilməlidir. Məhkəmə işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində mənəvi ziyanın əvəzi kimi 50.000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçıya işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı zərərin vurulması məsələsini müzakirə edərək hesab edir ki, ilkin iddia üzrə cavabdehlər tərəfindən ilkin iddia üzrə iddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqla onun işgüzar nüfuzuna zərər yetirmişdir. Belə ki, iddiaçı tikinti şirkəti kimi Bakı şəhərində yüksəkmərtəbəli binaların tikintisi həyata keçirib onun satışı ilə məşğul olduğundan, belə məlumatların yayılması iddiaçının fəaliyyətində alıcılar tərəfindən həmin MTK-ya etibar və güvən etimadının itirilməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 saylı xx.xx.1999-cu il tarixli qərarının 14-cü bəndinə əsasən, «məhkəmələrə izah edilsin ki, mənəvi ziyanın tutulması, bir qayda olaraq, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Vətəndaşların əmlak hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın tutulmasını qanunvericilikdə bilavasitə müəyyən olunmuş hallarda yol verilir. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir, mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılması dairəsini, iddiaçıya yetirmiş mənəvi və fiziki sarsıntılarının xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətə layiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdır.» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə istənilən şəxsin – fiziki və ya hüquqi hüququnun pozulmasının müəyyən olunması, özlüyündə mənəvi ziyanın mövcudluğunu ehtiva edir. Məhkəmə ilkin iddia üzrə iddiaçıya onun işgüzar nüfuzunu ləkələyən məlumatın yayılması ilə əlaqədar mənəvi zərərin vurulmasını müəyyən etsə də, hesab edir ki, ilkin iddia üzrə iddiaçının mənəvi zərərə görə ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tələb etdiyi 50.000 manat ağlabatan deyildir və buna görə də ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul alınaraq ilkin iddia üzrə iddiaçıya verilməsi ədalətli və ağlabatandır. Məhkəmə hüquqi yardım xərcinə görə 270 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. AR MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə təqdim edilmiş müqavilənin surətindən belə məlum olur ki, İddiaçı MTK ilə “LCG” Vəkil Bürosunun vəkili Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanılmış və ödəniş qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən hüquqi yardımla bağlı xx.xx.2023-cü il tarixdə “LCG” Vəkil Bürosuna 270 manat pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 270 manat pul ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilkin iddia tələbinin cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi təkzibin verilməsi hissəsində tam, vurulmuş mənəvi ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (100 manat) ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddialar üzrə iddaçılar tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, cavabdeh onların Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Səbail rayon Məhkəməsinə xüsusi icraat qaydasında verdiyi əsassız şikayət, MTK tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinə, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə ərizələr göndərməklə onların şərəf və ləyaqətini alçatmışdır. Həmin ərizələrdə cavabdeh həqiqətə uyğun olmayan məlumatlar göstərmişdir. Həmin məlumatlar nəticədə onların şərəf və ləyaqəti ləkələnmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, şəxsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmə digər tərəfdən qeyd edir ki, qarşılıqlı iddialar üzrə cavabdehin qarşılıqlı iddialar üzrə iddiaçılar barəsində hüquq mühafizə orqanına ünvanlandığı ərizələr, onların şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli qərarında Plenum qeyd etmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi yuxarıda göstərilən qərara əsasən, şərəf və ləyaqətə toxunan məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilmir və belə məlumatlar yalnız kütləvi informasiya vasitələrində yayıldıqda mülki məsuliyyət yarada bilər. Qarşılıqlı iddialar üzrə iddiaçılar onların şərəf və ləyaqətinin pozulmasını onunla əsaslandırırlar ki, cavabdeh onların barəsində hüquq-mühafizə orqanlara ərizələr göndərməklə və xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməklə onların şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə AR Ali Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, qarşılıqlı iddialar üzrə cavabdehin hüquq mühafizə orqanlarına ünvanlandığı ərizələri, o cümlədən xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciəti iddiaçıların şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi hesab oluna bilməz. Müraciət və şikayətə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və s.) müəyyən edilmiş qaydada baxırlır. Bu səbəbdən həmin məlumatların təkzib edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələblərinin mənəvi zərərin ödənilməsi kimi 3.000 manatın qarşılıqlı iddialar üzrə cavabdehdən alınaraq hər iddiaçıya verilməsi hissələri üzrə qeyd edir ki, həmin hissələrdə də tələblər əsassızdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddialar üzrə iddiaçılar barəsində edilmiş şikayət və müraciət onların şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilmədiyindən, qarşılıqlı iddia tələbləri mənəvi zərərin əvəzi olaraq hər qarşılıqlı iddiaçının xeyrinə cavabdehdən 3.000 manatın tutulması hissələrində də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - hər qarşılıqlı iddia üzrə 50 manat məbləğində ödənilmiş dövlət rüsumları qarşılıqlı iddialar üzrə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. “ünvan 5ştərək Cəmiyyətinin üzvləri olaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış binasının sakinlərinə zərf içərisində təqdim etdikləri elanın 6-cı bəndində İddiaçı MTK barəsində göstərilənlər həqiqətə uyğun olmayan məlumat, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üzərlərinə ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış binasının sakinlərinə zərf içərisində təqdim etdikləri elanın 6-cı bəndində İddiaçı MTK barəsində “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” kimi məlumatla əlaqədar qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində təkzib verilməsi vəzifəsi həvalə edilsin. Təkzib həmin məlumatın yayıldığı formada, yəni zərfə yerləşdirilməklə «Təkzib» başlığı altında «"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq İddiaçı MTK barədə cinayət işinin başlanması barədə bundan əvvəl yerləşdirdiyimiz məlumatları təkzib edirik» kimi tərtib edilərək "xxxx" yaşayış binasının sakinlərinə təqdim edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada işgüzar nüfuzunu ləkələyən məlumatın yayılması ilə bağlı vurulmuş mənəvi ziyanın əvəzi kimi İddiaçı MTKnın xeyrinə 3000 (üç min) manat məbləğində pul tutulsun. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı MTK-nın xeyrinə hüquqi xidmət üçün ödədiyi 270 (iki yüz yetmiş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat, cəmi 370 (üç yüz yetmiş) manat məbləğində pul tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MTK-ya qarşı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 (üç min) manat məbləğində vəsaitin və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 (üç min) manat məbləğində vəsaitin və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 (üç min) manat məbləğində vəsaitin və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1674/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1674/2023
28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver