Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1683/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm və doğum faktlarının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə "ölümün qeyd edilmə faktı" barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 28 noyabr 1928-ci il tarixdə doğum və X3 ölüm faktlarının müəyyən edilməsi və bu barədə müvafiq şəhadətnamələrin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı anası X4 26 yanvar 2023-cü il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən ölmüşdür. X2 atası X20 23 yanvar 2003-cü ildə ölmüşdür. Azərbaycan Respublikasının Dövlət Arxivinin 04 oktyabr 2017-ci il tarixli Ə-106 məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1928-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Zirə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında və 1934-1941-ci illərə dair Bakı şəhəri, Əzizbəyov rayonu üzrə doğum haqqında bərpa kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat yoxdur. X6 məzar daşında onun doğum tarixi 28 noyabr 1928-ci il qeyd edilmişdir. X6 atası X8 olmuşdur. Azərbaycan Respublikasının Dövlət Arxivinin 18 may 2023-cü il tarixli 3-48-DA/2-İ-00932-2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1938-1942-ci illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Zirə qəsəbəsi, 1941-1942-ci illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə ölüm haqqında qeydiyyat kitablarında X3 vəfatı haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 13 dekabr 2017-ci il tarixli İ-547 nömrəli arxiv arayışında qeyd edilmişdir ki “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Zirə kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaq sahələri olan ev sahiblərinin 16 aprel 1916-cı ilə dair siyahsınıdan məlum olur ki, X26 və qardaşı Kərimin (sənəddə daha iki qardaşının olması qeyd olunub lakin adları əks olunmayıb) Zirə kəndində sahəsi 2/3 desyatinə bərabər olan üzüm sahələri, 41/3 desyatinə bərabər olan şumluq torpaq sahələri, 4 desyatinə bərabər olan daşlı-qumlu torpaq sahələri olmuşdur. Bundan başqa, iddiaçı vəfat etmiş anasının babası X13 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə şifahi qaydada müraciət etmişdir. Notariat ofisinin 08 may 2023-cü il tarixli 738 nömrəli məktubu ilə müraciəti rədd edilmişdir. Qeyd edilən torpaq sahəsi hal hazırda X2 faktiki sahibliyindədir və istifadəsindədir. Lakin həmin torpaq sahəsinə heç kimin mülkiyyət hüququ yoxdur. X3 ölümü və X6 doğumu haqqında qeydlər olmadığı üçün vərəsəlik işi açılması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onun babası İsmayıl Əzimov 28 noyabr 1928-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası X8, anası X9 olmuşdur. X8 ilə bağlı isə onun dəfn olunduğu qəbrstanlıqdan çəkilmiş iş materialına da əlavə edilmiş şəkildən görünür ki, o, 1948-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X21 ifadəsində bildirmişdir ki, ərizəçinin dayısıdır. Əzimov İbrahim onun babasıdır. Babasını görməmişdir, onun doğum tarixi ilə bağlı məlumatı yoxdur. Valideynlərindən eşitdiyinə görə 1950-ci illərdə vəfat etmişdir. Şəkili köhnə qəbirsanlıqda çəkmişdir. Əzimov İsmayıl atasıdır. Doğum tarixi 28 noyabr 1928-ci ildir. Atasının sənədləri var idi. Atasının anasının adı X9 olmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X22 ifadəsində bildirmişdir ki, ərizəçinin dayısıdır. İsmayıl Əzimov atasıdır. Atasının doğum tarixini qəbir daşında düzgün yazmışlar–1928-ci ildə anadan olmuşdur. Əzimov İbrahim onun babasıdır. Babasını görməmişdir, amma 1941-45-ci illərdə müharibədə qardaşı ilə iştirak edib, sonra qayıdıb gəldikdən sonra burada 1948–ci ildə rəhmətə gedib. Bu barədə atası ona danışmışdır. Atasının anasının adı isə X9 olmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X1 ifadəsində bildirmişdir ki, ərizəçinin dayılarının qonşusudur, onlardan eşitdiyi qədəri ilə ataları İsmayıl Əzimov sürücü olub, lakin İsmayıl Əzimovun atasını görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 13 dekabr 2017-ci il tarixli İ-547 nömrəli arxiv arayışından görünür ki, “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Zirə kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaq sahələri olan ev sahiblərinin 16 aprel 1916-cı ilə dair siyahsınıdan məlum olur ki, X26 və qardaşı Kərimin (sənəddə daha iki qardaşının olması qeyd olunub lakin adları əks olunmayıb) Zirə kəndində sahəsi 2/3 desyatinə bərabər olan üzüm sahələri, 41/3 desyatinə bərabər olan şumluq torpaq sahələri, 4 desyatinə bərabər olan daşlı-qumlu torpaq sahələri olmuşdur. İstifadələrində olan torpaq sahələri onlara miras qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivinin 04 oktyabr 2017-ci il tarixli Ə-106 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1928-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Zirə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında və 1934-1941-ci illərə dair Bakı şəhəri əzizbəyov rayonu üzrə doğum haqqında bərpa kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Arxivinin 18 may 2023-cü il tarixli 3-48-DA/2-İ-00932-2023 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1938- 1942-ci illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Zirə qəsəbəsi, 1941-1942-ci illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə ölüm haqqında qeydiyyat kitablarında X3 vəfatı haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 08 may 2023-cü il tarixli 738 nömrəli məktubundan görünür ki, XX.XX.1941-ci il tarixdə vəfat etmiş anasının babası X13 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün şifahi müraciətinə baxılmış, təqdim edilən sənədlərdə çatışmamazlıq (miras qoyanın ölüm haqqında şəhadətnaməsi və vərəsələrin dairəsini müəyyən etmək üçün sənədlər: doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) vardır. Mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan İJ seriyalı 373031 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1954-cü ildə Bakı şəhərində, Zirə qəsəbəsində anadan olmuş, atası X15, anası X16 olmuşdur. İş materiallarında olan İ-İE seriyalı 356016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1956-cı ildə Bakı şəhərində, Zirə qəsəbəsində anadan olmuş, atası X15, anası X17 olmuşdur. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1967-ci ildə Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsində anadan olmuş, atası X15, anası X17 olmuşdur. İş materiallarında olan Xəzər rayonu Qeydiyyat şöbəsi tərəfindən 02 mart 2018-ci il tarixdə verilmiş 312 saylı çıxarışdan görünür ki, X15 ilə X7 nikahı haqqında 22 avqust 1952-ci il tarixdə 244 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Əzimova soyadı verilmişdir. X15 xx.xx.2003-cü ildə, X16 xx.xx.2004-cü ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 278453 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 yanvar 2023-cü ildə Bakı şəhərində dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin fevral ayının 3-də 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X6 məzar daşının fotoşəkilindən görünür ki, onun doğum tarixi 28 noyabr 1928-ci il qeyd edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində şəxsin 1948-ci ildə ölməsi və həmin yerdə dəfn edilməsi qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X6 28 noyabr 1928-ci il tarixdə anadan olması faktı və X3 1948-ci ildə ölməsi faktları ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri, habelə işdəki fotoşəkillərlə də öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə eyni zamanda, iş üzrə dindirilmiş şahidlərdən X11 və X12 qohumluq əlaqələrinin olmasını, X15 və X8 ilə bağlı baş vermiş hadisə(lər)in onlar tərəfindən xatırlanması imkanının yüksək olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə təsdiqləndiyini nəzərə alaraq, X12, X11 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə vurğulayır ki, İddiaçı bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Doğumun, övladlığa gotürmənin, nikahın, boşanmanın, ölümün qeydə alınma faktını müəyyən edir. (MPM 307.2.3) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də ərizəçi İddiaçı babası X6 28 noyabr 1928-ci il tarixdə doğulmasını və X3 1948-ci ildə ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X6 28 noyabr 1928-ci il tarixdə doğulması və X3 1948-ci ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 28 noyabr 1928-ci il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilsin. X6 doğumu haqqında akt qeydi bərpa edilərək, akt qeydində doğum tarixi qrafasında – 28 noyabr 1928-ci il, doğum yeri qrafasında – Bakı şəhəri, atası qrafasında - X8, anası qrafasında - X9 məlumatları qeyd edilsin. X3 1948-ci ildə ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə X6 doğumu haqqında bərpa edilən akt qeydində göstərilən məlumatlar əsasında müvafiq sənədin verilməsi, X3 1948-ci ildə ölümünün qeydə alınması və ölüm haqqında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1683/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1683/2023
17.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver