Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-169/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 qarşı “mülkiyyətdən istifadəyə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 qarşı “mülkiyyətdən istifadəyə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların atası X3 onlara ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. ünvan 2susi notariusu tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi əsasında qeyd olunan fərdi yaşayış evi üzərində iddiaçların mülkiyyət hüquqları qeydiyyata alınmış və bununla bağlı Çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh2 Əlihseyn qızı və Cavabdeh1 iddiaçıların bibisi qızlarıdır. Digər cavabdehlərdən Cavabdeh3 Cavabdeh2 əri, X18 və Cavabdeh5 isə Cavabdeh1 uşaqlarıdır. İddiaçılar hazırkı cavabdehlərə qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair" iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-148/23 saylı, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan sonra iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3007/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsindəki 58 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsindəki 58 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi onların həmin yaşayış sahəsindən istifadə hüquqları yaranmadığından rədd edilmişdir. Cavabdehlərin qeyd olunan fərdi yaşayış evində yaşamamalarına baxmayaraq, onların qərəzli hərəkətləri nəticəsində iddiaçılar öz mülkiyyətində olan fərdi yaşayış evinə daxil ola bilmirlər. Belə ki, evin giriş qapısının açarları cavabdehlərdə olduğu üçün iddiaçılar mülkiyyətlərində olan fərdi yaşayış evinə daxil ola bilmirlər. Bu da iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçılara məxsus olan fərdi yaşayış evi onların ataları X4 mülküdür və ondan miras qalmışdır. İddiaçılar əsasən Rusiyada yaşayıblar və Azərbaycana gələrkən həmin mənzildə yaşayan cavabdehlər onlara mənzilin açarını verməkdə maneələr yaradırdılar. Sahə müvəkkili mübahisənin mülki xarakterli olduğunu bildirərək məhkəməyə müraciət edilməli olduğunu bildirmiş və bu səbəbdən məhkəməyə müraciət etmişlər. İddianın təmin olunması, cavabdehlər tərəfindən iddiaçılara məxsus mülkiyyətdə yaradılan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etmədiyini, iddiaçılar Hacı Sadıqın vəfatından sonra bura gələrək məhkəməyə müraciət etmişlər və Hacı Sadıq onların ataları müəyyən edilmişdir. Həmin evdə 1990-cı ildən yaşayırlar. Hacı Sadıq tək olmuş, onun ailəsi olmamışdır. Ona onlar baxmış, birgə yaşamışlar. Həmin ev onlar tərəfindən təmir edilib. Onların gəlməsinə bir söz demirlər. Cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 tərəfindən məhkəməyə təqdim edilmiş izahatda qeyd olunmuşdur ki, iddiaçlar iddia tələbində mülkiyyətlərinə keçmiş fərdi yaşayış evinə hər hansı bir qaydada köçürülməmiş və bu günə kimi həmin fərdi yaşayış evindən istifadə etməmişlər. Belə bir halın olmadığı təqdirdə iddiaçıların cavabdehlərə qarşı fərdi yaşayış evində cavabdehlər tərəfindən onlara qarşı hər hansı bir maneələrin yaradılması iddiası əsasızdır. Belə ki, qeyd olunan fərdi yaşayış evi X1nun mülkiyyətində olmuş, X7 2019-cu il tarixdə vəfat etmiş, cavabdehlər uzun müddətdir ki, 1990-cı il tarixdən etibarən qeyd olunan fərdi yaşayış evində bu günə kimi yaşayırlar. X1 tək olmuş ailə və uşaqları olmamış, onun bütün zəruri yaşam baxımları cavabdehlər tərəfindən həyata keçirilmişdir. Cavabdeh X1 ilə ailə kimi bir yerdə yaşamışlar. Hal-hazırda həmin fərdi yaşayış evində təsərrüfat aparmaqla orada yaşayırlar, fərdi yaşayış evinin təmir, tikinti, restavrasiya, kommunal xidmət ödənişləri cavabdehlər tərəfindən həyata keçirilməkdədir. İddiaçlar mərhumun vəfatından sonra Bakı şəhərinə gəlmiş, bundan sonra məhkəmə qaydasında atalıqları müəyyən edildikdən sonra vərəsəlik hüququnu əldə etdikdən sonra həmin fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmişlər. Cavabdehin bütün bunları sadalamaqda məqsədi ondan ibarətdir ki, iddiaçların cavabdehə qarşı fərdi yaşayış evində onlara qarşı iddia olunan maneələrin aradan qaldırılması iddiası əslində həqiqətə uyğun deyil, əsassız və boşu-boşuna formalaşdırılan bir yanaşmadır. Cavabdehlər ev sakini olaraq nəinki iddiaçılara, hec bir şəxsə qarşı hər hansı maneələrin yaradılmasında iştirak etməmişlər. Həmin fərdi yaşayış evinə bu gün belə X1nun qohumları gəlib getməkdədir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh5, X8, Cavabdeh3, X23, X9, X10, Cavabdeh4, X11 və X12 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan MYİ seriyalı ******* saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, İddiaçı1 yaşayış yeri ünvan 1 ünvanıdır. İş materiallarında olan MYİ seriyalı ******* saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, İddiaçı2 yaşayış yeri ünvan 1 ünvanıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X2, ¼ hissə, X13 ¼ hissə, X9 ¼ hissə, İddiaçı1 ¼ hissə, İddiaçı2 ¼ hissə mülkiyyət hüququ verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (103) -3007/2023 saylı qətnaməsinə əsasən, cavadehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçılar İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi onların həmin yaşayış sahəsindən istifadə hüquqları yaranmadığından rədd edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin hissə İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geritələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsus yaşayış sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədədir. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçılar ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 ¼ hissə, İddiaçı2 ¼ hissəsinin mülkiyyətçisidir. Cavabdehlər evə daxil olmaqlarına maneə edərək iddiaçıların mülkiyyət hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadələrinə yaradılan maneə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qadağan edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadələrinə yaradılan maneə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-169/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-169/2024
25.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver