Məhkəmə qərarları › İş №e-2(009)-1695/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1695/2022

20.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1695/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 3669/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. Hakim iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan aşağıdakı əsaslara görə imtina edilməlidir. Hakim qeyd edir ki, iddiaçı tələbində daşınmaz əmlak üzərinə qoyulan həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etsə də, ərizəni məhkəmənin elektron sisteminə iddia icraatı qaydasında yerləşdirmişdir. Halbuki mülki iş üzrə müvəqqəti təminat tədbiri kimi əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair müraciətə (şikayət və ya ərizə formasında) həmin mülki iş üzrə icraat qaydasında baxılmalıdır. Yəni, müvəqqəti təminat tədbiri kimi daşınmaz əmlak üzərinə qoyulan həbsin götürülməsinə dair ərizə iddia icraatı qadasında verilə biməz. Belə olan halda iddia ərizəsinin icraata götürülməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim eyni zamanda qeyd edir ki, iddia tələbinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün, iddiaçıya həmin məsələnin həlli ilə bağlı ərizə ilə (kağız daşıyıcılarda və ya elektron sistem vasitəsi ilə) məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.. Şərh olunanlara əsasən hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi geri qaytarılsın. İddiaçıya mövcud məsələnin həlli ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar