Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1739/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı Bayramlı Dənı̇ z Natı̇ q qızının cavabdehlər Cavabdeh1̇ Çoban qızına, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (qanuni nümayəndə Maraqlı şəxs) qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçiləri arasında payların mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bayramlı Dənı̇ z Natı̇ q qızı (Maraqlı şəxs və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1̇ Çoban qızına və Cavabdeh2 qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçiləri arasında payların mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının atası, mərhum X1 miras qalmış əmlakın – “Hyundai Accent” markalı, 2002-ci il buraxılış tarixli, ** EF *** nömrəli həmin avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddianın dəlilləri: miras qoyan iddiaçının mərhum atası X4r. X10 iddiaçının anası Maraqlı şəxs 2001-ci ilin noyabr ayında rəsmi nikah münasibətində olmaqla ailə qurublar. X14 Qarabağ müharibəsi iştirakçısı olub, 2-ci qrup əlil olub. 09 iyul 2020-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Ölümü xx.xx.2020-ci il tarixində qeydiyyata alınaraq ölüm haqqında şəhadətnamə verilmişdir. Qeyd edir ki, ölümündən bir il əvvəl iddiaçının atası ilə anası öz aralarında razılaşaraq rəsmi qaydada boşanmışlar, lakin birgə yaşayıb və birgə təsərrüfat aparmışlar. Ailəlikcə bir ünvanda yaşamışlar, hansı ki hazırda da iddiaçı və digər ailə üzvləri həmin ünvanda yaşayır. X11 varisləri iddiaçı, xx.xx.2007-ci il təvüllüdlü Cavabdeh4 və xx.xx.2012-ci il tarixli Cavabdeh3, eləcə də cavabdehlərdir. X9 bir avtomobil miras əmlak qalmışdır. Hyundai Accent markalı, 2002-ci il buraxılış tarixli, ** EF *** nömrəli həmin avtomobil hal-hazırda iddiaçıgilin mənzilinin yerləşdiyi binanın həyətində saxlanılır. Qeyd edir ki, X11 vəfatından sonra Bakı şəhəri 5 saylı ASAN Xidmətində notariat şöbəsində vərəsəlik işi açılmış və onlar 5 nəfər olaraq vərəsə kimi tanınmışlar. Həmin vərəsələrdən biri mərhumun atası X13 olmuşdur, lakin xx.xx.2024-cü il tarixdə o da vəfat etmişdir. Ellaz Bayramovun adına vərəsəlik işi açılmasa da onun iddiaçının atasından başqa bir qızı vardır. Neçə ildir ki, cavabdehlər həmin avtomobilin satılmasına və pul vəsaitinin aralarında bölünməsinə razılıq vermirlər. İddiaçı dəfələrlə bu barədə babası Ellaz Bayramovun da sağlığında rəsmi qaydada təklif göndərmiş, eyni zamanda dəfələrlə qeyri-rəsmi qaydada müraciət etsə də onlar avtomobilin satılmasına razılıq vermir, nə də iddiaçı tərəfə kompensasiya vermirlər ki, maşındakı paylarını onlara bağışlasınlar. Həmçinin iddiaçı tərəfdən kompensasiya da qəbul etmirlər, əslində onlara kompensasiya verməyə iddiaçı tərəfin heç imkanı da yoxdur. Hal-hazırda avtomobil iddiaçıgilin həyətindədir. İstismar olunmadığı üçün xarab olur, cavabdehlərin səbəbindən göz görə-görə məhv olur, istismara yararsız hala düşür. İddiaçının və ailə üzvlərinin isə bu avtomobilin satışından əldə ediləcək pul vəsaitinə kəskin ehtiyacı vardır. Birdəki iddiaçının atasının əmlakı nəyə görə məhv olmalıdır ki, o, bu avtomobili onların ehtiyaclarını qarşılamaq üçün almışdır, almamışdır ki, həyətdə qalıb çürüsün, məhv olsun. İddiaçı Bakı Dövlət Universitetinin “hüquq” fakultəsində təhsil alır, onun universitet dövründə təhsilinə lazım olan xərcləri qarşılamaqda çətinlik çəkirlər. Bu səbəbdən də əmlakın məhkəmə qaydasında hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi qərarına gəlmişlər. Qeyd edir ki, əmlak bölünməz əşya olduğundan payların naturada ayrılması mümkün deyil, eləcə də, iddiaçının payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi də mümkün deyildir. Çünki cavabdehlər buna razı deyillər, eləcə də onların kompensasiya ödəmək imkanları da yoxdur, onların maddi imkanları zəifdir. Digər payçılar isə iddiaçının yetkinlik yaşına çatmayan bacı qardaşlarıdır, onların da kompensasiya ödəmək imkanları yoxdur. Bu səbəbdən də 220.3-220.5-ci maddələrdə müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması mümkünsüzdür. Hesab edir ki, qanunvericiliklə təsbit və müəyyən olunmuş hüquqlar əsas tutularaq, digər mülkiyyətçilərlə aralarındakı ümumi paylı mülkiyyət hüquqlarına məhkəmə qaydasında hərracdan satdırma və satış pulunun bölünməsi yolu ilə xitam verilməli, mübahisə bu yolla aradan qaldırılmalı, hüquqları, eləcə də, iddiaçının yetkinlik yaşına çatmayan bacı-qardaşının hüquqları təmin olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmələrini, həmçinin onlar azyaşlı və yetkinlik yaşına çatmayan şəxslər olduğuna görə onlrın qəyyumu kimi anaları Maraqlı şəxs tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini etiraz etməyərək bildirmişdr ki, avtomobil qardaşı sağ ikən işlək idi, hazırda avtomobilin dəyəri və onun işlək vəziyyətdə olubolmaması barədə onlarda məlumat yoxdur. Lakin, avtomobilin hərracda satılmasına və əldə edilmiş pulun vərəsələr arasında bölünməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 205804 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 və X2 arasında nikah 27 noyabr 2001-ci il tarixdə bağlanmış, 297 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına «Bayramova» soyadı verilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 796024 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 2004-cü il təvəllüdlü İddiaçı Bakı şəhərində anadan olmuş, ata qrafasında X6, ana qrafasında Maraqlı şəxs qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 009782 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 2007-ci il təvəllüdlü Cavabdeh4 Bakı şəhərində anadan olmuş, ata qrafasında X6, ana qrafasında Maraqlı şəxs qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 003753 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhərində anadan olmuş, ata qrafasında X6, ana qrafasında Maraqlı şəxs qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 241 nömrəli aktla qeydə alınmış AZ-İ seriyalı, 334138 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. - AB 176983 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı, 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. - Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 431 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 109322 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - xx.xx.2022-ci il tarixli 2V-907 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh3dur və o miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AB176983 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHCG45C32U375035, mühərrikin nömrəsi – və buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd: yerdə qalan 4/5 hissə pay açıq saxlanıldı. - xx.xx.2022-ci il tarixli 2V-909 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh4dır və o miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AB176983 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHCG45C32U375035, mühərrikin nömrəsi – və buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd: yerdə qalan 1/5 hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 3/5 hissə pay açıq saxlanıldı. - xx.xx.2022-ci il tarixli 2V-973 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdır və o miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Az. Res. DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AB176983 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHCG45C32U375035, mühərrikin nömrəsi – və buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd: yerdə qalan 2/5 hissə açıq saxlanıldı. 2/5 hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəlik işinə dair mərhumun atası-X13, anası- Cavabdeh1, oğlu-Cavabdeh3, qızı-İddiaçı, qızı- Cavabdeh4 müraciət etmişlər və onlar mərhum X1 miras qalmış 90EF362 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hər birinə 1/5 hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. - xx.xx.2024-cü il tarixli Bayramlı Dənı̇ z Natı̇ q qızı tərəfindən Cavabdeh1̇ Çoban qızına, Cavabdeh2 və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə ünvanlanmış təklifdən görünür ki, avtomobilin qarşılıqlı razılıqlarıyla satılması və əldə ediləcək pul vəsaitinin öz aralarında bölünməsi, yaxud da avtomobilin satış (bazar) qiymətindən onun və bacı-qardaşının paylarına düşən hissəsinin dəyəri tərəflərindən ödənilməklə avtomobilin mülkiyyətlərinə keçməyi təklif edilmiş, öz aralarında razılaşmayacaqları təqdirdə əmlakın məhkəmə qaydasında hərracdan satdırılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib sürətdə bölüşdürülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir - arvadı: Cavabdeh1, oğlu: X6 (vəfat edib xx.xx.2020), oğlu: X8 (vəfat edib xx.xx.2018), qızı: Cavabdeh2. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 adına hazırkı vaxta qədər vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə ölmüş X5 qızı Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmış və o, vərəsələrin siyahısına daxil edilmişdir. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, AB 176983 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı, 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətində olmuşdur. X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəlik işinə dair mərhumun atası-X13, anası- Cavabdeh1, oğlu-Cavabdeh3, qızı-İddiaçı, qızı- Cavabdeh4 müraciət etmişlər və onlar mərhum X1 miras qalmış 90EF362 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hər birinə 1/5 hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. Həmçinin müəyyən edilmişdir ki, X5 ailə tərkibinə arvadı: Cavabdeh1, oğlu: X6 (vəfat edib xx.xx.2020), oğlu: X8 (vəfat edib xx.xx.2018), qızı: Cavabdeh2 daxildir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə ölmüş X5 qızı Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmış və o, vərəsələrin siyahısına daxil edilmişdir. X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfatından sonra övladları İddiaçı, Cavabdeh4, Cavabdeh3 və valideynləri X13, Cavabdeh1 onun İ növbə vərəsələri olmuşlar. X5 vəfatından sonra arvadı Cavabdeh1 və qızı Cavabdeh2 onun İ növbə vərəsələri olmuşlar. Hazırda iddiaçı Bayramlı Dənı̇ z Natı̇ q qızı da AB 176983 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHCG45C32U375035, mühərrikin nömrəsi - və buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı 90EF362 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağadıkıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; - 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Qeyd olunan Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında deyilir ki, "Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." Qərarda daha sonra deyilir ki, "Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." Qərarın nəticə hissəsinin 2-ci bəndində deyilir ki, "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." İşin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmeti olan buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi tərəflərin paylı mülkiyyətindədir və mülkiyyətçilər arasında həmin əmlakın bölünməsinə, başqa sözlə müvafiq hissələrdə kompensasiyanın ödənilməsinə dair razılaşmaları olmamış, buna görə də qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçı öz payının ayrılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracdan satılması tələbi ilə bağlı tərəflər arasında fikir ayrılığı müəyyən edilməmişdir. Məhkəmə, işin faktiki hallarını, tərəflərin hər birinin mənafeyini, mübahisəli əmlakın bölünməz daşınar əmlak olduğunu nəzərə alaraq naturada bölünməsinin və ya ondan payın ayrılmasının mümkün olmadığını, eləcə də tərəflər arasında hər hansı bir razılaşmanın əldə edilmədiyini, başqa sözlə, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini nəzərə alaraq, paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasını nəzərdən keçirərək hesab edir ki, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı, 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracdan satılmaqla əldə edilmiş pul vəsaiti mülkiyyətçilərin (tərəflərin) paylarına mütənasib olaraq bölünməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB 176983 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHCG45C32U375035, mühərrikin nömrəsi - və buraxılış ili 2002-ci il olan Hyundai Accent minik markalı 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracdan satılmalı və əldə edilmiş pul vəsaiti mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünməlidir. Cavabdehlərdən iddiaçının ödədiyi dövlət rüsumu 100 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB 176983 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHCG45C32U375035, mühərrikin nömrəsi - və buraxılış ili 2002-ci il olan “Hyundai Accent” minik markalı 90EF362 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracdan satılsın və əldə edilmiş pul vəsaiti mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünsün. Cavabdehlər Cavabdeh1̇ Çoban qızından, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (qanuni nümayəndə Maraqlı şəxs) iddiaçının ödədiyi dövlət rüsumu 100 (bir yüz) manat tutularaq Bayramlı Dənı̇ z Natı̇ q qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet Vasaitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1739/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1739/2024
26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver