Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1741/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində İstiqlaliyyət küçəsindən Azərbaycan prospektinə döndüyünə görə yol polisi tərəfindən 40 manat cərimə olunduğunu, İstiqlaliyyət küçəsində 5.8.1 zolaqlarda hərəkət istiqaməti göstərən işarə olmadığı halda cərimə olunmamalı olduğunu bildirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Görüdüyü kimi, İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının hərəkətlərindən şikayətlə məhkəməyə müraciət etmişdir. İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Qeyd edir ki, mübahisəyə (şikayətə) baxılması qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə tənzimləndiyinə görə, hazırkı mübahisəyə inzibati xətalar haqqında işlərə baxılması qaydasında baxılmalıdır. Belə olan halda, iddiaçının şikayətinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, tələbin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin elektron informasiya sistemindən görünür ki, şikayətçi özü də mübahisənin inzibati hüquq münasibətlərindən irəli gədiyinə görə vətəndaşın dövlət rüsumu ödənilməsindən azad olmasına istinad etmişdir. Belə hesab edir ki İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair şikayətinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, şikayət və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və ona inzibati xəta haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüquqlarının olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair şikayətinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Şikayət və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İzah edilsin ki, inzibati xəta haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1741/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1741/2023
15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver