Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1766/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9116/2016 saylı icra sənədinin icrası ilə əlaqədar İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüş 3391.50 manat məbləğində icra ödənişi və 3111.90 manat məbləğində borcluya qaytarılacaq pul vəsaitinin, ümumilikdə 6503.40 manat məbləğində pulun və 85.03 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsindən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9116/2016 saylı qətnaməsi ilə (hakim E.Y.Şamayev) İddiaçı ASC-nin cavabdehlər Qasım-zadə Fərid Vaqif oğlu və X4 qarşı girovlu istehlak kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 3749/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim M.A.Məmmədov) cavabdeh F.V.Qasım-zadənin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9116/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2084/2019 saylı qərarı ilə (sədrlik edən hakim V.Ə.İbayev) cavabdeh F.V.Qasım-zadənin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-3749/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 8726/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim V.T.Həsənov) cavabdeh F.V.Qasım-zadənin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli 2(004)-9116/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9116/2016 saylı icra sənədi icraya yönəlmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli 54568/2017-xx-xx/5510 saylı sifariş məktubuna əsasən R.M.Mustafayevə məxsus Bakı şəhəri, Səbail rayonu, neftçi Qurban Abbasov küçəsi, ev 25, mənzil 13 hərrac təşkilatçısı vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-nin 28 sentyabr 2021-ci il tarixli YP № 154 nömrəli Satış protokolu və 28 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, R.M.Mustafayevə məxsus Bakı şəhəri, Səbail rayonu, neftçi Qurban Abbasov küçəsi, ev 25, mənzil 13 ipoteka saxlayan İddiaçı ASC tərəfindən 48.450 manat məbləğinə əldə edilmiş və daşınmaz əmlak bankın balansına keçmişdir. İcra icraatı zamanı 7 faiz icra ödənişi təşkil edən 3.391,50 (üç min üç yüz doxsan bir, 50) manat məbləğində pul vəsaiti və keçirilmiş hərrac nəticəsində borclu (ipoteka qoyan) R.M.Mustafayeva qaytarılacaq qiymət fərqi təşkil edən 3.111,90 (üç min bir yüz on bir, 90) manat məbləğində pul vəsaiti icra qurumu tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüşdür. Belə ki, 05 oktyabr 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından müəyyən olunur ki, emitent İddiaçı ASC tərəfindən benefisiar X3 Səbail rayon İcra şöbəsinin AZ79CTRE******************** hesabına F.V.Qasımzadənin icra işi ilə əlaqədar 3.391,50 (üç min üç yüz doxsan bir, 50) manat məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. 08 oktyabr 2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından müəyyən olunur ki, emitent İddiaçı ASC tərəfindən benefisiar X3 Səbail rayon İcra şöbəsinin AZ79CTRE******************** hesabına F.V.Qasım-zadənin icra işi ilə əlaqədar 3.111,90 (üç min bir yüz on bir, 90) manat məbləğində borcluya qaytarılacaq qiymət fərqi ödənişi köçürülmüşdür. Bundan sonra, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-186/2023 saylı qətnaməsinə əsasən (hakim N.N.Tağıyeva) iddiaçı X2 cavabdehlər “X1 Mərkəzi” MMC və İddiaçı ASC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, neftçi Qurban Abbasov küçəsi, ev 25, 13 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli YP 154 nömrəli “Satış protokolu” və bu protokol əsasında İddiaçı ASC ilə “X1 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqaviləsi etibarsız hesab olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı ASC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2630/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.V.Abdıyev) cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-186/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-407/2024 saylı qərarı ilə (sədrlik edən hakim Z.Ə.Əliyev) cavabdeh İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2630/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar olaraq, tələbkar İddiaçı ASC xx.xx.2024-cü il tarixli 2510 saylı məktub ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə müraciət edərək, keçirilmiş hərracın nəticələrinin məhkəmə qərarı ilə etibarsız hesab olunduğu və daşınmaz əmlaka dair bankın adına verilmiş çıxarışın ləğv olunduğu halda, İddiaçı ASC tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüş 7 faiz icra ödənişi təşkil edən 3.391,50 manat və keçirilmiş hərrac nəticəsində borcluya qaytarılacaq qiymət fərqi təşkil edən 3.111,90 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli 54568/2017-16-12-002 saylı məktubunda İddiaçı ASC tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüş 7 faiz icra ödənişi təşkil edən 3.391,50 manat və keçirilmiş hərrac nəticəsində borcluya qaytarılacaq qiymət fərqi təşkil edən 3.111,90 manat məbləğində pul vəsaitinin geri qaytarılması üçün müvafiq məhkəməyə müraciət olunması qeyd edilmişdir. İcra qurumunun məktubunda icra ödənişi təşkil edən 3.391,50 manat və keçirilmiş hərrac nəticəsində borcluya qaytarılacaq qiymət fərqi təşkil edən 3.111,90 manat məbləğində pul vəsaitinin İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülməsi təsdiq edilsə də, heç bir əsas göstərilmədən geri qaytarılmasından imtina edilmişdir. Hesab edirik ki, icra qurumunun imtinası əsassız və qanunsuzdur. Bu səbəbdən, iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-634/2024 saylı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında qeyd edilmişdir ki, hazırkı tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, “İcra haqqında” Qanunun müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri, habelə hərracın qalibinin əldə etdiyi əmlakla bağlı digər xərclər (vergilər və s.) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Eyni zamanda, ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 43.7 və 43.7-1-ci maddələrinə əsasən ipoteka predmetini əldə etdiyi zaman çəkdiyi xərclər də həmin xərclərə aiddir. Belə ki, həmin xərclər bilavasitə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərdir. - 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: -47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); -47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; -47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; -47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. -47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. -74.2-ci maddəsinə əsasən bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. -74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.” -79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. -79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına. -81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Qanunvericiliyin tələbi baxımından məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən icra sənədinin icrası ilə əlaqədar İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bank hesabına köçürülmüş 3391.50 manat məbləğində icra ödənişi və 3111.90 manat məbləğində borcluya qaytarılacaq pul vəsaitinin icra şöbəsindən tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından MPM-nin 261.0.1-ci maddəsinin tələbləri baxımından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-634/2024 saylı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə izah edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələblər icra icraatı qaydasında həll edilməli olan məsələlərə aid olduğuna görə istinad etdiyi qətnamənin icrasını həyata keçirən icra şöbəsinə, imtina edildiyi halda isə icra məmurunun hərəkətlərindən icra icraatı qaydasında məhkəməyə şikayət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM- 262.5) MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə (iddia) icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsində irəli sürdüyü tələblərlə bağlı icra şöbəsinə, imtina edildiyi halda isə icra məmurunun hərəkətlərindən icra icraatı qaydasında məhkəməyə şikayət etmək hüququ var. Məhkəməyə müraciət etmək üçün İddiaçı ASC tərəfindən ödənilmiş 85.03 (səksən beş manat üç qəpik) manat dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1766/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1766/2024
28.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver