Məhkəmə qərarları › İş №e-2(009)-177/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-177/2024

01.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-177/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Tofı̇ q qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Heydərov Natı̇ q Heydər oğlunun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Tofı̇ q qızının cavabdeh Heydərov Natı̇ q Heydər oğluna qarşı "pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Tofı̇ q qızı cavabdeh Heydərov Natı̇ q Heydər oğluna qarşı "pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə Bakı Apellyasiya Məhkəməsinin 2(103) - 5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 332000 manat məbləğində pul vəsaitinin ödənilməsinin icra icraatına başlanıldığı xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə (4 il 8 ay) gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün həmin məbləğə illik beş faiz hesablanmaqla 78850 manat pulun və 327,49 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixdə verilmiş 2(103)- 5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə (bundan sonra-2(103)-5062/2017 saylı icra sənədi) əsasən, borclu Cavabdeh 610.000 manat məbləğində pulun alınıb tələbkar İddiaçı verilməsi qərara alınmışdır. 2(103)-5062/2017 saylı icra sənədi üzrə Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılmış və borclu Cavabdeh tələbin 10 gün müddətində könüllü icrası üçün bildiriş verilərək, əks təqdirdə tələbin məcburi qaydada icra ediləcəyi bildirilmiş, lakin tələb borclu Cavabdeh tərəfindən könüllü icra müddəti ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə (bundan sonra - 2(102)- 3253/2016 saylı icra sənədi) əsasən, borclu İddiaçı 320.000 manat məbləğində pulun alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. 2(102)- 3253/2016 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli qərarla icraata başlanılmış, icra zamanı tələb borclu İddiaçı mülkiyyətində olan “Toyota Land- Cruiser-Prado” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin əmlakın açıq hərracdan satışı nəticəsində borcun 42.000 manatı ödənilmiş və 278.000 manat borc qalmışdır. 2(103)-5062/2017 saylı icra sənədi üzrə borclu, 2(102)-3253/2016 saylı icra sənədi üzrə isə tələbkar olan Cavabdeh xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə müraciət edərək, hər iki icra işinin bir icraatda birləşdirilməklə qarşılıqlı əvəzləşdirmə aparılmasını xahiş etmişdir. Qarşılıqlı razılığa əsasən 2(102)-3253/2016 saylı icra sənədi üzrə borclu İddiaçı tələbkar Cavabdeh verməli olduğu qalıq 278.000 manat borc, 2(103)-5062/2017 saylı icra sənədi üzrə borclu Cavabdeh tələbkar İddiaçı verməli olduğu 610.000 manat borcun müvafiq məbləğdə olan hissəsi (yəni 278.000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, 2(102)- 3253/2016 saylı icra sənədi tam icra olunmaqla, həmin icra sənədi üzrə borclu İddiaçı tələbkar Cavabdeh hər hansı məbləğdə borcu qalmamış, 2(103)-5062/2017 saylı icra sənədi isə qismən icra olunmaqla, həmin icra sənədi üzrə borclu Cavabdeh tələbkar İddiaçı 332.000 manat məbləğdə borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək, 2(102)-3253/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı isə, xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə müraciət edərək, 2(103)-5062/2017 saylı icra sənədi üzrə qalıq 332.000 manat məbləğdə borcun ödənilməsi üçün müvafiq icra tədbirlərinin görülməsini xahiş etmişdir. 2(103)-5062/2017 saylı icra sənədinin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən borclu Cavabdeh mülkiyyətində pul vəsaiti, avtomaşın, bağ və digər daşınar və daşınmaz əmlakların olubolmaması barədə aidiyyəti orqan və təşkilatlara müvafiq sorğular verilib cavablar alınmışdır. 2(103)- 5062/2017 saylı icra sənədi üzrə tələbin həmin sorğulara cavablar əsasında müəyyən olunan əmlaklara yönəldilməsi üçün icra məmurunun müvafiq təqdimatı əsasında Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(009)-473/2018 saylı qərardadı ilə borclu Cavabdeh məxsus bir sıra daşınar və daşınmaz əmlakların (ünvan 1 ünvanında yerləşən 15 və 18 saylı mənzillər, həmin ünvanda yerləşən 15 və 30 kv.m qeyri-yaşayış sahələri (qarajlar), Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsi, ünvan 4 ünvanında yerləşən 114 kv.m qeyriyaşayış sahəsi, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı və 1,50 ha, 2,50 ha, 4,0 ha sahibkarlıq təyinatlı torpaq sahələri, “BMW 528İ” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı və “Toyota Land-Cruiser-Prado” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər) üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu Cavabdeh verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-487/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Borclu Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(009)-39/2020 saylı qərardadı ilə rədd edilmişdir. Həmin qərardaddan borclu Cavabdeh verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-190/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Üzərinə həbs qoyulmuş əmlaklar icra məmurunun müvafiq sifarişi əsasında "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatları ilə qiymətləndirilmiş, lakin borclu Cavabdeh həmin hesabatları məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6087/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə iddia qismən təmin olunaraq, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin qiyməti 182.000 manat, həmin ünvanda yerləşən 18 saylı mənzilin qiyməti 81.500 manat, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 15.000 manat, ünvan 6 ünvanında yerləşən 673,4 kv.m qeyriyaşayış sahəsinin qiyməti 1.481.000 manat, ünvan 4 ünvanında yerləşən 114 kv.m qeyriyaşayış sahəsinin qiyməti 45.600 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinin qiyməti 8.000 manat müəyyən edilmiş, iddia qalan hissədə, yəni ünvan 1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirmə hesabatının ləğvi tələbi hissəsində rədd olunmuşdur. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə 2(103)-5062/2017 saylı icra sənədi üzrə üzərinə həbs qoyularaq qiymətləndirilmiş əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə uyğun olaraq mövcud 332.000 manat borc məbləğinin hissəsi olan 324.100 manat müqabilində tələbkar İddiaçı təklif olunmuşdur. Tələbkar İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə təklifdə qeyd olunan əmlakları qəbul etdiyini bildirmişdir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2(103)-5062/2017 saylı icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 15 və 18 saylı mənzillərin, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin və ünvan 4 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin borcun qismən ödənilməsi hesabına tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdrilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Borclu Cavabdeh Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından Bakı şəhəri Səbail rayon məhkəməsinə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-205/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və 2(103)-5062/2017 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Tələbkar İddiaçı bu qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-192/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmuş və borclu Cavabdeh Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Bu qərardad onunla əsaslandırılmışdır ki, “İşin materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borcluya borcun ödənilməsi ilə bağlı təklif verilmiş, lakin, borclu tələbi könüllü icra etmədiyindən, icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmişdir. İşin materiallarında borclunun icra sənədi üzrə olan borcunun hissə-hissə ödənilməsi barədə də tələbkarla hər hansı bir danışığının, razılığının olması müəyyən edilmir. Əksinə işin materialları ilə müəyyən olunur ki, borclu məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açmış və bu da icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratmışdır. Borclunun icra sənədi üzrə borcu könüllü olaraq ödəmək niyyəti, zəruri vəsaiti var idisə, onda onun borcu vaxtında ödəməyib məcburi icra tədbirlərini müxtəlif məhkəmə mübahisələri ilə mübahisələndirməsi anlaşılan deyil.” Daha sonra borclu Cavabdeh xx.xx.2022-ci il tarixli şikayətlə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, 2(103)-5062/2017 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin üzərinə qoyulmasını xahiş etmiş, lakin Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-431/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə həmin şikayət təmin edilməmişdir. Bundan sonra borclu Cavabdeh tərəfindən 332000 manat borc müxtəlif tarixlərdə hissə-hissə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür. Tələbkar İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə müraciət edərək, ona ödənilməli olan 332000 manat pul vəsaitinin ərizəyə əlavə etdiyi bank hesabına köçürülməsini və həmin vəsait onun hesabına ödənildikdən sonra iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2(103)- 5062/2017 saylı icra sənədi üzrə icraata 332000 manat məbləğində borcun tam şəkildə ödənilməsi ilə əlaqədar xitam verilmişdir. Şərh edilənlərdən göründüyü kimi, borclu Cavabdeh 2(103)- 5062/2017 saylı icra sənədi üzrə 332000 manat qalıq borcun ödənilməsini icra icraatına başlanıldığı xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə (4 il 9 ay) hər hansı üzrlü səbəb olmadan müxtəlif əsassız bəhanələrlə gecikdirmiş, həmin borcun ödənişini könüllü icra üçün müəyyən edilmiş müddətdə icra etməmiş, eləcə də məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açaraq, icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratmışdır. Odur ki, iddiada qeyd edilən maddi hüquq normaları hazırkı mübahisəyə tətbiq edilərək, Cavabdeh İddiaçı xeyrinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 332000 manat məbləğində pul vəsaitinin ödənilməsinin icra icraatına başlanıldığı xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə (4 il 9 ay) gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün həmin məbləğə illik beş faiz hesablanmaqla 78850 manat pul (332000 manat x 5 % = 16600 manat x 4 il 9 ay) tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Tofı̇ q qızının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh İddiaçı “pul məbləğinin ödənilməsinin geçikdirilməsinə görə hesablanmış faizin ödənilməsinə dair” tələbini əsassız hesab edir və bu tələbini əsassız varlanma kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3253/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu İddiaçı 320.000 manat məbləğində pul alınıb tələbkar Cavabdeh verilməli idi. Qeyd edilən icra sənədinə əsasən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən xx.xx.2016-cı il tarixli İcraata başlamaq haqqında Qərar qəbul edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23 avqust 2017-ci il tarixli icra vərəqəsi üzrə Səbail Rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 xx.xx.2018-ci il tarixdə İcraata başlamaq haqqında Qərar qəbul etmişdir. Qeyd edilən icra vərəqəsinə əsasən Cavabdeh İddiaçı 610.000 manat pul verilməli idi. Beləliklə, tarixlərə görə birinci olan xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə Cavabdeh tələbkar olmuşdur. xx.xx.2016cı il tarixdə icraata qəbul edilmiş icra sənədi üzrə borclu İddiaçı məcburi icra tədbirləri nəticəsində uzun müddətdən sonra 42.000 manat ödəmiş və 278.000 manat borc qalmışdır. Həmin məbləğdə olan borcu o, ona 2016-cı ildə ödəməli olduğu halda 2018-ci ilin iyul ayında onun ona olan borcu ilə əvəzləşdirilməsi nəticəsində ödəmişdir. Beləliklə, 2018-ci ilin iyul ayında İddiaçı Cavabdeh 2016-cı ildən verməli olduğu 278.000 manat məbləğində borc məhz xx.xx.2018-ci il tarixdə icraata qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Cavabdeh İddiaçı verməli olduğu 610 000 manat borcun 278.000 manat borc ilə əvəzləşdirilmə nəticəsində silinmişdir. Bundan sonra, Cavabdeh İddiaçı 332.000 manat məbləğində borcu qalmışdır. Bu fakt İddiaçı Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə yazdığı notariat qaydasında təsdiq edilmiş 19 iyul 2018-ci il tarixli ərizə ilə təsdiqlənir. Bundan sonra Cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən başlanılmış icraat üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq o, İddiaçı bank hesabına aşağıdakı tarixlərdə və məbləğlərdə ödənişlər etmiş. xx.xx.2018-ci il tarixdə 3950 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2018-ci il tarixdə 10000 manat, xx.xx.2018-ci il tarixdə 3650 manat, xx.xx.2018-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 3250 manat, xx.xx.2018-ci il tarixdə 3250 manat, xx.xx.2018-ci il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 750 manat, xx.xx.2018-ci il tarixdə 34000 manat, xx.xx.2018-ci il tarixdə 7000 manat, xx.xx.2018-ci il tarixdə 5000 manat, xx.xx.2018-ci il tarixdə 20000 manat, xx.xx.2018-ci il tarixdə 25000 manat, xx.xx.2019-cu il tarixdə 10000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat, xx.xx.2019- cu il tarixdə 10000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat, xx.xx.2019-cu il tarixdə 10000 manat olmaqla ümumilikdə 267630 manat məbləğində ödəniş etmişdir. Əfsuslar olsun ki, borc əvəzi olunan ödənişlər Bakı Apellyasiya Mərahkəməsinin 8(103)-192/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiqlənsə də əsassız olaraq borc ödənişi kimi qiymətləndirilməmişdir. Halbuki, İddiaçı uşaqların təhsili, səyahət və digər tələbatlarının ödənilməsi üçün ödənişləri heç vaxt İddiaçı bank hesabına etməmişdir. Sual yaranır, əgər bank hesabına etdiyi ödənişlər borcun əvəzi kimi qəbul edilmirdisə nə üçün icra məmuru onu icra sənədini icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etməmişdir. Çünki o, borca görə İddiaçı köçürmə yolu ilə ödənilən pullara dair qəbzləri icra məmuruna mütəmadi təqdim etmişdir. 21 aprel 2018-ci il tarixdən başlayaraq borcu qısa müddətdə tam ödəmişdir. İddiaçı bank hesabına 282.630 manat pul köçürmüşdür. Eyni zamanda bundan əlavə övladlarının 2017/2018 və 2018/2019-cu tədris illəri üçün təhsil haqqını tam ödəmişdir. İddiaçı bir valideyn kimi bu xərclərdə iştirak etməmişdir. Baxmayaraq ki, ailə qanunvericiliyinin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. (AR Ailə Məcəlləsinin 56.1-ci maddəsi). İddiaçı ondan küllü miqdarda pulu alanda onun ona olan borcunu nə üçünsə tələb etmirdi, borcun ödənilməməsi ilə bağlı icra məmuruna şikayətlər etmirdi. Əgər ödədiyi pullar borc əvəzi deyildirsə o, nə səbəbə görə qəbzləri icra məmuruna göndərirdi, o da onları tələbkara verirdi. Axı borcun İddiaçı bankda olan hesabına ödənilməsi onun verdiyi hesaba köçürülməsi yolu ilə həyata keçirilirdi. Haqsızlıqlara məruz qalaraq, İddiaçı 2018-ci ildə borcu tam ödədiyi halda, o, ikinci dəfə 2022-ci ildə İddiaçı 332000 manat ödəməyə məcbur olmuş, çünki o, iş adamıdır, mütənasibliyin pozulması nəticəsində borcdan 10 dəfə artıq dəyəri olan əmlaklarının üzərinə qoyulan həbsin götürülməsi üçün məcbur qalmışdır ki, pulu ikinci dəfə ödəsin. Beləliklə, o, İddiaçı olan borcunu vaxtında ödəmiş, heç vaxt ödəmədən yayınmamış, əksinə borcu iki dəfə ayrıayrı vaxtlarda tam ödəmişdir. O, isə ona münasibətdə borclu olduğu halda öhdəliyini məhz 2 ildən sonra onun borcu ilə əvəzləşdirərək ödəmişdir. Hazırkı tələblə iddiaçı yenidən onun hesabına yenidən əsassız varlanmaq qərarına gəlmişdir. İşin faktiki hallarına uyğun olaraq ona münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tətbiqi yolverilməzdir. Əvvəla, Mülki Məcəllənin 445.7-ci maddəsi imperativ deyil, dispozitiv maddi hüquq normadır. Digər tərəfdən, o, borcu ödəməkdən yayınmamışdır. Əksinə, İddiaçı ona münasibətdə öhdəliyi yerinə yetirməkdən yayınmışdır. İddiaçı ona olan 320 000 manat olan borcunu 2 (iki) ildən sonra ödəmişdir. Özü də borcun böyük hissəsi onun ona olan borcu ilə əvəzləşdirilmişdir, yəni İddiaçı ona pul ödəməmişdir. İddiaçının məntiqinə əsasən özü ona geçikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olacaqdır. İddiaçı hazırkı tələbi əsassız olmaqla yanaşı, həmçinin ədalətsizdir. Məhkəmənin nəzərinə çatdırır ki, onun İddiaçı qarşı pul tələbi ilə bağlı iş üzrə çıxarılan məhkəmə aktlarında onun ona yuxarıda qeyd etdyi kimi icra vərəqəsinə əsasən, icra məmuruna ödədiyi pulların qəbzlərini göndərməklə, ödədiyi pulları borcun ödənilməsi kimi deyil, qanunuz və əsassız olaraq bağışlama müqaviləsi mövcud olmadığı halda hədiyyə kimi qiymətləndirsə də, ona hədiyyə etməmişdir. Münasibətlərin pozulduğu halda, boşanmadan 10 il sonra hansı keçmiş ər arvada 267.630 manat hədiyyə edir, özüd ə borc məbləğinə uyğun? Bu nə reallığa nə də məntiqə uyğundur. Həmçinin, aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Heydərov Natı̇ q Heydər oğlunun nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etmədiklərini, etirazda bunla bağlı ətraflı qeyd edildiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, qısa müddət ərzində Heydərov Natı̇ q ödənişi etmişdir. Cavabdehin qəsdən ödənişdən yayınmaq məqsədi olmamışdır. Belə ki, cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq ödənşlər həyata keçirərkən həmin ödənişlərin xx.xx.2018-ci il tarixdə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən başlanılmış icraat üzrə edildiyini güman etmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də hər iki icra işi üzrə təqdim edilmiş icra icraatındakı sənədlərini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/16 saylı, 22 iyun 2016-cı il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı ilə birgə nikah dövründə aldığı ümumi borc 1.910.000 manatın 320.000 (üç yüz iyirmi min) manat hissəsi İddiaçı aid edilmiş və həmin məbləğdə pul İddiaçı alınaraq Cavabdeh verilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, cəmi 1,220.000 manat pul vəsaiti ümumi birgə mülkiyyət kimi İddiaçı ilə Cavabdeh arasında bərabər payda bölünməli, həmin pul vəsaitindən iddiaçının payına düşən 610.000 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. - Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Cavabdeh “10” gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. - Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-ci il tarixli icraatın dayandırılması haqqında qərarından görünür ki, iş üzrə borclu Cavabdeh xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən şikayət verdiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi baxılan hissədə ləğv edilərək həmin hissədə iddia qismən təmin olunmuş, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115, mənzil № 18-ə münasibətdə ləğv edilərək həmin mənzilin qiymətinin 81.500 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev № 115, mənzil № 15-ə münasibətdə ləğv edilərək həmin mənzilin qiymətinin 182.000 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonuu, K.Kazımzadə küçəsi, ev №115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilərək, həmin qeyri-yaşayış sahəsinin qiymətinin 15.000 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev №23-də yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilərək həmin qeyri-yaşayış sahəsinin qiyməti 1.481.000 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev № 99-da yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə ləğv edilərək həmin qeyri-yaşayış sahəsinin qiyməti 45.600 manat müəyyən olunması, "xxxx" MMC-nin verdiyi xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinə münasibətdə ləğv edilərək həmin torpaq sahəsinin qiymətinin 8.000 manat müəyyən olunması, iddianın qalan hissədə, yəni Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev №115-də yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə qiymətləndirmə hesabatının ləğvi edilməsi barədə tələbə aid hissədə rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. - Tələbkar İddiaçı Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 610000 manat alınaraq ona ödənilməlidir. Sözügedən icra sənədi üzrə hazırki tarixə 332000 manat qalıq borc mövcuddur, Borcluya məxsus üzərinə həbs qoyulmaqla 81500 manat dəyərində qiymətləndirilmiş, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 18-i; borcluya məxsus üzərinə həbs qoyulmaqla 182000 manat dəyərində qiymətləndirilmiş, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 15-i; borcluya məxsus üzərinə həbs qoyulmaqla 15000 manat dəyərində qiymətləndirilmiş, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115-də yerləşən 15 kv.m qeyri- yaşayış sahəsini borcluya məxsus üzərinə həbs qoyulmaqla 45600 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev № 99-da yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin qalıq borcun hissəsi əvəzində ona təklif edilməsini, qalıq 7900 manat borcun ödənilməsi ilə bağlı isə növbəti müraciətinədək icra tədbirlərinin dayandırmağını xahiş etmişdir. - Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh məxsus Bakı şəh, Yasamal ray, K.Kazımzadə küç, ev 115, mən 18, Bakı şəh, Yasamal ray, K.Kazımzadə küç, ev 115, mən 15, Bakı şəh, Yasamal ray, K.Kazımzadə küç, ev 115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəh, Yasamal ray, İsmayılbəy Qutqaşınlı küç, ev 99-da yerləşən 114 kv.m qeyri yaşayış sahəsi borcun qismən ödənilməsi hesabına tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-205/2022 saylı, 24 may 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, tələbkar İddiaçı tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 8(009)-205/2022 saylı qərardadı ləğv edilərək borclu Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail, Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. - İddiaçı tərəfindən Bakı şəhər Səbail Rayon icra şöbəsinə ünvanlanmış 20 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədinə əsasən Cavabdeh 610000 manat alınaraq ona ödənilməlidir. Sözügedən icra sənədi üzrə hazırki tarixə 332000 manat qalıq borc mövcuddur. Tərəfindən verilmiş şifahi məlumata əsasən borclu tərəfindən İcra Şöbəsinin hesabına 45000 manat vəsaitin daxil olmuşdur. Bildirir ki, Cavabdeh ona 332000 manat borcu mövcuddur və həmin məhkəmə qərarı üzrə borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəmə qərarı mövcud deyildir. Odur ki, 45000 manat vəsaiti qəbul etməkdən imtina edir və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin davam etdirilməsini xahiş etmişdir. - Bakı şəhər Səbail Rayon icra şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış 20 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədinə əsasən Cavabdeh 610000 manat alınaraq İddiaçı ödənilməlidir. Sözügedən icra sənədi üzrə hazırki tarixə 332000 manat qalıq borc mövcuddur. Cavabdeh tərəfindən Səbail rayon İcra Şöbəsinin depozit hesabına 45000 (qırx beş min ) manat vəsait ödənilmişdir. Həmin vəsait tələbkara təklif olunmuş, lakin tələbkar vəsaiti qəbul etməkdən imtina etmişdir. Odur ki, qalıq 287000 manat vəsaitin 3 gün ərzində tələbkarın yaxud İcra şöbəsinin depozit hesabına ödənilməsi təklif olunmuşdur. Qeyd olunan məbləğin tam şəkildə ödənilməsi təmin edilmədiyi halda qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. - Tələbkar İddiaçı Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 610000 manat alınaraq ona ödənilməlidir. Borclu olduğu Nəsimi Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən məbləği əvəzləşdirilmiş icra sənədi üzrə ona ödənilməli olan 332000 manat qalıq borc mövcud idi. Borclu tərəfindən 332000 manat müxtəlif tarixlərdə icra şöbəsinin depozit hesabına ödənilmişdir. Ona ödənilməli olan 332000 manat vəsaitin qoşmada göstərilən bank hesabına köçürülməsinə göstəriş verilməsini və qeyd olunmuş vəsaitin onun hesabına ödənildikdən sonra icra sənədi üzrə görülmüş məcburi icra tədbirlərinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli İcraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədi üzrə tələb icra edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 nömrəli, xx.xx.2017-cı il tarixli icra sənədinə xitam verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu İddiaçı 320.000 manat məbləğində pul alınaraq tələbkar Cavabdeh verilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən isə borclu Cavabdeh 610.000 manat məbləğində pul alınıb tələbkar İddiaçı verilməlidir. Hər iki icra sənədi üzrə icra işləri başlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində xx.xx.2016-cı il tarixli qərarla icraata başlanılmış, icra işi zamanı tələb borclu İddiaçı mülkiyyətində olan “Toyota Prado” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin əmlakın açıq hərracdan satışı nəticəsində borcun 42.000 manatı ödənilmiş və 278.000 manat borc qalmışdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə Səbail rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir, icra sənədinin məcburi icrasını təmin etmək məqsədilə borcluya məxsus əmlakların üzərinə həbsin qoyulmasına dair təqdimat baxılması üçün Səbail Rayon Məhkəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi borclu tərəfindən könüllü icra edilmədiyindən icra sənədinin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən borclu Cavabdeh mülkiyyətində pul vəsaiti, avtomaşın, bağ və digər daşınar və daşınmaz əmlakların olub-olmaması barədə aidiyyəti orqan və təşkilatlara müvafiq sorğular verilmiş, həmin sorğulara cavablar əsasında müəyyən olunan əmlaklara yönəldilməsi üçün icra məmurunun müvafiq təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 8(009)-473/2018 saylı qərardadı ilə borclu Cavabdeh məxsus bir sıra daşınar və daşınmaz əmlakların (ünvan 1 ünvanında yerləşən 15 və 18 saylı mənzillər, həmin ünvanda yerləşən 15 və 30 kv.m qeyri-yaşayış sahələri (qarajlar), Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 673,4 kv.m qeyriyaşayış sahəsi, ünvan 4 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsi, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı və 1,50 ha, 2,50 ha, 4,0 ha sahibkarlıq təyinatlı torpaq sahələri, “BMW 528İ” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prado” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər) üzərinə həbs qoyulmuşdur. Sözügedən qərardad xx.xx.2018-ci il tarixində şöbəyə daxil olduqdan sonra əmlakların qiymətləndirilməsi üçün xx.xx.2018-ci il tarixində müvafiq təşkilata sifariş məktubu göndərilmiş, xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyi şöbəyə daxil olduqdan sonra "xxxx" MMC-yə hərracın keçirilməsi ilə bağlı sifariş məktubu ünvanlanmışdır. Qeyd edilən qərardaddan borclu Cavabdeh verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-487/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İcra sənədi üzrə borclu Cavabdeh tərəfindən qiymətləndirmə rəyi mübahisələndirildiyindən onun müraciəti əsasında xx.xx.2019-cu il tarixli qərar əsasında, icra sənədi üzrə icraat dayandırılmış və hərrac təşkilatına müvafiq məktub ünvanlanmışdır. İşin materiallarından daha sonra görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə müraciət edərək, hər iki icra işinin bir icraatda birləşdirilməklə qarşılıqlı əvəzləşdirmə aparılmasını xahiş etmiş, bundan sonra qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh verməli olduğu qalıq 278.000 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Cavabdeh İddiaçı verməli olduğu 610.000 manat borcun müvafiq məbləğdə olan hissəsi (yəni 278.000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi tam icra olunmaqla, həmin icra sənədi üzrə İddiaçı Cavabdeh hər hansı məbləğdə borcu qalmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi isə qismən icra olunmaqla, həmin icra sənədi üzrə Cavabdeh İddiaçı 332.000 manat məbləğdə borcu qalmışdır. Həmçinin işdən görünür ki, tələbkar İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək borclu olduğu Ali Məhkəmənin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borc məbləğindən ona məxsus nəqliyyat vasitəsinin hərrac vasitəsilə satılması yolu ilə 42000 manat ödənildiyini, həmin qərar üzrə 278000 manat qalıq borcun mövcud olduğunu bildirirək, tələbkar olduğu icra sənədi üzrə borc məbləğindən 278000 manat məbləğin əvəzləşdirilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə qalıq 332000 manat borcun ödənilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Eyni zamanda borclu Cavabdeh nümayəndəsi B.Bayramov xx.xx.2020-ci il tarixli ərizəsində tərəflər arasında olan borc məbləği əvəzləşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə qalıq 332000 manat borcun olduğunu qeyd edərək, müxtəlif tarixlərdə borclu tərəfindən ödənilmiş 282.630 manat pul vəsaitinin həmin icra sənədi üzrə borca hesablanılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(009)-39/2020 saylı qərardadı ilə borclu Cavabdeh Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi rədd edilmiş və həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-190/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmçinin, işin materiallarından görünür ki, üzərinə həbs qoyulmuş əmlaklar icra məmurunun müvafiq sifarişi əsasında "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatları ilə qiymətləndirilmiş, lakin borclu Cavabdeh həmin hesabatları məhkəmə qaydasında mübahisələndirmiş, iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6087/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin qiyməti 182.000 manat, həmin ünvanda yerləşən 18 saylı mənzilin qiyməti 81.500 manat, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 15.000 manat, ünvan 6 ünvanında yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 1.481.000 manat, ünvan 4 ünvanında yerləşən 114 kv.m qeyriyaşayış sahəsinin qiyməti 45.600 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinin qiyməti 8.000 manat müəyyən edilmiş, iddia qalan hissədə, yəni ünvan 1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirmə hesabatının ləğvi tələbi hissəsində rədd olunmuşdur. Qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minməklə icraya yönəldilmiş, icra hərəkətləri davam etdirilmişdir. Tələbkar İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, qalıq 332000 manat borc məbləğinin müvafiq hissəsinin əvəzində borcluya məxsus 81500 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 18; 182000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 15; 15000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi; 45600 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev N° 99-da yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin İcra Haqqında Qanunun 53.1-ci maddəsinə əsasən ona təklif edilməsini xahiş etdiyindən, həmin əmlaklar xx.xx.2022-ci il tarixli təklif məktubu əsasında tələbkara təklif edilmiş, tələbkar öz növbəsində xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək həmin əmlakları qalıq 332000 manat borcun 324100 manatı müqabilində qəbul etdiyini bildirərək, əmlakların adına rəsmiləşdirilməsinə dair müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə üzərinə həbs qoyularaq qiymətləndirilmiş əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə istinad edilməklə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə mövcud 332.000 manat borc məbləğinin hissəsi olan 324.100 manat müqabilində tələbkar İddiaçı təklif olunmuş və sonuncu xx.xx.2022-ci il tarixli ərizə ilə təklifdə qeyd olunan əmlakları qəbul etdiyini bildirmişdir. İcra məmuru tərəfindən də Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103) - 5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 15 və 18 saylı mənzillərin, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin və ünvan 4 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin borcun qismən ödənilməsi hesabına tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdrilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, borclu Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı bank hesabına (xx.xx.2018 - 3950 AZN, xx.xx.2018 - 400 AZN, xx.xx.2018 – 10000 AZN, xx.xx.2018 - 3650 AZN, xx.xx.2018 - 300 AZN, xx.xx.2018 - 3250 AZN, xx.xx.2018 - 3250 AZN, xx.xx.2018 - 3250 AZN, xx.xx.2018 - 3000 AZN, xx.xx.2018 - 3000 AZN, xx.xx.2018 – 750 AZN, xx.xx.2018 - 14480 AZN, xx.xx.2018- 17350 AZN, xx.xx.2018-34000 AZN, xx.xx.2018 - 7000 AZN, xx.xx.2018 - 5000, xx.xx.2018 - 20000 AZN, xx.xx.2018 – 25000 AZN, xx.xx.2019 - 10000 AZN, xx.xx.2019 - 20000 AZN, xx.xx.2019 - 10000 AZN, xx.xx.2019 - 20000 AZN, xx.xx.2019 - 20000 AZN, xx.xx.2019 – 20000 AZN, xx.xx.2019 - 10000 AZN) 267.630 AZN məbləğində pul ödənilmişdir. Bakı şəhəri, Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşmayan və 282.630 (iki yüz səksən iki min altı yüz otuz) manat pul vəsaitinin ödənilməsinə baxmayaraq icra məmuru tərəfindən borcun ona məxsus mənzillərə və qeyri-yaşayış sahəsinə yönəltməsini qanunsuz sayan Cavabdeh tərəfindən həmin qərardan verilmiş şikayətə baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(009)-205/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli qərarın ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Tələbkar İddiaçı tərəfindən verilmiş şikayət əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 8(009)-205/2022 saylı qərardadı ləğv edilərək borclu Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail, Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında göstərmişdir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş hesab etdiyi və iş üçün mühüm əhəmiyyəti olan hal, yəni borclunun təqdim etdiyi qəbzlərdəki ödənişlərin məhz icra sənədi üzrə borcun ödənişi olması iş materialları ilə sübuta yetmir. Belə ki, borclu Cavabdeh icra sənədi üzrə borcun ödənişi kimi iddia etdiyi ödənişlərin təyinatı əslində tamamilə fərqli olmaqla, onun həmin iddiası həm icra şöbəsini, həm də məhkəməni yanlış istiqamətə yönəltməklə icra sənədinin icrasından yayınmaq cəhdidir. Belə olan halda mübahisləndirilən Qərar “İcra haqqında” Qanunun tələblərinə uyğun çıxarılmış və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Çünki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılaraq, borcluya tələbin 10 gün müddətində könüllü icrası üçün bildiriş verilmiş, lakin tələb borclu tərəfindən könüllü icra müddəti ərzində icra edilməmiş, bundan sonra məcburi icra tədbiri kimi tələbin borclunun əmlakına yönəldilməsi prosesinə başlanılmış, sorğu əsasında müəyyən olunan əmlaklarına məhkəmə qərarı ilə həbs qoyularaq qiymətləndirilmiş, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələbinə uyğun olaraq açıq hərracda satışa çıxarılmazdan öncə ilk növbədə tələbkara təklif olunmuş və tələbkar həmin əmlakları qəbul etdiyi üçün əmlakların borcun qismən ödənilməsi hesabına tələbkara verilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Lakin bu qərardan borclunun verdiyi şikayətə baxan məhkəmə borclu ilə uşaqları arasında olan “watsapp” yazışmalarından qəbzlərdəki ödənişlərin hər birinin təyinatının nədən ibarət olması açıq-aydın şəkildə məlum olmasına baxmayaraq, həmin yazışmaları ümumiyyətlə nəzərə almadan və onlara hər hansı hüquqi qiymət vermədən, əsassız olaraq bu ödənişləri guya icra sənədi üzrə qalıq borcun ödənişi kimi qiymətləndirmişdir. İşin materiallarından görünür ki, Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Qərarda göstərilmişdir ki, tələbkar İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək ona ödənilməli olan 332000 manat vəsaitin borclu tərəfindən tam təmin edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İddiaçı iddia tələbini borclu Cavabdeh 2(103)-5062/2017 saylı icra sənədi üzrə 332000 manat qalıq borcun ödənilməsini icra icraatına başlanıldığı xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə (4 il 9 ay) hər hansı üzrlü səbəb olmadan müxtəlif əsassız bəhanələrlə gecikdirməsi, həmin borcun ödənişini könüllü icra üçün müəyyən edilmiş müddətdə icra etməməsi, eləcə də məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açaraq, icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratması ilə əsaslandıraraq tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin hazırda qüvvədə olan 445.7-ci maddəsinə istinad etmişdir. Cavabdeh isə iddiaya etirazında göstərmişdir ki, iddiaçının bu tələbini əsassız varlanma kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3253/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu İddiaçı 320.000 manat məbləğində pul alınıb tələbkar Cavabdeh verilməli idi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh İddiaçı 610.000 manat pul verilməli idi. Beləliklə, tarixlərə görə birinci olan xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə Cavabdeh tələbkar olmuşdur. xx.xx.2016cı il tarixdə icraata qəbul edilmiş icra sənədi üzrə borclu İddiaçı məcburi icra tədbirləri nəticəsində uzun müddətdən sonra 42.000 manat ödəmiş və 278.000 manat borc qalmışdır. Həmin məbləğdə olan borcu o, ona 2016-cı ildə ödəməli olduğu halda 2018-ci ilin iyul ayında onun ona olan borcu ilə əvəzləşdirilməsi nəticəsində ödəmişdir. Bundan sonra, Cavabdeh İddiaçı 332.000 manat məbləğində borcu qalmışdır. Bu fakt İddiaçı Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə yazdığı notariat qaydasında təsdiq edilmiş 19 iyul 2018-ci il tarixli ərizə ilə təsdiqlənir. İddiaçı 2018ci ildə ayrı-ayrı vaxtlarda borcu tam ödədiyi halda, o, ikinci dəfə 2022-ci ildə İddiaçı 332000 manat ödəməyə məcbur olmuş, çünki o, iş adamıdır, mütənasibliyin pozulması nəticəsində borcdan 10 dəfə artıq dəyəri olan əmlaklarının üzərinə qoyulan həbsin götürülməsi üçün məcbur qalmışdır ki, pulu ikinci dəfə ödəsin. Beləliklə, o, İddiaçı olan borcunu vaxtında ödəmiş, heç vaxt ödəmədən yayınmamış, əksinə borcu iki dəfə ayrı-ayrı vaxtlarda tam ödəmişdir. Tərəflər arasında pulun qaytarılması ilə bağlı münasibətlər yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikasının 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında da göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin yeni redaksiyasına əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən (zamana görə qüvvədə olan redaksiyası) irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2024-cü il 29 mart tarixli Qərarının məzmunundan aydın olur ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub olmamasının düzgün müəyyən edilməsidir. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, borcun yönələcəyi əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-nin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, icranın təmin olunmasına maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini araşdırmalı və qiymətləndirməlidir. Məhkəmə ümumiləşdirilmiş məhkəmə təcrübəsinə əsasən hazırki mübahisə üzrə icra sənədləri verilmiş qətnamələr üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra bu qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən süni surətdə, qərəzli olaraq maneçilik törətməsi müəyyən edilməmişdir. Belə ki, cavabdeh icra dövründə üzərinə həbs qoyulmuş əmlakların qiymətlərini mübahisələndirmək hüququndan istifadə etmiş, bununla bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra onu icra etmişdir, başqa sözlə 2018-2021-ci illərə münasibətdə cavabdehin qeyd edilən məhkəmə müdafiəsi hüququndan istifadə etməsi onun həmin icra ödənişlərinin icrasından qərəzli şəkildə yayınması kimi qiymətləndirilə bilməz. 2021-ci ildən işin icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan dövrlə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə etirazın “cavabdehin İddiaçı 2018-ci ildə ayrı-ayrı vaxtlarda borcu tam ödədiyi halda, ikinci dəfə 2022-ci ildə İddiaçı 332.000 manat ödəməyə məcbur olması ilə bağlı” dəlilləri ilə razılaşmır və qeyd edir ki, borclu məhz 2018-2019-cu illər ərzində həyata keçirilən ödəmələrin nəzərə alınmalı olmasına istinad edərək, borcun yönəlməsi üçün üzərinə həbs qoyulmuş əmlakların tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanuni saymayaraq mübahisələndirmiş, nəticə etibarilə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun bu şikayəti təmin edilməmiş və məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin ödənişlər icra sənidinin icrası ilə bağlı olmamış, uşaqların ehtiyacları üçün xərclənmişdir. Odur ki, borclunun ödənişləri ayrı-ayrı vaxtlarda təkrarən aparması ilə bağlı dəlillər əsassızdır. Lakin, bununla yanaşı məhkəmə o halı da qeyd edir ki, cavabdeh 2018-2019-cu illər ərzində həyata keçirdiyi ödəmələrə dair qəbzləri icra işinə həmin ödənişlərin məhz Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 332.000 manat məbləğində borcundan çıxılması məqsədilə əlavə etmiş, elə buna görə də daha sonra borcun ona məxsus əmlaklara yönəldilməsinə əsas olmamasına istinad edərək Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirmişdir. Başqa sözlə, borclu apardığı ödənişlərlə bağlı qəbzləri icra şöbəsinə təqdim etməklə ödənişləri həyata keçirməsinin nəzərə alınacağını düşündüyündən icra məmurunun qərarını mübahisələndirmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun bu şikayətinin təmin edilməməsinə dair qərar qəbul edildikdən sonra icra hərəkətləri davam etdirilmiş və az müddət sonra borcla bağlı bütün ödənişləri həyata keçirmiş, tələbkarın xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdən icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə (4 il 8 ay) cavabdeh icra hərəkətləri ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir ki, bu hərəkətlər onun hüququ olmaqla, məhkəmə qətnaməsinin icrasının gecikdirilməsinə və ya ona maneə yaradılmasına yönələn hərəkətlər kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisəyə MM-in 445.7-ci maddəsinin istər münasibətlər yarandığı zamana görə qüvvədə olan redaksiyasında, istərsə də iddiaçı tərəfin iddia ərizəsində istinad etdiyi yeni redaksiyasında nəzərdə tutulmuş hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar