Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1784/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X3, Ərizəşi İddiaçı – maraqlı şəxslər kimi Baki şəhəri Səbail rayon qeydiyyat şöbəsi və Azərbaycan Respublikası Baki şəhər Səbail rayon İcra Hakimiyyəti cəlb edilməklə “övladlığa götürülmə faktının müəyyən olunması”na dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı – maraqlı şəxslər kimi Baki şəhəri Səbail rayon qeydiyyat şöbəsi və Azərbaycan Respublikası Baki şəhər Səbail rayon İcra Hakimiyyəti cəlb edilməklə “övladlığa götürülmə faktının müəyyən olunması” na dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 aprel 1949-cu il tarixdə anadan olmuş X1 tərəfdən 1995-ci ildə onu övladlığa götürməsini, Tatyana Fətəliyevanı övladlığa göturən, onu isə övladlıga götürülən kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. (4.1) Övladlığa götürmənin qeydə alınma faktını müəyyən edən zaman məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə, övladlığa götürməyə yalnız uşağın doğumu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alındıqdan sonra və yalnız məhkəmənin Azərbaycan Respublikası MPM-nin 345-351-ci maddələrində nəzərdə tutulan müddəalara əsasən xüsusi icraat qaydasında uşağın övladlığa götürülməsinə dair işə baxaraq qətnamə çıxarılmasından sonra yol verilir. (4.4) Ərizənin məzmunundan aydın olur ki, X2 İddiaçı övladlığa götürülməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş və övladlığa götürmə halı qeydə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsində övladlığa götürmə faktının deyil, övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu fakt o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeyd saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə, övladlığa götürməyə yalnız uşağın doğumu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alındıqdan sonra və yalnız məhkəmənin Azərbaycan Respublikası MPM-nin 345-351-ci maddələrində nəzərdə tutulan müddəalara əsasən xüsusi icraat qaydasında uşağın övladlığa götürülməsinə dair işə baxaraq qətnamə çıxarılmasından sonra yol verilir. Hesab edir ki, hazırki halda övladlığa götürmə faktının müəyyən olunması barədə ərizəyə məhkəmədə baxılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Odur ki, ərizəçi İddiaçı “övladlığa götürülmə faktının müəyyən olunması” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı – maraqlı şəxslər kimi Cavabdeh2 və Azərbaycan Respublikası Baki şəhər Səbail rayon İcra Hakimiyyəti cəlb edilməklə “övladlığa götürülmə faktının müəyyən olunması”na dair ərizənin qəbulundan yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İzah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1784/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1784/2022
29.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver