Məhkəmə qərarları › İş №e-2(009)-1786/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1786/2020

16.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1786/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Bilal oğlunun Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bilal oğlu Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsaısnda nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, hazırki iş aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, iddiaçı fərdi sahibkar deyil, VOEN-i yoxdur. Digər hüquqi şəxsin təsisçisidir. Mülki Məcəllənin 1091, 1092-ci maddələrinə istinad edilərək cavabdehin əsassız varlanması ilə əlaqədar tələb irəli sürülmüşdür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. AR MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü madəsiən əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 22-ci maddəsin əsasən bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı “xxxxxxx” MMC-nin təsisçilərdən biridir və bu kommersiya hüquqi şəxs bir sıra tikinti layihələrinin həyata keçirilməsi ilə bağlı podratçı şirkət kimi sahibkarlıq fəaliyyəti göstərir. İş üzrə Cavabdeh MMC də öz növbəsində kommersiya hüquqi şəxsdir və o, da tikinti sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən və tərəflər arasında yaranmış mübahisənin mahiyyətindən görünür ki, cavabdeh şirkətin nümayəndələri iddiaçının təsisçisi olduğu şirkətlə “Olimpus Elmlər” layihəsi adlı yaşayış kompleksində təmir-tikinti işləri aparılması ilə bağlı razılığa gəlmişlər. Cavabdeh həmin layihə üzrə sifarişçi, iddiaçının təsisçisi olduğu şirkət isə podratçı kimi “Olimpus Elmlər” adlı yaşayış kompleksində müvafiq təmir-tikinti işlərinin görülməsini həyata keçirməli idi. Lakin tərəflər, işlər başlanılmamışdan əvvəl müqavilə bağlamaq barədə razılığa gəlsələr də, sonradan belə bir müqavilə iddiaçının iddia etdiyinə görə cavabdeh şirkətin direktoru olmaması səbəbindən bağlanılmamışdır. Buna baxmayaraq, yəni cavabdeh müqavilənin rəsmi qaydada bağlanması məsələsini yubatsa da, iddiaçı tapşırılan işi müqavilə olmadan yerinə yetirmişdir. Lakin cavabdeh şirkət görülən işlərin haqqını ödəməmiş və bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmşidir. Göründüyü kimi iş üzrə tərəflərdən biri, yəni cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən subyekt olsa da, digər tərəfdən, yəni iddiaçı fərdi sahibkar statusuna malik deyil. Lakin tərəflər arasında olan münasibətlər və hazırki mübahisənin yaranmasına əsas olan mübahisəli hallar məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zəminində yaranmış və iddiaçının fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmaması hazırki mübahisənin kommersiya mübahisə kimi hesab etməməmək üçün əsas ola bilməz. Yuxarıda göstərilən AR Ali Məhkəməsi Plenumunun qərarından göründüyü kimi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər kommersiya mübahisəsinin subyektlər dairəsinə aiddirlər. Beləliklə məhkəmə hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını, bu halın məhkəmə tərəfindən iddia ərizəsini icraata götürdükdən sonra müəyyən edilməsini, bununla da işin məhkəmə aidiyyət qaydalarının pozulması ilə icraata götürülməsinin nəzərə alaraq hesab edir ki, hazırki mülki işə kommersiya məhkəməsində baxılmalıdır. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilən Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı Bakı şəhəri üzrə olduğu üçün, hazırki mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 35.2, 45.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Bilal oğlunun Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar