Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1790/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Səbail rayon İcra Şöbəsinə və "xxxx" MMC-yə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Səbail rayon İcra Şöbəsinə və "xxxx" MMC-yə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iddia ərizəsini araşdıraraq hesab edir ki, idda ərizəsinin aşağıdakı əsaslara görə icraata qəbulundan imtina edilməlidir. İddiaçı tələbini iki cavabdehə qarşı irəli sürmüş, birinci tələbi Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli sifarişlərinin qanunsuz hesab edilməsi, ikinci tələbi "xxxx" MMC tərəfindən hərracın təşkili və keçirilməsi ilə bağlı keçirilən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokolların etibarsız hesab edilməsi, "xxxx"ASC-nin qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqularına dair qeydlərin ləğv olunmasına dairdir. Hakim iddiaçının Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli sifarişlərinin qanunsuz hesab edilməsi barədə tələbi üzrə qeyd edir ki, həmin hissə də iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməli və iddiaçıya icra məmurunun hərəkətlərindən qətnamənin icrası qaydasında mübahisələndirmək hüququnun olması izah edilməlidir. Belə ki, “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Hakim Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyi və qanunvericilik aktlarının tələblərini əsas tutaraq qeyd, məhkəmə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən orqandır və bu səbəbdən icra məmurunun qəbul etdiyi qərarların “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olub-olmamasını yoxlamaq məhz məhkəmənin səlahiyyətindədir. Lakin hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması məsələyə, eyni zamanda icra prosesi zamanı icra məmurunun hərəkət və hərəkətsizlikliyi ilə bağlı şikayətə qətnamənin icrası qaydasında baxılır(bu kateqoriyada olan işlər məhkəmədə 8 kodu ilə açılır). Yəni həmin məsələyə AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır. Hazırki iddiada iddiaçı icra məmuru tərəfindən qəbul edilmiş sifarişlərin qanunsuz hesab edilməsi barədə tələb irəli sürmüşür. Hakim izah edir ki, icra məmurunun icra sənədinin icrası ilə bağlı qəbul etdiyi sifarişlərin mübahisələndirilməsinə dair işlərə iddia icraatı qaydasında (həmin kateqoriyadan olan işlərə “2” kodu verilir) baxılmasına yol verilmir. Həmin mübahisə mülki işin davamı olaraq qətnamənin icrası qaydasında icra məmurunun üzərinə müəyyən vəzifəsinin qoyulması barədə qərardad qəbul edilməsi ilə yolu həll oluna bilər. Hakim eyni zamanda qeyd edir ki, icra sənədinin icrasının təmin edilməsi üçün ayrıca məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac olmasa da, iddia ərizəsinin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Lakin hazırki tələbə iddia icraatı qaydasınad deyil, verilmiş şikayət əsasında icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Beləliklə hakim hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qəbul edilmiş sifarişlərin mübahisələndirilməsi iddia icraatı qaydasında yol verilmədiyindən, iddia ərizəsinin həmin hissədə qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Hakim izah edir ki, iddiaçı icra məmurunun hərəkətlərini qətnamənin icrası qaydasında şikayətlə ümumi məhkəməyə müraciət etmək yolu ilə mübahisələndirə bilər. AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci tələbə icra qaydasında, ikinci tələbə isə iddia icraatı qaydasında baxılmalı olduğundan, lakin hər iki tələb bir icraatda birləşdirilərək məhkəməyə verildiyindən, hakim hesab edir ki, iddia ərizəsi bu əsasla da icraata qəbul edilə bilməz. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı ikinci tələbdə hərrac mərkəzi tərəfindən keçirilən hərraclara dair qəbul edilmiş protokolların etibarsız hesab edilməsi, bank tərfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnlarına dair qeydin ləğv edilməsini xahiş etsə də iddia ərizəsinə nə protokolların, nə də ki, bank tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsini təsdiq edən sübutları əlavə etməmişdir. Beləliklə, hakim yuxarıda qeyd edilənləri nəzər alaraq hesab edir ki, hazırkı iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Səbail rayon İcra Şöbəsinə və "xxxx" MMC-yə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya Səbail rayon İcra Şöbəsinə qarşı mövcud tələblə qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1790/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1790/2022
01.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver