Məhkəmə qərarları › İş №e-2(009)-1804/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1804/2024

23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1804/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 400 manat kirayə ödədikləri pulları son 3 ildən bu günə qədər ödədiyi kirayə pulu 14.400 manat olmaqla, məhkəmə dövlət büdcəsi üçün ödənilən 133,60 manat pulun, ümumilikdə 14.533.60 manat məbləğin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddia tələbini belə əsaslandırmışdır ki, o, Səbail rayon məhkəməsinə ünvan 1 ünvanında cavabdehin evinə qeydiyyata düşmək və evdə istifadə huququnun tanınması ilə bağlı müraciət etmişdir. Səbail rayon məhkəməsinin 2-958/07 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1, 34 mənzilə İddiaçı və anasi X3 istifadə hüququ tanınmaqla, həmin evə köçürülmələri qət edilmişdir. Onun ərizəsinə əlavə etdiyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 22 saylı sərəncamından və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1760/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı anası X10 1984-cu il tarixdən Bakı şəhər Baş Səhiyyə İdarəsi 33 nömrəli şəhər poliklinikasında "şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu ilə qeydiyyatdadır və ikinci qrup əlil kimi qeydiyyata alınmışdır. Kirov rayon Xalq Məhkəməsinin 22 noyabr 1986-cı il tarixli qətnaməsi ilə onun anası X10 həyat yoldaşı X4 boşanmışdır. 38 ildir ki, S.M.Ələmova xəstələyi ilə bağlı öz hərəkətlərini idarə edə bilmir. Bu müddətdə ona qızı İddiaçı baxmış, S.M.Ələmovanın daimi kənar şəxsin qulluğuna ehtiyacı vardır, başqasının yardımı olmadan onun sərbəst yaşaması mümkün deyildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 19.11 2022-cı il tarixli 4171 saylı rəyinə əsasən X5 Şizofreniya, Paranoid Forma, Qusur halı F20.0) xroniki ruhi xəstəliyi müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş 2-(009)-760/2022 saylı Qətnaməsi ilə 11 sentyabr 1960-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2023-cü il tarixli, 22 saylı sərəncamı ilə vətəndaş X10 üzərində qızı İddiaçı qəyyum təyin edilmişdir. Cavabdeh zamanında ona və anasına məxsux payı mənimsəmişdir. Atasına söz vernişdir ki, o, ev alacaq, ona və anasına qeydiyyat və istifadə huququ verəcək. Cavabdeh sözünə əməl etmədi, onun və anasının payından istifadə edərək özünə ev almişdır. Cavabdeh onu və himayəsində olan xəstə anası X7 qeydiyyata düşməsinə qoymur. O, xx.xx.2020-ci tarixli kirayə müqaviləsi ilə Baki şəh., ünvan 2 ünvaninda kirayə ev tutaraq anası ilə yaşayır. Anası xx.xx.1960-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyətinin olmadığı və hər zaman qulluğa ehtiyaci olduğu üçün iddiaçının işləməsi mumkun olmur. Baki şəhəri, ünvan 3 ünvanında yerləşən hazırda kirayədə yaşadıqları evin sahibi ilə kirayə müqaviləsi əsasında hər ay 400 manat ödəyərək anası və o, Baki şəhəri, ünvan 4 ünvanında kirayə yaşayırlar. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, qanuni qeydiyyatı və istifadə huquqlarının olduğu Baki şəhəri, ünvan 5 ünvanında olan evə anası və onu cavabdeh buraxmır. xx.xx.2020-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavillədən görünür ki, 400 manat kirayə verənə ödəməklə ona məxsus yaşayış sahəsi ünvan 6 ünvaninda kirayə yaşayırlar. Odur ki, son 3 ildən bu günə qədər kirayə qaldıqları ünvan 7 ünvaninda yerləşən kirayə və 400 manat kirayə verənə ödədikləri pullari bu günə kimi ödənilən pulların cavabdehdən tutulması barədə qatnamə çıxarlmasın məhkəmədən xahiş etmişdir. 10 sentyabr 2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Cavabdeh adinda texniki səhv nəticəsində cavabdeh X12 hissəsi redaksiya edilərək düzəldilsin. İddiaçı qeydiyyatda olduğu ünvan və Cavabdeh qeydiyyat unvanı Baki şəh., ünvan 9 hissəsi kimi redaksiya edilərək düzəldilsin. Cavabdeh hər ay 400 (dörd yüz) manat kirayə ödədikləri pulları son 3 ildən bu günə qədər ödədiyi kirayə pulu 14.400 (on dörd min dörd yüz) manat olmaqla, məhkəmə dövlət bücəsi üçün ödənilən 133,60 (yüz otuz üç manat altmış qəpik) manat pulun ümiımilikdə 14.533.60 (on dörd min beş yüz otuz üç min manat altmış qəpik) manat məbləğin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, yekun məhkəmə qətnaməsi qəbul edildikdən sonra kirayə qalacaqları ayların kirayə pulunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə iddiya ərizəsində cavabdehin ad ata adını (Cavabdeh), iddiaçının qeydiyyatda olduğu ünvan və cavabdehin qeydiyyat unvanı (Baki şəhəri, ünvan 3, ev 34 V) və sonuncu səhfəsindəki xahiş etdi hissəsində redaksiya edilərək yuxarıda göstərilənləri nəzərə alaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izah etmişdir ki, o, ruhi xəstə anası Güllər Əzizova və qardaşı Cavabdehla xx.xx.2004-cü il tarixədək atasının mülkiyyətlərində olmuş Binəqədi rayonunda yerləşən evdə yaşamış, sonra həmin mənzil atası tərəfindən satılmış, mənzil satılarkən cavabdeh ona söz vermişdir ki, borclarını verib ucuz qiymətə bir mənzil alacaq və onu da həmin mənzilə aparacaqdır. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş, ev alsa da, o, həmin evdə cavabdehlə birlikdə 2006-cı ilin iyun ayına kimi daimi yaşamış, sonra cavabdeh evə onu qoymadığı üçün o, 2007-ci ildə məhkəmədə iddia qaldırmış və onun Baki şəhəri, ünvan 3, ev 34 V ünvana istifadə hüququ tanınmaqla, həmin evə köçürülməsi qət edilmişdir. O həmin qətnamədən sonra bir müddət evdə cavabdeh və ailəsi ilə birlikdə yaşamış, lakin ev bir otaqlı olduğundan orada yaşamaq mümkün olmamış, ona görə də, özü evdən çıxıb getmiş, kirayə ev tutaraq xəstə anası ilə birlikdə orada yaşamışdır və hazırda da yaşayır. Lakin ruhi xəstə və xüsusi qulluğa ehtiyacı olan anası ilə birlikdə yaşadığı üçün kirayə haqqını ödəməkdə çətinlik çəkir və hesab edir ki, kirayə haqqı cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı özü mübahisəli evə köçüb yaşamaq istəmir, iddiaçı mübahisə mənzilə köçürülməsi barədə qətnamədən əvvəl və sonra da, həmin evdə onlarla birlikdə yaşamış, lakin sonra onlarla birlikdə yaşamaq istəməyərək, özü evdən çıxıb getmişdir. İddiaçını heç kim onların birlikdə yaşadığı Baki şəhəri, ünvan 9 ünvandan zorla çıxartmamış, onun evdə yaşamasına maneçilik törətməmişdir. Onun anası uzun illərdir ki, ruhi xəstəlikdən əziyyət çəkir və uzun müddət xəstəxanada olmuşdur. O, anası ilə görüşmək istəmiş, lakin iddiaçı buna mane olmuşdur. O özü də xəstədir, əmək qabiliyyətsizdir və xx.xx.2022-ci ildə ona 2-ci qup əlillik verilmişdir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan “Kirayə verən” X2 ilə “Kirayəçi” İddiaçı arasında bağlanmış “Yaşayış sahəsinin kirayəsi haqqında” xx.xx.2020-ci il tarixli, 3 nömrəli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Kirayə verən” daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan mənzili kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun qarşılığında hər ay 400 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən kirayə predmeti ünvan 10 ünvanında yerləşən və ümumi sahəsi 99,99 kv.m təşkil edir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-958/07 nömrəli, xx.xx.2007ci il tarixli qətnaməsindən görünür ki, idia təmin edilərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1, 34 “v” saylı evin yaşayış sahəsindən istifadə hüququ tanınmaqla, həmin evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1MK-1188/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 11 may 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 36 saylı, xx.xx.2023-cü il tarixli sənərcamından görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 131 saylı sərəncamında qismən dəyişiklik edilərək, İddiaçı qəyyumu olduğu anası, fəaliyyət qabiliyyəti olmayan X11 mənzil növbəsi siyahılarına daxil edilmiş, İddiaçı 3 nəfər ailə tərkibində (özü, oğlu və anası) ümumi və güzəştli mənzil növbəsi siyahılarında hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 saylı, xx.xx.2023-cü il tarixli sənərcamından görünür ki, vətəndaş X11 üzərində qızı İddiaçı qəyyum təyin edilmişdir. İş materiallarında olan AA******* OTN05HA nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. Təqdim edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Cavabdeh müayinə əsasında “Kəllədaxili qansızmanın nəticələri, Sağ orta b/a anevrizmasının partlaması, Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş pozulub. Spastik paretikdir. Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sol tərəfli dərin hemiparez. Ağırlaşma İ60.9 Dəqiqləşdirilməmiş subaraxnoidal qansızma. Kəskin subaraxnoidal və beyundaxili qansızma” diaqnozu qoyulmaqla İkinci dərəcə əlillik təyin edilmiuşdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini cavabdehlərin yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehin onun qarşısında kirayə müqaviləsi üzrə ödəmələrin həyata keçirilməsi ilə bağlı öhdəlik götürməsini sübuta yetirə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbi üzrə tərəfin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Bu baxımdan, məhkəmə ilk növbədə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Bu prinsipə görə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar