Məhkəmə qərarları › İş №e-2(009)-1822/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1822/2025

05.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1822/2025 05.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «əşyanın qaytarılması» tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əşyanın qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 ədəd “AC Riffel H60A5/H60A6” markalı kondisionerin Cavabdeh alınaraq iddiaçıya qaytarılması, həmçinin məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun və 1000 (bir min) manat məbləğində vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh adlanacaq) və X2 arasında (bundan sonra üçüncü şəxs adlanacaq) cavabdehin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üçüncü şəxsə icarəyə verilməsi haqqında notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İddiaçı (bundan sonra iddiaçıadlanacaq) üçüncü şəxslə birlikdə icarəyə götürülmüş ünvan 2 ünvanında yerləşən və fəaliyyət göstərən “Bakı Şadlıq Evi”ndə işləməyə başlamışdır. Üçüncü şəxs fərdi sahibkar olaraq iddiaçını “Bakı Şadlıq Evi”nin administratoru vəzifəsinə işə götürmüş, tərəflər arasında xx.xx.2024-cü il tarixli xxxxxxx001600 nömrəliəmək müqaviləsi bağlanmışdır. İcarəyə götürülmüş obyektin sərinləşdirilməsinə ciddiehtiyac olduğundan və üçüncü şəxs həmin an üçün öz hesabına kondisionerləri ala bilmədiyindən (adında çoxsaylı kreditlər olduğundan) üçüncü şəxslə iddiaçı razılaşmışlar ki, iddiaçı kondisionerləri kreditə götürsün, onun kondisionerlər üçün ödəyəcəyi vəsait obyektin gəlirləri hesabına sonradan iddiaçıya geri qaytarılsın. Bu məqsədlə iddiaçı “Soliton LTD” şirkəti ilə bağlanmış EHK6292356 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə əsasında ümumi dəyəri 13,300 (on üç min üç yez) manat olan 3 ədəd “AC Riffel H60A5/H60A6” markalı kondisioneri kreditə götürmüşdür. Razılaşmanın şərtlərinə əsasən kondisionerlər üçün ilkin ödəniş olaraq iddiaçı tərəfindən 2020 (iki min iyirmi manat) ödəniş həyata keçirilmiş və qalan 11,280 (on bir min iki yüz səksən) manat məbləği isə 24 ay müddətində aylıq 470 (dörd yüz yetmiş) manat olmaqla “Soliton LTD” -yə ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan məbləğlər iddiaçı tərəfindən 2025-ci ilin may ayına qədər ödəniş cədvəli üzrə gecikmə olmadan ödənmiş, hazırda maddi durumla əlaqədar olaraq müəyyən gecikmələrlə ödənişlər davam edir. “Soliton LTD” tərəfindən təqdim edilmiş servis çeklərindən görünür ki, hər 3 kondisioner xx.xx.2024-cü il tarixdə icarəyə götürülmüş ünvan 1 ünvanında yerləşən “Bakı Şadlıq Evi”nə (servis çeki üzrə Xətai rayonu, Lukoilin arxası, (Bakı Palas)) çatdırılmış və quraşdırılmışdır. 2024-cü ilin sonlarına qədər iddiaçı və üçüncü şəxs qeyd edilən obyektdə işləmiş, lakin həmin vaxtdan etibarən obyektin işinin zəif olmasısəbəbindən obyektin bağlanması qərara alınmış və 2025-ci ilin yanvarında iş tamamilə dayanmışdır. Üçüncü şəxslə iddiaçıarasında bağlanmış xx.xx.2024-cü il tarixli xxxxxxx001600 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı və üçüncü şəxs razılaşmışlar ki, obyektin gəliri olmadığından və kondisionerlərin ödənişini obyektin gəlirləri hesabına həyata keçirilməsi mümkün olmadığından və iddiaçı həmin kondisionerləri öz vəsaiti hesabına əldə etdiyindən həmin kondisionerlər iddiaçı tərəfindən götürülsün. Lakin iddiaçının kondisionerləri həmin obyektdən götürülməsinə cavabdeh tərəfindən imkan verilməmiş, şifahi qaydada dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh nümayəndələri vasitəsilə üçüncü şəxsin (icarə müqaviləsi üzrə icarəçinin) onun qarşısında öhədlikləri olduğu üçün kondisionerləri geri verməyəcəklərini bildirmişdir. Cavabdeh etirazda qeyd etmişdir ki, mənim iddiaçı ilə indiyədək heç bir mülki-hüquqi münasibətim olmamışdır. Aramızda nə icarə, nə podrat, nə də başqa hər hansı öhdəlik doğuran müqavilə bağlanmamışdır. Mənə məxsus qeyri-yaşayış obyekti xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiqlənmiş icarə müqaviləsinə əsasən X1 icarəyə verilmişdir. İddiaçının həmin obyektdə fəaliyyət göstərməsi və kondisionerlərin quraşdırılması ilə bağlı hər hansı razılaşma yalnız iddiaçı ilə birbaşa icarəçi arasında mövcud ola bilər. Mən kondisionerlərin quraşdırılmasında iştirak etməmişəm, onlara faktiki sahiblik etməmişəm, istifadəsini təşkil etməmişəm və şəxsi maraqlarım üçün onlardan faydalanmamışam. Kondisionerlərin hazırkı vəziyyəti barədə də məlumata malik deyiləm. Əgər belə avadanlıqlar mövcud olmuşdursa, onların taleyinin yalnız icarəçi tərəfindən müəyyən edilə biləcəyi, “həmin kondisionerlərin” yeni icarəçiyə və digər şəxslərə satılıb-satılmadığı ehtimalı istisna olunmamalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ilə X2 arasında bağlanmış 21 avqust 2024-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasını Ə.Məmmədova icarəyə verməyi öhdəsinə götürür. İddiaçı tərəfindən yazılmış 26 avqust 2024-cü il tarixli qəbzdə qeyd edilir ki, İddiaçı “Soliton” LTD-dən hissə-hissə ödəniş şərtilə 13300 manat məbləğində məişət avadanlığını əldə etmişdir, onun 2020 AZN ilkin ödəmiş və qalan 11280 AZN məbləği 24 ay müddətinə aylıq 470 AZN olmaqla ödəməyi öhdəsinə götürür. “Soliton” LTD-nin ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı EHK6292356 nömrəli müqavilə üzrə 24 ay müddətinə ilkin ödəniş 2020 manat ödəməklə ümumi dəyəri 13300 manat təşkil edən əşya almışdır. “Soliton” LTD-nin 26 avqust 2024-cü il tarixli çekində qeyd edilir ki, İddiaçı 3 ədəd AC Riffel H60A5/H60A6 markalı əşya əldə etmişdir. “Soliton” servisin çatdırılma qəbzlərindən görünür ki, AC Riffel H60A5/H60A6 markalı əşya Bakı şəhəri, Xətai rayonu, “Bakı Palas” ünvanına çatdırılmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, “Bakı Şadlıq Evi” bölməsində administrator vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə X2 arasında bağlanmış icarə müqaviləsinə əsasən Ə.Məmmədov ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasını icarəyə götürmüşdür. Bundan sonra iddiaçı həmin qeyri-yaşayış sahəsində restoran kimi fəaliyyət göstərən müəssisədə administrator kimi işə başlamışdır. İddiaçı ərizəsində öz hesabına 3 ədəd hava soyuducusu aldığını, lakin həmin əşyaların hazırda ona qaytarılmadığını qeyd edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçının mübahisəli əmlakları əldə etdiyi vaxt ilə qeyd olunan müəssisədə işə başladığı dövrlər üst-üstə düşür. Bundan başqa eyni zamanda işdə olan sübutlardan görünür ki, iddiaçının nisyə alqı-satqı müqaviləsi ilə əldə etdiyi sözügedən hava soyuducuları satıcı tərəfindən məhz hazırda cavabdehin mülkiyyətində olan və iddiaçının administrator kimi fəaliyyət göstərdiyi ünvana çatdırılmışdır. İddiaçının təqdim etdiyi video görüntüdən də görünür ki, Bakı Palas adı altında restoran kimi fəaliyyət göstərən müəssisədə 3 ədəd qeyd olunan hava soyuducuları yerləşdirilmişdir. Bundan başqa cavabdeh də etirazında özü qeyd etmişdir ki, sözügedən hava soyuducularının quraşdırılmasına iştirak etməmiş, ona faktiki sahiblik etməmişdir. Buradan da görünür ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsində quraşdırılan hava soyuducuları cavabdeh tərəfindən alınmamış və binaya quraşdırılmamışdır. Habelə iddiaçı Ə.Məmmədov ilə Cavabdeh arasında sözügedən qeyriyaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsinin tərəfi olmasa da, mübahisəli əşyalar iddiaçı tərəfindən əldə edilmiş və restorana yerləşdirilmişdir. Bu səbəbdən həmin əşyalar Ə.Məmmədova məxsus olmamaqla, Cavabdeh ilə onun arasında icarə münasibətlərindən irəli gələ biləcək mübahisənin predmeti sayıla bilməz. Yekun olaraq məhkəmə qeyd edir ki, işdə olan dəlillər iddiaçının ərizəsində qeyd etdiklərininin məntiqi ardıcıllığını tamamlamaqla iddianın əsaslığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin: 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə 1000 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsassızdır. AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, iddiaçı tərəf 1000 manat hüquqi xidmətə görə pul ödədiyini təsdiq edən hər hansı sübutu (qəbz, müqavilə) məhkəməyə təqdim etməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3 ədəd AC Riffel H60A5/H60A6 markalı hava soyuducuları Cavabdeh alınıb İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulub iddaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar