Məhkəmə qərarları › İş №e-2(009)-1840/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1840/2025

18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1840/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin – Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək ƏDV daxil 7434 (yeddi min dörd yüz otuz dörd) AZN borc məbləğinin, hüquqi yardımın alınması görə çəkilmiş 170 (yüz yetmiş) AZN, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) AZN və 99,04(doxsan doqquz manat, dörd qəpik) AZN ödənilmiş dövlət rüsumunun, ümumilikdə 8003,04 (səkkiz min üç manat, dörd qəpik) AZN, eləcə də iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 413 (dörd yüz on üç) AZN hesablanmaqla xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli, AN-İ№ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 206,5 kv.m olan mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Qeyd edək ki, sözügedən mənzil “Nizami Residence” yaşayış kompleksinin tərkibinə daxil olan mənzillərdən biridir. “Nizami Residence” X4 Mülkiyyətçilərinin Ümumi Yığıncağının xx.xx.2021-ci il tarixli, № NR/01 qərarına əsasən, həmin yaşayış kompleksinin idarə edilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Belə ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, NBH/23/204 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “İdarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və/və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 1 ünvanında, “X6” yaşayış binasında bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.” Qeyd edək ki, xx.xx.2023-ci il tarixli müqaviləyə Əlavə № 1-in 2-ci bəndində nəzərdə tutulmuş xidmətlərin, yəni təmizlik və texniki xidmətlər, mühafizə xidmətlərinin həyata keçirilməsi iddiaçının öhdəliyinə düşür. Habelə həmin Əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, “X1 məxsus Obyekt(lər)in hər kvadrat metri üçün idarə edənə ƏDV daxil 2.00 AZN (iki Azərbaycan manatı, 00 qəpik) aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür.” Belə ki, Cavabdeh məxsus olan mənzilin həcmi 206,5 kv.m olduğundan, cavabdeh tərəfindən hər ay ƏDV daxil 413(dörd yüz on üç) AZN məbləğində xidmət haqqı iddiaçıya ödənilməlidir. Bildiririk ki, tərəflər arasındakı müqavilə bağlandığı andan bu günə kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmişdir. Lakin müqavilənin 2.3.1-ci yarım bəndinə əsasən Cavabdeh yaşayış kompleksində göstərilən xidmətlərə görə ödənişləri vaxtında və tam şəkildə təmin etmək öhdəliyini öz üzərinə götürməyinə baxmayaraq xidmət müqaviləsi bağlandığı andan, yəni xx.xx.2023-ci il tarixindən etibarən cavabdeh tərəfindən yalnızca 3257,45 (üç min iki yüz əlli yeddi manat, qırx beş qəpik) AZN xidmət haqqı ödənişiedilmişdir. Nəticə etibarilə, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək cavabdehin hər ay üçün ödəməsi nəzərdə tutulan ƏDV daxil 413 (dörd yüz on üç) AZN xidmət haqqı vaxtlı-vaxtında ödənilmədiyi üçün, İddiaçı MMC-yə münasibətdə ümumi ƏDV daxil 7434(yeddi min dörd yüz otuz dörd) AZN həcmində borc məbləği yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 12 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 206,5 kv.m olan mənzil 589,338 manat qiymətə alıcıya satılmışdır. “”Nizami Residence” X4 mülkiyyətçilərinin ümumi yığıncağının 31 avqust 2021-ci il tarixli Qərarı ilə ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış kompleksinin idarəedici təşkilatı İddiaçı MMC təyin edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən idarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və/və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 1 ünvanında, “X6” yaşayış binasında bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür. Həmin Müqaviləyə 1 saylı Əlavənin 3-cü bəndində qeyd edilir ki, sifarişçi binadakı ona məxsus mənzilin hər kvadrat metri üçün idarə edənə ƏDV daxil 2.00 AZN məbləğində aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən təqdim olunmuş qalıq borc haqqında cədvəldə qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2023-xx.xx.2025-ci il tarixləri aralığı üçün xidmət haqqına görə 7434 manat borcu yaranmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 206,5 kv.m olan mənzil Cavabdeh məxsusdur. İddiaçı həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına kommunal xidmətlər göstərir. İddiaçı göstərilən xidmətlərin müqabilində aylıq kommunal haqqı mənzilin hər kvadrat metri üçün ƏDV daxil 2.00 AZN hesablanmaqla cavabdeh tərəfindən xx.xx.2023-xx.xx.2025-ci il tarixləri aralığı üçün ödənilməyən məbləğin cavabdehdən tutulmasını xahiş edir. AR Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək kimi hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Məhkəmə qeyd edir ki, cavabdeh ona məxsus mənzildə yaşamaqla həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Lakin o, heç bir əsassız səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən kommunal xidmətlərə görə 2025-ci ilin iyun ayının sonuna kimi yaranmış 7434 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 413 (dörd yüz on üç) AZN hesablanmaqla xidmət haqqı məbləğinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixə kimi hesablanmış borcun tutulmasını xahiş edir və məhkəməyə tələblə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Belə olan halda 2025-ci ilin iyul ayı üçün də hər kvadrat metri üçün 2 manat hesablanmaqla 413 manat (206,5 x 2 = 413) borc da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 170 manat hüquqi yardım və 300 manat vəkil orderinə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə aşağıdakıları qeyd edir: AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 02 iyul 2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Praym Leqal Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda işdə olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, hazırki iş üzrə iddia ərizəsinin tərtibi üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 170 manat pul ödənilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 7847 manat məbləğində pul vəsaiti, 170 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin, 300 manat vəkil xərcinin və 99,04 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar