Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1858/2024 10.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Elxan Elşən oğlu Eminovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində borc pulun, tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun və hüquqi xidmətə görə 50 manat, cəmisi 3100 manat məbləğində pulun alınıb ona verilməsi barədər qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə yazılmış və hər ikisinin və şahid X3 imzası ilə təsdiqlənmiş qəbzdə aşağıdakılar qeyd edilmişdir: “X1 ayın: 02-21-24. İddiaçı Movludoviç (3.000) üç min manat borca pul götürmüşəm 3 ay müddətinə. Bizim yanımızda həmən Vahti dostumuzda yanımızdaydı. Bu ərizəni mən öz horuumnan yazmışam pulu aldım saydım hər ruly duzdu” Lakin, 3 ay keçməsinə baxmayaraq cavabdeh verdiyi borc pulu ona qaytarmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə 3000 manat borc vermiş, cavabdeh həmin borcdan 650 manat qaytarmış, o yenidən cavabdehin kart hesabına 600 manat göndərmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Daha əvvəl məhkəmə iclasına video zəng vasitəsilə qoşulan cavabdehin iddianı qəbul etməyərək iddiaçıdan 3000 manat deyil, daha az məbləğdə borc götürdüyünü və sonra da qaytardığını, göndərilməsi iddia edilən 600 manat pulun isə göndərildiyi hesabın ona məxsus olmadığını bildirmişdir. Hazırda yol nəqliyyat qəzası keçirtdiyindən ayağının sındığını və evdən çıxa bilmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırki iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Cavabdeh tərəfindən yazılmış 21 fevral 2024-cü il tarixli qeyddən görünür ki, Cavabdeh İddiaçı 3 ay müddətinə 3000 (üç min) manat borca pul götürmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 21 fevral 2024-cü il tarixdə qeyd yazaraq razılaşmaya əsasən 3000 manat məbləğində borcun 3 ay müddətinə qaytarılmasını öz öhdəsinə götürmüşdür. İddiaçının izahatına əssən, cavabdeh həmin borcdan 650 manat qaytarmışdır. Hazırda iddiaçı ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) - (xx.xx.2023-cü il tarixindən sonra qüvvəyə minən) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc haqqında müqavilə bağlanmaqla Cavabdeh iddiaçıdan borc aldığı 3000 manat məbləğində pulu iddiaçıya qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəf 3000 manat deyil, daha az məbləğdə borc götürüb və sonra qaytarmasını bildirsə də, bununla bağlı sübut məhkəməyə təqdim etməmişdir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış qeydə əsasən qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və 2350 manat məbləğində pul vəsaiti (3000 - 650) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı daha sonra yenidən cavabdehin kart hesabına 600 manat göndərməsini bildirsə də həmin kart hesabının cavabdehə məxsus olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı həmin hissədə əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2350 (iki min üç yüz əlli) manat məbləğində pul vəsaiti, hüquqi xidmətə görə 50 (əlli) manat və 43.50 (qırx üç manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat məbləğində pul vəsaiti, hüquqi xidmətə görə 50 (əlli) manat və 43.50 (qırx üç manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1858/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1858/2024
10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver