Məhkəmə qərarları › İş №e-2(009)-1861/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1861/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1861/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Cavabdeh X1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “Shazelli Group" MMC-nin cavabdeh X2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki iş materialını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - cavabdeh X2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyanın ödənilməsi üçün 2 932 000 (iki milyon doqquz otuz iki min) manat və ödənilmiş 2261 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili məhkəməyə vəsatət verərək, hazırki işin Bakı şəhəri, Xətai rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 - cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə birlikdə baxılması üçün eyni icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi-vəkili Vəkil2 vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-5512/2024 saylı bildirişinin surətindən görünür ki, iddiaçı X1 - "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinin məhkəmə icraatı xx.xx.2024-cü il tarixli qərardad ilə mümkün hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb də Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan tələb ilə əlaqəli olduğundan və iş üzrə tərəflər eyni olduğundan iddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı "pul" tələbinə dair e-2(009)- 1861/2024 saylı mülki iş iddiaçı X1 - "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbinə dair e-2(011)-5512/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “Shazelli Group" MMC-nin cavabdeh X2 qarşı "pul" tələbinə dair e-2(009)- 1861/2024 saylı mülki iş iddiaçı X1 - "xxxx" MMC-yə qarşı “icarə müqaviləsi üzrə mübahisələr” tələbinə dair e-2(011)-5512/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar