Məhkəmə qərarları › İş №e-2(009)-1862/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1862/2022

05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1862/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, İddiaçı X6 nümayəndəsi və vəkili Nümayəndə1n oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı X6 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 880 (səkkiz yüz səksən) manat məbləğində mənəvi zərər üçün, ümumilikdə isə 9000 (doqquz min) manat məbləğində pul və məhkəmə üçün ödənilmiş 120 (bir yüz) manat dövlət rüsumunun yolnəqliyyat hadisəsi nəticəsində cinayət törətmiş Cavabdeh1 və “Hyundai İX” markalı **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, 20 iyul 2021-cı il tarixdə oğlu X8 Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsində avtomobil yolunu piyada keçmək üçün yolun solunda dayanmış və avtomobillər azaldıqdan sonra yolu keçmək üçün yola daxil olmuşdur. Bu zaman "xxxx" ASC-yə məxsus olan “Hyundai İX 35” markalı **-PE-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən sürücü Cavabdeh1 avtomobilin ön hissəsi ilə onu vurmuşdur. Hadisə zamanı xəsarət aldığından yoldan keçən polis əməkdaşları onu “Travmatologiya” xəstəxanasına aparmışdırlar. Sonra isə ona bu barədə məlumat vermişdirlər ki, oğlunu maşın vurub. Araşdırma zamanı X8 tibbi sənədlərlə MTB-dən keçirilmiş və xx.xx.2021-ci il tarixli, 171-M saylı Rəyə əsasən X4 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər sol baldır sümüklərinin aşığı 1/3—nin açıq, qəlpəli yerini dəyişmiş sınığı, bayır topuğunun sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Araşdırma zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və xx.xx.2021-ci il tarixli, 8/2303 saylı rəyə əsasən “Hyundai İX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə Cavabdeh1, oğlu barəsində Azərbaycan Respublikası CM-nin 263.1—1-ci maddəsi ilə cinayət işi başlanılmış, lakin həmin maddə xx.xx.2021-ci il tarixdə “Zəfər Günü” ilə əlaqədar qəbul edilmiş Amnistiya Aktında cinayət məsuliyyətindən azad olunanlar siyahısına daxil edildiyindən Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun qərarı ilə Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Xətai prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolundan soldan 1-ci zolaqla saatda 40-50 km. sürətlə hərəkətdə olan zaman qəflətən yolun sağ tərəfindən azyaşlı uşağın qaçaraq yola daxil olduğunu görüb sürəti azaltmış və nəticədə həmin piyadaya avtomobilin ön hissəsi ilə toxunduğundan piyada xəsarət almışdır. O, avtomobili yolun sağ kənarına çəkərək saxlayıb piyadaya yaxınlaşaraq xəstəxanaya aparılmasında köməklik etmişdir. Beləliklə, avtomobil qəzası nəticəsində xəsarət alan oğlunun sağlamlığının bərpa olunması üçün xeyli miqdarda pul xərcləmişdir. Bundan əlavə olaraq o, indiyədək işsiz qalmış, məcbur olaraq ona qulluq etmiş, həkimlərə, dərmanlara 20000 (iyirmi min ) manat xərc çəkmişdir. Bundan əlavə olaraq da vaxtı gedib, mənəvi sarsıntı keçirmişdir. Ekspert rəyindən də görünür ki, dəymiş xəsarət Ağır xəsarət növünə aiddir. Belə ki, baş vermiş hadisə ilə bağlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Ceyhun Hüseynovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən “Hyundai İX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirləndirilən şəxs qismində, X8 isə zərər çəkən qismində tanınıb. O-X10 isə uşağın qanuni nümayəndəsi kimi tanınmışdır. İş materiallarından açıq-aydın görünür ki, “Hyundai İX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 qanunun tələbini pozmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən hadisə ilə bağlı cavabdehin avtomobilinin icbari sığortasına görə sığorta şirkəti tərəfindən ona 1500 (bir min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Lakin ona hadisə nəticəsində 20000 (iyirmi min) manatdan çox maddi ziyan, 30000 (otuz min) manat məbləğində mənəvi zərər dəyibdir. Ona görədə həmin zərəri cavabdehlər özü ödəməlidir. Yuxarıda yazılanları nəzərə alaraq, hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində maddi zərər və 30000 (otuz min) manat məbləğində mənəvi zərər yolnəqliyyat hadisəsi nəticəsində cinayət törətmiş Cavabdeh1 və “Hyundai İX” markalı **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən alınmalıdır. Cavabdeh "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı X10 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə məxsus "HYUNDAİ İX 35" markalı **-PE- *** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Cavabdeh1 avtomobilin qabaq hissəsi ilə azyaşlı oğlu X7 vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdiyini, bununla da törətdiyi hadisə nəticəsində ona 20.000 (iyirmi min) manat maddi ziyan və 30.000 (otuz min) manat mənəvi zərər yetirildiyini bildirməklə, ona dəymiş 800 (səkkiz yüz) manat məbləğində mənəvi zərər, ümumilikdə isə 9000 (doqquz min) manat məbləğində zərər və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun yol-nəqliyyat hadisəsi nəticəsində cinayət törətmiş Cavabdeh1 və "HYUNDAİ İX 35 " markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" ASC-dən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Bildirir ki, Dilarə İbrahimovanın "xxxx" ASC-yə qarşı iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı Dilarə İbrahimova iddia ərizəsində "xxxx" ASC-nin işçisi Cavabdeh1 Cəmiyyətin mülkiyyətində olan "HYUNDAİ İX 35 " markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək azyaşlı oğluna ağır xəsarət yetirdiyini qeyd edərək zərərin ödənilməsinə cavabdeh kimi Cavabdeh1la yanaşı, həm də Səhmdar Cəmiyyəti göstərmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi C.Hüseynov tərəfindən aparılan natamam araşdırma zamanı lazımi sənədlər toplanmamış, Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olması qənaətinə gəlinərək, Cinayət-prosessual qanunvericiliyinin və "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 23.4-cü və 24-cü maddələrinin tələbləri pozulmaqla qanunsuz və əsassız olaraq Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021 -ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, araşdırma zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Cavabdeh1 adlı şəxsin həmin təşkilatda işləyib-işləməməsi barədə lazımi məlumat alınmadan qəbul edilmiş qərarda o, Cəmiyyətin işçisi kimi göstərilmişdir. Bundan başqa müstəntiq tərəfindən Cavabdeh1 əməlinin Cinayət Məcəlləsinin müvafiq maddələrinə düzgün tövsif edilməsi üçün vacib hal olan onun sürücülük vəsiqəsinin olub-olmaması da aydınlaşdırılmamış, müvafiq dövlət orqanlarından bununla bağlı lazımi məlumatlar alınmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, "xxxx" ASC-nin Cavabdeh1 adlı işçisi olmamışdır. Cəmiyyətə məxsus "HYUNDAİ İX 35 " markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 atası, xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində baş mütəxəssis-sürücü vəzifəsində işləmiş X12 təhkim edilmişdir. (arayış və X.Abışovun əmək kitabçasından çıxarışın surəti ərizəyə əlavə edilir.) Qeyd olunan hallar son nəticədə iddiaçı X6 istintaq orqanının qəbul etdiyi qərarda göstərilən təhrif edilmiş, həqiqətə uyğun olmayan məlumatlara istinad edilərək səhvən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəf kimi iddia tələbi irəli sürməsinə səbəb olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyərkən Cəmiyyətə məxsus "HYUNDAİ İX 35" markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobil təhkim edilmiş X2 Cəmiyyətinə təqdim etdiyi izahatında xx.xx.2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə alış-veriş etmək üçün idarə etdiyi "HYUNDAİ İX 35" markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən "Grandmart" marketinə getdiyini, avtomaşın parkında yerlər dolu olduğuna görə maşını digər avtomobillərin arxasında saxladığını, marketin içərisində olarkən **-PE-*** dövlət nömrə nişanlı avtomobilin digər maşınların park yerindən çıxması üçün yol verilməsi barədə elanı eşidib, yanındakı, sürücülük vəsiqəsi olan oğlu Fəridə maşının açarını verib maşını boş park yerində saxlamağı xahiş etdiyini, Fərid təxminən 20 metr aralıda olan boş yerə maşını sürən zaman digər avtomaşınların arasından qaçan iki azyaşlı uşaqlardan birinin, X4 maşının yan tərəfinə dəyərək yıxıldığını, sağ ayağından sınıq xəsarəti aldığını, dərhal "102 xidmətinə" məlumat verdiyini və oğlu Fəridlə hadisə yerində DYP-nin əməkdaşlarının gəlməsini gözlədiklərini, sonra xəsarət alan oğlanı xəstəxanaya çatdırdığını, yol-nəqliyyat hadisəsinin qeyri-iş gününə təsadüf etdiyini bildirmişdir. Xəqani Abışov izahatında oğlu Cavabdeh1 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış X4 müalicəsi ilə bağlı bütün xərcləri, yəni ziyanı ödədiyini bildirmiş, bununla da ziyanın ödənilməsi ilə bağlı iddia tələbinin oğluna aid olduğunu təsdiq etmişdir.( izahat ərizəyə əlavə edilir.) Müəyyən olunmuşdur ki, 20 iyul 2021-ci il tarixi həftənin bazar günü, yəni istirahət günü olmaqla, iş günü olmamışdır. Həmin gün Xəqani Abışov "xxxx" ASC-nin tapşırığını yerinə yetirən zaman deyil, ailə üzvləri ilə birlikdə öz şəxsi işləri ilə əlaqədar iş yerindən ona təhkim edilmiş, istifadəsində olan "HYUNDAİ İX 35 " markalı 90 -PE-295 dövlət nömrə nişanlı avtomobili idarə etmiş və qanunsuz olaraq avtomaşını idarə etmək üçün oğlu Cavabdeh1 vermişdir. Göründüyü kimi Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda “Hyundai İX 53” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Bu da ziyan vurmaqla nəticələnən hadisənin Xəqani Abışov və onun oğlu Cavabdeh1 qanuna zidd hərəkətləri nəticəsində baş verdiyini əyani şəkildə əks etdirir. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı Dilarə İbrahimovanın cavabdeh tərəf kimi "xxxx" Açıq Cəmiyyətindən yetirilmiş mənəvi və maddi ziyana görə pul tələb etməsi tamamilə əsassızdır. Belə ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması mühüm əhəmiyyət kəsb edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin konstitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddia tələbinin yönəldiyi cavabdehin həmin iddiaya cavab verməli olmasıdır. Zərərlə bağlı tələbin əsaslı hesab edilməsi üçün məhkəmə araşdırması zamanı 3 mühüm halın sübut edilməsi tələb edilir: faktiki vurulmuş zərərin sübut edilməsi, zərərin vurulmasında cavabdehin təqsiri, habelə zərərlə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə. Hazırkı halda cavabdeh tərəf kimi "xxxx" ASC-nin təqsirinin olmasını, eləcə də-zərərlə onun təqsirli hərəkətləri arasında səbəbli əlaqənin olmasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd etdiyi maddi və mənəvi ziyanının cavabdeh kimi "xxxx" ASC tərəfindən vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı X10 tərəfindən iddia tələbi iddiaya cavab verməli olmayan "xxxx" ASC-yə də verildiyinə görə təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, hal-hazırda Siyami X3. Həkimlərin səhv əməliyyatı nəticəsində əməliyyat uğursuz olmuşdur. Düzgün olmayan əməliyyat nəticəsində sümüklər üst-üstə bitişdirilmiş və xəstənin vəziyyəti ağırlaşmışdır, bu səbəbdən yarım ilə yaxındır ki, İrana getmişdir. Anası işdən qalmış və uşağa baxmışdır. Uşağı məktəbə aparıb-gətirmişdir. Uzun müddətdir ki, iddiaçı və övladı əziyyət çəkir. Bütün bunlarla əlaqədar xərclər çəkmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 bildirmişdir ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin baş verməsinə səbəbkar zərərçəkən özü olmuşdur. Qəflətən yolun başqa səmtindən avtomobilin qabağında peyda olmuşdur. Ekspertin rəyindən də məlum olduğu kimi, cavabdeh avtomobili saxlamaq imkanına malik olduğu halda saxlamamışdır. Bu səbəbdən onun barəsində cinayət işi açılmış və istintaq aparılmış, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində tərəflərin özlərinin sübutları məhkəməyə təqdim etmələri qeyd edilmişdir. Tərəf avqust ayından iddia ərizəsi versə də indiyə kimi tələbini sübut edəcək heç bir sənəd təqdim etməmişdir. Lakin cavabdehin valideynlərinin dediklərinə əsasən sığorta qarşı tərəfə ödəniş etmişdir. Bununla yanaşı qarşı tərəf də ödənişlər etmiş, lakin onları tələb etmirlər. Çünki bunlar hamısı qeyri-rəsmi ödəmələrdir, sübut yoxdur. Qarşı tərəfin sübutu olmadığına görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, cavabdeh "xxxx" ASC-nin cavabdeh kimi olması onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Polis İdarəsinin müstəntiqinin qərarında hadisəni törətmiş şəxs Cavabdeh1 "xxxx" ASC-nin işçisi olmuş və hadisəni Cəmiyyətə məxsus maşınla törətmişdir. Bununla bağlı Bakı şəhər Prokurorluğuna müraciət etmişlər. Bakı şəhər Prokurorluğu da həmin qərarı ləğv etmişdir. Səhmdar Cəmiyyətinin maşınını idarə edən Xəqani özü etiraf edir ki, maşını qanunsuz olaraq özü oğluna vermişdir. Xəqani özü Cəmiyyətin işçisidir. İş materiallarında olan əmək kitabçasının surətindən də bu, məlumdur. Həmin avtomaşının Cəmiyyətə məxsus olması pasportdan görünür. Cəmiyyət bu məsələ ilə bağlı cavabdehlik daşımır, çünki hadisə bazar günü olmuşdur və bazar günü maşınlar işçilərdə qalır. Yol vərəqəsində də qeyd edilmişdir. Hesab edir ki, Cəmiyyətin heç bir aidiyyatı yoxdur. İddiaçı dəyən zərərlə bağlı heç bir sənəd təqdim etməmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 08 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 263.1.-1-ci madddəsinin tərkib əlamətləri vardır. Lakin həmin maddə xx.xx.2021-ci il tarixdə “Zəfər Günü” ilə əlaqədar qəbul edilmiş Amnistiya Aktında cinayət məsuliyyətindən azad olunanlar siyahısına daxil edildiyindən Cavabdeh1 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 25 avqust 2022-ci il tarixli, 5/04-28 nömrəli məktubundan görünür ki, X18 xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də baş mütəxəssis-sürücü vəzifəsində işləmişdir. Cəmiyyətə məxsus “Hyundai-İX 35” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 təhkim edilmişdir. "xxxx" ASC-nin Cavabdeh1 adlı işçisi olmamışdır. İş materiallarında olan Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri Mobil Şəfiyevin 15 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rəd edilməsi barədə qərarın ləğv edilməsi və əlavə yoxlama aparılması haqqında” Qərardan görünür ki, Cavabdeh1 “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər sırasına aid olmadığı, habelə törədilən cinayətin böyük ictimai təhlükə törətməyən yox, az ağır cinayətlər kateqoriyasına aid olduğu nəzərə alınmamışdır. Bu səbəbdən Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 08 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 01-31 iyul 2022-ci il tarixli “Minik Avtomobili üçün yol vərəqəsi”ndən görünür ki, “Hyundai-İX 35” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 təhkim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 8/2303 nömrəli ekspert rəyinə əsasən “Hyundai-İX 35” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspetiza və X11” X20 171 M nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən 2007-ci il təvəllüdlü vətəndaş X5 adına tərtib olunmuş tibbi sənəddə qeyd edilən xəsarətlər-sol baldır sümüklərinin aşağı 1/3-nin açıq, qəlpəli yerini dəyişmiş sınığı, bayır topuğunun sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytanantı Toğrul Məmmədovun xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət prosesində iştirak etmək üçün X1 Fərid Xəqani oğlunun qanuni nümayəndəsi təyin edilmişdir. İş materiallarında olan izahatdan görünür ki, Cavabdeh1 “Hyundai-İX 35” markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Xətai prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolundan soldan birinci zolaqla saatda 40-50 km. sürətlə hərəkət edən zaman qəflətən yolun sağ tərəfindən azyaşlı uşaq yolu qaçaraq keçmiş və bu səbəbdən surəti azaltmış, bu zaman azyaşlı uşaq digər avtomobilin qarşısından qaçaraq keçmiş və maşının qabaq hissəsi ilə onu vurmuşdur. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 20 iyul 2021-cı il tarixdə X8 Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsində avtomobil yolunu piyada keçmək üçün yolun solunda dayanmış və avtomobillər azaldıqdan sonra yolu keçmək üçün yola daxil olmuşdur. Bu zaman "xxxx" ASC-yə məxsus olan “Hyundai ix 35” markalı **-PE-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən sürücü Cavabdeh1 avtomobilin ön hissəsi ilə onu vurmuşdur. Həmçinin, məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 8/2303 nömrəli ekspert rəyinə əsasən “Hyundai-İX 35” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspetiza və X11” X20 171 M nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən 2007-ci il təvəllüdlü vətəndaş X5 adına tərtib olunmuş tibbi sənəddə qeyd edilən xəsarətlər-sol baldır sümüklərinin aşağı 1/3-nin açıq, qəlpəli yerini dəyişmiş sınığı, bayır topuğunun sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürdüyü tələblərin əsası kimi gətirdiyi dəlillər öz təsdiqini tapmadığından və bununla bağlı sübutlar təqdim edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçının övladının sağlamlığına zərər vurulmuşdur. Yuxarıda qeyd edilən normaların təhlilindən o nəticə hasil olur ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür; 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Yalnız bu üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər. İddiaçının övladının sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsini tələb etməsi üçün həmin şərtlər mövcuddur. Lakin iddiaçı övladının bəhs olunan yol-nəqliyyat hadisəsi nəticəsində aldığı ağır xəsarətlərin müalicəsinə çəkdiyi xərcləri deyil, həmin hadisə səbəbindən yaranmış fəsadların aradan qaldırılması üçün həyata keçirilməli olan tibbi əməliyyat üçün zəruri olan pulun (çəkiləcək xərclərin) cavabdehdən alınmasını tələb edir. Bu halda, qanunla müəyyən olunmuş sübutetmə qaydalarına əsasən, iddiaçı tibbi əməliyyatların həyata keçirilməsinin zəruriliyi və bunun üçün tələb olunan vəsaitin məbləği barədə sübutları təqdim etməlidir. İddiaçı onun yol-nəqliyyat hadisəsi ilə bağlı aldığı xəsarətlər nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün tibbi əməliyyatların həyata keçirilməsinin zəruriliyi, əməliyyatların nədən ibarət olması və bunun üçün çəkilən xərclərə dair sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş tələbin hər hansı bir sübutla təsdiq olunmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə 880 manat mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, ididaçı cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini və ona 880 manat mənəvi ziyanın vurulmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi manat) dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar