Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1905/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən “X2”in X1 ilə eyni şəxs olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, ərizəçi ərizəsində mərhum atasından qalmış daşınmaz əmlakın atasının adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbayca Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etsə də, bundan imtina olunması və imtinanın əsası kimi texniki pasportda hüquq sahibin adı və ata adı ilə onun atasının adı və ata adı arasında fərqin olması səbəbi ilə imtina olunmasını göstəsə də, bununla bağlı həmin hüquqi şəxsə müraciət etdiyini və sonuncunun müraciətinə müsbət cavab verməməsini təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hakim digər tərəfdən qeyd edir ki, qanunvericilikdə bir şəxsin başqa şəxslə eyni adam olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Belə ki, AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (AR-nın Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3№-li qərarının 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedci sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilən şəxsin həmin şəxs olmasını məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. X3 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici yalnız hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktını müəyyən edilməsini nəzərdə tutur. Hakim qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində ərizəçinin atasının adına mülkiyyət hüququ üzrə qeydiyyatda alınmasından rəsmi imtinanın əsası kimi məhz texniki pasportda göstərilən ad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və ata adının uyğun olmaması qeyd edilərsə, texniki pasport hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilər. Hakim yuxarıda göstərilənləri nəzərə alaraq izah edir ki, ərizəçi şəxsin sənəddəki adı və ata adı ilə hüquqmüəyyənedici sənəddə göstərilən adın və ata adının uyğun gəlmədiyi halda həmin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsini tələb edə bilər. Beləliklə hakim hesab edir ki, ərizə bu Məcəllənin tələblərinə uyğun olamdığından geri qaytarılmalıdır. AR MPM-nin 151.1-cı maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli fakt kimi şəxsi mülkiyyət hüququ və evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən “X2”in X1 ilə eyni şəxs olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1905/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1905/2023
11.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver